caseriqQuranda məna axtarışı

Qaaf surəsi ق

45 ayə · Məkkə · nazil olma sırası 34

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قٓ وَٱلْقُرْءَانِ ٱلْمَجِيدِ

Azerbaijani Translation - Ali Khan MusayevQaf. And olsun Şanlı Qurana.

Bu ayənin bütün tercümələrinə bax →

بَلْ عَجِبُوٓا۟ أَن جَآءَهُم مُّنذِرٌ مِّنْهُمْ فَقَالَ ٱلْكَٰفِرُونَ هَٰذَا شَىْءٌ عَجِيبٌ

Azerbaijani Translation - Ali Khan MusayevXeyr, onlar özlərindən qorxudan (bir peyğəmbər) gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər: “Bu əcaib bir şeydir.

Bu ayənin bütün tercümələrinə bax →

أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا ذَٰلِكَ رَجْعٌۢ بَعِيدٌ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, uzaq bir qayıdışdır!”

Bu ayənin bütün tercümələrinə bax →

قَدْ عَلِمْنَا مَا تَنقُصُ ٱلْأَرْضُ مِنْهُمْ وَعِندَنَا كِتَٰبٌ حَفِيظٌۢ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (yerin onların cəsədlərini yeməsini) bilirik. Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır.

Bu ayənin bütün tercümələrinə bax →

بَلْ كَذَّبُوا۟ بِٱلْحَقِّ لَمَّا جَآءَهُمْ فَهُمْ فِىٓ أَمْرٍ مَّرِيجٍ

Azerbaijani Translation - Ali Khan MusayevOnlara haqq (Quran) gəldikdə onu yalan hesab etdilər. Onlar çaşqın bir haldadırlar.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَلَمْ يَنظُرُوٓا۟ إِلَى ٱلسَّمَآءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَٰهَا وَزَيَّنَّٰهَا وَمَا لَهَا مِن فُرُوجٍ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar üstlərindəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلْأَرْضَ مَدَدْنَٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَٰسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍۭ بَهِيجٍ

Azerbaijani Translation - Ali Khan MusayevBiz yeri genişləndirdik, orada möhkəm dağlar yerləşdirdik və göz oxşayan bitkilərin hər növündən yetişdirdik.

Bu ayənin bütün tercümələrinə bax →

تَبْصِرَةً وَذِكْرَىٰ لِكُلِّ عَبْدٍ مُّنِيبٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Bütün bunları) Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَنَزَّلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءً مُّبَٰرَكًا فَأَنۢبَتْنَا بِهِۦ جَنَّٰتٍ وَحَبَّ ٱلْحَصِيدِ

Azerbaijani Translation - Ali Khan MusayevBiz göydən bərəkətli su endirdik, onunla bağlar və (arpa, buğda və s. bu kimi) biçilən dənələr yetişdirdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلنَّخْلَ بَاسِقَٰتٍ لَّهَا طَلْعٌ نَّضِيدٌ

Azerbaijani Translation - Ali Khan MusayevTumurcuqları bir-birinin üstünə (salxım-salxım) düzülmüş hündür xurma ağacları (yetişdirdik).

Bu ayənin bütün tercümələrinə bax →

رِّزْقًا لِّلْعِبَادِ وَأَحْيَيْنَا بِهِۦ بَلْدَةً مَّيْتًا كَذَٰلِكَ ٱلْخُرُوجُ

Azerbaijani Translation - Ali Khan MusayevQullara ruzi olsun deyə (belə etdik)! Biz onunla (göydən endirdiyimiz su ilə) ölü bir məmləkəti diriltdik. (Dirilib qəbirdən) çıxmaq da belədir.

Bu ayənin bütün tercümələrinə bax →

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَأَصْحَٰبُ ٱلرَّسِّ وَثَمُودُ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Onlardan (Qureyşdən) əvvəl Nuh qövmü, Rəss və Səmud əhli (elçiləri) yalançı saydı.

