caseriqQuranda məna axtarışı

Al-Muddaththir surəsi المدثر

56 ayə · Məkkə · nazil olma sırası 4

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلْمُدَّثِّرُ

Azerbaijani Translation - Ali Khan MusayevEy (libasına) sarınan (Peyğəmbər)!

Bu ayənin bütün tercümələrinə bax →

قُمْ فَأَنذِرْ

Azerbaijani Translation - Ali Khan MusayevQalx (insanları) xəbərdar et!

Bu ayənin bütün tercümələrinə bax →

وَرَبَّكَ فَكَبِّرْ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbini uca tut!

Bu ayənin bütün tercümələrinə bax →

وَثِيَابَكَ فَطَهِّرْ

Azerbaijani Translation - Ali Khan MusayevLibasını təmizlə! (Nəfsini günahlardan pak et!)

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلرُّجْزَ فَٱهْجُرْ

Azerbaijani Translation - Ali Khan MusayevPis şeyləri tərk et! (Bütlərə ibadət etməkdən uzaq dur!)

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَمْنُن تَسْتَكْثِرُ

Azerbaijani Translation - Ali Khan MusayevÇox görərək minnət qoyma. (Yaxşılığı təmənna məqsədilə etmə!)

Bu ayənin bütün tercümələrinə bax →

وَلِرَبِّكَ فَٱصْبِرْ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbin üçün səbir et!

Bu ayənin bütün tercümələrinə bax →

فَإِذَا نُقِرَ فِى ٱلنَّاقُورِ

Azerbaijani Translation - Ali Khan MusayevSura üfürüləcəyi zaman,

Bu ayənin bütün tercümələrinə bax →

فَذَٰلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevO gün çətin bir gün olacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

عَلَى ٱلْكَٰفِرِينَ غَيْرُ يَسِيرٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Həmin gün) kafirlərə asan olmayacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

ذَرْنِى وَمَنْ خَلَقْتُ وَحِيدًا

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər! Anasının bətnində heç bir mal-dövləti və övladı olmadığı halda) tək olaraq yaratdığım kimsəni (Valid ibn Müğiranı) Mənə burax.

Bu ayənin bütün tercümələrinə bax →

وَجَعَلْتُ لَهُۥ مَالًا مَّمْدُودًا

Azerbaijani Translation - Ali Khan MusayevMən ona çoxlu var-dövlət bəxş etdim,

Bu ayənin bütün tercümələrinə bax →

وَبَنِينَ شُهُودًا

Azerbaijani Translation - Ali Khan MusayevHər zaman yanında olan oğullar (verdim),

Bu ayənin bütün tercümələrinə bax →

وَمَهَّدتُّ لَهُۥ تَمْهِيدًا

Azerbaijani Translation - Ali Khan Musayevonu hər cür imkanlarla təmin etdim.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ

Azerbaijani Translation - Ali Khan Musayev(Buna rəğmən) o, yenə də (ona verilən nemətləri) artırmağımı istəyir.

Bu ayənin bütün tercümələrinə bax →

كَلَّآ إِنَّهُۥ كَانَ لِـَٔايَٰتِنَا عَنِيدًا

Azerbaijani Translation - Ali Khan MusayevXeyr! Çünki o, ayələrimizə qarşı inadkarlıq edirdi.

Bu ayənin bütün tercümələrinə bax →

سَأُرْهِقُهُۥ صَعُودًا

Azerbaijani Translation - Ali Khan MusayevMən onu məşəqqətli bir əzaba sürükləyəcəyəm.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ

Azerbaijani Translation - Ali Khan MusayevÇünki o, (Quran barədə nə deyəcəyini) fikirləşdi və qərar verdi.

Bu ayənin bütün tercümələrinə bax →

فَقُتِلَ كَيْفَ قَدَّرَ

Azerbaijani Translation - Ali Khan MusayevOna ölüm olsun! Necə qərar verdi?!

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ

Azerbaijani Translation - Ali Khan MusayevSonra ona ölüm olsun! Necə qərar verdi?!

