caseriqQuranda məna axtarışı

An-Naazi'aat surəsi النازعات

46 ayə · Məkkə · nazil olma sırası 81

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلنَّٰزِعَٰتِ غَرْقًا

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun (kafirlərin canını) şiddətlə çəkib çıxaranlara!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلنَّٰشِطَٰتِ نَشْطًا

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun (möminlərin canını) rahatlıqla alanlara!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلسَّٰبِحَٰتِ سَبْحًا

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun (Allahın əmri ilə göydən yerə) sürətlə üzənlərə!

Bu ayənin bütün tercümələrinə bax →

فَٱلسَّٰبِقَٰتِ سَبْقًا

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun (Allahın əmrini əda etmək üçün bir-birini) ötdükcə ötənlərə!

Bu ayənin bütün tercümələrinə bax →

فَٱلْمُدَبِّرَٰتِ أَمْرًا

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun işi yerinə yetirənlərə!

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ تَرْجُفُ ٱلرَّاجِفَةُ

Azerbaijani Translation - Ali Khan MusayevO gün (sura ilk üfürülüş ilə) lərzəyə gələn titrəyəcək.

Bu ayənin bütün tercümələrinə bax →

تَتْبَعُهَا ٱلرَّادِفَةُ

Azerbaijani Translation - Ali Khan MusayevOnun ardınca təkrar titrəyəcəkdir (Sur ikinci dəfə üfürüləcəkdir).

Bu ayənin bütün tercümələrinə bax →

قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ

Azerbaijani Translation - Ali Khan MusayevO gün qəlblər (qorxudan) tir-tir əsəcək.

Bu ayənin bütün tercümələrinə bax →

أَبْصَٰرُهَا خَٰشِعَةٌ

Azerbaijani Translation - Ali Khan Musayev(O qəlb sahiblərinin) gözləri (qorxudan) zəlil bir görkəm alacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

يَقُولُونَ أَءِنَّا لَمَرْدُودُونَ فِى ٱلْحَافِرَةِ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar deyərlər: “"Doğrudanmı biz (öldükdən sonra yenidən) əvvəlki halımıza qaytarılacağıq?

Bu ayənin bütün tercümələrinə bax →

أَءِذَا كُنَّا عِظَٰمًا نَّخِرَةً

Azerbaijani Translation - Ali Khan MusayevÇürümüş sümüklər olduğumuzdan sonramı?

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “O zaman bu, ziyanlı bir qayıdışdır”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

فَإِنَّمَا هِىَ زَجْرَةٌ وَٰحِدَةٌ

Azerbaijani Translation - Ali Khan MusayevO (surun axırıncı dəfə üfürülməsi) təkcə qorxunc bir səsdir.

Bu ayənin bütün tercümələrinə bax →

فَإِذَا هُم بِٱلسَّاهِرَةِ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dərhal (qəbirlərindən) yerin səthinə çıxacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

هَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Musanın xəbəri sənə gəlib çatdımı?

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ نَادَىٰهُ رَبُّهُۥ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى

Azerbaijani Translation - Ali Khan MusayevO zaman Rəbbi ona müqəddəs Tuva vadisində (belə) nida etmişdi:

Bu ayənin bütün tercümələrinə bax →

ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev“Fironun yanına get! Çünki o, həddi aşmışdır.

Bu ayənin bütün tercümələrinə bax →

فَقُلْ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Ona) de: “(Günahlardan) təmizlənmək istəyirsənmi?

Bu ayənin bütün tercümələrinə bax →

وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevSəni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən?”

Bu ayənin bütün tercümələrinə bax →

فَأَرَىٰهُ ٱلْـَٔايَةَ ٱلْكُبْرَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) ona ən böyük ayəni göstərdi.

Bu ayənin bütün tercümələrinə bax →

فَكَذَّبَ وَعَصَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevO isə (haqqı) yalan saydı və asi oldu.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ أَدْبَرَ يَسْعَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevSonra da üz döndərib (tələsərək) getdi.

