caseriqQuranda məna axtarışı

Al-Muddaththir surəsi, 31. ayə

Məkkə · nazil olma sırası 4 · 74:31

وَمَا جَعَلْنَآ أَصْحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةً وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِّلَّذِينَ كَفَرُوا۟ لِيَسْتَيْقِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَيَزْدَادَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِيمَٰنًا وَلَا يَرْتَابَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَٱلْمُؤْمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ وَٱلْكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلًا كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ وَمَا هِىَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını kafirlər üçün bir sınaq olması, özlərinə Kitab verilənlərə yəqinlik hasil etməsi, iman gətirənlərin imanının daha da artması, Kitab verilənlər və möminlər (haqqa) şübhə etməməsi və qəlblərində xəstəlik olanların və kafirlərin: “Allah bu məsəllə nə demək istəyir?”– demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Rəbbinin qoşunlarını yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir öyüd-nəsihətdir.
Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70