caseriqQuranda məna axtarışı

An-Nahl surəsi النحل

128 ayə · Məkkə · nazil olma sırası 70

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ أَتَىٰٓ أَمْرُ ٱللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllahın əmri gələcəkdir. Odur ki, onun tez gəlməsini istəməyin. Allah müşriklərin Ona qoşduqları şəriklərdən uzaqdır və ucadır.

Bu ayənin bütün tercümələrinə bax →

يُنَزِّلُ ٱلْمَلَٰٓئِكَةَ بِٱلرُّوحِ مِنْ أَمْرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦٓ أَنْ أَنذِرُوٓا۟ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱتَّقُونِ

Azerbaijani Translation - Ali Khan MusayevAllah Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərib buyurur: “(Qullarımı) qorxudub xəbərdar edin ki, Məndən başqa (ibadətə layiq olan) məbud yoxdur. Məndən qorxun!”.

Bu ayənin bütün tercümələrinə bax →

خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ تَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah göyləri və yeri haqq olaraq yaratmışdır. O, müşriklərin qoşduqları şəriklərdən ucadır.

Bu ayənin bütün tercümələrinə bax →

خَلَقَ ٱلْإِنسَٰنَ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ

Azerbaijani Translation - Ali Khan MusayevAllah insanı nütfədən yaratdı. O isə (Rəbbinə qarşı) açıq-aşkar mübahisəçiyə çevrildi.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلْأَنْعَٰمَ خَلَقَهَا لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَٰفِعُ وَمِنْهَا تَأْكُلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMal-qaranı da O yaratdı. Onlarda sizin üçün (bədəninizi) isti saxlayan (yun geyim) və başqa faydalar vardır. Həmçinin onlardan (onların ətindən) yeyirsiniz.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMal-qaranı axşam tövləyə qaytardıqda da, səhər (otarmaq üçün) çölə buraxdıqda da sizin üçün bir gözəllik (və ya zinət) vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍ لَّمْ تَكُونُوا۟ بَٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلْأَنفُسِ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَّحِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar sizin yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz şəfqətlidir, rəhmlidir.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلْخَيْلَ وَٱلْبِغَالَ وَٱلْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةً وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAtı, qatırı və uzunqulağı sizə həm minik, həm də zinət olsun deyə, Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَعَلَى ٱللَّهِ قَصْدُ ٱلسَّبِيلِ وَمِنْهَا جَآئِرٌ وَلَوْ شَآءَ لَهَدَىٰكُمْ أَجْمَعِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDoğru yolu göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər Allah istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi.

Bu ayənin bütün tercümələrinə bax →

هُوَ ٱلَّذِىٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً لَّكُم مِّنْهُ شَرَابٌ وَمِنْهُ شَجَرٌ فِيهِ تُسِيمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevGöydən yağmur endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində (mal-qaranızı) otardığınız (otların bitməsi) üçündür.

Bu ayənin bütün tercümələrinə bax →

يُنۢبِتُ لَكُم بِهِ ٱلزَّرْعَ وَٱلزَّيْتُونَ وَٱلنَّخِيلَ وَٱلْأَعْنَٰبَ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda düşünən qövm üçün dəlillər vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَسَخَّرَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ وَٱلشَّمْسَ وَٱلْقَمَرَ وَٱلنُّجُومُ مُسَخَّرَٰتٌۢ بِأَمْرِهِۦٓ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّقَوْمٍ يَعْقِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO, gecəni və gündüzü, günəşi və ayı sizə ram etmişdir. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunda anlayan qövm üçün dəlillər vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا ذَرَأَ لَكُمْ فِى ٱلْأَرْضِ مُخْتَلِفًا أَلْوَٰنُهُۥٓ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَذَّكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan qövm üçün dəlillər vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَهُوَ ٱلَّذِى سَخَّرَ ٱلْبَحْرَ لِتَأْكُلُوا۟ مِنْهُ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُوا۟ مِنْهُ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى ٱلْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevTəzə ət (balıq əti) yeməyiniz və taxdığınız bəzək şeylərini (mirvari və s.) çıxartmağınız üçün dənizi sizə ram edən Odur. Sən gəmilərin dənizi yara-yara üzüb getdiyini görürsən. (Bütün bunlar) Allahın lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَلْقَىٰ فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِكُمْ وَأَنْهَٰرًا وَسُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah,) yer sizi yırğalamasın deyə, onun üstündə möhkəm dağlar, habelə, düzgün istiqamət götürəsiniz deyə, çaylar və yollar yaratdı.

Bu ayənin bütün tercümələrinə bax →

وَعَلَٰمَٰتٍ وَبِٱلنَّجْمِ هُمْ يَهْتَدُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Yollarda) əlamətlər də (yaratdı. İnsanlar getdikləri) istiqaməti ulduzlar vasitəsilə də müəyyənləşdirərlər.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَمَن يَخْلُقُ كَمَن لَّا يَخْلُقُ أَفَلَا تَذَكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHeç yaradan (Allah), yarada bilməyənə (məxluqa) bənzəyərmi?! Məgər düşünmürsünüz?

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن تَعُدُّوا۟ نِعْمَةَ ٱللَّهِ لَا تُحْصُوهَآ إِنَّ ٱللَّهَ لَغَفُورٌ رَّحِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱللَّهُ يَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah sizin gizli saxladıqlarınızı da, aşkara çıxartdıqlarınızı da bilir.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَا يَخْلُقُونَ شَيْـًٔا وَهُمْ يُخْلَقُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Müşriklərin) Allahdan başqa tapındıqları (bütlər) heç bir şey yarada bilməzlər. (Əksinə,) onlar özləri yaradılmışlar.

