Azerbaijani Translation - Ali Khan MusayevBiz onlardan öncə neçə-neçə nəsilləri məhv etdik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq (əzabdan) qurtulma vaxtı keçmişdi.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar özlərindən onlara xəbərdarlıq edən (bir peyğəmbər) gəldiyinə təəccüb etdilər və kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır!
Azerbaijani Translation - Ali Khan MusayevOnların zadəganları çıxıb gedərək (belə) dedilər: “Gedin öz ilahlarınızla səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir.
Azerbaijani Translation - Ali Khan MusayevMəgər içimizdən təkcə onamı Zikr (Quran) vəhy edilmişdir?!” Xeyr, onlar Mənim Zikrimə şəkk edirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar.
Azerbaijani Translation - Ali Khan MusayevYaxud göylərin, yerin və onların arasında olanların mülkü onlara məxsudur?! Elə isə qoy yollarla (göyə) qalxsınlar.
Azerbaijani Translation - Ali Khan MusayevOnlardan əvvəl Nuh qövmü, Ad (tayfası) və dirəklər (qüvvət və səltənət) sahibi Firon da (elçiləri) yalançı saymışdılar.
Azerbaijani Translation - Ali Khan MusayevHəmçinin Səmud, Lut qövmü və Əykə əhli (Şüeyb qövmü) də. Bunlar (peyğəmbərlərə qarşı düşmənçilik edən) dəstələr idi.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar (istehza edərək): “Ey Rəbbimiz! Bizim (əzabdan olan) payımızı Haqq-hesab günü gəlməmişdən əvvəl tezliklə ver!”– dedilər.
Azerbaijani Translation - Ali Khan MusayevBiz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə (Allahın şəninə) təriflər deyirdilər.
Azerbaijani Translation - Ali Khan MusayevBiz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün hökm vermək (və ya gözəl danışıq) qabiliyyəti bəxş etdik.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər! Davudun yanında) mübahisə edənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girmişdilər.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar Davudun yanına daxil olduqda (Davud) onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki mübahisəçiyik. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər!
Azerbaijani Translation - Ali Khan MusayevBu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum var. (Bununla belə:) “Onu mənə ver!”– dedi və mübahisədə mənə üstün gəldi”.
Azerbaijani Translation - Ali Khan Musayev(Davud) dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı zülm etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinə qarşı haqsızlıq edər. Yalnız iman gətirib saleh əməllər edənlərdən başqa. Onlar isə çox azdırlar!” (Bunları dedikdən sonra,) Davud Bizim onu sınağa çəkdiyimizi bildi, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi.
Azerbaijani Translation - Ali Khan MusayevBiz bunu ona bağışladıq. Həqiqətən, o, Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri (Cənnət) vardır.
Azerbaijani Translation - Ali Khan MusayevEy Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.
Azerbaijani Translation - Ali Khan MusayevBiz göyü, yeri və onların arasındakıları boş yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!
Azerbaijani Translation - Ali Khan MusayevMəgər Biz iman gətirib saleh əməllər edənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı?! Yaxud Allahdan qorxanları günahkarlara tay tutarıqmı?!
Azerbaijani Translation - Ali Khan MusayevBu (Quran), ayələrini düşünsünlər və ağıl sahibləri ibrət götürsünlər deyə sənə nazil etdiyimiz mübarək bir kitabdır.
Azerbaijani Translation - Ali Khan MusayevBir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir ayağını dırnağının üstündə tutan, qaçağan atlar göstərildi.
Azerbaijani Translation - Ali Khan Musayev(Süleyman) dedi: “Mən, günəş batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum (atlar məni əsr namazından yayındırdı)”.
Azerbaijani Translation - Ali Khan Musayev(Süleyman dedi:) “Onları yanıma qaytarın!”– dedi, sonra da, o atların qıçlarını və boyunlarını vurmağa başladı.
Azerbaijani Translation - Ali Khan MusayevO dedi: “Ey Rəbbim! Məni bağışla və mənə, məndən sonra heç kimsəyə nəsib olmayan bir mülk nəsib et. Həqiqətən, Sən Bəxşedənsən.
Azerbaijani Translation - Ali Khan Musayev(və ona belə buyurduq:) “Bu Bizim hədiyyəmizdir! (Bunlardan istədiyinə) versən də, verməsən də (səndən) haqq-hesab tələb olunmayacaqdır”.
Azerbaijani Translation - Ali Khan MusayevQulumuz Əyyubu da yada sal! Bir zaman o Rəbbinə nida edərək belə demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”
Azerbaijani Translation - Ali Khan MusayevBizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona həm ailəsini (qaytardıq), həm də onlarla yanaşı bir mislini bəxş etdik.
Azerbaijani Translation - Ali Khan Musayev(Biz ona dedik:) “Əlinə bir dəstə (çubuq) götür və onunla (zövcəni) vur. Andını pozma.” Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.
Azerbaijani Translation - Ali Khan Musayev(Kafirlərin başçılarına deyiləcək:) “Bu, sizinlə birlikdə (Cəhənnəmə) girən dəstədir. (Başçılar deyəcəklər:) “Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar”.
Azerbaijani Translation - Ali Khan Musayev(Tabe olanlar) deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!”
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Mən yalnız xəbərdar edənəm. Tək olan, (hər şeyə) Qalib gələn Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur”.
Azerbaijani Translation - Ali Khan Musayev(Allah) buyurdu: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nədir? Təkəbbür göstərdin, yoxsa özünü yüksək tutanlardan oldun?”
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uyduranlardan da deyiləm.