caseriqQuranda məna axtarışı

Adh-Dhaariyat surəsi الذاريات

60 ayə · Məkkə · nazil olma sırası 67

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلذَّٰرِيَٰتِ ذَرْوًا

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun toz-torpağı (ətrafa) səpələyən küləklərə!

Bu ayənin bütün tercümələrinə bax →

فَٱلْحَٰمِلَٰتِ وِقْرًا

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun yağmur yükü daşıyan buludlara!

Bu ayənin bütün tercümələrinə bax →

فَٱلْجَٰرِيَٰتِ يُسْرًا

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun asanlıqla üzüb gedən gəmilərə!

Bu ayənin bütün tercümələrinə bax →

فَٱلْمُقَسِّمَٰتِ أَمْرًا

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun (Allahın əmr etdiyi) işləri (məxluqat arasında) bölüşdürən mələklərə!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ

Azerbaijani Translation - Ali Khan MusayevSizə vəd olunan həqiqətdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٌ

Azerbaijani Translation - Ali Khan MusayevHaqq-hesab da, mütləq olacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلسَّمَآءِ ذَاتِ ٱلْحُبُكِ

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun gözəl görünüşü olan səmaya!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّكُمْ لَفِى قَوْلٍ مُّخْتَلِفٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Məkkə əhli!) Sizin sözləriniz ziddiyyətlidir (bəzən Qurana sehr, bəzən də şeir deyirsiniz. Bəzən Muhammədə sehribaz, bəzən də şair deyirsiniz). .

Bu ayənin bütün tercümələrinə bax →

يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ

Azerbaijani Translation - Ali Khan MusayevOndan (Qurandan və ya Peyğəmbərdən) döndərilən kimsə döndərilər.

Bu ayənin bütün tercümələrinə bax →

قُتِلَ ٱلْخَرَّٰصُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMəhv olsun yalançılar!

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ هُمْ فِى غَمْرَةٍ سَاهُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO kəslər ki, cəhalət içində olan qafillərdir.

Bu ayənin bütün tercümələrinə bax →

يَسْـَٔلُونَ أَيَّانَ يَوْمُ ٱلدِّينِ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar (səndən istehza ilə) Din gününün nə vaxt olacağını soruşurlar.

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ هُمْ عَلَى ٱلنَّارِ يُفْتَنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO gün onlara odda əzab veriləcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

ذُوقُوا۟ فِتْنَتَكُمْ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Onlara deyiləcək:) “Dadın əzabınızı! Sizin tez gəlməsini istədiyiniz şey (əzab) budur!”

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍ وَعُيُونٍ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, müttəqilər cənnətlərdə və bulaqlar başında olacaqlar,

Bu ayənin bütün tercümələrinə bax →

ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər edən kimsələr olmuşdular.

Bu ayənin bütün tercümələrinə bax →

كَانُوا۟ قَلِيلًا مِّنَ ٱلَّيْلِ مَا يَهْجَعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar gecələr (ibadət edib) az yatırdılar.

Bu ayənin bütün tercümələrinə bax →

وَبِٱلْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSübh çağları isə (Allahdan) bağışlanma diləyirdilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَفِىٓ أَمْوَٰلِهِمْ حَقٌّ لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ

Azerbaijani Translation - Ali Khan MusayevMallarında dilənçinin və yoxsulun payı vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَفِى ٱلْأَرْضِ ءَايَٰتٌ لِّلْمُوقِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevYer üzündə yəqinliklə inananlar üçün (Allahın qüdrətinə dəlalət edən) dəlillər vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَفِىٓ أَنفُسِكُمْ أَفَلَا تُبْصِرُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey İnsanlar!) Sizin özünüzdə də (Allahın qüdrətinə dəlalət edən) dəlillər var. Məgər görmürsünüz?!

Bu ayənin bütün tercümələrinə bax →

وَفِى ٱلسَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevGöydə ruziniz (yağış) və sizə vəd olunan (mükafat, cəza və ya xeyir, şər) vardır.