Bu ayənin bütün tercümələrinə bax →

أَمْوَٰتٌ غَيْرُ أَحْيَآءٍ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Onlar) ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər.

Bu ayənin bütün tercümələrinə bax →

إِلَٰهُكُمْ إِلَٰهٌ وَٰحِدٌ فَٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٌ وَهُم مُّسْتَكْبِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSizin məbudunuz Tək olan İlahdır. Axirətə inanmayanların qəlbləri (isə haqqı) inkar edir. Özləri də təkəbbürlüdürlər.

Bu ayənin bütün tercümələrinə bax →

لَا جَرَمَ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْتَكْبِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. O, təkəbbürlük edənləri sevməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا قِيلَ لَهُم مَّاذَآ أَنزَلَ رَبُّكُمْ قَالُوٓا۟ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Kafirlərdən:) “Rəbbiniz (peyğəmbərinə) nə nazil etmişdir?”– deyə soruşduqda, onlar: “Keçmişdəkilərin nağıllarını!”– deyə cavab verdilər.

Bu ayənin bütün tercümələrinə bax →

لِيَحْمِلُوٓا۟ أَوْزَارَهُمْ كَامِلَةً يَوْمَ ٱلْقِيَٰمَةِ وَمِنْ أَوْزَارِ ٱلَّذِينَ يُضِلُّونَهُم بِغَيْرِ عِلْمٍ أَلَا سَآءَ مَا يَزِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevQoy onlar Qiyamət günü öz günahlarının hamısını və cahillikləri üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları (yük) necə də pisdir!

Bu ayənin bütün tercümələrinə bax →

قَدْ مَكَرَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَى ٱللَّهُ بُنْيَٰنَهُم مِّنَ ٱلْقَوَاعِدِ فَخَرَّ عَلَيْهِمُ ٱلسَّقْفُ مِن فَوْقِهِمْ وَأَتَىٰهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlardan əvvəlkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ يَوْمَ ٱلْقِيَٰمَةِ يُخْزِيهِمْ وَيَقُولُ أَيْنَ شُرَكَآءِىَ ٱلَّذِينَ كُنتُمْ تُشَٰٓقُّونَ فِيهِمْ قَالَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ إِنَّ ٱلْخِزْىَ ٱلْيَوْمَ وَٱلسُّوٓءَ عَلَى ٱلْكَٰفِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSonra Qiyamət günü (Allah) onları rüsvay edəcək və deyəcək: “Haqqında mübahisə etdiyiniz şəriklərim haradadır?!” Elm verilmiş kimsələr deyəcəklər: “Bu gün kafirlərə rüsvayçılıq və əzab üz verəcəkdir!”

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ ظَالِمِىٓ أَنفُسِهِمْ فَأَلْقَوُا۟ ٱلسَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِن سُوٓءٍۭ بَلَىٰٓ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا كُنتُمْ تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqda, onlar təslim olub: “Biz heç bir pislik etmirdik!”– (deyəcəklər. Onlara belə deyiləcək:) “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.

Bu ayənin bütün tercümələrinə bax →

فَٱدْخُلُوٓا۟ أَبْوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَا فَلَبِئْسَ مَثْوَى ٱلْمُتَكَبِّرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevElə isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!”

Bu ayənin bütün tercümələrinə bax →

وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوْا۟ مَاذَآ أَنزَلَ رَبُّكُمْ قَالُوا۟ خَيْرًا لِّلَّذِينَ أَحْسَنُوا۟ فِى هَٰذِهِ ٱلدُّنْيَا حَسَنَةٌ وَلَدَارُ ٱلْـَٔاخِرَةِ خَيْرٌ وَلَنِعْمَ دَارُ ٱلْمُتَّقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevMüttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir (nazil etmişdir!)”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir!

Bu ayənin bütün tercümələrinə bax →

جَنَّٰتُ عَدْنٍ يَدْخُلُونَهَا تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ لَهُمْ فِيهَا مَا يَشَآءُونَ كَذَٰلِكَ يَجْزِى ٱللَّهُ ٱلْمُتَّقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar (ağacları və qəsrləri) altından çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلَٰمٌ عَلَيْكُمُ ٱدْخُلُوا۟ ٱلْجَنَّةَ بِمَا كُنتُمْ تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO kəslər ki, mələklər onların canlarını (şirkdən və küfürdən) pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə Cənnətə daxil olun!”– deyərlər.

Bu ayənin bütün tercümələrinə bax →

هَلْ يَنظُرُونَ إِلَّآ أَن تَأْتِيَهُمُ ٱلْمَلَٰٓئِكَةُ أَوْ يَأْتِىَ أَمْرُ رَبِّكَ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa (kafirlər) özlərinə ancaq mələklərin, yaxud Rəbbinin əmrinin (əzabının) gəlməsinimi gözləyirlər?! Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَصَابَهُمْ سَيِّـَٔاتُ مَا عَمِلُوا۟ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlara etdikləri pis əməllərin cəzası nəsib oldu və istehza etdikləri (əzab) onları yaxaladı.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالَ ٱلَّذِينَ أَشْرَكُوا۟ لَوْ شَآءَ ٱللَّهُ مَا عَبَدْنَا مِن دُونِهِۦ مِن شَىْءٍ نَّحْنُ وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمْنَا مِن دُونِهِۦ مِن شَىْءٍ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَهَلْ عَلَى ٱلرُّسُلِ إِلَّا ٱلْبَلَٰغُ ٱلْمُبِينُ

Azerbaijani Translation - Ali Khan MusayevMüşriklər dedilər: “Əgər Allah istəsəydi, biz də, atalarımız da Ondan başqa heç nəyə ibadət etməz və Onun izni olmadan heç nəyi haram saymazdıq!”. Onlardan əvvəlkilər də belə etmişdilər. Məgər peyğəmbərlərin vəzifəsi ancaq açıq-aydın təbliğ etmək deyilmi?!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ بَعَثْنَا فِى كُلِّ أُمَّةٍ رَّسُولًا أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱجْتَنِبُوا۟ ٱلطَّٰغُوتَ فَمِنْهُم مَّنْ هَدَى ٱللَّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ ٱلضَّلَٰلَةُ فَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə,) peyğəmbər göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azdırmışdır. Yer üzündə gəzib dolaşın və (haqqı) yalan sayanların aqibətinin necə olduğunu görün!

