caseriqQuranda məna axtarışı

Al-Mulk surəsi الملك

30 ayə · Məkkə · nazil olma sırası 77

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ تَبَٰرَكَ ٱلَّذِى بِيَدِهِ ٱلْمُلْكُ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevMülk Əlində Olan Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır. O hər şeyə qadirdir.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِى خَلَقَ ٱلْمَوْتَ وَٱلْحَيَوٰةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا وَهُوَ ٱلْعَزِيزُ ٱلْغَفُورُ

Azerbaijani Translation - Ali Khan MusayevHansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِى خَلَقَ سَبْعَ سَمَٰوَٰتٍ طِبَاقًا مَّا تَرَىٰ فِى خَلْقِ ٱلرَّحْمَٰنِ مِن تَفَٰوُتٍ فَٱرْجِعِ ٱلْبَصَرَ هَلْ تَرَىٰ مِن فُطُورٍ

Azerbaijani Translation - Ali Khan MusayevYeddi göyü bir-birinin üzərində yaradan Odur. Sən Rəhmanın yaratdığında bir uyğunsuzluq görməzsən. Gözünü qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi?

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ ٱرْجِعِ ٱلْبَصَرَ كَرَّتَيْنِ يَنقَلِبْ إِلَيْكَ ٱلْبَصَرُ خَاسِئًا وَهُوَ حَسِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevSonra gözünü qaldırıb (göyə) təkrar təkrar bax. Göz (orada bir uyğunsuzluq tapmayıb) zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَٰبِيحَ وَجَعَلْنَٰهَا رُجُومًا لِّلشَّيَٰطِينِ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ ٱلسَّعِيرِ

Azerbaijani Translation - Ali Khan MusayevBiz səmanı ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَلِلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ وَبِئْسَ ٱلْمَصِيرُ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbinə küfür edənlər Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir.

Bu ayənin bütün tercümələrinə bax →

إِذَآ أُلْقُوا۟ فِيهَا سَمِعُوا۟ لَهَا شَهِيقًا وَهِىَ تَفُورُ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar (kafirlər) oraya atıldıqda Cəhənnəmin dəhşətli uğultuyla qaynadığını eşidəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

تَكَادُ تَمَيَّزُ مِنَ ٱلْغَيْظِ كُلَّمَآ أُلْقِىَ فِيهَا فَوْجٌ سَأَلَهُمْ خَزَنَتُهَآ أَلَمْ يَأْتِكُمْ نَذِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevCəhənnəm qəzəbindən az qala parçalansın. Ora (Cəhənnəmə) hər dəfə bir dəstə atıldıqda onun gözətçiləri onlardan: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?”– deyə soruşacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ بَلَىٰ قَدْ جَآءَنَا نَذِيرٌ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَىْءٍ إِنْ أَنتُمْ إِلَّا فِى ضَلَٰلٍ كَبِيرٍ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan (bir peyğəmbər) gəlmişdi. Amma biz (onu) yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”– demişdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالُوا۟ لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِىٓ أَصْحَٰبِ ٱلسَّعِيرِ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Əgər biz (peyğəmbərləri) dinləsəydik və ya anlasaydıq Cəhənnəm əhli içində olmazdıq!”– deyəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

فَٱعْتَرَفُوا۟ بِذَنۢبِهِمْ فَسُحْقًا لِّأَصْحَٰبِ ٱلسَّعِيرِ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar öz günahlarını etiraf etdilər. Cəhənnəm əhli (Allahın rəhmətindən) uzaq olsun!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbindən (Onu) görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat var.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَسِرُّوا۟ قَوْلَكُمْ أَوِ ٱجْهَرُوا۟ بِهِۦٓ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey insanlar!) Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də (fərqi yoxdur). O, sinələrdə (qəlblərdə) olanları biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər yaradan (Allah) yaratdığını bilməzmi? O, Lətifdir (hər şeyi incəliyinə qədər biləndir) və (hər şeydən) Xəbərdar.

Bu ayənin bütün tercümələrinə bax →

هُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ ذَلُولًا فَٱمْشُوا۟ فِى مَنَاكِبِهَا وَكُلُوا۟ مِن رِّزْقِهِۦ وَإِلَيْهِ ٱلنُّشُورُ

Azerbaijani Translation - Ali Khan MusayevYeri sizin ixtiyarınıza verən Odur. Onun qoynunda gəzin və Allahın (sizə bəxş etdiyi) ruzisindən yeyin. Qayıdış da Onadır.

