caseriqQuranda məna axtarışı

Al-Muzzammil surəsi المزمل

20 ayə · Məkkə · nazil olma sırası 3

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلْمُزَّمِّلُ

Azerbaijani Translation - Ali Khan MusayevEy (libasına) bürünən (Peyğəmbər)!

Bu ayənin bütün tercümələrinə bax →

قُمِ ٱلَّيْلَ إِلَّا قَلِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevGecəni az bir hissəsi müstəsna olmaqla (gecələr namaza) dur!

Bu ayənin bütün tercümələrinə bax →

نِّصْفَهُۥٓ أَوِ ٱنقُصْ مِنْهُ قَلِيلًا

Azerbaijani Translation - Ali Khan Musayev(Gecənin) yarısını, yaxud ondan bir az əskilt,

Bu ayənin bütün tercümələrinə bax →

أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ ٱلْقُرْءَانَ تَرْتِيلًا

Azerbaijani Translation - Ali Khan Musayevvə ya ona artır. Quranı da aramla oxu!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّا سَنُلْقِى عَلَيْكَ قَوْلًا ثَقِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ نَاشِئَةَ ٱلَّيْلِ هِىَ أَشَدُّ وَطْـًٔا وَأَقْوَمُ قِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevSözsüz ki, gecə (namaz qılmaq üçün) qalxmaq çox çətin və (Quran) oxumaq daha münasibdir.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ لَكَ فِى ٱلنَّهَارِ سَبْحًا طَوِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər var.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱذْكُرِ ٱسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevRəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!

Bu ayənin bütün tercümələrinə bax →

رَّبُّ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱتَّخِذْهُ وَكِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevO, məşriqin və məğribin Rəbbidir. Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Elə isə Onu (özünə) Himayəçi götür!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَٱهْجُرْهُمْ هَجْرًا جَمِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevOnların (Müşriklərin) dediklərinə səbir et və onlardan gözəl tərzdə uzaqlaş.

Bu ayənin bütün tercümələrinə bax →

وَذَرْنِى وَٱلْمُكَذِّبِينَ أُو۟لِى ٱلنَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevMəni, (ayələrimi) yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ لَدَيْنَآ أَنكَالًا وَجَحِيمًا

Azerbaijani Translation - Ali Khan MusayevBizdə (onlar üçün) qandallar və Cəhənnəm hazırlanmışdır,

Bu ayənin bütün tercümələrinə bax →

وَطَعَامًا ذَا غُصَّةٍ وَعَذَابًا أَلِيمًا

Azerbaijani Translation - Ali Khan Musayevboğazda tıxanıb qalan yemək və ağrılı-acılı bir əzab da (vardır).

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ تَرْجُفُ ٱلْأَرْضُ وَٱلْجِبَالُ وَكَانَتِ ٱلْجِبَالُ كَثِيبًا مَّهِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevO gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcək.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّآ أَرْسَلْنَآ إِلَيْكُمْ رَسُولًا شَٰهِدًا عَلَيْكُمْ كَمَآ أَرْسَلْنَآ إِلَىٰ فِرْعَوْنَ رَسُولًا

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Məkkə əhli!) Biz (Musanı) Firona elçi göndərdiyimiz kimi sizə də (qiyamət günü əməllərinizə) şahidlik edəcək (Muhammədi) elçi göndərdik.

Bu ayənin bütün tercümələrinə bax →

فَعَصَىٰ فِرْعَوْنُ ٱلرَّسُولَ فَأَخَذْنَٰهُ أَخْذًا وَبِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevFiron elçiyə (Musaya) asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq.

Bu ayənin bütün tercümələrinə bax →

فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ ٱلْوِلْدَٰنَ شِيبًا

Azerbaijani Translation - Ali Khan MusayevƏgər küfr etsəniz, uşaqların saçlarını ağardan bir gündən (qiyamətin əzabından) özünüzü necə qoruyacaqsınız?

Bu ayənin bütün tercümələrinə bax →

ٱلسَّمَآءُ مُنفَطِرٌۢ بِهِۦ كَانَ وَعْدُهُۥ مَفْعُولًا

Azerbaijani Translation - Ali Khan MusayevO gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ هَٰذِهِۦ تَذْكِرَةٌ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevBu bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِن ثُلُثَىِ ٱلَّيْلِ وَنِصْفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٌ مِّنَ ٱلَّذِينَ مَعَكَ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيْلَ وَٱلنَّهَارَ عَلِمَ أَن لَّن تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ فَٱقْرَءُوا۟ مَا تَيَسَّرَ مِنَ ٱلْقُرْءَانِ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرْضَىٰ وَءَاخَرُونَ يَضْرِبُونَ فِى ٱلْأَرْضِ يَبْتَغُونَ مِن فَضْلِ ٱللَّهِ وَءَاخَرُونَ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ فَٱقْرَءُوا۟ مَا تَيَسَّرَ مِنْهُ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَأَقْرِضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًا وَمَا تُقَدِّمُوا۟ لِأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا وَٱسْتَغْفِرُوا۟ ٱللَّهَ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌۢ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Rəbbin, sənin və səninlə birlikdə olanların (səhabələrin) bir qismi (bəzən) gecənin üçdə ikisindən azını, (bəzən) yarısını, (bəzən də) üçdə birini (ibadət üçün) qalxdığınızı bilir. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi (yaxud gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün tövbələrinizi qəbul etdi. Elə isə (namaz qılarkən) Qurandan sizə müyəssər olanı oxuyun! O, bəzilərinizin xəstə olacağını, digərlərinizin Allahın lütfündən (ruzi) axtarmaq üçün səfərə çıxacağını, bir qisminizin də Allah yolunda vuruşacağını bilir. Buna görə (namaz qılarkən) ondan (Qurandan) sizə müyəssər olanı oxuyun! Namaz qılın, zəkat verin və Allaha gözəl (könül xoşluğu ilə) bir borc verin. (Dünyada) özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Allahdan bağışlanma diləyin! Allah Bağışlayandır, Rəhmlidir!

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70