Bu ayənin bütün tercümələrinə bax →

إِن تَحْرِصْ عَلَىٰ هُدَىٰهُمْ فَإِنَّ ٱللَّهَ لَا يَهْدِى مَن يُضِلُّ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSən onların doğru yola gəlməsi üçün nə qədər çalışsan da, (bil ki,) Allah azdırdığı kimsələri doğru yola yönəltməz və onlara kömək edən də tapılmaz.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَٰنِهِمْ لَا يَبْعَثُ ٱللَّهُ مَن يَمُوتُ بَلَىٰ وَعْدًا عَلَيْهِ حَقًّا وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Allah ölən bir kəsi diriltməyəcəkdir!”– deyə Allaha möhkəm and içdilər. Xeyr! (Allahın ölüləri dirildəcəyi barədə) verdiyi vəd haqdır, lakin insanların çoxu (bunu) bilməz.

Bu ayənin bütün tercümələrinə bax →

لِيُبَيِّنَ لَهُمُ ٱلَّذِى يَخْتَلِفُونَ فِيهِ وَلِيَعْلَمَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّهُمْ كَانُوا۟ كَٰذِبِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah ölüləri dirildəcəkdir ki,) ixtilafda olduqları şeyləri onlara bəyan etsin və kafirlər də özlərinin yalançı olduqlarını bilsinlər.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّمَا قَوْلُنَا لِشَىْءٍ إِذَآ أَرَدْنَٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ

Azerbaijani Translation - Ali Khan MusayevBiz bir şey (yaratmaq) istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da (dərhal) olur.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ هَاجَرُوا۟ فِى ٱللَّهِ مِنۢ بَعْدِ مَا ظُلِمُوا۟ لَنُبَوِّئَنَّهُمْ فِى ٱلدُّنْيَا حَسَنَةً وَلَأَجْرُ ٱلْـَٔاخِرَةِ أَكْبَرُ لَوْ كَانُوا۟ يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevZülmə uğradıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl yerdə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər!

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ صَبَرُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Onlar) səbir edən və yalnız Rəbbinə təvəkkül edən kəslərdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًا نُّوحِىٓ إِلَيْهِمْ فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz yalnız kişiləri (peyğəmbər) göndərmişdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.

Bu ayənin bütün tercümələrinə bax →

بِٱلْبَيِّنَٰتِ وَٱلزُّبُرِ وَأَنزَلْنَآ إِلَيْكَ ٱلذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Biz o peyğəmbərləri) açıq-aydın dəlillər və kitablarla (göndərdik). Sənə də Zikri (Quranı) nazil etdik ki, insanlara, onlara nazil olanları (hökmləri) izah edəsən və bəlkə onlar fikirləşələr.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَأَمِنَ ٱلَّذِينَ مَكَرُوا۟ ٱلسَّيِّـَٔاتِ أَن يَخْسِفَ ٱللَّهُ بِهِمُ ٱلْأَرْضَ أَوْ يَأْتِيَهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Haqq əhlinə qarşı) hiylələrə əl atanlar, Allahın onları yerə batırmayacağına, yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi?!

Bu ayənin bütün tercümələrinə bax →

أَوْ يَأْخُذَهُمْ فِى تَقَلُّبِهِمْ فَمَا هُم بِمُعْجِزِينَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa, gəzib dolaşarkən (Allahın) onları (əzabla) yaxalamayacağına (əmindirlər?!) Onlar (Allahdan) yaxa qurtara bilməyəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

أَوْ يَأْخُذَهُمْ عَلَىٰ تَخَوُّفٍ فَإِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَّحِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevYaxud qorxu içində olduqları halda, (Allahın) onları (əzabla) yaxalamayacağına (əmindirlər?!) Həqiqətən, Rəbbiniz çox şəfqətlidir, rəhmlidir.

Bu ayənin bütün tercümələrinə bax →

أَوَلَمْ يَرَوْا۟ إِلَىٰ مَا خَلَقَ ٱللَّهُ مِن شَىْءٍ يَتَفَيَّؤُا۟ ظِلَٰلُهُۥ عَنِ ٱلْيَمِينِ وَٱلشَّمَآئِلِ سُجَّدًا لِّلَّهِ وَهُمْ دَٰخِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağa-sola əyilir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلِلَّهِ يَسْجُدُ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ مِن دَآبَّةٍ وَٱلْمَلَٰٓئِكَةُ وَهُمْ لَا يَسْتَكْبِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevGöylərdə və yerdə olanların hamısı – canlılar, hətta mələklər də təkəbbür göstərmədən Allaha səcdə edirlər.

