caseriqQuranda məna axtarışı

At-Tur surəsi الطور

49 ayə · Məkkə · nazil olma sırası 76

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلطُّورِ

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun Tur dağına!

Bu ayənin bütün tercümələrinə bax →

وَكِتَٰبٍ مَّسْطُورٍ

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun yazılmış Kitaba (Qurana və ya Lövhi-Məhfuza yaxud Musaya verilən lövhələrə)

Bu ayənin bütün tercümələrinə bax →

فِى رَقٍّ مَّنشُورٍ

Azerbaijani Translation - Ali Khan MusayevYayılmış incə dəri üzərində (olan Kitaba).

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلْبَيْتِ ٱلْمَعْمُورِ

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun (mələklərin ibadət etdiyi, yeddinci səma üzərində olan) Beytulməmura!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلسَّقْفِ ٱلْمَرْفُوعِ

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun yüksək tavana (göy üzünə)!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلْبَحْرِ ٱلْمَسْجُورِ

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun (qiyamət günü) alovlanan (və ya su ilə dolu) dənizə!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Rəbbinin əzabı mütləq vaqe olacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

مَّا لَهُۥ مِن دَافِعٍ

Azerbaijani Translation - Ali Khan MusayevHeç kəs onun qarşısını ala bilməz.

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ تَمُورُ ٱلسَّمَآءُ مَوْرًا

Azerbaijani Translation - Ali Khan MusayevO gün göy şiddətlə lərzəyə gələcək.

Bu ayənin bütün tercümələrinə bax →

وَتَسِيرُ ٱلْجِبَالُ سَيْرًا

Azerbaijani Translation - Ali Khan MusayevDağlar da (yerindən qopub) hərəkətə gələcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

فَوَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Azerbaijani Translation - Ali Khan MusayevO gün (haqqı) yalan sayanların vay halına!

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ هُمْ فِى خَوْضٍ يَلْعَبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO kəslər ki, batil bataqlığında əylənirlər.

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا

Azerbaijani Translation - Ali Khan MusayevO gün onlar amansızcasına (sürüklənib) Cəhənnəm oduna atılacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

هَٰذِهِ ٱلنَّارُ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Onlara deyiləcəkdir:) “Bu, sizin yalan saydığınız Cəhənnəm odudur!

Bu ayənin bütün tercümələrinə bax →

أَفَسِحْرٌ هَٰذَآ أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBu (əzab) da sehrdir, yoxsa görmürsünüz?

Bu ayənin bütün tercümələrinə bax →

ٱصْلَوْهَا فَٱصْبِرُوٓا۟ أَوْ لَا تَصْبِرُوا۟ سَوَآءٌ عَلَيْكُمْ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDadın (yalan saydığınız Cəhənnəmin) hərarətini! Səbir etsəniz də, səbir etməsəniz də sizin üçün eynidir. Sizə yalnız etdiyiniz əməllərin cəzası veriləcəkdir”.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍ وَنَعِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, müttəqilər cənnətlərdə və nemət içində olacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

فَٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ وَوَقَىٰهُمْ رَبُّهُمْ عَذَابَ ٱلْجَحِيمِ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbinin onlara bəxş etdiyi nemətlərə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından qorumuşdur.

Bu ayənin bütün tercümələrinə bax →

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Onlara belə deyiləcəkdir:) “(Dünyada ikən) etdiyiniz (saleh) əməllərinizə görə nuşcanlıqla yeyin, için!”

Bu ayənin bütün tercümələrinə bax →

مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٍ مَّصْفُوفَةٍ وَزَوَّجْنَٰهُم بِحُورٍ عِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar səf-səf düzülmüş taxtlar üzərində dirsəklənəcəklər. Biz onları iri qara gözlü hurilərlə evləndirdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَٱتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَٰنٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَآ أَلَتْنَٰهُم مِّنْ عَمَلِهِم مِّن شَىْءٍ كُلُّ ٱمْرِئٍۭ بِمَا كَسَبَ رَهِينٌ

Azerbaijani Translation - Ali Khan Musayevİman gətirənlərin, imanla onların arxasınca gedən zürriyyətlərini (Cənnətdə) özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَمْدَدْنَٰهُم بِفَٰكِهَةٍ وَلَحْمٍ مِّمَّا يَشْتَهُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlara iştahları çəkdiyi meyvədən və ətdən verəcəyik.

Bu ayənin bütün tercümələrinə bax →

يَتَنَٰزَعُونَ فِيهَا كَأْسًا لَّا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar orada bir-birinə (şərab dolu) badə uzadacaqlar. Bu (şərab) onları nə lağlağaya, nə də günaha təhrik edəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُونٌ

Azerbaijani Translation - Ali Khan MusayevOnların ətrafında (xidmətlərinə verilmiş), qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar bir-birinə üz tutub (dünyadakı əməlləri barəsində) soruşacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوٓا۟ إِنَّا كُنَّا قَبْلُ فِىٓ أَهْلِنَا مُشْفِقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar deyəcəklər: “Biz bundan öncə ailəmiz içində olarkən (Allahdan) qorxurduq.

