Ana səhifə › Surələr › As-Saaffaat surəsi
As-Saaffaat surəsi الصافات
182 ayə · Məkkə · nazil olma sırası 56
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلصَّٰٓفَّٰتِ صَفًّا
Azerbaijani Translation - Ali Khan Musayev And olsun (ibadət üçün) səf-səf duranlara (mələklərə),
Bu ayənin bütün tercümələrinə bax →
فَٱلزَّٰجِرَٰتِ زَجْرًا
Azerbaijani Translation - Ali Khan Musayev (buludları) qətiyyətlə qovanlara
Bu ayənin bütün tercümələrinə bax →
فَٱلتَّٰلِيَٰتِ ذِكْرًا
Azerbaijani Translation - Ali Khan Musayev və Zikri oxuyanlara!
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ إِلَٰهَكُمْ لَوَٰحِدٌ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, sizin ilahınız təkdir!
Bu ayənin bütün tercümələrinə bax →
رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ ٱلْمَشَٰرِقِ
Azerbaijani Translation - Ali Khan Musayev O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِزِينَةٍ ٱلْكَوَاكِبِ
Azerbaijani Translation - Ali Khan Musayev Biz dünya səmasını ulduzlarla bəzədik
Bu ayənin bütün tercümələrinə bax →
وَحِفْظًا مِّن كُلِّ شَيْطَٰنٍ مَّارِدٍ
Azerbaijani Translation - Ali Khan Musayev və (onu) hər bir asi şeytandan mühafizə etdik.
Bu ayənin bütün tercümələrinə bax →
لَّا يَسَّمَّعُونَ إِلَى ٱلْمَلَإِ ٱلْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə (yandırıb yaxan alovlar) yağdırılar
Bu ayənin bütün tercümələrinə bax →
دُحُورًا وَلَهُمْ عَذَابٌ وَاصِبٌ
Azerbaijani Translation - Ali Khan Musayev (və oradan) qovularlar. Onlar üçün daimi bir əzab vardır.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّا مَنْ خَطِفَ ٱلْخَطْفَةَ فَأَتْبَعَهُۥ شِهَابٌ ثَاقِبٌ
Azerbaijani Translation - Ali Khan Musayev Lakin (şeytanlardan) hər kim (mələklərin söhbətlərindən bir söz) qapıb qaçarsa, onu yandırıb-yaxan alov təqib edər.
Bu ayənin bütün tercümələrinə bax →
فَٱسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَآ إِنَّا خَلَقْنَٰهُم مِّن طِينٍ لَّازِبٍۭ
Azerbaijani Translation - Ali Khan Musayev Onlardan (öldükdən sonra yenidə dirilməyi inkar edən kafirlərdən) soruş: Onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Biz onları yapışqan bir palçıqdan yaratdıq.
Bu ayənin bütün tercümələrinə bax →
بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِذَا ذُكِّرُوا۟ لَا يَذْكُرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlara xatırlatdıqda düşünüb ibrət almazlar.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِذَا رَأَوْا۟ ءَايَةً يَسْتَسْخِرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Bir ayə gördükdə isə ona istehza edərlər
Bu ayənin bütün tercümələrinə bax →
وَقَالُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌ مُّبِينٌ
Azerbaijani Translation - Ali Khan Musayev və deyirlər: “Bu ancaq açıq-aydın bir sehrdir.
Bu ayənin bütün tercümələrinə bax →
أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?!
Bu ayənin bütün tercümələrinə bax →
أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Həmçinin, (bizdən) əvvəlki atalarımız da (dirildiləcəklərmi)?!”
Bu ayənin bütün tercümələrinə bax →
قُلْ نَعَمْ وَأَنتُمْ دَٰخِرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev De: “Bəli, özü də, zəlil olduğunuz halda (dirildiləcəksiniz)”.
Bu ayənin bütün tercümələrinə bax →
فَإِنَّمَا هِىَ زَجْرَةٌ وَٰحِدَةٌ فَإِذَا هُمْ يَنظُرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Bu, təkcə dəhşətli bir səs olacaq. Onlar dərhal (dirilib düçar olduqları müsibətə) baxacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
وَقَالُوا۟ يَٰوَيْلَنَا هَٰذَا يَوْمُ ٱلدِّينِ
Azerbaijani Translation - Ali Khan Musayev (Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu, Din günüdür!”
