Ana səhifə › Surələr › An-Naba surəsi
An-Naba surəsi النبإ
40 ayə · Məkkə · nazil olma sırası 80
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ عَمَّ يَتَسَآءَلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar (müşriklər) nə barədə bir-birindən soruşurlar?
Bu ayənin bütün tercümələrinə bax →
عَنِ ٱلنَّبَإِ ٱلْعَظِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Böyük bir xəbər (Qiyamət) barəsində –
Bu ayənin bütün tercümələrinə bax →
ٱلَّذِى هُمْ فِيهِ مُخْتَلِفُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (elə bir xəbər) ki, onlar onun haqqında ixtilafdadırlar.
Bu ayənin bütün tercümələrinə bax →
كَلَّا سَيَعْلَمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Xeyr, onlar (Qiyamətin həqiqət olduğunu) mütləq biləcəklər!
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ كَلَّا سَيَعْلَمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Bir daha xeyr! Onlar mütləq biləcəklər!
Bu ayənin bütün tercümələrinə bax →
أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ مِهَٰدًا
Azerbaijani Translation - Ali Khan Musayev Məgər Biz yeri döşək etmədikmi?
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلْجِبَالَ أَوْتَادًا
Azerbaijani Translation - Ali Khan Musayev Dağları da dirəklər?
Bu ayənin bütün tercümələrinə bax →
وَخَلَقْنَٰكُمْ أَزْوَٰجًا
Azerbaijani Translation - Ali Khan Musayev (Ey insanlar!) Biz sizi (erkək və dişi olmaqla) cüt yaratdıq.
Bu ayənin bütün tercümələrinə bax →
وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا
Azerbaijani Translation - Ali Khan Musayev Yuxunuzu da (sizin üçün) rahatlıq etdik.
Bu ayənin bütün tercümələrinə bax →
وَجَعَلْنَا ٱلَّيْلَ لِبَاسًا
Azerbaijani Translation - Ali Khan Musayev Gecəni örtük etdik.
Bu ayənin bütün tercümələrinə bax →
وَجَعَلْنَا ٱلنَّهَارَ مَعَاشًا
Azerbaijani Translation - Ali Khan Musayev Gündüzü isə ruzi qazanmaq vaxtı etdik.
Bu ayənin bütün tercümələrinə bax →
وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا
Azerbaijani Translation - Ali Khan Musayev Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.
Bu ayənin bütün tercümələrinə bax →
وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا
Azerbaijani Translation - Ali Khan Musayev Parlaq bir çıraq (günəş) yaratdıq.
Bu ayənin bütün tercümələrinə bax →
وَأَنزَلْنَا مِنَ ٱلْمُعْصِرَٰتِ مَآءً ثَجَّاجًا
Azerbaijani Translation - Ali Khan Musayev Biz buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,
Bu ayənin bütün tercümələrinə bax →
لِّنُخْرِجَ بِهِۦ حَبًّا وَنَبَاتًا
Azerbaijani Translation - Ali Khan Musayev onunla toxum və (digər) bitkilər yetişdirək,
Bu ayənin bütün tercümələrinə bax →
وَجَنَّٰتٍ أَلْفَافًا
Azerbaijani Translation - Ali Khan Musayev habelə (ağaclarının qol-budaqları bir-birinə) sarmaşan bağlar (salaq).
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ يَوْمَ ٱلْفَصْلِ كَانَ مِيقَٰتًا
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, (haqqı batildən) ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!
Bu ayənin bütün tercümələrinə bax →
يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا
Azerbaijani Translation - Ali Khan Musayev (Ey insanlar!) Sur üfürüləcəyi gün siz (məhşərə) dəstə-dəstə gələcəksiniz.
Bu ayənin bütün tercümələrinə bax →
وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتْ أَبْوَٰبًا
Azerbaijani Translation - Ali Khan Musayev (O gün) göy açılacaq və (mələklərin yerə enməsi üçün göydə) qapıları olacaqdır.
Bu ayənin bütün tercümələrinə bax →
وَسُيِّرَتِ ٱلْجِبَالُ فَكَانَتْ سَرَابًا
Azerbaijani Translation - Ali Khan Musayev Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcəkdir.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, Cəhənnəm pusquda dayanıb (kafirləri) gözləyir.
Bu ayənin bütün tercümələrinə bax →
لِّلطَّٰغِينَ مَـَٔابًا
Azerbaijani Translation - Ali Khan Musayev O, həddi aşanların qayıdacağı yerdir.
