Ana səhifə › Surələr › Al-Hijr surəsi
Al-Hijr surəsi الحجر
99 ayə · Məkkə · nazil olma sırası 54
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓر تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ وَقُرْءَانٍ مُّبِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.
Bu ayənin bütün tercümələrinə bax →
رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ كَانُوا۟ مُسْلِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Kafirlər “Kaş ki müsəlman olsaydıq”– deyə arzu edəcəklər.
Bu ayənin bütün tercümələrinə bax →
ذَرْهُمْ يَأْكُلُوا۟ وَيَتَمَتَّعُوا۟ وَيُلْهِهِمُ ٱلْأَمَلُ فَسَوْفَ يَعْلَمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Qoy onlar (bir müddət) yeyib-içsinlər, əylənsinlər və xam xəyallar başlarını qatsın. (Onlar ziyana uğradıqlarını) tezliklə biləcəklər.
Bu ayənin bütün tercümələrinə bax →
وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌ مَّعْلُومٌ
Azerbaijani Translation - Ali Khan Musayev Həlak etdiyimiz hər bir məmləkətin məlum bir yazısı olmuşdur (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdir).
Bu ayənin bütün tercümələrinə bax →
مَّا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَـْٔخِرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər.
Bu ayənin bütün tercümələrinə bax →
وَقَالُوا۟ يَٰٓأَيُّهَا ٱلَّذِى نُزِّلَ عَلَيْهِ ٱلذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ
Azerbaijani Translation - Ali Khan Musayev (Müşriklər Peyğəmbərə) dedilər: “Ey özünə Zikr (Quran) nazil edilən kəs! Doğrudan da, sən dəlisən.
Bu ayənin bütün tercümələrinə bax →
لَّوْ مَا تَأْتِينَا بِٱلْمَلَٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Əgər doğru danışanlardansansa, nəyə görə bizə (dediyinə şahidlik edə bilən) mələkləri gətirmirsən?!”
Bu ayənin bütün tercümələrinə bax →
مَا نُنَزِّلُ ٱلْمَلَٰٓئِكَةَ إِلَّا بِٱلْحَقِّ وَمَا كَانُوٓا۟ إِذًا مُّنظَرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz mələkləri yalnız haqq (əzab) ilə endiririk. O zaman kafirlərə möhlət verilməz.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّا نَحْنُ نَزَّلْنَا ٱلذِّكْرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və Biz də onu qoruyacağıq.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى شِيَعِ ٱلْأَوَّلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) Biz səndən öncə də əvvəlki ümmətlərə peyğəmbərlər göndərmişdik.
Bu ayənin bütün tercümələrinə bax →
وَمَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlara elə bir elçi gəlmədi ki, ona istehza etməsinlər.
Bu ayənin bütün tercümələrinə bax →
كَذَٰلِكَ نَسْلُكُهُۥ فِى قُلُوبِ ٱلْمُجْرِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz (küfrü) günahkarların qəlbinə belə yeridirik.
Bu ayənin bütün tercümələrinə bax →
لَا يُؤْمِنُونَ بِهِۦ وَقَدْ خَلَتْ سُنَّةُ ٱلْأَوَّلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar (hələ də) ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara məlumdur.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَوْ فَتَحْنَا عَلَيْهِم بَابًا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّوا۟ فِيهِ يَعْرُجُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Əgər onlara göydən bir qapı açsaydıq (oradan pilləkən sallasaydıq) və onlar dayanmadan oraya qalxsaydı,
Bu ayənin bütün tercümələrinə bax →
لَقَالُوٓا۟ إِنَّمَا سُكِّرَتْ أَبْصَٰرُنَا بَلْ نَحْنُ قَوْمٌ مَّسْحُورُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (yenə də inanmayıb:) “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik”– deyərdilər.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ جَعَلْنَا فِى ٱلسَّمَآءِ بُرُوجًا وَزَيَّنَّٰهَا لِلنَّٰظِرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik.
Bu ayənin bütün tercümələrinə bax →
وَحَفِظْنَٰهَا مِن كُلِّ شَيْطَٰنٍ رَّجِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev Onları (Allahın rəhmətindən) qovulmuş hər bir şeytandan qoruduq.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّا مَنِ ٱسْتَرَقَ ٱلسَّمْعَ فَأَتْبَعَهُۥ شِهَابٌ مُّبِينٌ
Azerbaijani Translation - Ali Khan Musayev Lakin (şeytanlardan) kim (göy əhlinin söhbətinə) xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər.