Bu ayənin bütün tercümələrinə bax →

يَخَافُونَ رَبَّهُم مِّن فَوْقِهِمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar özlərinin fövqündə olan Rəbbindən qorxar və özlərinə əmr edilənləri yerinə yetirərlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالَ ٱللَّهُ لَا تَتَّخِذُوٓا۟ إِلَٰهَيْنِ ٱثْنَيْنِ إِنَّمَا هُوَ إِلَٰهٌ وَٰحِدٌ فَإِيَّٰىَ فَٱرْهَبُونِ

Azerbaijani Translation - Ali Khan MusayevAllah buyurdu: “İki ilah qəbul etməyin! O, ancaq Tək bir İlahdır. Yalnız Məndən qorxun!”.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلَهُ ٱلدِّينُ وَاصِبًا أَفَغَيْرَ ٱللَّهِ تَتَّقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevGöylərdə və yerdə nə varsa, Onundur. Din də (itaət və ibadət də) daim Ona məxsusdur. Belə isə, siz Allahdan başqasındanmı qorxursunuz?!

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا بِكُم مِّن نِّعْمَةٍ فَمِنَ ٱللَّهِ ثُمَّ إِذَا مَسَّكُمُ ٱلضُّرُّ فَإِلَيْهِ تَجْـَٔرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSizə verilən hər bir nemət Allahdandır. Sonra sizə bir bəla üz verdikdə, ancaq Ona yalvarırsınız.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ إِذَا كَشَفَ ٱلضُّرَّ عَنكُمْ إِذَا فَرِيقٌ مِّنكُم بِرَبِّهِمْ يُشْرِكُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBəlanı sizdən sovuşdurduqdan sonra isə, sizlərdən bəziləri Rəbbinə şərik qoşur.

Bu ayənin bütün tercümələrinə bax →

لِيَكْفُرُوا۟ بِمَآ ءَاتَيْنَٰهُمْ فَتَمَتَّعُوا۟ فَسَوْفَ تَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlara verdiyimiz nemətlərə nankorluq etsinlər deyə belə edirlər. (Hələlik) əylənin! Tezliklə biləcəksiniz.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَجْعَلُونَ لِمَا لَا يَعْلَمُونَ نَصِيبًا مِّمَّا رَزَقْنَٰهُمْ تَٱللَّهِ لَتُسْـَٔلُنَّ عَمَّا كُنتُمْ تَفْتَرُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Müşriklər,) özlərinə verdiyimiz ruzidən heç nə anlamayanlara (bütlərə) pay ayırırlar. Allaha and olsun ki, atdığınız iftiralara görə, mütləq sorğu-sual olunacaqsınız.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَجْعَلُونَ لِلَّهِ ٱلْبَنَٰتِ سُبْحَٰنَهُۥ وَلَهُم مَّا يَشْتَهُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar Allaha qızlar isnad edirlər. (Mələklərin, Onun qızları olduğunu deyirlər). Allah pak və müqəddəsdir. Özlərinə isə istədiklərini (oğlan uşaqlarını) aid edirlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا بُشِّرَ أَحَدُهُم بِٱلْأُنثَىٰ ظَلَّ وَجْهُهُۥ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevOnlardan birinə qızı olması ilə müjdə verildikdə, qəzəbindən üzü qapqara qaralır.

Bu ayənin bütün tercümələrinə bax →

يَتَوَٰرَىٰ مِنَ ٱلْقَوْمِ مِن سُوٓءِ مَا بُشِّرَ بِهِۦٓ أَيُمْسِكُهُۥ عَلَىٰ هُونٍ أَمْ يَدُسُّهُۥ فِى ٱلتُّرَابِ أَلَا سَآءَ مَا يَحْكُمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOna verilən bəd müjdə ucbatından camaatdan gizlənir. (Bilmir nə etsin,) körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar (Allaha övlad isnad etmələri) necə də pisdir!

Bu ayənin bütün tercümələrinə bax →

لِلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ مَثَلُ ٱلسَّوْءِ وَلِلَّهِ ٱلْمَثَلُ ٱلْأَعْلَىٰ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Azerbaijani Translation - Ali Khan MusayevPis sifət axirətə inanmayanlara xasdır. Ən uca sifət isə Allaha məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِظُلْمِهِم مَّا تَرَكَ عَلَيْهَا مِن دَآبَّةٍ وَلَٰكِن يُؤَخِّرُهُمْ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى فَإِذَا جَآءَ أَجَلُهُمْ لَا يَسْتَـْٔخِرُونَ سَاعَةً وَلَا يَسْتَقْدِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allah insanları etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər (əcəl yetişənədək) möhlət verir. Onların əcəli çatdıqda isə, (onu) bircə saat belə nə qabağa çəkə bilər, nə də yubandıra bilərlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَجْعَلُونَ لِلَّهِ مَا يَكْرَهُونَ وَتَصِفُ أَلْسِنَتُهُمُ ٱلْكَذِبَ أَنَّ لَهُمُ ٱلْحُسْنَىٰ لَا جَرَمَ أَنَّ لَهُمُ ٱلنَّارَ وَأَنَّهُم مُّفْرَطُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Müşriklər) özlərinin xoşlamadıqlarını (qızları) Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl aqibətin onların olacağını söyləyir. Şübhəsiz ki, od onlar üçün hazırlanmışdır və onlar (orada) tərk olunacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

تَٱللَّهِ لَقَدْ أَرْسَلْنَآ إِلَىٰٓ أُمَمٍ مِّن قَبْلِكَ فَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَٰنُ أَعْمَٰلَهُمْ فَهُوَ وَلِيُّهُمُ ٱلْيَوْمَ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevAllaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan isə o (kafir) ümmətlərin əməllərini özlərinə gözəl göstərdi. Şeytan bu gün də onların dostudur. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَآ أَنزَلْنَا عَلَيْكَ ٱلْكِتَٰبَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ ٱلَّذِى ٱخْتَلَفُوا۟ فِيهِ وَهُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Kitabı sənə yalnız ixtilafda olduqları şeyləri onlara bəyan edəsən və iman gətirən bir qövmə doğru yol göstəricisi və rəhmət olaraq nazil etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱللَّهُ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَحْيَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَسْمَعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah göydən yağmur yağdırıb onunla yer üzünü öldükdən sonra dirildər. Həqiqətən, bunda eşidən bir qövm üçün dəlillər vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَٰمِ لَعِبْرَةً نُّسْقِيكُم مِّمَّا فِى بُطُونِهِۦ مِنۢ بَيْنِ فَرْثٍ وَدَمٍ لَّبَنًا خَالِصًا سَآئِغًا لِّلشَّٰرِبِينَ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik.