Bu ayənin bütün tercümələrinə bax →

فَحَشَرَ فَنَادَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevO, (camaatını) toplayıb (onlara) nida edərək:

Bu ayənin bütün tercümələrinə bax →

فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلْأَعْلَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev“Mən sizin ən uca Rəbbinizəm!”– dedi.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلْـَٔاخِرَةِ وَٱلْأُولَىٰٓ

Azerbaijani Translation - Ali Khan Musayev(Beləliklə də) Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَىٰٓ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, bunda (Allahdan) qorxanlar üçün ibrət vardır.

Bu ayənin bütün tercümələrinə bax →

ءَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ ٱلسَّمَآءُ بَنَىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevSizin yaradılışınız çətindir, yoxsa göyün? Onu (Allah) bina etdi.

Bu ayənin bütün tercümələrinə bax →

رَفَعَ سَمْكَهَا فَسَوَّىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevOnun tavanını yüksəltdi, düzəldib kamilləşdirdi.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevGecəsini qaranlıq edib, gündüzünü də nurlandırdı.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَىٰهَآ

Azerbaijani Translation - Ali Khan MusayevBundan sonra yeri döşəyib (insanların orada yaşaması üçün onu yararlı bir hala gətirdi).

Bu ayənin bütün tercümələrinə bax →

أَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعَىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevOndan suyunu və otlağını çıxartdı.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلْجِبَالَ أَرْسَىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevDağları da (yerə) bərkitdi.

Bu ayənin bütün tercümələrinə bax →

مَتَٰعًا لَّكُمْ وَلِأَنْعَٰمِكُمْ

Azerbaijani Translation - Ali Khan MusayevSizin və heyvanlarınızın faydalanması üçün.

Bu ayənin bütün tercümələrinə bax →

فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلْكُبْرَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevƏn böyük fəlakət (Qiyamət) gəldiyi zaman –

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ يَتَذَكَّرُ ٱلْإِنسَٰنُ مَا سَعَىٰ

Azerbaijani Translation - Ali Khan Musayevo gün insan etdiklərini xatırlayacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِمَن يَرَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevCəhənnəm isə hər görənə göstəriləcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَمَّا مَن طَغَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevAmma kim həddi aşıbsa,

Bu ayənin bütün tercümələrinə bax →

وَءَاثَرَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا

Azerbaijani Translation - Ali Khan Musayevdünya həyatını (axirətdən) üstün tutubsa,

Bu ayənin bütün tercümələrinə bax →

فَإِنَّ ٱلْجَحِيمَ هِىَ ٱلْمَأْوَىٰ

Azerbaijani Translation - Ali Khan Musayevşübhəsiz ki, Cəhənnəm onun məskənidir.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفْسَ عَنِ ٱلْهَوَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevAmma kim Rəbbinin hüzurunda durmaqdan qorxubsa və nəfsə istəyini yasaq edibsə,

Bu ayənin bütün tercümələrinə bax →

فَإِنَّ ٱلْجَنَّةَ هِىَ ٱلْمَأْوَىٰ

Azerbaijani Translation - Ali Khan Musayevşübhəsiz ki, Cənnət onun məskənidir.

Bu ayənin bütün tercümələrinə bax →

يَسْـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Səndən Qiyamətin nə zaman qopacağı barəsində soruşurlar.

Bu ayənin bütün tercümələrinə bax →

فِيمَ أَنتَ مِن ذِكْرَىٰهَآ

Azerbaijani Translation - Ali Khan MusayevSən onu haradan biləsən?!

Bu ayənin bütün tercümələrinə bax →

إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ

Azerbaijani Translation - Ali Khan MusayevOnu kamil bilmək Rəbbinə aiddir.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخْشَىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevSən yalnız ondan (Qiyamətdən) qorxanı xəbərdar edənsən.

Bu ayənin bütün tercümələrinə bax →

كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوٓا۟ إِلَّا عَشِيَّةً أَوْ ضُحَىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar Qiyaməti gördükləri gün (dünyada) sanki bir axşam yaxud bir səhər qaldıqlarını güman edəcəklər!

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70