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلْأَرْضَ مَدَدْنَٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَٰسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ شَىْءٍ مَّوْزُونٍ
Azerbaijani Translation - Ali Khan Musayev Biz yeri üzünü genişləndirdik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik.
Bu ayənin bütün tercümələrinə bax →
وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَٰيِشَ وَمَن لَّسْتُمْ لَهُۥ بِرَٰزِقِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Orada həm sizin üçün, həm də sizin ruzi vermədiyiniz kimsələr üçün dolanışıq vasitələri yaratdıq.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِن مِّن شَىْءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٍ مَّعْلُومٍ
Azerbaijani Translation - Ali Khan Musayev (Kainatda) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk.
Bu ayənin bütün tercümələrinə bax →
وَأَرْسَلْنَا ٱلرِّيَٰحَ لَوَٰقِحَ فَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَسْقَيْنَٰكُمُوهُ وَمَآ أَنتُمْ لَهُۥ بِخَٰزِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) olaraq göndərdik və göydən yağmur endirib onunla sizi suladıq. Yoxsa, onu yığıb saxlayan siz deyilsiniz.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّا لَنَحْنُ نُحْىِۦ وَنُمِيتُ وَنَحْنُ ٱلْوَٰرِثُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Şübhəsiz ki, dirildən də, öldürən də, Bizik. (Hər şeyə) varis olan (əbədi olan) da Bizik.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ عَلِمْنَا ٱلْمُسْتَقْدِمِينَ مِنكُمْ وَلَقَدْ عَلِمْنَا ٱلْمُسْتَـْٔخِرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, sizdən öncə kimlərin gəlib-getdiyini də, sonradan kimlərin gələcəyini də bilirik.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٌ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, Rəbbin onları (bir yerə) toplayacaqdır. Çünki O, hikmət sahibidir, (hər şeyi) biləndir.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ مِن صَلْصَٰلٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ
Azerbaijani Translation - Ali Khan Musayev Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq.
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلْجَآنَّ خَلَقْنَٰهُ مِن قَبْلُ مِن نَّارِ ٱلسَّمُومِ
Azerbaijani Translation - Ali Khan Musayev İblisi (və onun nəslini) isə daha öncə (Adəmdən əvvəl) qızmar alovdan yaratmışdıq.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَٰٓئِكَةِ إِنِّى خَٰلِقٌۢ بَشَرًا مِّن صَلْصَٰلٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ
Azerbaijani Translation - Ali Khan Musayev Bir zaman Rəbbin mələklərə (belə) demişdi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam!
Bu ayənin bütün tercümələrinə bax →
فَإِذَا سَوَّيْتُهُۥ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِى فَقَعُوا۟ لَهُۥ سَٰجِدِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Mən ona biçim verib, ruhumdan üfürdüyüm zaman siz ona (hörmət əlaməti olaraq) səcdə edin!”
Bu ayənin bütün tercümələrinə bax →
فَسَجَدَ ٱلْمَلَٰٓئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Beləliklə, mələklərin hamısı (ona) səcdə etdi.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّآ إِبْلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Yalnız İblisdən başqa. O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ يَٰٓإِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Allah) dedi: “Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ لَمْ أَكُن لِّأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُۥ مِن صَلْصَٰلٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ
Azerbaijani Translation - Ali Khan Musayev (İblis) dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ فَٱخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ
Azerbaijani Translation - Ali Khan Musayev (Allah) buyurdu: “Oradan çıx! Artıq sən (rəhmətimdən) qovuldun.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّ عَلَيْكَ ٱللَّعْنَةَ إِلَىٰ يَوْمِ ٱلدِّينِ
Azerbaijani Translation - Ali Khan Musayev Haqq-hesab gününə qədər sənin üzərində lənət olacaqdır”.
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ رَبِّ فَأَنظِرْنِىٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (İblis) dedi: “Ey Rəbbim! Onların diriləcəkləri günə qədər mənə möhlət ver”.
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ فَإِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَىٰ يَوْمِ ٱلْوَقْتِ ٱلْمَعْلُومِ
Azerbaijani Translation - Ali Khan Musayev Məlum vaxtın gününə (surun birinci dəfə çalınan vaxtına) qədər”.
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ رَبِّ بِمَآ أَغْوَيْتَنِى لَأُزَيِّنَنَّ لَهُمْ فِى ٱلْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (İblis) dedi: “Ey Rəbbim! Sən məni azdırdığına (rəhmətindən qovduğuna) görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّا عِبَادَكَ مِنْهُمُ ٱلْمُخْلَصِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Yalnız Sənin ixlaslı qullarından başqa”.
