caseriqQuranda məna axtarışı

Nooh surəsi نوح

28 ayə · Məkkə · nazil olma sırası 71

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِنَّآ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ أَنْ أَنذِرْ قَوْمَكَ مِن قَبْلِ أَن يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Nuhu: “Qövmünə ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl onları xəbərdar et!”– deyə öz qövmünə göndərdik.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ يَٰقَوْمِ إِنِّى لَكُمْ نَذِيرٌ مُّبِينٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Nuh) dedi: “Ey qövmüm! Mən sizi (Allahın əzabı ilə) açıq-aydın xəbərdar edənəm!

Bu ayənin bütün tercümələrinə bax →

أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ

Azerbaijani Translation - Ali Khan MusayevAllaha ibadət edin, Ondan qorxun və mənə tabe olun!

Bu ayənin bütün tercümələrinə bax →

يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُ لَوْ كُنتُمْ تَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər. Allahın (müəyyən etdiyi) əcəl gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ رَبِّ إِنِّى دَعَوْتُ قَوْمِى لَيْلًا وَنَهَارًا

Azerbaijani Translation - Ali Khan Musayev(Nuh) dedi: “Ey Rəbbim, mən qövmümü gecə-gündüz dəvət etdim.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمْ يَزِدْهُمْ دُعَآءِىٓ إِلَّا فِرَارًا

Azerbaijani Translation - Ali Khan MusayevAmma dəvətim onların (haqdan) qaçmalarını daha da artırdı.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِنِّى كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوٓا۟ أَصَٰبِعَهُمْ فِىٓ ءَاذَانِهِمْ وَٱسْتَغْشَوْا۟ ثِيَابَهُمْ وَأَصَرُّوا۟ وَٱسْتَكْبَرُوا۟ ٱسْتِكْبَارًا

Azerbaijani Translation - Ali Khan MusayevOnları bağışlayasan deyə, mən hər dəfə onları (imana) dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, (küfrlərində) israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ إِنِّى دَعَوْتُهُمْ جِهَارًا

Azerbaijani Translation - Ali Khan MusayevSonra mən onları aşkarcasına dəvət etdim.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ إِنِّىٓ أَعْلَنتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًا

Azerbaijani Translation - Ali Khan MusayevSonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib

Bu ayənin bütün tercümələrinə bax →

فَقُلْتُ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ إِنَّهُۥ كَانَ غَفَّارًا

Azerbaijani Translation - Ali Khan Musayevdedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!

Bu ayənin bütün tercümələrinə bax →

يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًا

Azerbaijani Translation - Ali Khan Musayev(Əgər belə etsəniz) O, sizə göydən bol-bol yağış göndərər,

Bu ayənin bütün tercümələrinə bax →

وَيُمْدِدْكُم بِأَمْوَٰلٍ وَبَنِينَ وَيَجْعَل لَّكُمْ جَنَّٰتٍ وَيَجْعَل لَّكُمْ أَنْهَٰرًا

Azerbaijani Translation - Ali Khan Musayevvar-dövlətinizi və oğul-uşağınızı çoxaldar, sizin üçün bağlar yaradar və çaylar axıdar.

Bu ayənin bütün tercümələrinə bax →

مَّا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًا

Azerbaijani Translation - Ali Khan MusayevSizə nə olub ki, Allahı layiqincə uca tutmursunuz?

Bu ayənin bütün tercümələrinə bax →

وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا

Azerbaijani Translation - Ali Khan MusayevAxı O sizi mərhələlərlə (əvvəl nütfədən, sonra laxtalanmış qandan, sonra bir parça ətdən və sonda isə insan şəklində) yaratdı.

Bu ayənin bütün tercümələrinə bax →

أَلَمْ تَرَوْا۟ كَيْفَ خَلَقَ ٱللَّهُ سَبْعَ سَمَٰوَٰتٍ طِبَاقًا

Azerbaijani Translation - Ali Khan MusayevMəgər Allahın yeddi (qat) göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüzmü?

Bu ayənin bütün tercümələrinə bax →

وَجَعَلَ ٱلْقَمَرَ فِيهِنَّ نُورًا وَجَعَلَ ٱلشَّمْسَ سِرَاجًا

Azerbaijani Translation - Ali Khan MusayevOrada ayı bir nur, günəşi də çıraq etdi.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلْأَرْضِ نَبَاتًا

Azerbaijani Translation - Ali Khan MusayevAllah sizi (atanız Adəmi) yerdən bir bitki kimi bitirdi.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجًا

Azerbaijani Translation - Ali Khan MusayevSonra sizi ora qaytaracaq və (qiyamət günü dirildib oradan təkrar) çıxardacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلْأَرْضَ بِسَاطًا

Azerbaijani Translation - Ali Khan MusayevAllah yeri sizin üçün xalı təki döşədi ki,

Bu ayənin bütün tercümələrinə bax →

لِّتَسْلُكُوا۟ مِنْهَا سُبُلًا فِجَاجًا

Azerbaijani Translation - Ali Khan Musayevorada geniş yollarda gəzəsiniz”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ نُوحٌ رَّبِّ إِنَّهُمْ عَصَوْنِى وَٱتَّبَعُوا۟ مَن لَّمْ يَزِدْهُ مَالُهُۥ وَوَلَدُهُۥٓ إِلَّا خَسَارًا

Azerbaijani Translation - Ali Khan MusayevNuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan kimsələrə (kafir başçılarına) tabe oldular.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَكَرُوا۟ مَكْرًا كُبَّارًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar (kafir başçılar mənə qarşı) böyük bir hiylə işlətdilər

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالُوا۟ لَا تَذَرُنَّ ءَالِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا

Azerbaijani Translation - Ali Khan Musayevvə (özlərinə tabe olanlara) dedilər: “İlahlarınızı tərk etməyin; Vəddi, Suvanı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”

Bu ayənin bütün tercümələrinə bax →

وَقَدْ أَضَلُّوا۟ كَثِيرًا وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا ضَلَٰلًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar çoxlarını azdırdılar. (Ey Rəbbim!) Sən də zalımların azğınlığını artır”.

Bu ayənin bütün tercümələrinə bax →

مِّمَّا خَطِيٓـَٰٔتِهِمْ أُغْرِقُوا۟ فَأُدْخِلُوا۟ نَارًا فَلَمْ يَجِدُوا۟ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar günahlarına görə (suya) qərq edildilər və oda atıldılar. Onlar Allahdan savayı köməkçilər tapmadılar.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالَ نُوحٌ رَّبِّ لَا تَذَرْ عَلَى ٱلْأَرْضِ مِنَ ٱلْكَٰفِرِينَ دَيَّارًا

Azerbaijani Translation - Ali Khan MusayevNuh dedi: “Ey Rəbbim! Yer üzündə kafirlərdən heç bir kimsəni sağ bıraxma!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّكَ إِن تَذَرْهُمْ يُضِلُّوا۟ عِبَادَكَ وَلَا يَلِدُوٓا۟ إِلَّا فَاجِرًا كَفَّارًا

Azerbaijani Translation - Ali Khan MusayevƏgər Sən onları sağ buraxsan, onlar Sənin qullarını azdıracaq və yalnız günahkar, kafir (övladlar) doğub-törədəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

رَّبِّ ٱغْفِرْ لِى وَلِوَٰلِدَىَّ وَلِمَن دَخَلَ بَيْتِىَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا تَبَارًۢا

Azerbaijani Translation - Ali Khan MusayevEy Rəbbim! Məni, valideynlərimi, evimə mömin olaraq daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zalımların isə ancaq həlakını artır!”

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70