Azerbaijani Translation - Ali Khan MusayevƏlif. Ləm. Ra. (Bu,) insanları öz Rəbbinin izni ilə zülmətlərdən nura – Qüdrətli, Tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.
Azerbaijani Translation - Ali Khan MusayevO Allah ki, göylərdə və yerdə nə varsa, Onundur. Düçar olacaqları şiddətli əzabdan dolayı vay kafirlərin halına!
Azerbaijani Translation - Ali Khan MusayevO kəslər ki, dünyanı axirətdən üstün tutur, (insanları) Allah yolundan azdırır və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər.
Azerbaijani Translation - Ali Khan MusayevBiz hər bir peyğəmbəri ancaq öz qövmünün dilində (danışan) göndərdik ki, (haqqı) onlara bəyan etsin. Allah istədiyini (haqq yoldan) azdırır, istədiyini də doğru yola yönəldir. O, Qüdrətlidir, Hikmət sahibidir.
Azerbaijani Translation - Ali Khan MusayevBiz Musanı ayətlərimizlə göndərib (ona): “Qövmünü zülmətdən nura çıxart və onlara Allahın günlərini xatırlat”– dedik. Sözsüz ki, bunda, çox səbir və şükür edənlər üçün dəlillər vardır.
Azerbaijani Translation - Ali Khan MusayevBir zaman Musa öz qövmünə demişdi: “Allahın sizə verdiyi neməti xatırlayın. O, sizi Firon əhlindən xilas etdi. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) sağ buraxırdılar. Bunda Rəbbinizdən sizin üçün böyük bir imtahan var idi”.
Azerbaijani Translation - Ali Khan MusayevRəbbiniz (belə) bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.
Azerbaijani Translation - Ali Khan MusayevMusa dedi: “Əgər siz və yer üzündə olanların hamısı küfr etsəniz, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Allah, həqiqətən də, zəngindir, tərifəlayiqdir”.
Azerbaijani Translation - Ali Khan MusayevSizdən əvvəlkilərin – Nuh, Ad və Səmud tayfalarının, habelə, onlardan sonra gəlib-getmiş kimsələrin xəbərləri sizə gəlib çatmadımı? Onlar haqqında Allahdan başqa heç kəs bilmir. Peyğəmbərləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Onlar isə (peyğəmbərlərin onlara gətirdiklərinə qəzəblənərək) əllərini ağızlarının üstünə qoyub: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizləri dəvət etdiyiniz (din) barəsində şübhə doğuran şəkk içindəyik!”– demişdilər.
Azerbaijani Translation - Ali Khan MusayevPeyğəmbərləri (onlara) dedilər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər (sizə ölüm gələnədək) möhlət vermək üçün sizi (imana) çağırır”. Onlar dedilər: “Siz də bizim kimi bir bəşərsiniz. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Elə isə bizə açıq-aydın bir dəlil gətirin”.
Azerbaijani Translation - Ali Khan MusayevPeyğəmbərləri (onlara) dedilər: “Biz də sizin kimi bir bəşərik. Lakin Allah Öz qullarından istədiyinə lütf edər. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy möminlər ancaq Allaha təvəkkül etsinlər.
Azerbaijani Translation - Ali Khan MusayevAllah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül etməyək?! Sizin bizə verdiyiniz əziyyətlərə, əlbəttə ki, dözəcəyik. Qoy təvəkkül edənlər yalnız Allaha təvəkkül etsinlər”.
Azerbaijani Translation - Ali Khan MusayevKafirlər peyğəmbərlərinə dedilər: “Sizi ya öz torpağımızdan çıxaracağıq, ya da mütləq bizim dinimizə qayıdacaqsınız!” Rəbbi də onlara (peyğəmbərlərə) belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcəyik!
Azerbaijani Translation - Ali Khan MusayevOnlardan sonra da o yerdə sizi sakin edəcəyik. Bu, həm hüzurumda durmaqdan, həm də təhdidimdən qorxan kimsələr üçündür”.
Azerbaijani Translation - Ali Khan MusayevO, bu irinli suyu qurtum-qurtum içəcək, amma onu zorla udacaqdır. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da şiddətli bir əzab gələcəkdir!
Azerbaijani Translation - Ali Khan MusayevRəbbinə küfür edənlərin (dünyadakı yaxşı) əməllərinin məsəli, qasırğalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar gördükləri işlərə görə savab qazanmazlar. Dərin azğınlıq da elə budur.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey insan!) Allahın göyləri və yeri haqq ilə yaratdığını görmürsənmi?! Əgər Allah istəsə, sizi yox edib (yerinizə) yeni məxluq (başqa insanlar) gətirər.
Azerbaijani Translation - Ali Khan Musayev(Qiyamət günü) hamı Allahın hüzuruna çıxarılacaq və zəiflər təkəbbürlük göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. (İndi) siz, Allahın əzabını, qismən də olsa, bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. (İndi) zarısaq da, səbir etsək də bizim üçün eynidir. Çünki bizim üçün qurtuluş yeri yoxdur”.