Bu ayənin bütün tercümələrinə bax →
هَٰذَا يَوْمُ ٱلْفَصْلِ ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Onlara deyiləcək:) “Bu, yalan saydığınız hökm günüdür!”
Bu ayənin bütün tercümələrinə bax →
ٱحْشُرُوا۟ ٱلَّذِينَ ظَلَمُوا۟ وَأَزْوَٰجَهُمْ وَمَا كَانُوا۟ يَعْبُدُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Mələklərə belə əmr olunacaq:) “Zalımları, onların həmtaylarını və ibadət etdiklərini bir yerə toplayın –
Bu ayənin bütün tercümələrinə bax →
مِن دُونِ ٱللَّهِ فَٱهْدُوهُمْ إِلَىٰ صِرَٰطِ ٱلْجَحِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.
Bu ayənin bütün tercümələrinə bax →
وَقِفُوهُمْ إِنَّهُم مَّسْـُٔولُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onları (Cəhənnəmə daxil etməzdən əvvəl) tutub saxlayın, çünki onlar sorğu-sual olunacaqlar”.
Bu ayənin bütün tercümələrinə bax →
مَا لَكُمْ لَا تَنَاصَرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Günahkarlara deyiləcək:) “Sizə nə olub ki, (dünyada olduğu kimi) bir-birinizə kömək etmirsiniz?”
Bu ayənin bütün tercümələrinə bax →
بَلْ هُمُ ٱلْيَوْمَ مُسْتَسْلِمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Xeyr, onlar bu gün təslim olmuşlar!
Bu ayənin bütün tercümələrinə bax →
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar bir-birinə üz tutub soruşacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
قَالُوٓا۟ إِنَّكُمْ كُنتُمْ تَأْتُونَنَا عَنِ ٱلْيَمِينِ
Azerbaijani Translation - Ali Khan Musayev (Tabe olanlar öz başçılarına) deyəcəklər: “Siz bizim yanımıza (şirki və küfürü bizə gözəl göstərib, haqqdan çəkindirərək) sağ tərəfdən gəlirdiniz”.
Bu ayənin bütün tercümələrinə bax →
قَالُوا۟ بَل لَّمْ تَكُونُوا۟ مُؤْمِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Başçılar) deyəcəklər: “Xeyr! Siz inanan kimsələr deyildiniz.
Bu ayənin bütün tercümələrinə bax →
وَمَا كَانَ لَنَا عَلَيْكُم مِّن سُلْطَٰنٍۭ بَلْ كُنتُمْ قَوْمًا طَٰغِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz (günahlar etməklə) həddi aşmış bir qövm idiniz.
Bu ayənin bütün tercümələrinə bax →
فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَآ إِنَّا لَذَآئِقُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Rəbbimizin (Mən Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!) sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz (əzabı) mütləq dadacağıq.
Bu ayənin bütün tercümələrinə bax →
فَأَغْوَيْنَٰكُمْ إِنَّا كُنَّا غَٰوِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz sizi azdırdıq. Çünki biz özümüz də azmışdıq”.
Bu ayənin bütün tercümələrinə bax →
فَإِنَّهُمْ يَوْمَئِذٍ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ
Azerbaijani Translation - Ali Khan Musayev O gün onlar (tabe olanlar və başçılar) əzabda şərik olacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz günahkarlarla belə edərik.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّهُمْ كَانُوٓا۟ إِذَا قِيلَ لَهُمْ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسْتَكْبِرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Çünki onlara: “Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur!”– deyildikdə təkəbbür göstərir
Bu ayənin bütün tercümələrinə bax →
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓا۟ ءَالِهَتِنَا لِشَاعِرٍ مَّجْنُونٍۭ
Azerbaijani Translation - Ali Khan Musayev və: “Məgər bir dəli şairə görə ilahlarımızı tərkmi edəcəyik?!”– deyirdilər.
Bu ayənin bütün tercümələrinə bax →
بَلْ جَآءَ بِٱلْحَقِّ وَصَدَّقَ ٱلْمُرْسَلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Xeyr! O, haqla (Quranla) gəldi və (əvvəlki) peyğəmbərləri təsdiqlədi.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّكُمْ لَذَآئِقُوا۟ ٱلْعَذَابِ ٱلْأَلِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Siz (ey müşriklər) mütləq ağrılı-acılı əzabı dadacaqsınız.