Bu ayənin bütün tercümələrinə bax →

وَمِن ثَمَرَٰتِ ٱلنَّخِيلِ وَٱلْأَعْنَٰبِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَعْقِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSiz xurma ağacının meyvələrindən və üzümlərdən sərxoşedici içki və xeyirli ruzi hazırlayırsınız. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَوْحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحْلِ أَنِ ٱتَّخِذِى مِنَ ٱلْجِبَالِ بُيُوتًا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbin bal arısına ilham edərək belə buyurdu: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ كُلِى مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسْلُكِى سُبُلَ رَبِّكِ ذُلُلًا يَخْرُجُ مِنۢ بُطُونِهَا شَرَابٌ مُّخْتَلِفٌ أَلْوَٰنُهُۥ فِيهِ شِفَآءٌ لِّلنَّاسِ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSonra bütün meyvələrdən ye və Rəbbinin (sənin üçün) asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından müxtəlif rəngli bal çıxır. Onda insanlar üçün şəfa vardır. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱللَّهُ خَلَقَكُمْ ثُمَّ يَتَوَفَّىٰكُمْ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرْذَلِ ٱلْعُمُرِ لِكَىْ لَا يَعْلَمَ بَعْدَ عِلْمٍ شَيْـًٔا إِنَّ ٱللَّهَ عَلِيمٌ قَدِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevSizi Allah yaratdı. Sonra O sizi öldürəcək. Sizlərdən bəziləri (vaxtilə) bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeyə) qadirdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱللَّهُ فَضَّلَ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ فِى ٱلرِّزْقِ فَمَا ٱلَّذِينَ فُضِّلُوا۟ بِرَآدِّى رِزْقِهِمْ عَلَىٰ مَا مَلَكَتْ أَيْمَٰنُهُمْ فَهُمْ فِيهِ سَوَآءٌ أَفَبِنِعْمَةِ ٱللَّهِ يَجْحَدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah ruzi baxımından birinizi digərindən üstün etmişdir. Üstünlük verilənlər kölələrinə öz ruzilərindən vermirlər ki, bu yöndən bərabər olsunlar. Belə olduğu təqdirdə onlar Allahın nemətini inkarmı edirlər?

Bu ayənin bütün tercümələrinə bax →

وَٱللَّهُ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًا وَجَعَلَ لَكُم مِّنْ أَزْوَٰجِكُم بَنِينَ وَحَفَدَةً وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ أَفَبِٱلْبَٰطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَتِ ٱللَّهِ هُمْ يَكْفُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb, Allahın nemətini inkarmı edirlər?

Bu ayənin bütün tercümələrinə bax →

وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمْلِكُ لَهُمْ رِزْقًا مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ شَيْـًٔا وَلَا يَسْتَطِيعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar (Müşriklər) Allahı qoyub özlərinə göylərdən və yerdən heç bir ruzi verməyən və buna gücləri çatmayan (bütlərə) ibadət edirlər.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَا تَضْرِبُوا۟ لِلَّهِ ٱلْأَمْثَالَ إِنَّ ٱللَّهَ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHeç kəsi Allaha oxşatmayın. Həqiqətən, Allah bilir, siz isə bilmirsiniz.

Bu ayənin bütün tercümələrinə bax →

ضَرَبَ ٱللَّهُ مَثَلًا عَبْدًا مَّمْلُوكًا لَّا يَقْدِرُ عَلَىٰ شَىْءٍ وَمَن رَّزَقْنَٰهُ مِنَّا رِزْقًا حَسَنًا فَهُوَ يُنفِقُ مِنْهُ سِرًّا وَجَهْرًا هَلْ يَسْتَوُۥنَ ٱلْحَمْدُ لِلَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah, heç bir şeyə qadir olmayan və başqasının malı olan bir kölə ilə, dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَضَرَبَ ٱللَّهُ مَثَلًا رَّجُلَيْنِ أَحَدُهُمَآ أَبْكَمُ لَا يَقْدِرُ عَلَىٰ شَىْءٍ وَهُوَ كَلٌّ عَلَىٰ مَوْلَىٰهُ أَيْنَمَا يُوَجِّههُّ لَا يَأْتِ بِخَيْرٍ هَلْ يَسْتَوِى هُوَ وَمَن يَأْمُرُ بِٱلْعَدْلِ وَهُوَ عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevAllah eləcə də iki kişi barəsində misal çəkdi; onlardan biri laldır, heç bir şeyə qadir deyil və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətlə əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi?!

Bu ayənin bütün tercümələrinə bax →

وَلِلَّهِ غَيْبُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَآ أَمْرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمْحِ ٱلْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevGöylərin və yerin qeybini bilmək Allaha aiddir. Qiyamət saatının gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱللَّهُ أَخْرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَٰتِكُمْ لَا تَعْلَمُونَ شَيْـًٔا وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَٱلْأَفْـِٔدَةَ لَعَلَّكُمْ تَشْكُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah sizi analarınızın bətnindən heç bir şey bilmədiyiniz bir halda çıxartdı. Bəlkə şükür edəsiniz deyə sizə qulaqlar, gözlər və ürəklər verdi.

