Azerbaijani Translation - Ali Khan MusayevBiz onların boyunlarına dəmir həlqələr keçirdik. Bu həlqələr onların çənələrinə dirənmişdir. Odur ki, başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir.
Azerbaijani Translation - Ali Khan MusayevBiz onların önlərindən bir sədd, arxalarından da bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar (haqqı) görməzlər.
Azerbaijani Translation - Ali Khan MusayevSən ancaq Zikrə (Qurana) tabe olub Rəhmanı görmədən (Ondan) çəkinən kimsəni qorxuda bilərsən. Beləsini bağışlanma və gözəl bir mükafatla müjdələ.
Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, ölüləri dirildən, onların (dünyada) etdiklərini və buraxdıqları izləri (axar sədəqə kimi saleh əməlləri) yazan Bizik. Biz hər şeyi açıq-aydın Kitabda (Lövhi-məhfuzda) qeydə almışıq.
Azerbaijani Translation - Ali Khan MusayevO zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. (Bu elçilər:) “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Siz də bizim kimi bir insansınız. Rəhman sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Biz sizdə uğursuzluq gördük. Əgər (dəvətinizə) son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq şiddətli bir əzab toxunacaqdır”.
Azerbaijani Translation - Ali Khan Musayev(Elçilər) dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Yoxsa sizə edilən öyüd-nəsihəti (bəd əlamət sayırsınız)?! Xeyr, siz həddi aşmış bir qövmsünüz”.
Azerbaijani Translation - Ali Khan MusayevŞəhərin ən ucqar yerindən (Həbib bin Musa ən-Nəccar adlı) bir kişi tələsik gəlib dedi: “Ey qövmüm, elçilərə tabe olun!
Azerbaijani Translation - Ali Khan MusayevMən heç Ondan başqa ilahlar qəbul edərəmmi?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.
Azerbaijani Translation - Ali Khan Musayev(Şəhər sakinləri bu kişini öldürdükdən sonra) ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş qövmüm biləydi ki,
Azerbaijani Translation - Ali Khan MusayevBiz ondan (Həbib bin Musa ən-Nəccardan) sonra qövmünün üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.
Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə (dünyaya) öz yanlarına qayıtmadığını görmürlərmi?!
Azerbaijani Translation - Ali Khan MusayevÖlü torpaq onlar üçün bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan toxum (dənli bitkilər) çıxardırıq, onlar da ondan yeyirlər.
Azerbaijani Translation - Ali Khan Musayevonların meyvələrindən və öz əlləri ilə becərmədiklərindən (yaxud becərdiklərindən) yesinlər. Yenə də şükür etməyəcəklərmi?!
Azerbaijani Translation - Ali Khan MusayevYerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir.
Azerbaijani Translation - Ali Khan MusayevGecə də, onlar üçün (Allahın qüdrətinə dəlalət edən) bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar.
Azerbaijani Translation - Ali Khan MusayevGünəş də, özü üçün müəyyən edilmiş yerdə hərəkət edər. Bu, Qüdrətli, (hər şeyi) Bilən Allahın əzəli hökmüdür.
Azerbaijani Translation - Ali Khan MusayevAy üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o (mənzilləri tədricən başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş budağı kimi (əyri) olar.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər istəsək, onları (suya) qərq edərik. O zaman nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.
Azerbaijani Translation - Ali Khan MusayevYalnız Bizim (onlara) rəhm etməyimiz və (onlara,) müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz müstəsnadır.
Azerbaijani Translation - Ali Khan MusayevOnlara: “Önünüzdə və arxanızda olandan (dünya və axirət əzabından) qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə (üz çevirirlər).
Azerbaijani Translation - Ali Khan MusayevOnlara: “Allahın sizə verdiyi ruzidən xərcləyin!”– deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?! Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar, bir-birləri ilə höcətləşərkən (dünya işləri ilə məşğul olarkən) özlərini yaxalayacaq bir tükürpədici səsi (sura birinci dəfə üfürülməsini) gözləyirlər.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Rəhmanın vəd etdiyidir. Elçilər doğru deyirlərmiş”.
Azerbaijani Translation - Ali Khan MusayevBu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər istəsəydik, onların gözlərini kor edərdik. O zaman onlar (düz) yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?!
Azerbaijani Translation - Ali Khan MusayevBunlarda (bu heyvanlarda) onlar üçün (başqa) mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?!
Azerbaijani Translation - Ali Khan Musayev(O ilahlar) onlara heç bir kömək edə bilməzlər. Halbuki özləri onlar üçün (onları qorumağa) hazır durmuş əsgərlərdir.
Azerbaijani Translation - Ali Khan MusayevOnların sözü (bütlər bizim ilahlarımızdır yaxud sən peyğəmbər deyilsən) səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların gizli saxladıqlarını və aşkar etdiklərini bilirik.
Azerbaijani Translation - Ali Khan MusayevGöyləri və yeri xəlq edən Allah onlar kimisini xəlq etməyə qadir deyilmi?! Əlbəttə ki, (hər şeyi) xəlq edən və (hər şeyi) bilən Odur.