Bu ayənin bütün tercümələrinə bax →
وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılacaqsınız.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Yalnız Allahın ixlaslı qulları (bundan) müstəsnadır.
Bu ayənin bütün tercümələrinə bax →
أُو۟لَٰٓئِكَ لَهُمْ رِزْقٌ مَّعْلُومٌ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar üçün məlum bir ruzi vardır –
Bu ayənin bütün tercümələrinə bax →
فَوَٰكِهُ وَهُم مُّكْرَمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Cənnət) meyvələri. Onlara ehtiram göstəriləcək –
Bu ayənin bütün tercümələrinə bax →
فِى جَنَّٰتِ ٱلنَّعِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Nəim cənnətlərində.
Bu ayənin bütün tercümələrinə bax →
عَلَىٰ سُرُرٍ مُّتَقَٰبِلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Onlar) taxtlar üstündə bir-biri ilə üzbəüz (oturacaqlar).
Bu ayənin bütün tercümələrinə bax →
يُطَافُ عَلَيْهِم بِكَأْسٍ مِّن مَّعِينٍۭ
Azerbaijani Translation - Ali Khan Musayev Onların ətrafında çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaq.
Bu ayənin bütün tercümələrinə bax →
بَيْضَآءَ لَذَّةٍ لِّلشَّٰرِبِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Ağappaq, içənlərə ləzzət verən (bir şərab).
Bu ayənin bütün tercümələrinə bax →
لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ
Azerbaijani Translation - Ali Khan Musayev O (şərab) nə baş ağrısı verər, nə də onlar ondan sərxoş olarlar.
Bu ayənin bütün tercümələrinə bax →
وَعِندَهُمْ قَٰصِرَٰتُ ٱلطَّرْفِ عِينٌ
Azerbaijani Translation - Ali Khan Musayev Onların yanında baxışları (öz ərlərinə) dikilmiş iri qara gözlü hurilər olacaqdır.
Bu ayənin bütün tercümələrinə bax →
كَأَنَّهُنَّ بَيْضٌ مَّكْنُونٌ
Azerbaijani Translation - Ali Khan Musayev Sanki onlar qorunub saxlanılmış yumurtadırlar.
Bu ayənin bütün tercümələrinə bax →
فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ قَآئِلٌ مِّنْهُمْ إِنِّى كَانَ لِى قَرِينٌ
Azerbaijani Translation - Ali Khan Musayev Onlardan biri deyəcək: “Mənim (öldükdən sonra yenidən dirilməyi inkar edən) bir yoldaşım var idi.
Bu ayənin bütün tercümələrinə bax →
يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلْمُصَدِّقِينَ
Azerbaijani Translation - Ali Khan Musayev O deyirdi: “Sən də inananlardansan?
Bu ayənin bütün tercümələrinə bax →
أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?!”
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ هَلْ أَنتُم مُّطَّلِعُونَ
Azerbaijani Translation - Ali Khan Musayev O (sözünə davam edib) deyəcək: “Siz (onun harada olduğunu görmək) istəyirsinizmi?”
Bu ayənin bütün tercümələrinə bax →
فَٱطَّلَعَ فَرَءَاهُ فِى سَوَآءِ ٱلْجَحِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev O boylanıb (yoldaşını) Cəhənnəmin ortasında görəcək
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرْدِينِ
Azerbaijani Translation - Ali Khan Musayev və deyəcək: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَوْلَا نِعْمَةُ رَبِّى لَكُنتُ مِنَ ٱلْمُحْضَرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım.
Bu ayənin bütün tercümələrinə bax →
أَفَمَا نَحْنُ بِمَيِّتِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Doğrudanmı biz bir daha ölməyəcəyik?
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّا مَوْتَتَنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Yalnız ilk ölümümüzdən başqa. Biz əzaba da düçar olmayacağıq”.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ هَٰذَا لَهُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, bu, böyük qurtuluşdur.
Bu ayənin bütün tercümələrinə bax →
لِمِثْلِ هَٰذَا فَلْيَعْمَلِ ٱلْعَٰمِلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Qoy çalışanlar bunun üçün çalışsınlar!
Bu ayənin bütün tercümələrinə bax →
أَذَٰلِكَ خَيْرٌ نُّزُلًا أَمْ شَجَرَةُ ٱلزَّقُّومِ
Azerbaijani Translation - Ali Khan Musayev Ziyafət olaraq bu yaxşıdır, yoxsa zəqqum ağacı?!