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ هَٰذَا صِرَٰطٌ عَلَىَّ مُسْتَقِيمٌ
Azerbaijani Translation - Ali Khan Musayev (Allah) buyurdu: “Bu, Mənə tərəf gətirən düz yoldur.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ عِبَادِى لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَٰنٌ إِلَّا مَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْغَاوِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, Cəhənnəm onların hamısına (İblisə və ona uyanlara) vəd olunmuş yerdir.
Bu ayənin bütün tercümələrinə bax →
لَهَا سَبْعَةُ أَبْوَٰبٍ لِّكُلِّ بَابٍ مِّنْهُمْ جُزْءٌ مَّقْسُومٌ
Azerbaijani Translation - Ali Khan Musayev Onun (Cəhənnəmin) yeddi qapısı vardır. Hər qapıdan, onlardan (İblisə uyanlardan) müəyyən bir dəstə girəcəkdir.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍ وَعُيُونٍ
Azerbaijani Translation - Ali Khan Musayev Sözsüz ki, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
ٱدْخُلُوهَا بِسَلَٰمٍ ءَامِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Onlara:) “Oraya sağ-salamat və əmin-amanlıqla daxil olun!”– (deyiləcəkdir).
Bu ayənin bütün tercümələrinə bax →
وَنَزَعْنَا مَا فِى صُدُورِهِم مِّنْ غِلٍّ إِخْوَٰنًا عَلَىٰ سُرُرٍ مُّتَقَٰبِلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onların ürəklərindəki kin-küdurəti çıxardıb kənar etdik. Onlar taxtlar üstündə qarşı-qarşıya oturan qardaşlar olacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُم مِّنْهَا بِمُخْرَجِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlara orada (Cənnətdə) heç bir yorğunluq üz verməyəcək və onlar oradan çıxarılmayacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
نَبِّئْ عِبَادِىٓ أَنِّىٓ أَنَا ٱلْغَفُورُ ٱلرَّحِيمُ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) Qullarıma, Mənim Bağışlayan və Rəhmli olduğumu xəbər ver.
Bu ayənin bütün tercümələrinə bax →
وَأَنَّ عَذَابِى هُوَ ٱلْعَذَابُ ٱلْأَلِيمُ
Azerbaijani Translation - Ali Khan Musayev Və əzabım da ağrılı-acılı bir əzabdır.
Bu ayənin bütün tercümələrinə bax →
وَنَبِّئْهُمْ عَن ضَيْفِ إِبْرَٰهِيمَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlara İbrahimin qonaqları (mələklər) barəsində də xəbər ver.
Bu ayənin bütün tercümələrinə bax →
إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَٰمًا قَالَ إِنَّا مِنكُمْ وَجِلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar İbrahimin yanına daxil olub: “Salam!”– dedilər. (İbrahim:) “Doğrusu, biz, sizdən qorxuruq!”– dedi.
Bu ayənin bütün tercümələrinə bax →
قَالُوا۟ لَا تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ عَلِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev (Mələklər:) “Qorxma! Biz, səni bilikli bir oğulla (İshaqla) müjdələyirik!”– dedilər.
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ أَبَشَّرْتُمُونِى عَلَىٰٓ أَن مَّسَّنِىَ ٱلْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (İbrahim) dedi: “Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?”
Bu ayənin bütün tercümələrinə bax →
قَالُوا۟ بَشَّرْنَٰكَ بِٱلْحَقِّ فَلَا تَكُن مِّنَ ٱلْقَٰنِطِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Mələklər) dedilər: “Biz sənə haqla müjdə veririk. Sən ümidini üzənlərdən olma!”
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ وَمَن يَقْنَطُ مِن رَّحْمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ
Azerbaijani Translation - Ali Khan Musayev (İbrahim) dedi: “(Haqq yoldan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (İbrahim) dedi: “Ey elçilər! İşiniz nədir?”
Bu ayənin bütün tercümələrinə bax →
قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Mələklər) dedilər: “Biz günahkar qövmə (onları məhv etmək üçün) göndərilmişik.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمْ أَجْمَعِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Yalnız Lutun ailəsindən başqa. Biz, onların hamısını xilas edəcəyik.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّا ٱمْرَأَتَهُۥ قَدَّرْنَآ إِنَّهَا لَمِنَ ٱلْغَٰبِرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Ancaq (Lutun) zövcəsindən başqa. Biz onun əzaba uğrayanlardan olacağına qərar vermişik”.
