Al-Mutaffifin surəsi المطففين
36 ayə · Məkkə · nazil olma sırası 86
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَيْلٌ لِّلْمُطَفِّفِينَ
Azerbaijani Translation - Ali Khan MusayevÇəkidə və ölçüdə aldadanların vay halına!
Bu ayənin bütün tercümələrinə bax →
ٱلَّذِينَ إِذَا ٱكْتَالُوا۟ عَلَى ٱلنَّاسِ يَسْتَوْفُونَ
Azerbaijani Translation - Ali Khan MusayevO kəslər ki, insanlardan (bir şey) alıb ölçdükləri zaman (onu) tam ölçərlər.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ
Azerbaijani Translation - Ali Khan MusayevOnlar üçün bir şey ölçdükləri və ya çəkdikləri zaman (onu) əskildərlər.
Bu ayənin bütün tercümələrinə bax →
أَلَا يَظُنُّ أُو۟لَٰٓئِكَ أَنَّهُم مَّبْعُوثُونَ
Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar (öldükdən sonra) diriləcəklərini zənn etmirlərmi?!
Bu ayənin bütün tercümələrinə bax →
لِيَوْمٍ عَظِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev(Özü də) əzəmətli bir gündə.
Bu ayənin bütün tercümələrinə bax →
يَوْمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلْعَٰلَمِينَ
Azerbaijani Translation - Ali Khan MusayevO gün insanlar aləmlərin Rəbbi üçün (qəbirlərindən) qalxacaqlar!
Bu ayənin bütün tercümələrinə bax →
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلْفُجَّارِ لَفِى سِجِّينٍ
Azerbaijani Translation - Ali Khan MusayevXeyr! Günahkarların kitabı Siccindədir.
Bu ayənin bütün tercümələrinə bax →
وَمَآ أَدْرَىٰكَ مَا سِجِّينٌ
Azerbaijani Translation - Ali Khan MusayevSən nə biləsən ki, Siccin nədir?!
Bu ayənin bütün tercümələrinə bax →
كِتَٰبٌ مَّرْقُومٌ
Azerbaijani Translation - Ali Khan MusayevO, yazılı bir kitabdır!
Bu ayənin bütün tercümələrinə bax →
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
Azerbaijani Translation - Ali Khan MusayevO gün (Qiyaməti) yalan sayanların vay halına!
Bu ayənin bütün tercümələrinə bax →
ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ ٱلدِّينِ
Azerbaijani Translation - Ali Khan MusayevO kəslər ki, Din gününü yalan sayarlar.
Bu ayənin bütün tercümələrinə bax →
وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ
Azerbaijani Translation - Ali Khan MusayevBunu həddi aşan günahkardan başqa heç kəs yalan saymaz.
Bu ayənin bütün tercümələrinə bax →
إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ
Azerbaijani Translation - Ali Khan MusayevAyələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əfsanələridir!”– deyər.
Bu ayənin bütün tercümələrinə bax →
كَلَّا بَلْ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا۟ يَكْسِبُونَ
Azerbaijani Translation - Ali Khan MusayevXeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür.
Bu ayənin bütün tercümələrinə bax →
كَلَّآ إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوبُونَ
Azerbaijani Translation - Ali Khan MusayevXeyr, o gün onlarla Rəbbi arasına pərdə çəkiləcəkdir!
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ إِنَّهُمْ لَصَالُوا۟ ٱلْجَحِيمِ
Azerbaijani Translation - Ali Khan MusayevSonra onlar Cəhənnəmə girəcəklər.
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ
Azerbaijani Translation - Ali Khan MusayevSonra onlara: “Budur sizin yalan saydığınız (Cəhənnəm)!”– deyiləcəkdir.
Bu ayənin bütün tercümələrinə bax →
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلْأَبْرَارِ لَفِى عِلِّيِّينَ
Azerbaijani Translation - Ali Khan MusayevXeyr! Yaxşıların kitabı İlliyyundadır!