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّا جَعَلْنَٰهَا فِتْنَةً لِّلظَّٰلِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onu (zəqqum ağacını) zalımlar (Cəhənnəm atəşində hər hansı bir ağacın bitməsi qeymi mümkündür deyən kafirlər) üçün bir fitnə etdik.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِىٓ أَصْلِ ٱلْجَحِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev O, Cəhənnəmin dibindən çıxan bir ağacdır.
Bu ayənin bütün tercümələrinə bax →
طَلْعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَٰطِينِ
Azerbaijani Translation - Ali Khan Musayev Onun meyvəsi sanki şeytanların başları kimidir.
Bu ayənin bütün tercümələrinə bax →
فَإِنَّهُمْ لَـَٔاكِلُونَ مِنْهَا فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Günahkarlar) ondan yeyib qarınlarını dolduracaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًا مِّنْ حَمِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev Sonra da onlar üçün bunun üstündən qaynar su ilə qatışdırılmış bir içki vardır.
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى ٱلْجَحِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Sonra onların qayıdacağı yer, əlbəttə ki, Cəhənnəmdir.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّهُمْ أَلْفَوْا۟ ءَابَآءَهُمْ ضَآلِّينَ
Azerbaijani Translation - Ali Khan Musayev Çünki onlar ata-babalarını azmış gördülər,
Bu ayənin bütün tercümələrinə bax →
فَهُمْ عَلَىٰٓ ءَاثَٰرِهِمْ يُهْرَعُونَ
Azerbaijani Translation - Ali Khan Musayev özləri də tələm-tələsik onların izini tutub getdilər.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ ٱلْأَوَّلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Artıq onlardan öncə əvvəlkilərin çoxu zəlalətə düşmüşdü.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ أَرْسَلْنَا فِيهِم مُّنذِرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onlara xəbərdar edən (peyğəmbərlər) göndərmişdik.
Bu ayənin bütün tercümələrinə bax →
فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُنذَرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Yalnız Allahın ixlaslı qullarından başqa.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ نَادَىٰنَا نُوحٌ فَلَنِعْمَ ٱلْمُجِيبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Nuh Bizi (dua edib) çağırdı. Biz çağırışa necə də gözəl cavab verənik!
Bu ayənin bütün tercümələrinə bax →
وَنَجَّيْنَٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.
Bu ayənin bütün tercümələrinə bax →
وَجَعَلْنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلْبَاقِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Təkcə onun nəslini (yer üzündə) qalanlar etdik.
Bu ayənin bütün tercümələrinə bax →
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Sonra gələnlər arasında onun üçün (gözəl xatirə) qoyduq;
Bu ayənin bütün tercümələrinə bax →
سَلَٰمٌ عَلَىٰ نُوحٍ فِى ٱلْعَٰلَمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev aləmlər içərisində Nuha salam olsun!
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev O, Bizim mömin qullarımızdan idi.
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ أَغْرَقْنَا ٱلْـَٔاخَرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Sonra o birilərini suya qərq etdik.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبْرَٰهِيمَ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, İbrahim onun ardıcıllarından idi.
Bu ayənin bütün tercümələrinə bax →
إِذْ جَآءَ رَبَّهُۥ بِقَلْبٍ سَلِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev Bir zaman o, öz Rəbbinin hüzuruna pak bir qəlblə gəlmişdi.
Bu ayənin bütün tercümələrinə bax →
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَاذَا تَعْبُدُونَ
Azerbaijani Translation - Ali Khan Musayev O zaman o, atasına və qövmünə demişdi: “Siz nəyə ibadət edirsiniz?
Bu ayənin bütün tercümələrinə bax →
أَئِفْكًا ءَالِهَةً دُونَ ٱللَّهِ تُرِيدُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Allahı qoyub uydurma ilahlarımı istəyirsiniz?
Bu ayənin bütün tercümələrinə bax →
فَمَا ظَنُّكُم بِرَبِّ ٱلْعَٰلَمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Aləmlərin Rəbbi barəsində zənniniz nədir?”
