Ana səhifə › Surələr › Al-Qalam surəsi
Al-Qalam surəsi القلم
52 ayə · Məkkə · nazil olma sırası 2
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ نٓ وَٱلْقَلَمِ وَمَا يَسْطُرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Nun. And olsun qələmə və (insanların qələmlə) yazdıqlarına!
Bu ayənin bütün tercümələrinə bax →
مَآ أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) Sən Rəbbinin neməti sayəsində dəli deyilsən.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ
Azerbaijani Translation - Ali Khan Musayev Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat vardır.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Bu ayənin bütün tercümələrinə bax →
فَسَتُبْصِرُ وَيُبْصِرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sən də görəcəksən, onlar da görəcəklər –
Bu ayənin bütün tercümələrinə bax →
بِأَييِّكُمُ ٱلْمَفْتُونُ
Azerbaijani Translation - Ali Khan Musayev hansınızın dəli olduğunu.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Şübhəsiz ki, Rəbbin kimin Onun yolundan azdığını və (kimin də) haqq yolda olduğunu daha yaxşı bilir.
Bu ayənin bütün tercümələrinə bax →
فَلَا تُطِعِ ٱلْمُكَذِّبِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər! Elə isə haqqı) yalan sayanlara itaət etmə!
Bu ayənin bütün tercümələrinə bax →
وَدُّوا۟ لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar (Müşriklər) istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə) güzəşt etsinlər.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) İtaət etmə hər tez-tez and içənə, alçağa,
Bu ayənin bütün tercümələrinə bax →
هَمَّازٍ مَّشَّآءٍۭ بِنَمِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev qeybət edənə, (insanlar arasında) söz gəzdirənə,
Bu ayənin bütün tercümələrinə bax →
مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev xeyrə mane olana, (zülm etməklə) həddi aşana, günahkara,
Bu ayənin bütün tercümələrinə bax →
عُتُلٍّۭ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev daş ürəkliyə, bunlardan sonra da (özünü başqasının nəsəbinə sırıyan) fırıldaqçıya –
Bu ayənin bütün tercümələrinə bax →
أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev o, var-dövlət və oğul-uşaq sahibi olsa belə.
Bu ayənin bütün tercümələrinə bax →
إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– dedi.
Bu ayənin bütün tercümələrinə bax →
سَنَسِمُهُۥ عَلَى ٱلْخُرْطُومِ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onun burnuna damğa vuracağıq.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّا بَلَوْنَٰهُمْ كَمَا بَلَوْنَآ أَصْحَٰبَ ٱلْجَنَّةِ إِذْ أَقْسَمُوا۟ لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da (Məkkə mürşiklərini də) sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (miskinlər gəlməzdən öncə bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَا يَسْتَثْنُونَ
Azerbaijani Translation - Ali Khan Musayev İstisna da etməmişdilər (“inşallah” deməmişdilər).
Bu ayənin bütün tercümələrinə bax →
فَطَافَ عَلَيْهَا طَآئِفٌ مِّن رَّبِّكَ وَهُمْ نَآئِمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü.
Bu ayənin bütün tercümələrinə bax →
فَأَصْبَحَتْ كَٱلصَّرِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev (Bağ yanıb) zülmət gecə kimi (qapqara) oldu.
Bu ayənin bütün tercümələrinə bax →
فَتَنَادَوْا۟ مُصْبِحِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Səhər açıldıqda bir-birlərinə səsləndilər:
Bu ayənin bütün tercümələrinə bax →
أَنِ ٱغْدُوا۟ عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَٰرِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev “Əgər (meyvə) dərəcəksinizsə, bağınıza erkən gedin!”
Bu ayənin bütün tercümələrinə bax →
فَٱنطَلَقُوا۟ وَهُمْ يَتَخَٰفَتُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar (bağa) yollandılar, (yol boyu) da bir-birlərinə pıçıldayaraq belə deyirdilər:
Bu ayənin bütün tercümələrinə bax →
أَن لَّا يَدْخُلَنَّهَا ٱلْيَوْمَ عَلَيْكُم مِّسْكِينٌ
Azerbaijani Translation - Ali Khan Musayev “Bu gün orada heç bir miskin yanınıza girməsin!”
Bu ayənin bütün tercümələrinə bax →
وَغَدَوْا۟ عَلَىٰ حَرْدٍ قَٰدِرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar bu məqsədlə (miskinləri bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər.
Bu ayənin bütün tercümələrinə bax →
فَلَمَّا رَأَوْهَا قَالُوٓا۟ إِنَّا لَضَآلُّونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar bağı gördükdə (belə) dedilər: “(Deyəsən) biz səhv gəlmişik!
Bu ayənin bütün tercümələrinə bax →
بَلْ نَحْنُ مَحْرُومُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Xeyr! Biz (bu bağın xeyrindən) məhrum olmuşuq!”
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُل لَّكُمْ لَوْلَا تُسَبِّحُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onların ən yaxşısı dedi: “Məgər mən sizə (Allahı) təsbih etməli olduğunuzu demədimmi?”
Bu ayənin bütün tercümələrinə bax →
قَالُوا۟ سُبْحَٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz zalımlardan olmuşuq!”– dedilər.
Bu ayənin bütün tercümələrinə bax →
فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَلَٰوَمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar dönüb bir-birlərini qınamağa başladılar
Bu ayənin bütün tercümələrinə bax →
قَالُوا۟ يَٰوَيْلَنَآ إِنَّا كُنَّا طَٰغِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (belə) dedilər: “Vay halımıza! Biz həddi aşanlardan olduq!
