caseriqQuranda məna axtarışı

Al-Insaan surəsi الانسان

31 ayə · Mədinə · nazil olma sırası 98

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ هَلْ أَتَىٰ عَلَى ٱلْإِنسَٰنِ حِينٌ مِّنَ ٱلدَّهْرِ لَمْ يَكُن شَيْـًٔا مَّذْكُورًا

Azerbaijani Translation - Ali Khan Musayevİnsanın üzərindən elə bir dövr ötüb keçmişdir ki, o, (həmin dövrdə məxluqat arasında) xatırlanmağa layiq bir şey olmamışdır!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّا خَلَقْنَا ٱلْإِنسَٰنَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ فَجَعَلْنَٰهُ سَمِيعًۢا بَصِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz insanı qarışıq nütfədən yaradaraq, onu sınağa çəkmək üçün eşidən və görən etdik.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّا هَدَيْنَٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz ona haqq yolu göstərdik! (Bundan sonra o,) istər şükür etsin, istər nankor olsun.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّآ أَعْتَدْنَا لِلْكَٰفِرِينَ سَلَٰسِلَا۟ وَأَغْلَٰلًا وَسَعِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz kafirlər üçün zəncirlər, buxovlar və alovlu bir atəş hazırlamışıq.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا

Azerbaijani Translation - Ali Khan MusayevYaxşı əməl sahibləri kafur qatılmış (şərabla dolu) badədən içəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ ٱللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevO (kafur) elə bir bulaqdır ki, Allahın qulları ondan (doyunca) içər və onu istədikləri səmtə yönəldərlər.

Bu ayənin bütün tercümələrinə bax →

يُوفُونَ بِٱلنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُۥ مُسْتَطِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar vəd etdikləri nəziri yerinə yetirər və şəri hər tərəfə yayılacaq gündən (Qiyamət günündən) qorxarlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَيُطْعِمُونَ ٱلطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevÖzlərinin yeməyə olan istəyinə (ehtiyacına) rəğmən ondan miskinə, yetimə və əsirə yedizdirər

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ ٱللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَآءً وَلَا شُكُورًا

Azerbaijani Translation - Ali Khan Musayev(və deyərlər:) “Biz sizi yalnız Allahın Üzü xatirinə (ixlasla, savabını Allahdan umaraq) yedirdirik və sizdən nə bir qarşılıq, nə də bir təşəkkür istəyirik!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz, sərt və cətin bir gündə (Qiyamət günündə) Rəbbimizdən qorxuruq!”

Bu ayənin bütün tercümələrinə bax →

فَوَقَىٰهُمُ ٱللَّهُ شَرَّ ذَٰلِكَ ٱلْيَوْمِ وَلَقَّىٰهُمْ نَضْرَةً وَسُرُورًا

Azerbaijani Translation - Ali Khan MusayevAllah onları o günün şərindən qoruyar və onlara (üzlərinə) nur, (qəlblərinə) sevinc bəxş edər,

Bu ayənin bütün tercümələrinə bax →

وَجَزَىٰهُم بِمَا صَبَرُوا۟ جَنَّةً وَحَرِيرًا

Azerbaijani Translation - Ali Khan Musayevonlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və (onları orada geyəcəkləri) ipəklə mükafatlandırar.

Bu ayənin bütün tercümələrinə bax →

مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلْأَرَآئِكِ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar orada taxtlar üzərində (mütəkkələrə) dirsəklənəcək və orada nə günəş, nə də soyuq görəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

وَدَانِيَةً عَلَيْهِمْ ظِلَٰلُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا

Azerbaijani Translation - Ali Khan Musayev(Cənnət ağaclarının) kölgələri onlara yaxınlaşacaq, meyvələri də onların ixtiyarına veriləcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَيُطَافُ عَلَيْهِم بِـَٔانِيَةٍ مِّن فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَا۠

Azerbaijani Translation - Ali Khan MusayevOnların ətrafına (təamlarla dolu) gümüşdən qablar və büllur qədəhlər dolandırılacaq.