Bu ayənin bütün tercümələrinə bax →

أَلَمْ يَرَوْا۟ إِلَى ٱلطَّيْرِ مُسَخَّرَٰتٍ فِى جَوِّ ٱلسَّمَآءِ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱللَّهُ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar Allaha tabe olub, havada uçan quşları görmürlərmi?! Onları (havada) saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən bir qövm üçün dəlillər vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۢ بُيُوتِكُمْ سَكَنًا وَجَعَلَ لَكُم مِّن جُلُودِ ٱلْأَنْعَٰمِ بُيُوتًا تَسْتَخِفُّونَهَا يَوْمَ ظَعْنِكُمْ وَيَوْمَ إِقَامَتِكُمْ وَمِنْ أَصْوَافِهَا وَأَوْبَارِهَا وَأَشْعَارِهَآ أَثَٰثًا وَمَتَٰعًا إِلَىٰ حِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevAllah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə saldığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər (istifadə edəcəyiniz) ev əşyaları və başqa şeylər düzəltdi.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَٰلًا وَجَعَلَ لَكُم مِّنَ ٱلْجِبَالِ أَكْنَٰنًا وَجَعَلَ لَكُمْ سَرَٰبِيلَ تَقِيكُمُ ٱلْحَرَّ وَسَرَٰبِيلَ تَقِيكُم بَأْسَكُمْ كَذَٰلِكَ يُتِمُّ نِعْمَتَهُۥ عَلَيْكُمْ لَعَلَّكُمْ تُسْلِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah, yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, Allah Öz nemətini sizə tamamlayır ki, bəlkə (Ona) təslim olasınız (itaət edəsiniz).

Bu ayənin bütün tercümələrinə bax →

فَإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَٰغُ ٱلْمُبِينُ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlar üz çevirsələr, (bil ki,) sənin vəzifən ancaq açıq-aşkar təbliğ etməkdir.

Bu ayənin bütün tercümələrinə bax →

يَعْرِفُونَ نِعْمَتَ ٱللَّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكْثَرُهُمُ ٱلْكَٰفِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar Allahın nemətini bilir, sonradan onu inkar edirlər. Onların çoxu kafirlərdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَوْمَ نَبْعَثُ مِن كُلِّ أُمَّةٍ شَهِيدًا ثُمَّ لَا يُؤْذَنُ لِلَّذِينَ كَفَرُوا۟ وَلَا هُمْ يُسْتَعْتَبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHər ümmətdən bir şahid gətirəcəyimiz gün, kafirlərə (üzrxahlıq etməyə) izin verilməyəcək və üzr diləmələri də tələb olunmayacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا رَءَا ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلْعَذَابَ فَلَا يُخَفَّفُ عَنْهُمْ وَلَا هُمْ يُنظَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevZalımlar əzabı gördükdə, artıq onlardan əzab nə yüngülləşdiriləcək, nə də onlara möhlət veriləcək.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا رَءَا ٱلَّذِينَ أَشْرَكُوا۟ شُرَكَآءَهُمْ قَالُوا۟ رَبَّنَا هَٰٓؤُلَآءِ شُرَكَآؤُنَا ٱلَّذِينَ كُنَّا نَدْعُوا۟ مِن دُونِكَ فَأَلْقَوْا۟ إِلَيْهِمُ ٱلْقَوْلَ إِنَّكُمْ لَكَٰذِبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMüşriklər (Allaha qoşduqları) şəriklərini gördükdə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim Səndən başqa tapındığımız şəriklərimizdir!”. (Bütlər isə) onlara: “Şübhəsiz ki, siz yalançısınız!”– deyə cavab verəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَلْقَوْا۟ إِلَى ٱللَّهِ يَوْمَئِذٍ ٱلسَّلَمَ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO gün (müşriklər) Allaha təslim olduqlarını bildirəcək və uydurduqları (bütlər) onlardan uzaqlaşıb qeyb olacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ زِدْنَٰهُمْ عَذَابًا فَوْقَ ٱلْعَذَابِ بِمَا كَانُوا۟ يُفْسِدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevKafir olub (insanları) Allah yolundan azdıranlara, törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَوْمَ نَبْعَثُ فِى كُلِّ أُمَّةٍ شَهِيدًا عَلَيْهِم مِّنْ أَنفُسِهِمْ وَجِئْنَا بِكَ شَهِيدًا عَلَىٰ هَٰٓؤُلَآءِ وَنَزَّلْنَا عَلَيْكَ ٱلْكِتَٰبَ تِبْيَٰنًا لِّكُلِّ شَىْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevO gün hər ümmətə özlərindən bir şahid gətirəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şeyi izah edən, müsəlmanlara da doğru yol göstərən, mərhəmət və müjdə olaraq nazil etdik.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱللَّهَ يَأْمُرُ بِٱلْعَدْلِ وَٱلْإِحْسَٰنِ وَإِيتَآئِ ذِى ٱلْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ ٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ وَٱلْبَغْىِ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَوْفُوا۟ بِعَهْدِ ٱللَّهِ إِذَا عَٰهَدتُّمْ وَلَا تَنقُضُوا۟ ٱلْأَيْمَٰنَ بَعْدَ تَوْكِيدِهَا وَقَدْ جَعَلْتُمُ ٱللَّهَ عَلَيْكُمْ كَفِيلًا إِنَّ ٱللَّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllahla bağladığınız əhdə sadiq olun; möhkəm and içdikdən sonra andlarınızı pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah nələr etdiyinizi bilir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَكُونُوا۟ كَٱلَّتِى نَقَضَتْ غَزْلَهَا مِنۢ بَعْدِ قُوَّةٍ أَنكَٰثًا تَتَّخِذُونَ أَيْمَٰنَكُمْ دَخَلًۢا بَيْنَكُمْ أَن تَكُونَ أُمَّةٌ هِىَ أَرْبَىٰ مِنْ أُمَّةٍ إِنَّمَا يَبْلُوكُمُ ٱللَّهُ بِهِۦ وَلَيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ مَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