Bu ayənin bütün tercümələrinə bax →
فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلْمُرْسَلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Elçilər Lut ailəsinin yanına gəldikdə,
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ إِنَّكُمْ قَوْمٌ مُّنكَرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev o dedi: “Siz yad adamlarsınız!”
Bu ayənin bütün tercümələrinə bax →
قَالُوا۟ بَلْ جِئْنَٰكَ بِمَا كَانُوا۟ فِيهِ يَمْتَرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Mələklər) dedilər: “Xeyr, biz sənə onların (qövmünün) şübhə etdiyi (əzabla) gəlmişik.
Bu ayənin bütün tercümələrinə bax →
وَأَتَيْنَٰكَ بِٱلْحَقِّ وَإِنَّا لَصَٰدِقُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz sənə haqqı (qövmünün şübhə etdiyi əzabı) gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq.
Bu ayənin bütün tercümələrinə bax →
فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِّنَ ٱلَّيْلِ وَٱتَّبِعْ أَدْبَٰرَهُمْ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ وَٱمْضُوا۟ حَيْثُ تُؤْمَرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə gedin”.
Bu ayənin bütün tercümələrinə bax →
وَقَضَيْنَآ إِلَيْهِ ذَٰلِكَ ٱلْأَمْرَ أَنَّ دَابِرَ هَٰٓؤُلَآءِ مَقْطُوعٌ مُّصْبِحِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz Luta vəhy etdik ki, sübh çağı onların (kafirlərin) kökü kəsiləcək.
Bu ayənin bütün tercümələrinə bax →
وَجَآءَ أَهْلُ ٱلْمَدِينَةِ يَسْتَبْشِرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Şəhər əhalisi (qonaqlardan xəbər tutduqda) bir-birini muştuluqlayaraq (Lutun yanına) gəldi.
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ إِنَّ هَٰٓؤُلَآءِ ضَيْفِى فَلَا تَفْضَحُونِ
Azerbaijani Translation - Ali Khan Musayev (Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. (Pis əməllərinizlə) məni biabır etməyin!
Bu ayənin bütün tercümələrinə bax →
وَٱتَّقُوا۟ ٱللَّهَ وَلَا تُخْزُونِ
Azerbaijani Translation - Ali Khan Musayev Allahdan qorxun və məni rüsvay etməyin!”
Bu ayənin bütün tercümələrinə bax →
قَالُوٓا۟ أَوَلَمْ نَنْهَكَ عَنِ ٱلْعَٰلَمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar dedilər: “Məgər biz sənə (şəhərimizə gələn) insanları (qonaq saxlamağı və ya himayə etməyi) qadağan etməmişik?!”
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ هَٰٓؤُلَآءِ بَنَاتِىٓ إِن كُنتُمْ فَٰعِلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Lut) dedi: “Bunlar (ümmətimin qadınları) mənim qızlarımdır. Əgər edəcəksinizsə (onlarla evlənə bilərsiniz)!”
Bu ayənin bütün tercümələrinə bax →
لَعَمْرُكَ إِنَّهُمْ لَفِى سَكْرَتِهِمْ يَعْمَهُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Muhəmməd!) Həyatına and olsun ki, onlar şəhvətləri içində veyl-veyl gəzirdilər.
Bu ayənin bütün tercümələrinə bax →
فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُشْرِقِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Günəş doğarkən qorxunc səs onları yaxaladı.
Bu ayənin bütün tercümələrinə bax →
فَجَعَلْنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِّن سِجِّيلٍ
Azerbaijani Translation - Ali Khan Musayev O şəhərin altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّلْمُتَوَسِّمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Bunda, düşünən kimsələr üçün dəlillər vardır.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّهَا لَبِسَبِيلٍ مُّقِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev O diyar (Məkkədən Şama gedən) yolun üzərində yerləşir.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّلْمُؤْمِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Şübhəsiz ki, bunda möminlər üçün dəlillər vardır.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِن كَانَ أَصْحَٰبُ ٱلْأَيْكَةِ لَظَٰلِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Əykə əhalisi də zalımlardan idi.
Bu ayənin bütün tercümələrinə bax →
فَٱنتَقَمْنَا مِنْهُمْ وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev Onlardan da intiqam aldıq. Hər iki şəhər (Lut qövmü Sədum və Əykə əhalisi) aydın görünən yol üzərində yerləşir.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ كَذَّبَ أَصْحَٰبُ ٱلْحِجْرِ ٱلْمُرْسَلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Salehin tayfası da) Hicr əhalisi də peyğəmbərləri yalançı saydı.