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ نَظَرَ

Azerbaijani Translation - Ali Khan MusayevSonra nəzər saldı.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ عَبَسَ وَبَسَرَ

Azerbaijani Translation - Ali Khan MusayevSonra (Qurana tənə etməyə bir şey tapmadıqda) üz-gözünü turşudub, qaşqabağını tökdü.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ أَدْبَرَ وَٱسْتَكْبَرَ

Azerbaijani Translation - Ali Khan MusayevSonra da arxasını çevirib təkəbbürlük göstərdi.

Bu ayənin bütün tercümələrinə bax →

فَقَالَ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌ يُؤْثَرُ

Azerbaijani Translation - Ali Khan Musayevvə dedi: “Bu, (sehrbazlardan) eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir!

Bu ayənin bütün tercümələrinə bax →

إِنْ هَٰذَآ إِلَّا قَوْلُ ٱلْبَشَرِ

Azerbaijani Translation - Ali Khan MusayevBu, insan kəlamından başqa bir şey deyildir".

Bu ayənin bütün tercümələrinə bax →

سَأُصْلِيهِ سَقَرَ

Azerbaijani Translation - Ali Khan MusayevMən onu Səqərə (Cəhənnəmə) salacağam.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَآ أَدْرَىٰكَ مَا سَقَرُ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Sən nə biləsən ki, Səqər nədir?!

Bu ayənin bütün tercümələrinə bax →

لَا تُبْقِى وَلَا تَذَرُ

Azerbaijani Translation - Ali Khan MusayevO (kimsəni sağ) qoymaz, (salamat) buraxmaz!

Bu ayənin bütün tercümələrinə bax →

لَوَّاحَةٌ لِّلْبَشَرِ

Azerbaijani Translation - Ali Khan Musayevdərini yandırıb-yaxar.

Bu ayənin bütün tercümələrinə bax →

عَلَيْهَا تِسْعَةَ عَشَرَ

Azerbaijani Translation - Ali Khan MusayevOnun üzərində on doqquz (gözətçi mələk) var.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا جَعَلْنَآ أَصْحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةً وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِّلَّذِينَ كَفَرُوا۟ لِيَسْتَيْقِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَيَزْدَادَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِيمَٰنًا وَلَا يَرْتَابَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَٱلْمُؤْمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ وَٱلْكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلًا كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ وَمَا هِىَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını kafirlər üçün bir sınaq olması, özlərinə Kitab verilənlərə yəqinlik hasil etməsi, iman gətirənlərin imanının daha da artması, Kitab verilənlər və möminlər (haqqa) şübhə etməməsi və qəlblərində xəstəlik olanların və kafirlərin: “Allah bu məsəllə nə demək istəyir?”– demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Rəbbinin qoşunlarını yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir öyüd-nəsihətdir.

Bu ayənin bütün tercümələrinə bax →

كَلَّا وَٱلْقَمَرِ

Azerbaijani Translation - Ali Khan MusayevXeyr! And olsun aya!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّيْلِ إِذْ أَدْبَرَ

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun dönüb gedən gecəyə!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلصُّبْحِ إِذَآ أَسْفَرَ

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun ağarmaqda olan sübh çağına!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّهَا لَإِحْدَى ٱلْكُبَرِ

Azerbaijani Translation - Ali Khan MusayevDoğrudan da o (Səqər) böyük bir bəladır.

Bu ayənin bütün tercümələrinə bax →

نَذِيرًا لِّلْبَشَرِ

Azerbaijani Translation - Ali Khan Musayev(O) insanlar üçün xəbərdarlıqdır.

Bu ayənin bütün tercümələrinə bax →

لِمَن شَآءَ مِنكُمْ أَن يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ

Azerbaijani Translation - Ali Khan MusayevSizlərdən (yaxşı işlər görüb) irəli getmək və ya (günah edib) geriyə qalmaq istəyənlər üçün.

Bu ayənin bütün tercümələrinə bax →

كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ رَهِينَةٌ

Azerbaijani Translation - Ali Khan MusayevHər kəs etdiyi əməlin girovudur.