Azerbaijani Translation - Ali Khan Musayevİpliyini möhkəm əyirdikdən sonra onu açıb sökən qadın kimi olmayın. Bir camaat digər bir camaatdan (sayca və malca) daha çox olduğu üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə mütləq bildirəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَٰحِدَةً وَلَٰكِن يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ وَلَتُسْـَٔلُنَّ عَمَّا كُنتُمْ تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin O, istədiyini azdırır, istədiyini də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَتَّخِذُوٓا۟ أَيْمَٰنَكُمْ دَخَلًۢا بَيْنَكُمْ فَتَزِلَّ قَدَمٌۢ بَعْدَ ثُبُوتِهَا وَتَذُوقُوا۟ ٱلسُّوٓءَ بِمَا صَدَدتُّمْ عَن سَبِيلِ ٱللَّهِ وَلَكُمْ عَذَابٌ عَظِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevAndlarınızı aranızda hiylə vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və (insanları) Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Üstəlik, axirətdə böyük bir əzaba düçar olarsınız.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَشْتَرُوا۟ بِعَهْدِ ٱللَّهِ ثَمَنًا قَلِيلًا إِنَّمَا عِندَ ٱللَّهِ هُوَ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllahla bağladığınız əhdi ucuz qiymətə satmayın. Əgər bilirsinizsə, Allah yanında olan (savab) sizin üçün daha xeyirlidir.

Bu ayənin bütün tercümələrinə bax →

مَا عِندَكُمْ يَنفَدُ وَمَا عِندَ ٱللَّهِ بَاقٍ وَلَنَجْزِيَنَّ ٱلَّذِينَ صَبَرُوٓا۟ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا۟ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.

Bu ayənin bütün tercümələrinə bax →

مَنْ عَمِلَ صَٰلِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُۥ حَيَوٰةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا۟ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.

Bu ayənin bütün tercümələrinə bax →

فَإِذَا قَرَأْتَ ٱلْقُرْءَانَ فَٱسْتَعِذْ بِٱللَّهِ مِنَ ٱلشَّيْطَٰنِ ٱلرَّجِيمِ

Azerbaijani Translation - Ali Khan MusayevQuran oxuduqda (Allahın rəhmətindən) qovulmuş şeytandan Allaha sığın!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّهُۥ لَيْسَ لَهُۥ سُلْطَٰنٌ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, iman gətirib və Rəbbinə təvəkkül edənlər üzərində şeytanın heç bir hökmranlığı yoxdur.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّمَا سُلْطَٰنُهُۥ عَلَى ٱلَّذِينَ يَتَوَلَّوْنَهُۥ وَٱلَّذِينَ هُم بِهِۦ مُشْرِكُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا بَدَّلْنَآ ءَايَةً مَّكَانَ ءَايَةٍ وَٱللَّهُ أَعْلَمُ بِمَا يُنَزِّلُ قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مُفْتَرٍۭ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: “Sən ancaq bir iftiraçısan!”– deyirlər. Halbuki Allah nə nazil etdiyini daha yaxşı bilir. Xeyr! Onların əksəriyyəti (bunu) bilməz.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ نَزَّلَهُۥ رُوحُ ٱلْقُدُسِ مِن رَّبِّكَ بِٱلْحَقِّ لِيُثَبِّتَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَهُدًى وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən, iman gətirənləri sabitqədəm etmək, müsəlmanlara doğru yol göstərmək və müjdə vermək üçün haqq olaraq nazil etmişdir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ نَعْلَمُ أَنَّهُمْ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٌ لِّسَانُ ٱلَّذِى يُلْحِدُونَ إِلَيْهِ أَعْجَمِىٌّ وَهَٰذَا لِسَانٌ عَرَبِىٌّ مُّبِينٌ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onların: “(Quranı) ona bir insan öyrədir!”– dediklərini bilirik. Onların istinad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِ لَا يَهْدِيهِمُ ٱللَّهُ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevAllahın ayələrinə inanmayanları Allah doğru yola yönəltməz və onlar üçün ağrılı-acılı bir əzab vardır.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّمَا يَفْتَرِى ٱلْكَذِبَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَٰذِبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar.

Bu ayənin bütün tercümələrinə bax →

مَن كَفَرَ بِٱللَّهِ مِنۢ بَعْدِ إِيمَٰنِهِۦٓ إِلَّا مَنْ أُكْرِهَ وَقَلْبُهُۥ مُطْمَئِنٌّۢ بِٱلْإِيمَٰنِ وَلَٰكِن مَّن شَرَحَ بِٱلْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِّنَ ٱللَّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevQəlbi imanla sabit qaldığı halda (haqqı danmağa) məcbur edilən kəslər müstəsna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ بِأَنَّهُمُ ٱسْتَحَبُّوا۟ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا عَلَى ٱلْـَٔاخِرَةِ وَأَنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَٰفِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBu, onların dünya həyatını axirətdən üstün tutduqlarına görədir. Allah kafir qövmü doğru yola yönəltməz.

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَأَبْصَٰرِهِمْ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْغَٰفِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBunlar, Allahın, qəlblərinə, qulaqlarına və gözlərinə möhür vurduğu kimsələrdir. Onlar əsl qafildirlər.