Bu ayənin bütün tercümələrinə bax →
فَنَظَرَ نَظْرَةً فِى ٱلنُّجُومِ
Azerbaijani Translation - Ali Khan Musayev O, ulduzlara bir nəzər saldı
Bu ayənin bütün tercümələrinə bax →
فَقَالَ إِنِّى سَقِيمٌ
Azerbaijani Translation - Ali Khan Musayev “Mən xəstəyəm!”– dedi.
Bu ayənin bütün tercümələrinə bax →
فَتَوَلَّوْا۟ عَنْهُ مُدْبِرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar ondan (İbrahimdən) üz çevirib getdilər.
Bu ayənin bütün tercümələrinə bax →
فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev O, xəlvətcə onların ilahlarının yanına gəlib (istehza ilə) dedi: “Siz (bu təamları) yemirsiniz?!
Bu ayənin bütün tercümələrinə bax →
مَا لَكُمْ لَا تَنطِقُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sizə nə olub ki, danışmırsınız?!”
Bu ayənin bütün tercümələrinə bax →
فَرَاغَ عَلَيْهِمْ ضَرْبًۢا بِٱلْيَمِينِ
Azerbaijani Translation - Ali Khan Musayev Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.
Bu ayənin bütün tercümələrinə bax →
فَأَقْبَلُوٓا۟ إِلَيْهِ يَزِفُّونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Qövmü) tələm-tələsik onun yanına gəldi.
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ
Azerbaijani Translation - Ali Khan Musayev O dedi: “Siz (öz əllərinizlə) yonub düzəltdiklərinizəmi ibadət edirsiniz?
Bu ayənin bütün tercümələrinə bax →
وَٱللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Halbuki sizi də, sizin etdiklərinizi (öz əllərinizlə düzəltdiklərinizi) də Allah yaratmışdır”.
Bu ayənin bütün tercümələrinə bax →
قَالُوا۟ ٱبْنُوا۟ لَهُۥ بُنْيَٰنًا فَأَلْقُوهُ فِى ٱلْجَحِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar: “Bunun (İbrahim) üçün bir bina tikin və onu oda atın!”– dedilər.
Bu ayənin bütün tercümələrinə bax →
فَأَرَادُوا۟ بِهِۦ كَيْدًا فَجَعَلْنَٰهُمُ ٱلْأَسْفَلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Beləcə ona (İbrahimə) hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.
Bu ayənin bütün tercümələrinə bax →
وَقَالَ إِنِّى ذَاهِبٌ إِلَىٰ رَبِّى سَيَهْدِينِ
Azerbaijani Translation - Ali Khan Musayev O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.
Bu ayənin bütün tercümələrinə bax →
رَبِّ هَبْ لِى مِنَ ٱلصَّٰلِحِينَ
Azerbaijani Translation - Ali Khan Musayev O (dedi:) “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (bir övlad) bəxş et!”
Bu ayənin bütün tercümələrinə bax →
فَبَشَّرْنَٰهُ بِغُلَٰمٍ حَلِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev Biz də onu həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdələdik.
Bu ayənin bütün tercümələrinə bax →
فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعْىَ قَالَ يَٰبُنَىَّ إِنِّىٓ أَرَىٰ فِى ٱلْمَنَامِ أَنِّىٓ أَذْبَحُكَ فَٱنظُرْ مَاذَا تَرَىٰ قَالَ يَٰٓأَبَتِ ٱفْعَلْ مَا تُؤْمَرُ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰبِرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda səni qurban kəsdiyimi gördüm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. İnşallah mənim səbirlilərdən olduğumu görəcəksən”.
Bu ayənin bütün tercümələrinə bax →
فَلَمَّآ أَسْلَمَا وَتَلَّهُۥ لِلْجَبِينِ
Azerbaijani Translation - Ali Khan Musayev Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman
Bu ayənin bütün tercümələrinə bax →
وَنَٰدَيْنَٰهُ أَن يَٰٓإِبْرَٰهِيمُ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onu çağırıb dedik: “Ey İbrahim!
Bu ayənin bütün tercümələrinə bax →
قَدْ صَدَّقْتَ ٱلرُّءْيَآ إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ هَٰذَا لَهُوَ ٱلْبَلَٰٓؤُا۟ ٱلْمُبِينُ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən də, bu, açıq-aydın bir imtahandır.