Bu ayənin bütün tercümələrinə bax →

قَوَارِيرَا۟ مِن فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevGümüşdən olan (şəffaflığından bayırından içərisi görünən) elə büllur qədəhlər ki, (Cənnətdəki xidmətçilər) onları (Cənnət əhlinin) içmək istədikləri həcmdə etmişlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlara orada zəncəfil qatılmış (şərab) badəsi də içirdiləcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

عَيْنًا فِيهَا تُسَمَّىٰ سَلْسَبِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevOradakı Səlsəbil adlanan bir bulaqdan.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌ مُّخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَّنثُورًا

Azerbaijani Translation - Ali Khan MusayevOnların ətrafında həmişəcavan olan (xidmətçi) oğlanlar dolanacaqlar. Sən onları gördükdə (ətrafa) səpələnmiş mirvari olduqlarını sanarsan.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًا وَمُلْكًا كَبِيرًا

Azerbaijani Translation - Ali Khan Musayev(Cənnətdə) hara baxsan nemət və böyük bir mülk görərsən.

Bu ayənin bütün tercümələrinə bax →

عَٰلِيَهُمْ ثِيَابُ سُندُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ وَحُلُّوٓا۟ أَسَاوِرَ مِن فِضَّةٍ وَسَقَىٰهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər taxılacaqdır. Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ هَٰذَا كَانَ لَكُمْ جَزَآءً وَكَانَ سَعْيُكُم مَّشْكُورًا

Azerbaijani Translation - Ali Khan Musayev(Onlara belə deyiləcəkdir:) “Bu sizin mükafatınızdır. Səyiniz (Allah yanında) məqbuldur”.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ ٱلْقُرْءَانَ تَنزِيلًا

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.

Bu ayənin bütün tercümələrinə bax →

فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ ءَاثِمًا أَوْ كَفُورًا

Azerbaijani Translation - Ali Khan MusayevElə isə Rəbbinin hökmünə səbr et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱذْكُرِ ٱسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevSəhər-axşam Rəbbinin adını zikr et!

Bu ayənin bütün tercümələrinə bax →

وَمِنَ ٱلَّيْلِ فَٱسْجُدْ لَهُۥ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevGecənin bir hissəsində Ona səcdə et (məğrib və işa namazlarını qıl). Gecədə uzun müddət Onu təsbih et! (Təhəccüd namazı qıl!)

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ هَٰٓؤُلَآءِ يُحِبُّونَ ٱلْعَاجِلَةَ وَيَذَرُونَ وَرَآءَهُمْ يَوْمًا ثَقِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevBunlar (Məkkə müşrikləri) keçici dünyanı sevir, qarşılarındakı ağır günə (qiyamət gününə) isə üz çevirərlər.

Bu ayənin bütün tercümələrinə bax →

نَّحْنُ خَلَقْنَٰهُمْ وَشَدَدْنَآ أَسْرَهُمْ وَإِذَا شِئْنَا بَدَّلْنَآ أَمْثَٰلَهُمْ تَبْدِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevOnları Biz yaratdıq və xilqətlərini möhkəmlətdik (oynaqlarını və əzələlərini bir-birinə bağladıq). Əgər istəsəydik, (onları) özlərinə bənzərləri ilə əvəz edərdik.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ هَٰذِهِۦ تَذْكِرَةٌ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevBu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə Rəbbinə aparan bir yol tutar.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا

Azerbaijani Translation - Ali Khan MusayevAllah (Ona aparan doğru yol tutmağı kiməsə) istəməyincə, siz (bunu özünüz üçün) istəyə bilməzsiniz! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Bu ayənin bütün tercümələrinə bax →

يُدْخِلُ مَن يَشَآءُ فِى رَحْمَتِهِۦ وَٱلظَّٰلِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًۢا

Azerbaijani Translation - Ali Khan MusayevAllah istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə ağrılı-acılı bir əzab hazırlamışdır.

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70