Bu ayənin bütün tercümələrinə bax →

لَا جَرَمَ أَنَّهُمْ فِى ٱلْـَٔاخِرَةِ هُمُ ٱلْخَٰسِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHeç şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُوا۟ مِنۢ بَعْدِ مَا فُتِنُوا۟ ثُمَّ جَٰهَدُوا۟ وَصَبَرُوٓا۟ إِنَّ رَبَّكَ مِنۢ بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevSınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib, (çətinliklərə) səbir edənləri bunlardan sonra əlbəttə, Rəbbin Bağışlayandır, Rəhmlidir.

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ تَأْتِى كُلُّ نَفْسٍ تُجَٰدِلُ عَن نَّفْسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُمْ لَا يُظْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO gün hər kəs öz canını qurtarmağa çalışacaq, hər kəsə etdiyi əməllərin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَضَرَبَ ٱللَّهُ مَثَلًا قَرْيَةً كَانَتْ ءَامِنَةً مُّطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِّن كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ ٱللَّهِ فَأَذَٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلْجُوعِ وَٱلْخَوْفِ بِمَا كَانُوا۟ يَصْنَعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah arxayınlıq və əmin-amanlıq içində olan, ruzisi hər yerdən bol-bol gələn bir diyarı (Məkkəni) misal çəkir. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ جَآءَهُمْ رَسُولٌ مِّنْهُمْ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ ٱلْعَذَابُ وَهُمْ ظَٰلِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlara özlərindən bir elçi gəldi. Onlar isə onu yalançı saydılar. (Buna görə də) zülm etdikləri zaman əzab onları yaxaladı.

Bu ayənin bütün tercümələrinə bax →

فَكُلُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلًا طَيِّبًا وَٱشْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ ٱلْمَيْتَةَ وَٱلدَّمَ وَلَحْمَ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevO sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa (ona günah yazılmaz), şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَقُولُوا۟ لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ ٱلْكَذِبَ هَٰذَا حَلَٰلٌ وَهَٰذَا حَرَامٌ لِّتَفْتَرُوا۟ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ إِنَّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ لَا يُفْلِحُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDilinizin yalana alışdığından dolayı, Allaha qarşı yalan uydurmaq üçün: “Bu halaldır, o haramdır!”– deməyin. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.

Bu ayənin bütün tercümələrinə bax →

مَتَٰعٌ قَلِيلٌ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Dünyada onlar üçün) az bir mənfəət (vardır, axirətdə isə) onları ağrılı-acılı bir əzab gözləyir.

Bu ayənin bütün tercümələrinə bax →

وَعَلَى ٱلَّذِينَ هَادُوا۟ حَرَّمْنَا مَا قَصَصْنَا عَلَيْكَ مِن قَبْلُ وَمَا ظَلَمْنَٰهُمْ وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSənə xəbər verdiyimiz şeyləri daha öncə yəhudilərə də haram etmişdik. Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm edirdilər.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُوا۟ ٱلسُّوٓءَ بِجَهَٰلَةٍ ثُمَّ تَابُوا۟ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوٓا۟ إِنَّ رَبَّكَ مِنۢ بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, Rəbbin, cahillikləri üzündən pis iş görən, ondan sonra tövbə edib (özlərini) islah edənləri, (bütün) bunlardan sonra, əlbəttə ki, Rəbbin bağışlayacaq və rəhm edəcək.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ إِبْرَٰهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِّلَّهِ حَنِيفًا وَلَمْ يَكُ مِنَ ٱلْمُشْرِكِينَ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, İbrahim Allaha müti, hənif (batildən haqqa tapınan) bir rəhbər idi. O, müşriklərdən olmamışdı.

Bu ayənin bütün tercümələrinə bax →

شَاكِرًا لِّأَنْعُمِهِ ٱجْتَبَىٰهُ وَهَدَىٰهُ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevO, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi.

Bu ayənin bütün tercümələrinə bax →

وَءَاتَيْنَٰهُ فِى ٱلدُّنْيَا حَسَنَةً وَإِنَّهُۥ فِى ٱلْـَٔاخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz ona dünyada gözəl nemət bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ أَوْحَيْنَآ إِلَيْكَ أَنِ ٱتَّبِعْ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSonra sənə (belə) vəhy etdik: “Hənif (Batildən haqqa tapınan) İbrahimin dininə tabe ol. O, müşriklərdən deyildi”.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّمَا جُعِلَ ٱلسَّبْتُ عَلَى ٱلَّذِينَ ٱخْتَلَفُوا۟ فِيهِ وَإِنَّ رَبَّكَ لَيَحْكُمُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ

Azerbaijani Translation - Ali Khan MusayevŞənbə günü, ancaq onun barəsində ixtilafa düşənlərə vacib edildi. Şübhəsiz ki, Rəbbin Qiyamət günü, ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

ٱدْعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِٱلْحِكْمَةِ وَٱلْمَوْعِظَةِ ٱلْحَسَنَةِ وَجَٰدِلْهُم بِٱلَّتِى هِىَ أَحْسَنُ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُوا۟ بِمِثْلِ مَا عُوقِبْتُم بِهِۦ وَلَئِن صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِّلصَّٰبِرِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Günahkarı) cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱصْبِرْ وَمَا صَبْرُكَ إِلَّا بِٱللَّهِ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُ فِى ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSəbir et! Sənin səbrin ancaq Allahın köməyilədir. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱللَّهَ مَعَ ٱلَّذِينَ ٱتَّقَوا۟ وَّٱلَّذِينَ هُم مُّحْسِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir.

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70