Bu ayənin bütün tercümələrinə bax →

وَعَادٌ وَفِرْعَوْنُ وَإِخْوَٰنُ لُوطٍ

Azerbaijani Translation - Ali Khan MusayevAd, Firon və Lut qardaşları da.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَصْحَٰبُ ٱلْأَيْكَةِ وَقَوْمُ تُبَّعٍ كُلٌّ كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ وَعِيدِ

Azerbaijani Translation - Ali Khan MusayevƏykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim vədim (əzabım) gerçəkləşdi.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَعَيِينَا بِٱلْخَلْقِ ٱلْأَوَّلِ بَلْ هُمْ فِى لَبْسٍ مِّنْ خَلْقٍ جَدِيدٍ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər Biz ilk yaradılışda acizmi qaldıq?! Xeyr! Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِۦ نَفْسُهُۥ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ ٱلْوَرِيدِ

Azerbaijani Translation - Ali Khan Musayevİnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından daha yaxınıq.

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ يَتَلَقَّى ٱلْمُتَلَقِّيَانِ عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ قَعِيدٌ

Azerbaijani Translation - Ali Khan Musayev(İnsanın) sağında və solunda (əməllərini) qeydə alan iki mələk oturmuşdur!

Bu ayənin bütün tercümələrinə bax →

مَّا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ

Azerbaijani Translation - Ali Khan MusayevDediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (mələk) vardır

Bu ayənin bütün tercümələrinə bax →

وَجَآءَتْ سَكْرَةُ ٱلْمَوْتِ بِٱلْحَقِّ ذَٰلِكَ مَا كُنتَ مِنْهُ تَحِيدُ

Azerbaijani Translation - Ali Khan MusayevÖlüm bihuşluğu haqq olaraq gəldi. (Ey qafil insan!) Bu, sənin qorxub qaçdığın şeydir.

Bu ayənin bütün tercümələrinə bax →

وَنُفِخَ فِى ٱلصُّورِ ذَٰلِكَ يَوْمُ ٱلْوَعِيدِ

Azerbaijani Translation - Ali Khan MusayevSura üfürüləcək. Bu, vəd olunmuş günüdür.

Bu ayənin bütün tercümələrinə bax →

وَجَآءَتْ كُلُّ نَفْسٍ مَّعَهَا سَآئِقٌ وَشَهِيدٌ

Azerbaijani Translation - Ali Khan MusayevHər kəs onu (məhşərə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (iki mələklə birgə) gələcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

لَّقَدْ كُنتَ فِى غَفْلَةٍ مِّنْ هَٰذَا فَكَشَفْنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلْيَوْمَ حَدِيدٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Ona belə deyiləcəkdir:) “Sən bundan qəflət içində idin. Biz səndən pərdəni qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالَ قَرِينُهُۥ هَٰذَا مَا لَدَىَّ عَتِيدٌ

Azerbaijani Translation - Ali Khan MusayevOnun yoldaşı (ona müvəkkəl olunmuş mələk) deyəcək: “Bu yanımda olan (əməl dəftəri) hazırdır!”

Bu ayənin bütün tercümələrinə bax →

أَلْقِيَا فِى جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah o iki mələyə belə buyuracaqdır:) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri,

Bu ayənin bütün tercümələrinə bax →

مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ مُّرِيبٍ

Azerbaijani Translation - Ali Khan Musayevxeyrə mane olanı, (zülm etməklə) həddi aşanı, (haqqa) şübhə edəni,

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِى جَعَلَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَأَلْقِيَاهُ فِى ٱلْعَذَابِ ٱلشَّدِيدِ

Azerbaijani Translation - Ali Khan MusayevAllahla yanaşı özünə başqa bir ilah qəbul edəni. Atın onu şiddətli əzabın içinə!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ قَرِينُهُۥ رَبَّنَا مَآ أَطْغَيْتُهُۥ وَلَٰكِن كَانَ فِى ضَلَٰلٍۭ بَعِيدٍ

Azerbaijani Translation - Ali Khan MusayevYoldaşı (şeytan) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən azdırmadım, lakin o, özü dərin azğınlıq içində idi!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ لَا تَخْتَصِمُوا۟ لَدَىَّ وَقَدْ قَدَّمْتُ إِلَيْكُم بِٱلْوَعِيدِ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.

Bu ayənin bütün tercümələrinə bax →

مَا يُبَدَّلُ ٱلْقَوْلُ لَدَىَّ وَمَآ أَنَا۠ بِظَلَّٰمٍ لِّلْعَبِيدِ

Azerbaijani Translation - Ali Khan MusayevMənim hüzurumda söz dəyişməzdir. Mən qullarıma zülm edən deyiləm!”