Bu ayənin bütün tercümələrinə bax →
وَفَدَيْنَٰهُ بِذِبْحٍ عَظِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onun (İsmailin) əvəzinə (İbrahimə) böyük bir qurbanlığı fidyə verdik.
Bu ayənin bütün tercümələrinə bax →
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.
Bu ayənin bütün tercümələrinə bax →
سَلَٰمٌ عَلَىٰٓ إِبْرَٰهِيمَ
Azerbaijani Translation - Ali Khan Musayev İbrahimə salam olsun!
Bu ayənin bütün tercümələrinə bax →
كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev O, Bizim mömin qullarımızdan idi.
Bu ayənin bütün tercümələrinə bax →
وَبَشَّرْنَٰهُ بِإِسْحَٰقَ نَبِيًّا مِّنَ ٱلصَّٰلِحِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.
Bu ayənin bütün tercümələrinə bax →
وَبَٰرَكْنَا عَلَيْهِ وَعَلَىٰٓ إِسْحَٰقَ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَظَالِمٌ لِّنَفْسِهِۦ مُبِينٌ
Azerbaijani Translation - Ali Khan Musayev Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz Musa ilə Haruna da nemət (peyğəmbərlik) bəxş etdik.
Bu ayənin bütün tercümələrinə bax →
وَنَجَّيْنَٰهُمَا وَقَوْمَهُمَا مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Onların hər ikisini və qövmlərini böyük sıxıntıdan qurtardıq.
Bu ayənin bütün tercümələrinə bax →
وَنَصَرْنَٰهُمْ فَكَانُوا۟ هُمُ ٱلْغَٰلِبِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlara kömək etdik, onlar qalib oldular.
Bu ayənin bütün tercümələrinə bax →
وَءَاتَيْنَٰهُمَا ٱلْكِتَٰبَ ٱلْمُسْتَبِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onların ikisinə də aydın bir Kitab (Tövrat) verdik.
Bu ayənin bütün tercümələrinə bax →
وَهَدَيْنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ
Azerbaijani Translation - Ali Khan Musayev Hər ikisini də doğru yola yönəltdik.
Bu ayənin bütün tercümələrinə bax →
وَتَرَكْنَا عَلَيْهِمَا فِى ٱلْـَٔاخِرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq.
Bu ayənin bütün tercümələrinə bax →
سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Musaya və Haruna salam olsun!
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّهُمَا مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onların ikisi Bizim mömin qullarımızdan idi.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّ إِلْيَاسَ لَمِنَ ٱلْمُرْسَلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Şübhəsiz ki, İlyas da elçilərdəndir.
Bu ayənin bütün tercümələrinə bax →
إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَلَا تَتَّقُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?
Bu ayənin bütün tercümələrinə bax →
أَتَدْعُونَ بَعْلًا وَتَذَرُونَ أَحْسَنَ ٱلْخَٰلِقِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ (Bəl adlı bütə) dua edirsiniz”.
Bu ayənin bütün tercümələrinə bax →
ٱللَّهَ رَبَّكُمْ وَرَبَّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Allah sizin də Rəbbinizdir və sizdən əvvəlki atalarınızın da Rəbbidir.
Bu ayənin bütün tercümələrinə bax →
فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar onu yalançı saydılar. Ona görə də hamısı (Cəhənnəmə) gətiriləcəkdir.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Yalnız Allahın ixlaslı qullarından başqa.
Bu ayənin bütün tercümələrinə bax →
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.
Bu ayənin bütün tercümələrinə bax →
سَلَٰمٌ عَلَىٰٓ إِلْ يَاسِينَ
Azerbaijani Translation - Ali Khan Musayev İlyasinə salam olsun!
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev O Bizim mömin qullarımızdan idi.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّ لُوطًا لَّمِنَ ٱلْمُرْسَلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Şübhəsiz ki, Lut da elçilərdəndir.
Bu ayənin bütün tercümələrinə bax →
إِذْ نَجَّيْنَٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Bir zaman Biz onu və onun bütün ailəsini xilas etdik.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّا عَجُوزًا فِى ٱلْغَٰبِرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ دَمَّرْنَا ٱلْـَٔاخَرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Sonra da o birilərini məhv etdik.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِم مُّصْبِحِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Siz (həm) səhər çağı onların yurdundan keçirsiniz,
Bu ayənin bütün tercümələrinə bax →
وَبِٱلَّيْلِ أَفَلَا تَعْقِلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (həm də) axşam çağı. Məgər anlamırsınız?