Bu ayənin bütün tercümələrinə bax →
عَسَىٰ رَبُّنَآ أَن يُبْدِلَنَا خَيْرًا مِّنْهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Ola bilsin ki, Rəbbimiz bizə onun əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.
Bu ayənin bütün tercümələrinə bax →
كَذَٰلِكَ ٱلْعَذَابُ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَكْبَرُ لَوْ كَانُوا۟ يَعْلَمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Dünyadakı) əzab da belədir. Axirət əzabı isə daha böyükdür! Kaş ki biləydilər!
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّٰتِ ٱلنَّعِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Şübhəsiz ki, müttəqilər üçün Rəbbi yanında Nəim cənnətləri vardır.
Bu ayənin bütün tercümələrinə bax →
أَفَنَجْعَلُ ٱلْمُسْلِمِينَ كَٱلْمُجْرِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?!
Bu ayənin bütün tercümələrinə bax →
مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sizə nə olub, necə hökm verirsiniz?!
Bu ayənin bütün tercümələrinə bax →
أَمْ لَكُمْ كِتَٰبٌ فِيهِ تَدْرُسُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Yoxsa sizin elə bir kitab var ki, (günahkarla itaətkarın eyni olduğunu) oradan oxuyursunuz?!
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Ya da) orada bəyəndiyiniz hər bir şeyin sizin üçün olacağı vardır?!
Bu ayənin bütün tercümələrinə bax →
أَمْ لَكُمْ أَيْمَٰنٌ عَلَيْنَا بَٰلِغَةٌ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Yaxud Qiyamət gününədək hökm edib istədiyiniz hər şeyin sizin üçün olacağına dair Bizimlə əhd bağlamısınız?!
Bu ayənin bütün tercümələrinə bax →
سَلْهُمْ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) Onlardan soruş ki, kim buna zamindir?
Bu ayənin bütün tercümələrinə bax →
أَمْ لَهُمْ شُرَكَآءُ فَلْيَأْتُوا۟ بِشُرَكَآئِهِمْ إِن كَانُوا۟ صَٰدِقِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Yoxsa onların şəriklərimi vardır? Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər.
Bu ayənin bütün tercümələrinə bax →
يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسْتَطِيعُونَ
Azerbaijani Translation - Ali Khan Musayev O gün baldır açılacaq və onlar səcdəyə dəvət olunacaqlar, lakin (kafirlər) bunu bacarmayacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
خَٰشِعَةً أَبْصَٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ وَقَدْ كَانُوا۟ يُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ وَهُمْ سَٰلِمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (O gün onların) gözləri qorxu içində olacaq, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağ-salamat olduqları halda səcdəyə dəvət olunurdular.
Bu ayənin bütün tercümələrinə bax →
فَذَرْنِى وَمَن يُكَذِّبُ بِهَٰذَا ٱلْحَدِيثِ سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) Bu Sözü (Quranı) yalan sayanları Mənə burax. Biz onları özləri də bilmədən tədricən əzaba sürükləyirik.
Bu ayənin bütün tercümələrinə bax →
وَأُمْلِى لَهُمْ إِنَّ كَيْدِى مَتِينٌ
Azerbaijani Translation - Ali Khan Musayev Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim (kafirlər üçün qurduğum) hiyləm çox şiddətlidir.
Bu ayənin bütün tercümələrinə bax →
أَمْ تَسْـَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) Yoxsa sən (risaləti təbliğ etdiyinə görə) onlardan bir ücrət istəyirsən və (buna görə də) onlar ağır bir borca düşüblər?!
Bu ayənin bütün tercümələrinə bax →
أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Yoxsa qeyb (elmi) onların yanındadır onlar da (ona baxıb istədiklərini) yazırlar?!
Bu ayənin bütün tercümələrinə bax →
فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ
Azerbaijani Translation - Ali Khan Musayev Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunus peyğəmbər) kimi olma! Bir zaman o, (balığın qarnında) qəm-qüssə içində (Rəbbinə) dua etmişdi.
Bu ayənin bütün tercümələrinə bax →
لَّوْلَآ أَن تَدَٰرَكَهُۥ نِعْمَةٌ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلْعَرَآءِ وَهُوَ مَذْمُومٌ
Azerbaijani Translation - Ali Khan Musayev Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda (balığın qarnından heç bir bitki bitməyən) boş yerə atılacaqdı.
Bu ayənin bütün tercümələrinə bax →
فَٱجْتَبَٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّٰلِحِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Lakin) Rəbbi onu seçib salehlərdən etdi.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُوا۟ لَيُزْلِقُونَكَ بِأَبْصَٰرِهِمْ لَمَّا سَمِعُوا۟ ٱلذِّكْرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجْنُونٌ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirsinlər. Onlar (çarəsizlikdən): “O, dəlidir!”– deyirlər.
Bu ayənin bütün tercümələrinə bax →
وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَٰلَمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Halbuki o (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir!
Bu ayənin bütün tercümələrinə bax →
← Al-Mulk surəsi
Al-Haaqqa surəsi →
Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
→
Ərəb mətni və tərcümələr Tanzil və QuranEnc vasitəsilə — eynilə, dəyişdirilmədən · Tərcümələr tərcüməçilərinə aiddir və Quranın özü deyil
Bu, araşdırma köməkçisidir; fətva mərcii deyil.