Bu ayənin bütün tercümələrinə bax →

فَمَنَّ ٱللَّهُ عَلَيْنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ

Azerbaijani Translation - Ali Khan MusayevAllah da bizə mərhəmət göstərdi və bizi qızmar yel (Cəhənnəm) əzabından qorudu.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ إِنَّهُۥ هُوَ ٱلْبَرُّ ٱلرَّحِيمُ

Azerbaijani Translation - Ali Khan MusayevBiz bundan öncə Ona (bizi Cəhənnəm əzabından qoruması üçün) dua edirdik. Həqiqətən, O, (qullarına) yaxşılıq edəndir, (onlara qarşı) Rəhmlidir!”

Bu ayənin bütün tercümələrinə bax →

فَذَكِّرْ فَمَآ أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Sən xatırlat! Sən Rəbbinin neməti (bəxş etdiyi iman və ağıl) sayəsində nə kahinsən, nə də dəli!

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ يَقُولُونَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهِۦ رَيْبَ ٱلْمَنُونِ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onlar: “O bir şairdir. Biz onun ölüb getməsini gözləyirik!”– deyirlər.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ تَرَبَّصُوا۟ فَإِنِّى مَعَكُم مِّنَ ٱلْمُتَرَبِّصِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) De: “Gözləyin, mən də sizinlə birlikdə (sizə üz verəcək əzabı) gözləyənlərdənəm!”

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ تَأْمُرُهُمْ أَحْلَٰمُهُم بِهَٰذَآ أَمْ هُمْ قَوْمٌ طَاغُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onların ağılları bunu onlara əmr edir? Yoxsa onlar azğın bir qövmdürlər?

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ يَقُولُونَ تَقَوَّلَهُۥ بَل لَّا يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onlar: “(Muhamməd) onu (Quranı) özündən uydurdu!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər.

Bu ayənin bütün tercümələrinə bax →

فَلْيَأْتُوا۟ بِحَدِيثٍ مِّثْلِهِۦٓ إِن كَانُوا۟ صَٰدِقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər.

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ خُلِقُوا۟ مِنْ غَيْرِ شَىْءٍ أَمْ هُمُ ٱلْخَٰلِقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onlar heç bir şey olmadan (Xaliqsizmi) yaranıblar? Yaxud onlar (öz-özlərini) yaradanlardır?

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ خَلَقُوا۟ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بَل لَّا يُوقِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ عِندَهُمْ خَزَآئِنُ رَبِّكَ أَمْ هُمُ ٱلْمُصَۣيْطِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa Rəbbinin xəzinələri onların yanındadır? Yoxsa onlar hökm sahibidirlər?

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَٰنٍ مُّبِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onların, (üstünə çıxıb mələklərin söhbətlərini) dinlədikləri bir nərdivanımı vardır? Elə isə qoy onların (mələkləri) dinləyənləri açıq-aydın bir dəlil gətirsinlər!

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ لَهُ ٱلْبَنَٰتُ وَلَكُمُ ٱلْبَنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa qızlar Onun, oğlanlar isə sizindir?

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ تَسْـَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Yoxsa sən (dini təbliğ etdiyinə görə) onlardan bir ücrət istəyirsən və onlar da ağır borc yükü altındadırlar?

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa qeyb (elmi) onların yanındadır və onlar da (qeyb elmindən insanlar üçün istədiklərini) yazırlar?

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ يُرِيدُونَ كَيْدًا فَٱلَّذِينَ كَفَرُوا۟ هُمُ ٱلْمَكِيدُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Yoxsa (sənə qarşı) bir hiylə qurmaq istəyirlər? Kafirlər özləri o hiylənin qurbanı olacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ لَهُمْ إِلَٰهٌ غَيْرُ ٱللَّهِ سُبْحَٰنَ ٱللَّهِ عَمَّا يُشْرِكُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onların Allahdan başqa bir ilahımı vardır? Allah onların qoşduqları şəriklərdən pak və ucadır.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن يَرَوْا۟ كِسْفًا مِّنَ ٱلسَّمَآءِ سَاقِطًا يَقُولُوا۟ سَحَابٌ مَّرْكُومٌ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlar göydən bir parça (başlarına) düşdüyünü görsələr: “Üst üstə yığılmış buludlardır!”– deyərlər.

Bu ayənin bütün tercümələrinə bax →

فَذَرْهُمْ حَتَّىٰ يُلَٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى فِيهِ يُصْعَقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSən onları sarsılacaqları günə qovuşana qədər tərk et!

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ لَا يُغْنِى عَنْهُمْ كَيْدُهُمْ شَيْـًٔا وَلَا هُمْ يُنصَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək edilməyəcək.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ عَذَابًا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Günahlar etməklə nəfslərinə) zülüm edənlər üçün bundan başqa (dünyada və qəbirdə) əzab vardır. Lakin onların çoxu (bunu) bilməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Sən Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. (Yuxudan və ya məclisdən) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!

Bu ayənin bütün tercümələrinə bax →

وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَٰرَ ٱلنُّجُومِ

Azerbaijani Translation - Ali Khan MusayevGecənin bir vaxtında və ulduzlar batanda Onun şəninə təriflər de!

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70