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّ يُونُسَ لَمِنَ ٱلْمُرْسَلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Şübhəsiz ki, Yunus da elçilərdəndir
Bu ayənin bütün tercümələrinə bax →
إِذْ أَبَقَ إِلَى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ
Azerbaijani Translation - Ali Khan Musayev Bir zaman o, yüklü bir gəmiyə qaçmışdı.
Bu ayənin bütün tercümələrinə bax →
فَسَاهَمَ فَكَانَ مِنَ ٱلْمُدْحَضِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Püşk atmış və uduzanlardan olmuşdu.
Bu ayənin bütün tercümələrinə bax →
فَٱلْتَقَمَهُ ٱلْحُوتُ وَهُوَ مُلِيمٌ
Azerbaijani Translation - Ali Khan Musayev O, qınanmış bir halda (dənizə atılarkən) balıq onu uddu.
Bu ayənin bütün tercümələrinə bax →
فَلَوْلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلْمُسَبِّحِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Əgər o, Allaha təsbih edənlərdən olmasaydı,
Bu ayənin bütün tercümələrinə bax →
لَلَبِثَ فِى بَطْنِهِۦٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
Azerbaijani Translation - Ali Khan Musayev balığın qarnında Qiyamət gününə qədər qalardı.
Bu ayənin bütün tercümələrinə bax →
فَنَبَذْنَٰهُ بِٱلْعَرَآءِ وَهُوَ سَقِيمٌ
Azerbaijani Translation - Ali Khan Musayev O xəstə olduğu bir halda Biz onu (ağac və bitki olmayan) boş bir yerə çıxartdıq.
Bu ayənin bütün tercümələrinə bax →
وَأَنۢبَتْنَا عَلَيْهِ شَجَرَةً مِّن يَقْطِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev Və üstünə (kölgə salmaq üçün) qabaq növündən (iriyarpaqlı) bir ağac bitirdik.
Bu ayənin bütün tercümələrinə bax →
وَأَرْسَلْنَٰهُ إِلَىٰ مِا۟ئَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onu yüz min nəfərə yaxud daha çox kimsəyə (peyğəmbər) göndərdik.
Bu ayənin bütün tercümələrinə bax →
فَـَٔامَنُوا۟ فَمَتَّعْنَٰهُمْ إِلَىٰ حِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək (ömürlərinin sonuna qədər) firavanlıq nəsib etdik.
Bu ayənin bütün tercümələrinə bax →
فَٱسْتَفْتِهِمْ أَلِرَبِّكَ ٱلْبَنَاتُ وَلَهُمُ ٱلْبَنُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Muhamməd) Onlardan (Kafirlərdən) soruş: “Qızlar Rəbbin üçün, oğlanlar isə onlar üçündür?!”
Bu ayənin bütün tercümələrinə bax →
أَمْ خَلَقْنَا ٱلْمَلَٰٓئِكَةَ إِنَٰثًا وَهُمْ شَٰهِدُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar?!
Bu ayənin bütün tercümələrinə bax →
أَلَآ إِنَّهُم مِّنْ إِفْكِهِمْ لَيَقُولُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Agah olun ki, onlar öz yalanlarına görə belə deyəcəklər:
Bu ayənin bütün tercümələrinə bax →
وَلَدَ ٱللَّهُ وَإِنَّهُمْ لَكَٰذِبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev “Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.
Bu ayənin bütün tercümələrinə bax →
أَصْطَفَى ٱلْبَنَاتِ عَلَى ٱلْبَنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Məgər (Allah) qızları oğlanlardan üstünmü tutmuşdur?!
Bu ayənin bütün tercümələrinə bax →
مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sizə nə olub, necə hökm verirsiniz?!
Bu ayənin bütün tercümələrinə bax →
أَفَلَا تَذَكَّرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Məgər düşünmürsünüz?!
Bu ayənin bütün tercümələrinə bax →
أَمْ لَكُمْ سُلْطَٰنٌ مُّبِينٌ
Azerbaijani Translation - Ali Khan Musayev Yoxsa sizin aydın bir dəliliniz var?!
Bu ayənin bütün tercümələrinə bax →
فَأْتُوا۟ بِكِتَٰبِكُمْ إِن كُنتُمْ صَٰدِقِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!