Bu ayənin bütün tercümələrinə bax →

ءَأَمِنتُم مَّن فِى ٱلسَّمَآءِ أَن يَخْسِفَ بِكُمُ ٱلْأَرْضَ فَإِذَا هِىَ تَمُورُ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey kafirlər!) Göydə olanın (Allahın) sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ أَمِنتُم مَّن فِى ٱلسَّمَآءِ أَن يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ

Azerbaijani Translation - Ali Khan MusayevYaxud göydə olanın (Allahın) üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim (əzabla) qorxutmağımın necə olduğunu biləcəksiniz.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ

Azerbaijani Translation - Ali Khan MusayevOnlardan (Məkkə mürşiklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. (Bir görəydin) Mənim (onları) həlak etməyim necə oldu!

Bu ayənin bütün tercümələrinə bax →

أَوَلَمْ يَرَوْا۟ إِلَى ٱلطَّيْرِ فَوْقَهُمْ صَٰٓفَّٰتٍ وَيَقْبِضْنَ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱلرَّحْمَٰنُ إِنَّهُۥ بِكُلِّ شَىْءٍۭ بَصِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar üstlərində dəstə-dəstə qanad çalaraq uçan quşları görmürlərmi? Onları (havada) ancaq Rəhman (olan Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görəndir.

Bu ayənin bütün tercümələrinə bax →

أَمَّنْ هَٰذَا ٱلَّذِى هُوَ جُندٌ لَّكُمْ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحْمَٰنِ إِنِ ٱلْكَٰفِرُونَ إِلَّا فِى غُرُورٍ

Azerbaijani Translation - Ali Khan MusayevYaxud Rəhmandan başqa sizə yardım edəcək bu qoşununuz (tərəftarlarınız) kimdir? Kafirlər ancaq aldanmaqdadırlar!

Bu ayənin bütün tercümələrinə bax →

أَمَّنْ هَٰذَا ٱلَّذِى يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُۥ بَل لَّجُّوا۟ فِى عُتُوٍّ وَنُفُورٍ

Azerbaijani Translation - Ali Khan MusayevYaxud O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və (haqdan) boyun qaçırmaqda davam edirlər.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَمَن يَمْشِى مُكِبًّا عَلَىٰ وَجْهِهِۦٓ أَهْدَىٰٓ أَمَّن يَمْشِى سَوِيًّا عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevElə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda dik gedən?

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ هُوَ ٱلَّذِىٓ أَنشَأَكُمْ وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَٱلْأَفْـِٔدَةَ قَلِيلًا مَّا تَشْكُرُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) De: “Sizi yaradan, sizə qulaqlar, gözlər və qəlblər verən Odur. Necə də az şükür edirsiniz!”

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ هُوَ ٱلَّذِى ذَرَأَكُمْ فِى ٱلْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) De: “Sizi yer üzünə yayan Odur. Siz Onun hüzuruna toplanacaqsınız!”

Bu ayənin bütün tercümələrinə bax →

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaqdır?”– deyirlər.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ إِنَّمَا ٱلْعِلْمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٌ مُّبِينٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) De: “Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq açıq-aydın xəbərdar edən bir peyğəmbərəm!”

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيٓـَٔتْ وُجُوهُ ٱلَّذِينَ كَفَرُوا۟ وَقِيلَ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَدَّعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevKafirlər əzabın yaxınlaşdığını gördükdə üzləri qaralacaq və onlara: “İstədiyiniz (əzab) budur!”– deyiləcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ أَرَءَيْتُمْ إِنْ أَهْلَكَنِىَ ٱللَّهُ وَمَن مَّعِىَ أَوْ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلْكَٰفِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, (bəs siz) kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?”

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ هُوَ ٱلرَّحْمَٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيْهِ تَوَكَّلْنَا فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِى ضَلَٰلٍ مُّبِينٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) De: “O, Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etdik. Kimin açıq-aydın azğınlıq içində olduğunu (tezliklə) biləcəksiniz.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ أَرَءَيْتُمْ إِنْ أَصْبَحَ مَآؤُكُمْ غَوْرًا فَمَن يَأْتِيكُم بِمَآءٍ مَّعِينٍۭ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) De: “Deyin görüm, əgər suyunuz (yerin dibinə) çöksə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?”

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70