caseriqQuranda məna axtarışı

Ash-Shams surəsi الشمس

15 ayə · Məkkə · nazil olma sırası 26

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلشَّمْسِ وَضُحَىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun günəşə və onun saçdığı şəfəqə!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun onu təqib edən aya!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun (günəşi) parlaq edən gündüzə!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun (günəşi) örtüb-bürüyən gecəyə!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun göyə və onu bina edənə! (Yaxud: And olsun göyə və onun yaradılışına).

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun yerə və onu döşəyənə!

Bu ayənin bütün tercümələrinə bax →

وَنَفْسٍ وَمَا سَوَّىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun nəfsə və ona (gözəl) biçim verənə,

Bu ayənin bütün tercümələrinə bax →

فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا

Azerbaijani Translation - Ali Khan Musayevona (nəfsə) günahlarını və (Allahdan) qorxmasını təlqin edənə!

Bu ayənin bütün tercümələrinə bax →

قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevNəfsini (günahdan) təmizləyən nicat tapmışdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَدْ خَابَ مَن دَسَّىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevOnu (günaha) batıran isə ziyana uğramışdır.

Bu ayənin bütün tercümələrinə bax →

كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ

Azerbaijani Translation - Ali Khan MusayevSəmud (qövmü) öz azğınlığı üzündən (Allahın elçisi Salehi) inkar etdi.

Bu ayənin bütün tercümələrinə bax →

إِذِ ٱنۢبَعَثَ أَشْقَىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevOnların ən bədbəxti (dəvəni kəsməyə) qalxdığı zaman

Bu ayənin bütün tercümələrinə bax →

فَقَالَ لَهُمْ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقْيَٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevAllahın elçisi (Saleh) onlara: “Allahın (bu) dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”– dedi.

Bu ayənin bütün tercümələrinə bax →

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنۢبِهِمْ فَسَوَّىٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar isə onu (Salehi) yalançı sayıb, dəvəni kəsdilər. Rəbbi də bu günahlarına görə onların hamısını məhv edib yerlə yeksan etdi.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا يَخَافُ عُقْبَٰهَا

Azerbaijani Translation - Ali Khan MusayevAllah bunun aqibətindən qorxmaz!

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70