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ ٱمْتَلَأْتِ وَتَقُولُ هَلْ مِن مَّزِيدٍ

Azerbaijani Translation - Ali Khan MusayevO gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَأُزْلِفَتِ ٱلْجَنَّةُ لِلْمُتَّقِينَ غَيْرَ بَعِيدٍ

Azerbaijani Translation - Ali Khan MusayevCənnət müttəqilərə yaxınlaşdırılacaq, (onlardan) uzaqda olmayacaq.

Bu ayənin bütün tercümələrinə bax →

هَٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٍ

Azerbaijani Translation - Ali Khan MusayevBudur sizə vəd edilən (Cənnət). O, hər bir (tövbə edib Allaha) üz tutan, (Onun əmrinə) riayət edən,

Bu ayənin bütün tercümələrinə bax →

مَّنْ خَشِىَ ٱلرَّحْمَٰنَ بِٱلْغَيْبِ وَجَآءَ بِقَلْبٍ مُّنِيبٍ

Azerbaijani Translation - Ali Khan MusayevRəhmandan (Onu) görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür.

Bu ayənin bütün tercümələrinə bax →

ٱدْخُلُوهَا بِسَلَٰمٍ ذَٰلِكَ يَوْمُ ٱلْخُلُودِ

Azerbaijani Translation - Ali Khan MusayevOra salamatlıqla daxil olun! Bu, əbədiyyət günüdür.

Bu ayənin bütün tercümələrinə bax →

لَهُم مَّا يَشَآءُونَ فِيهَا وَلَدَيْنَا مَزِيدٌ

Azerbaijani Translation - Ali Khan MusayevOrada onlar üçün istədikləri hər şey vardır. Hüzurumuzda bundan da artığı (Allahı görmək) vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَشَدُّ مِنْهُم بَطْشًا فَنَقَّبُوا۟ فِى ٱلْبِلَٰدِ هَلْ مِن مَّحِيصٍ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər (əzabdan) qaçacaq bir yer varmı?!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ فِى ذَٰلِكَ لَذِكْرَىٰ لِمَن كَانَ لَهُۥ قَلْبٌ أَوْ أَلْقَى ٱلسَّمْعَ وَهُوَ شَهِيدٌ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, bunda (dərk edən) qəlbi olan, hazır durub (diqqətlə) qulaq asan kimsə üçün öyüd-nəsihət var.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ خَلَقْنَا ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا فِى سِتَّةِ أَيَّامٍ وَمَا مَسَّنَا مِن لُّغُوبٍ

Azerbaijani Translation - Ali Khan MusayevBiz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da toxunmadı.

Bu ayənin bütün tercümələrinə bax →

فَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ ٱلشَّمْسِ وَقَبْلَ ٱلْغُرُوبِ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd edərək şəninə təriflər de!

Bu ayənin bütün tercümələrinə bax →

وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَأَدْبَٰرَ ٱلسُّجُودِ

Azerbaijani Translation - Ali Khan MusayevGecənin bir vaxtında və namazlardan sonra Onun şəninə təriflər de!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱسْتَمِعْ يَوْمَ يُنَادِ ٱلْمُنَادِ مِن مَّكَانٍ قَرِيبٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Dinlə. O gün carçı (sura ikinci dəfə üfürən mələk, məxluqata) yaxın bir yerdən çağıracaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ يَسْمَعُونَ ٱلصَّيْحَةَ بِٱلْحَقِّ ذَٰلِكَ يَوْمُ ٱلْخُرُوجِ

Azerbaijani Translation - Ali Khan MusayevO gün (bütün məxluqat) bu səsi gerçəkdən eşidəcəklər. Bu, (qəbirlərdən) çıxma günüdür.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّا نَحْنُ نُحْىِۦ وَنُمِيتُ وَإِلَيْنَا ٱلْمَصِيرُ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş Bizədir.

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ تَشَقَّقُ ٱلْأَرْضُ عَنْهُمْ سِرَاعًا ذَٰلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevO gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə (carçıya doğru) çıxacaqlar. Bu həşir (onları bir yerə toplamaq) Bizim üçün asandır.

Bu ayənin bütün tercümələrinə bax →

نَّحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ وَمَآ أَنتَ عَلَيْهِم بِجَبَّارٍ فَذَكِّرْ بِٱلْقُرْءَانِ مَن يَخَافُ وَعِيدِ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onların nə dediklərini yaxşı bilirik. Sən onları (imana) məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70