Bu ayənin bütün tercümələrinə bax →
وَمَآ أَدْرَىٰكَ مَا عِلِّيُّونَ
Azerbaijani Translation - Ali Khan MusayevSən nə biləsən ki, İlliyyun nədir?!
Bu ayənin bütün tercümələrinə bax →
كِتَٰبٌ مَّرْقُومٌ
Azerbaijani Translation - Ali Khan MusayevO, yazılı bir kitabdır!
Bu ayənin bütün tercümələrinə bax →
يَشْهَدُهُ ٱلْمُقَرَّبُونَ
Azerbaijani Translation - Ali Khan MusayevOna, Allaha yaxın olanlar (mələklər) şahid olar.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍ
Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, yaxşılar nemət içində olacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ
Azerbaijani Translation - Ali Khan MusayevOnlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
تَعْرِفُ فِى وُجُوهِهِمْ نَضْرَةَ ٱلنَّعِيمِ
Azerbaijani Translation - Ali Khan MusayevSən onların üzündə nemətlərin sevincini görəcəksən.
Bu ayənin bütün tercümələrinə bax →
يُسْقَوْنَ مِن رَّحِيقٍ مَّخْتُومٍ
Azerbaijani Translation - Ali Khan MusayevOnlara möhürlü (əl dəyməmiş) şərabdan içirdiləcəkdir.
Bu ayənin bütün tercümələrinə bax →
خِتَٰمُهُۥ مِسْكٌ وَفِى ذَٰلِكَ فَلْيَتَنَافَسِ ٱلْمُتَنَٰفِسُونَ
Azerbaijani Translation - Ali Khan MusayevOnun sonu müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!
Bu ayənin bütün tercümələrinə bax →
وَمِزَاجُهُۥ مِن تَسْنِيمٍ
Azerbaijani Translation - Ali Khan MusayevOnun qatışığı təsnimdəndir (təsnim bulağındandır).
Bu ayənin bütün tercümələrinə bax →
عَيْنًا يَشْرَبُ بِهَا ٱلْمُقَرَّبُونَ
Azerbaijani Translation - Ali Khan MusayevO elə bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ ٱلَّذِينَ أَجْرَمُوا۟ كَانُوا۟ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ يَضْحَكُونَ
Azerbaijani Translation - Ali Khan MusayevGünahkarlar (dünyada) iman gətirənlərə gülürdülər.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِذَا مَرُّوا۟ بِهِمْ يَتَغَامَزُونَ
Azerbaijani Translation - Ali Khan MusayevOnların (möminlərin) yanından keçdikdə bir-birinə qaş-göz edirdilər.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِذَا ٱنقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمُ ٱنقَلَبُوا۟ فَكِهِينَ
Azerbaijani Translation - Ali Khan MusayevAilələrinin yanına qayıtdıqda (möminlərə istehza etdikləri üçün) fərəhlə qayıdırdılar.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِذَا رَأَوْهُمْ قَالُوٓا۟ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ
Azerbaijani Translation - Ali Khan MusayevOnları (möminləri) gördükdə isə: “Bunlar azmışlardır!”– deyirdilər.
Bu ayənin bütün tercümələrinə bax →
وَمَآ أُرْسِلُوا۟ عَلَيْهِمْ حَٰفِظِينَ
Azerbaijani Translation - Ali Khan MusayevHalbuki onlar möminlərə gözətçi göndərilməmişdilər.
Bu ayənin bütün tercümələrinə bax →
فَٱلْيَوْمَ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنَ ٱلْكُفَّارِ يَضْحَكُونَ
Azerbaijani Translation - Ali Khan MusayevBu gün (Qiyamət günü) isə iman gətirənlər kafirlərə güləcəklər.
Bu ayənin bütün tercümələrinə bax →
عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ
Azerbaijani Translation - Ali Khan MusayevOnlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
هَلْ ثُوِّبَ ٱلْكُفَّارُ مَا كَانُوا۟ يَفْعَلُونَ
Azerbaijani Translation - Ali Khan MusayevKafirlər etdikləri əməllərin cəzasını aldılarmı?!
Bu ayənin bütün tercümələrinə bax →
Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
→