Bu ayənin bütün tercümələrinə bax →

فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِنَّهُۥ لَحَقٌّ مِّثْلَ مَآ أَنَّكُمْ تَنطِقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevGöyün və yerin Rəbbinə and olsun ki, bu (vəd) sizin danışığınız kimi həqiqətdir.

Bu ayənin bütün tercümələrinə bax →

هَلْ أَتَىٰكَ حَدِيثُ ضَيْفِ إِبْرَٰهِيمَ ٱلْمُكْرَمِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) İbrahimin hörmətli qonaqlarının (mələklərin) xəbəri sənə gəlib çatdımı?

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَٰمًا قَالَ سَلَٰمٌ قَوْمٌ مُّنكَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar İbrahimin yanına daxil olub: “(Sənə) salam olsun!”– dedilər. (İbrahim:) “Sizə də salam olsun! Siz yad kimsələrsiz!”– dedi.

Bu ayənin bütün tercümələrinə bax →

فَرَاغَ إِلَىٰٓ أَهْلِهِۦ فَجَآءَ بِعِجْلٍ سَمِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevO, qorxu içində ailəsinin yanına getdi və (qızardılmış) kök bir buzovla gəldi.

Bu ayənin bütün tercümələrinə bax →

فَقَرَّبَهُۥٓ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Qızardılmış) buzovu onlara yaxınlaşdırıb dedi: “Yemirsinizmi?”

Bu ayənin bütün tercümələrinə bax →

فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً قَالُوا۟ لَا تَخَفْ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevO, (qonaqların yemədiklərini görüb) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və onu elmli bir oğlan uşağı (İshaqın dünyaya gəlməsi) ilə müjdələdilər.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَقْبَلَتِ ٱمْرَأَتُهُۥ فِى صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevZövcəsi qışqırıb üzünə vuraraq: “Mən sonsuz, qoca bir qarıyam!”– dedi.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ كَذَٰلِكِ قَالَ رَبُّكِ إِنَّهُۥ هُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, (hər şeyi) Biləndir!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(İbrahim onlara) dedi: “Sizin işiniz nədir, ey elçilər?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik.

Bu ayənin bütün tercümələrinə bax →

لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِّن طِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevOnların üstünə gildən daşlar yağdırmaq üçün.

Bu ayənin bütün tercümələrinə bax →

مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ

Azerbaijani Translation - Ali Khan MusayevHəddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş (daşlar)!”

Bu ayənin bütün tercümələrinə bax →

فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ ٱلْمُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz orada olan möminləri (o kənddən) çıxartdıq.

Bu ayənin bütün tercümələrinə bax →

فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِّنَ ٱلْمُسْلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman tapmadıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَتَرَكْنَا فِيهَآ ءَايَةً لِّلَّذِينَ يَخَافُونَ ٱلْعَذَابَ ٱلْأَلِيمَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir ibrət (əzabın əlamətlərini) qoyduq.

Bu ayənin bütün tercümələrinə bax →

وَفِى مُوسَىٰٓ إِذْ أَرْسَلْنَٰهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَٰنٍ مُّبِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevMusada da (onun hekayətində də ibrət) vardır. O zaman Biz onu Fironun yanına açıq-aydın bir dəlillə göndərmişdik.

Bu ayənin bütün tercümələrinə bax →

فَتَوَلَّىٰ بِرُكْنِهِۦ وَقَالَ سَٰحِرٌ أَوْ مَجْنُونٌ

Azerbaijani Translation - Ali Khan MusayevO (Firon) öz camaatı ilə birlikdə üz çevirib: “Bu bir sehrbazdır, ya da bir dəlidir!”– dedi.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَخَذْنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَٰهُمْ فِى ٱلْيَمِّ وَهُوَ مُلِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.

Bu ayənin bütün tercümələrinə bax →

وَفِى عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ ٱلرِّيحَ ٱلْعَقِيمَ

Azerbaijani Translation - Ali Khan MusayevAd qövmündə də (ibrət) vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək (əzab və həlak küləyi) göndərmişdik.