Bu ayənin bütün tercümələrinə bax →
لَّٰبِثِينَ فِيهَآ أَحْقَابًا
Azerbaijani Translation - Ali Khan Musayev Onlar orada əsrlər boyu qalacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
لَّا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا
Azerbaijani Translation - Ali Khan Musayev Onlar orada nə bir sərinlik, nə də içəcək bir şey dadacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّا حَمِيمًا وَغَسَّاقًا
Azerbaijani Translation - Ali Khan Musayev (İçdikləri) yalnız qaynar su və irin (olacaqdır) –
Bu ayənin bütün tercümələrinə bax →
جَزَآءً وِفَاقًا
Azerbaijani Translation - Ali Khan Musayev (Dünyada ikən etdikləri əməllərə) müvafiq bir cəza olaraq.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّهُمْ كَانُوا۟ لَا يَرْجُونَ حِسَابًا
Azerbaijani Translation - Ali Khan Musayev Çünki, onlar hesaba çəkiləcəklərini güman etmirdilər.
Bu ayənin bütün tercümələrinə bax →
وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَا كِذَّابًا
Azerbaijani Translation - Ali Khan Musayev Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.
Bu ayənin bütün tercümələrinə bax →
وَكُلَّ شَىْءٍ أَحْصَيْنَٰهُ كِتَٰبًا
Azerbaijani Translation - Ali Khan Musayev Biz hər bir şeyi hesablayıb (lövhi-məhfuzda) yazmışıq.
Bu ayənin bütün tercümələrinə bax →
فَذُوقُوا۟ فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا
Azerbaijani Translation - Ali Khan Musayev Elə isə dadın (əzabı)! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, müttəqilər üçün qurtuluş vardır.
Bu ayənin bütün tercümələrinə bax →
حَدَآئِقَ وَأَعْنَٰبًا
Azerbaijani Translation - Ali Khan Musayev (Həmçinin) bağlar və üzümlüklər,
Bu ayənin bütün tercümələrinə bax →
وَكَوَاعِبَ أَتْرَابًا
Azerbaijani Translation - Ali Khan Musayev dolğun döşlü həmyaşıd qızlar
Bu ayənin bütün tercümələrinə bax →
وَكَأْسًا دِهَاقًا
Azerbaijani Translation - Ali Khan Musayev (Cənnət şərabı ilə) ləbələb (doldurulmuş) qədəhlər də (vardır)!
Bu ayənin bütün tercümələrinə bax →
لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّٰبًا
Azerbaijani Translation - Ali Khan Musayev Onlar orada nə boş bir söz, nə də bir yalan eşidəcəklər.
Bu ayənin bütün tercümələrinə bax →
جَزَآءً مِّن رَّبِّكَ عَطَآءً حِسَابًا
Azerbaijani Translation - Ali Khan Musayev (Bunlar) Rəbbindən olan mükafat, bol bol verilən töhfədir.
Bu ayənin bütün tercümələrinə bax →
رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلرَّحْمَٰنِ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا
Azerbaijani Translation - Ali Khan Musayev Göylərin, yerin və onların arasında olanların Rəhman olan Rəbbindən. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
يَوْمَ يَقُومُ ٱلرُّوحُ وَٱلْمَلَٰٓئِكَةُ صَفًّا لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَٰنُ وَقَالَ صَوَابًا
Azerbaijani Translation - Ali Khan Musayev O gün Ruh (Cəbrail) və mələklər səf-səf duracaq. Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq. (İzin verdiyi kimsə də) doğrunu danışacaqdır.
Bu ayənin bütün tercümələrinə bax →
ذَٰلِكَ ٱلْيَوْمُ ٱلْحَقُّ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا
Azerbaijani Translation - Ali Khan Musayev O haqq olan bir gündür. Kim istəsə Rəbbinə aparan yolu tutar!
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّآ أَنذَرْنَٰكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنظُرُ ٱلْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ ٱلْكَافِرُ يَٰلَيْتَنِى كُنتُ تُرَٰبًۢا
Azerbaijani Translation - Ali Khan Musayev Biz sizi yaxın bir əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə etdiyinə baxacaq, kafir isə: “Kaş mən torpaq olaydım!”– deyəcəkdir.
Bu ayənin bütün tercümələrinə bax →
← Al-Mursalaat surəsi
An-Naazi'aat surəsi →
Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
→
Ərəb mətni və tərcümələr Tanzil və QuranEnc vasitəsilə — eynilə, dəyişdirilmədən · Tərcümələr tərcüməçilərinə aiddir və Quranın özü deyil
Bu, araşdırma köməkçisidir; fətva mərcii deyil.