Bu ayənin bütün tercümələrinə bax →

إِلَّآ أَصْحَٰبَ ٱلْيَمِينِ

Azerbaijani Translation - Ali Khan MusayevYalnız sağ tərəf sahiblərindən başqa.

Bu ayənin bütün tercümələrinə bax →

فِى جَنَّٰتٍ يَتَسَآءَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar cənnətlərdə bir-birlərindən soruşacaqlar –

Bu ayənin bütün tercümələrinə bax →

عَنِ ٱلْمُجْرِمِينَ

Azerbaijani Translation - Ali Khan Musayevgünahkarlar barəsində.

Bu ayənin bütün tercümələrinə bax →

مَا سَلَكَكُمْ فِى سَقَرَ

Azerbaijani Translation - Ali Khan MusayevSizi Səqərə salan nədir?

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ لَمْ نَكُ مِنَ ٱلْمُصَلِّينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَمْ نَكُ نُطْعِمُ ٱلْمِسْكِينَ

Azerbaijani Translation - Ali Khan MusayevMiskini də yedizdirməzdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَكُنَّا نَخُوضُ مَعَ ٱلْخَآئِضِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBatilə dalanlarla birlikdə biz də dalardıq,

Bu ayənin bütün tercümələrinə bax →

وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ ٱلدِّينِ

Azerbaijani Translation - Ali Khan MusayevHaqq-hesab gününü yalan hesab edərdik –

Bu ayənin bütün tercümələrinə bax →

حَتَّىٰٓ أَتَىٰنَا ٱلْيَقِينُ

Azerbaijani Translation - Ali Khan Musayevölüm bizə gələnə qədər”.

Bu ayənin bütün tercümələrinə bax →

فَمَا تَنفَعُهُمْ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ

Azerbaijani Translation - Ali Khan MusayevŞəfaətçilərin şəfaəti onlara fayda verməz.

Bu ayənin bütün tercümələrinə bax →

فَمَا لَهُمْ عَنِ ٱلتَّذْكِرَةِ مُعْرِضِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlara nə olub ki, öyüd-nəsihətdən (Qurandan) üz döndərirlər?

Bu ayənin bütün tercümələrinə bax →

كَأَنَّهُمْ حُمُرٌ مُّسْتَنفِرَةٌ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar sanki ürküdülmüş (vəhşi) uzunqulaqlardır.

Bu ayənin bütün tercümələrinə bax →

فَرَّتْ مِن قَسْوَرَةٍۭ

Azerbaijani Translation - Ali Khan MusayevOvçulardan (yaxud aslandan) hürküb qaçırlar.

Bu ayənin bütün tercümələrinə bax →

بَلْ يُرِيدُ كُلُّ ٱمْرِئٍ مِّنْهُمْ أَن يُؤْتَىٰ صُحُفًا مُّنَشَّرَةً

Azerbaijani Translation - Ali Khan MusayevƏksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin (məhz) ona verilməsini istəyir.

Bu ayənin bütün tercümələrinə bax →

كَلَّا بَل لَّا يَخَافُونَ ٱلْـَٔاخِرَةَ

Azerbaijani Translation - Ali Khan MusayevXeyr! Əksinə, onlar Axirətdən qorxmurlar.

Bu ayənin bütün tercümələrinə bax →

كَلَّآ إِنَّهُۥ تَذْكِرَةٌ

Azerbaijani Translation - Ali Khan MusayevXeyr! Bu (Quran) bir öyüd-nəsihətdir.

Bu ayənin bütün tercümələrinə bax →

فَمَن شَآءَ ذَكَرَهُۥ

Azerbaijani Translation - Ali Khan Musayevİstəyən ondan öyüd alar.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا يَذْكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ هُوَ أَهْلُ ٱلتَّقْوَىٰ وَأَهْلُ ٱلْمَغْفِرَةِ

Azerbaijani Translation - Ali Khan Musayev(Bilin ki,) Allah istəmədikcə onlar öyüd-nəsihət ala bilməzlər. Qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70