Bu ayənin bütün tercümələrinə bax →

مَا تَذَرُ مِن شَىْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَٱلرَّمِيمِ

Azerbaijani Translation - Ali Khan MusayevO, üstündən keçdiyi hər bir şeyi çürümüş çör-çöpə döndərirdi.

Bu ayənin bütün tercümələrinə bax →

وَفِى ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا۟ حَتَّىٰ حِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevSəmud qövmündə də (ibrət) vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi.

Bu ayənin bütün tercümələrinə bax →

فَعَتَوْا۟ عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ ٱلصَّٰعِقَةُ وَهُمْ يَنظُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar Rəbbinin əmrinə qarşı təkəbbürlük göstərdilər və onları gözləri baxa-baxa ildırım vurdu.

Bu ayənin bütün tercümələrinə bax →

فَمَا ٱسْتَطَٰعُوا۟ مِن قِيَامٍ وَمَا كَانُوا۟ مُنتَصِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar (yıxıldıqları yerdən) nə ayağa qalxa bildilər, nə də onlara kömək edən oldu.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا فَٰسِقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDaha əvvəl Nuh qövmünü də (suda boğaraq məhv etdik). Çünki onlar fasiq bir qövm idilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلسَّمَآءَ بَنَيْنَٰهَا بِأَيْي۟دٍ وَإِنَّا لَمُوسِعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلْأَرْضَ فَرَشْنَٰهَا فَنِعْمَ ٱلْمَٰهِدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYeri də Biz döşədik. Nə gözəl döşəyənlərik (Biz)!

Bu ayənin bütün tercümələrinə bax →

وَمِن كُلِّ شَىْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDüşünüb ibrət alasınız deyə hər şeydən (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.

Bu ayənin bütün tercümələrinə bax →

فَفِرُّوٓا۟ إِلَى ٱللَّهِ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey İnsanlar!) Allaha tərəf qaçın! Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar xəbərdar edənəm!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَجْعَلُوا۟ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ

Azerbaijani Translation - Ali Khan MusayevAllahla yanaşı başqa bir ilah qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar xəbərdar edənəm!”

Bu ayənin bütün tercümələrinə bax →

كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبْلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُوا۟ سَاحِرٌ أَوْ مَجْنُونٌ

Azerbaijani Translation - Ali Khan MusayevBeləcə, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (ona:) “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər.

Bu ayənin bütün tercümələrinə bax →

أَتَوَاصَوْا۟ بِهِۦ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onlar (əvvəlkilər və axırdakılar) bunu (peyğəmbərləri yalan saymağı) bir-birinə vəsiyyət etmişdilər?! Xeyr, onlar həddi aşmış bir qövmdür.

Bu ayənin bütün tercümələrinə bax →

فَتَوَلَّ عَنْهُمْ فَمَآ أَنتَ بِمَلُومٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Onlardan üz döndər! Sən (buna görə) qınanmazsan.

Bu ayənin bütün tercümələrinə bax →

وَذَكِّرْ فَإِنَّ ٱلذِّكْرَىٰ تَنفَعُ ٱلْمُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

Azerbaijani Translation - Ali Khan MusayevMən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.

Bu ayənin bütün tercümələrinə bax →

مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ وَمَآ أُرِيدُ أَن يُطْعِمُونِ

Azerbaijani Translation - Ali Khan MusayevMən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلْقُوَّةِ ٱلْمَتِينُ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.

Bu ayənin bütün tercümələrinə bax →

فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ ذَنُوبًا مِّثْلَ ذَنُوبِ أَصْحَٰبِهِمْ فَلَا يَسْتَعْجِلُونِ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Şübhəsiz ki, (səni yalan saymaqla özlərinə) zülm edənlər üçün yoldaşlarının (əzab) payı mislində payı vardır. Qoy onlar Məni (özlərinə əzab verməyə) tələsdirməsinlər!

Bu ayənin bütün tercümələrinə bax →

فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا۟ مِن يَوْمِهِمُ ٱلَّذِى يُوعَدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevVəd olunmuş günlərindən dolayı vay kafirlərin halına!

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70