Bu ayənin bütün tercümələrinə bax →
وَءَاتَيْنَٰهُمْ ءَايَٰتِنَا فَكَانُوا۟ عَنْهَا مُعْرِضِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onlara ayələrimizi göndərdik, lakin onlar o ayələrdən üz çevirdilər.
Bu ayənin bütün tercümələrinə bax →
وَكَانُوا۟ يَنْحِتُونَ مِنَ ٱلْجِبَالِ بُيُوتًا ءَامِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar dağlarda əmin-amanlıq içində (özlərinə) evlər yonurdular.
Bu ayənin bütün tercümələrinə bax →
فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُصْبِحِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Sübh çağında onları qorxunc səs yaxaladı.
Bu ayənin bütün tercümələrinə bax →
فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يَكْسِبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Qazandıqları (dünya malı və qurduqları evlər) isə onlara heç bir fayda vermədi.
Bu ayənin bütün tercümələrinə bax →
وَمَا خَلَقْنَا ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ وَإِنَّ ٱلسَّاعَةَ لَـَٔاتِيَةٌ فَٱصْفَحِ ٱلصَّفْحَ ٱلْجَمِيلَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. (Qiyamət) saatı mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ رَبَّكَ هُوَ ٱلْخَلَّٰقُ ٱلْعَلِيمُ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, Rəbbin (hər şeyi) Yaradandır, (hər şeyi) Biləndir.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ ءَاتَيْنَٰكَ سَبْعًا مِّنَ ٱلْمَثَانِى وَٱلْقُرْءَانَ ٱلْعَظِيمَ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) Biz sənə təkrarlanan yeddi ayəni (əl-Fatihə surəsini və ya yeddi surəni: əl-Bəqərə, Ali-İmran, ən-Nisa, əl-Maidə, əl-Ənam, əl-Əraf, əl-Ənfal) və əzəmətli Quranı verdik.
Bu ayənin bütün tercümələrinə bax →
لَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِۦٓ أَزْوَٰجًا مِّنْهُمْ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَٱخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Kafirlərdən bəzilərinə verdiyimiz (fani) dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminləri (mərhəmət) qanadının altına al
Bu ayənin bütün tercümələrinə bax →
وَقُلْ إِنِّىٓ أَنَا ٱلنَّذِيرُ ٱلْمُبِينُ
Azerbaijani Translation - Ali Khan Musayev və de: “Şübhəsiz ki, mən sizi (Allahın əzabı) ilə açıq-aşkar qorxudanam!”
Bu ayənin bütün tercümələrinə bax →
كَمَآ أَنزَلْنَا عَلَى ٱلْمُقْتَسِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz (Quranı) bölən kimsələrə də, beləcə, əzab endirmişdik.
Bu ayənin bütün tercümələrinə bax →
ٱلَّذِينَ جَعَلُوا۟ ٱلْقُرْءَانَ عِضِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər).
Bu ayənin bütün tercümələrinə bax →
فَوَرَبِّكَ لَنَسْـَٔلَنَّهُمْ أَجْمَعِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) Rəbbinə and olsun ki, Biz onların hamısını sorğu-suala çəkəcəyik –
Bu ayənin bütün tercümələrinə bax →
عَمَّا كَانُوا۟ يَعْمَلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Dünyada) etdikləri əməllər barəsində.
Bu ayənin bütün tercümələrinə bax →
فَٱصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ ٱلْمُشْرِكِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Sənə əmr olunanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّا كَفَيْنَٰكَ ٱلْمُسْتَهْزِءِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik.
Bu ayənin bütün tercümələrinə bax →
ٱلَّذِينَ يَجْعَلُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَسَوْفَ يَعْلَمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev O kəslər ki, Allaha başqa məbudu şərik qoşurlar. Onlar tezliklə biləcəklər.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onların dediklərindən qəlbinin sıxıldığını bilirik.
Bu ayənin bütün tercümələrinə bax →
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّٰجِدِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol!
Bu ayənin bütün tercümələrinə bax →
وَٱعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ ٱلْيَقِينُ
Azerbaijani Translation - Ali Khan Musayev Və sənə ölüm gələnədək Rəbbinə ibadət et.
Bu ayənin bütün tercümələrinə bax →
← Ibrahim surəsi
An-Nahl surəsi →
Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
→
Ərəb mətni və tərcümələr Tanzil və QuranEnc vasitəsilə — eynilə, dəyişdirilmədən · Tərcümələr tərcüməçilərinə aiddir və Quranın özü deyil
Bu, araşdırma köməkçisidir; fətva mərcii deyil.