Azerbaijani Translation - Ali Khan Musayevİş bitdikdə (Cənnət əhli Cənnətə, cəhənnəm əhli də Cəhənnəmə daxil olduqda) şeytan (günahkarlara) deyəcək: “Həqiqətən, Allah sizə (Cəhənnəmə düşəcəyiniz barədə) gerçək vəd vermişdi. Mən də sizə, (kömək edəcəyimə dair) vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (günah işlərə) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Şübhəsiz ki, mən dünyada da sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir.
Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib saleh əməllər edənlər isə (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil ediləcək və Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Onların orada qarşılaşarkən (bir-birinə) deyəcəkləri söz: “Salam!” olacaqdır.
Azerbaijani Translation - Ali Khan MusayevAllahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü (yerdə) möhkəm olan, budaqları isə göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir.
Azerbaijani Translation - Ali Khan MusayevO (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman (ilin qış və yay fəsilndən aslı olmayaraq) verər. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar.
Azerbaijani Translation - Ali Khan MusayevAllah iman gətirənləri həm dünya həyatında, həm də axirətdə möhkəm sözlə (şəhadət kəlməsi ilə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) azdırar. Allah istədiyini edər.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar (insanları) Allah yolundan azdırmaq üçün (bütləri) Ona tay tutdular. De: “(Hələ ki) əylənin! Şübhəsiz ki, dönüşünüz Odadır”.
Azerbaijani Translation - Ali Khan Musayevİman gətirən qullarıma de ki, (doğru-düzgün) namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən öncə onlara verdiyimiz ruzidən (Allah yolunda) gizli və aşkar xərcləsinlər.
Azerbaijani Translation - Ali Khan MusayevGöyləri və yeri yaradan, göydən su endirib onunla sizin üçün (növbənöv) meyvələrdən ruzi yetişdirən, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verən və çayları sizə ram edən Allahdır.
Azerbaijani Translation - Ali Khan MusayevO sizə istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.
Azerbaijani Translation - Ali Khan MusayevBir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq (yurdu) et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq et!
Azerbaijani Translation - Ali Khan MusayevEy Rəbbim! Həqiqətən də, o bütlər insanlardan bir çoxunu azdırdılar. Kim mənə tabe olsa, o, məndəndir. Kim də mənə asi olsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə,) Sən bağışlayansan, rəhmlisən.
Azerbaijani Translation - Ali Khan MusayevEy Rəbbimiz! Mən zürriyyətimdən bəzisini Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, heç bir bitki olmayan bir vadidə yerləşdirdim. Ey Rəbbimiz! Onlar (doğru-düzgün) namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara (növbənöv) meyvələrindən ruzi ver ki, bəlkə şükür etsinlər.
Azerbaijani Translation - Ali Khan MusayevEy Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə, heç bir şey Allahdan gizli qalmaz.
Azerbaijani Translation - Ali Khan MusayevZalımların etdikləri əməllərdən Allahı əsla xəbərsiz sanma. Allah onların cəzasını gözlərin bərələ qalacağı günə saxlamışdır.
Azerbaijani Translation - Ali Khan Musayev(O gün) onlar başlarını yuxarı qaldıraraq (carçıya doğru) tələsəcək, gözlərini qırpa bilməyəcək və qəlbləri də bomboş olacaq (qorxudan bütün başqa duyğulardan xali olacaq).
Azerbaijani Translation - Ali Khan Musayevİnsanları, onlara əzab gələcəyi günlə qorxut. (O gün) zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və peyğəmbərlərə tabe olaq”. (Onlara belə deyiləcək:) “Məgər əvvəllər siz dünyadan köçməyəcəyiniz barədə and içməmişdiniz?!
Azerbaijani Translation - Ali Khan MusayevSiz özlərinə zülm edənlərin yurdlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə agah oldu və (anlayasınız deyə) sizə (ibrətamiz) misallar da çəkdik”.
Azerbaijani Translation - Ali Khan Musayev(Zalımlar) öz hiylələrini qurdular. Halbuki onların hiyləsi Allaha bəllidir. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir.
Azerbaijani Translation - Ali Khan MusayevAllahın əsla Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah qüdrətlidir, intiqam almağa qadirdir.
Azerbaijani Translation - Ali Khan MusayevO gün yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq (və insanlar) Tək olan, (hər şeyə) Qalib gələn Allahın hüzurunda duracaqlar.
Azerbaijani Translation - Ali Khan MusayevAllah hər kəsə (dünyada) etdiyi əməllərin əvəzini vermək üçün belə edəcəkdir. Həqiqətən, Allah tez haqq-hesab çəkəndir.
Azerbaijani Translation - Ali Khan MusayevBu (Quran) insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.