Bu ayənin bütün tercümələrinə bax →
وَجَعَلُوا۟ بَيْنَهُۥ وَبَيْنَ ٱلْجِنَّةِ نَسَبًا وَلَقَدْ عَلِمَتِ ٱلْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar (Müşriklər) Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların məhşərə gətiriləcəyini bilirlər.
Bu ayənin bütün tercümələrinə bax →
سُبْحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Allah onların (müşriklərin Allahı) vəsf etdikləri sifətlərdən uzaqdır.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Yalnız Allahın ixlaslı qullarından başqa.
Bu ayənin bütün tercümələrinə bax →
فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey müşriklər!) Nə siz, nə də sizin ibadət etdikləriniz
Bu ayənin bütün tercümələrinə bax →
مَآ أَنتُمْ عَلَيْهِ بِفَٰتِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev heç kəsi (Allaha qarşı) yoldan çıxara bilməzsiniz.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّا مَنْ هُوَ صَالِ ٱلْجَحِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Ancaq Cəhənnəmə girəcək kimsədən başqa.
Bu ayənin bütün tercümələrinə bax →
وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٌ مَّعْلُومٌ
Azerbaijani Translation - Ali Khan Musayev (Mələklər dedi:) “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّا لَنَحْنُ ٱلصَّآفُّونَ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, biz səf-səf dururuq.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّا لَنَحْنُ ٱلْمُسَبِّحُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, biz (Allahın şəninə) təriflər deyirik”.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِن كَانُوا۟ لَيَقُولُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Halbuki müşriklər) deyirdilər:
Bu ayənin bütün tercümələrinə bax →
لَوْ أَنَّ عِندَنَا ذِكْرًا مِّنَ ٱلْأَوَّلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev “Əgər bizdə də əvvəlkilərdə olan zikrdən (o kitabdan) olsaydı,
Bu ayənin bütün tercümələrinə bax →
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
Azerbaijani Translation - Ali Khan Musayev biz mütləq Allahın ixlaslı qulları olardıq”.
Bu ayənin bütün tercümələrinə bax →
فَكَفَرُوا۟ بِهِۦ فَسَوْفَ يَعْلَمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Lakin onlar onu (Quranı) inkar etdilər. Onlar tezliklə biləcəklər.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلْمُرْسَلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Elçi göndərdiyimiz qullarımız haqqında (bu) Sözümüz əzəldən deyilmişdi:
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّهُمْ لَهُمُ ٱلْمَنصُورُونَ
Azerbaijani Translation - Ali Khan Musayev “Onlara yardım ediləcəkdir.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّ جُندَنَا لَهُمُ ٱلْغَٰلِبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Ordumuz mütləq qalib gələcəkdir”.
Bu ayənin bütün tercümələrinə bax →
فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) Bir müddət onlardan üz çevir!
Bu ayənin bütün tercümələrinə bax →
وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.
Bu ayənin bütün tercümələrinə bax →
أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Yoxsa onlar əzabımızamı tələsirlər?
Bu ayənin bütün tercümələrinə bax →
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَآءَ صَبَاحُ ٱلْمُنذَرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Əzab onların yurdlarına yetişdiyi zaman qorxudulanların sabahı necə də pis olacaqdır!
Bu ayənin bütün tercümələrinə bax →
وَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) Bir müddət onlardan üz çevir!
Bu ayənin bütün tercümələrinə bax →
وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.
Bu ayənin bütün tercümələrinə bax →
سُبْحَٰنَ رَبِّكَ رَبِّ ٱلْعِزَّةِ عَمَّا يَصِفُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sənin pak və müqəddəs Rəbbin - qüdrət sahibi olan Rəbbin müşriklərin Onu vəsf etdikləri sifətlərdən uzaqdır.
Bu ayənin bütün tercümələrinə bax →
وَسَلَٰمٌ عَلَى ٱلْمُرْسَلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Elçilərə salam olsun!
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur!
Bu ayənin bütün tercümələrinə bax →
← Yaseen surəsi
Saad surəsi →
Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
→
Ərəb mətni və tərcümələr Tanzil və QuranEnc vasitəsilə — eynilə, dəyişdirilmədən · Tərcümələr tərcüməçilərinə aiddir və Quranın özü deyil
Bu, araşdırma köməkçisidir; fətva mərcii deyil.