Al-A'laa surəsi الأعلى
19 ayə · Məkkə · nazil olma sırası 8
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى
Azerbaijani Translation - Ali Khan MusayevƏn Uca Rəbbinin adını təsbih et!
Bu ayənin bütün tercümələrinə bax →
ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ
Azerbaijani Translation - Ali Khan MusayevO Rəbbin ki, (hər şeyi) yaratdı və kamilləşdirdi.
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ
Azerbaijani Translation - Ali Khan MusayevO Rəbbin ki, (hər şeyin müqəddəratını əzəldən) müəyyən etdi və yol göstərdi.
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ
Azerbaijani Translation - Ali Khan MusayevO Rəbbin ki, otlağı çıxartdı.
Bu ayənin bütün tercümələrinə bax →
فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ
Azerbaijani Translation - Ali Khan MusayevSonra da onu (çürüyüb) qaralmış samana çevirdi.
Bu ayənin bütün tercümələrinə bax →
سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّا مَا شَآءَ ٱللَّهُ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ
Azerbaijani Translation - Ali Khan MusayevYalnız Allahın istədiyindən başqa. Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir.
Bu ayənin bütün tercümələrinə bax →
وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ
Azerbaijani Translation - Ali Khan MusayevBiz səni ən asan olana (Cənnətə aparan əməllərə) müvəffəq edəcəyik.
Bu ayənin bütün tercümələrinə bax →
فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Xatırlatmaq fayda versə, xatırlat!
Bu ayənin bütün tercümələrinə bax →
سَيَذَّكَّرُ مَن يَخْشَىٰ
Azerbaijani Translation - Ali Khan Musayev(Allahdan) qorxan öyüd-nəsihət götürəcəkdir.
Bu ayənin bütün tercümələrinə bax →
وَيَتَجَنَّبُهَا ٱلْأَشْقَى
Azerbaijani Translation - Ali Khan MusayevƏn bədbəxt (kafir kimsə) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.
Bu ayənin bütün tercümələrinə bax →
ٱلَّذِى يَصْلَى ٱلنَّارَ ٱلْكُبْرَىٰ
Azerbaijani Translation - Ali Khan MusayevO kimsə ki, ən böyük alova (Cəhənnəm alovuna) atılacaqdır.
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ
Azerbaijani Translation - Ali Khan MusayevSonra orada nə öləcək, nə də yaşaya biləcək.
Bu ayənin bütün tercümələrinə bax →
قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ
Azerbaijani Translation - Ali Khan Musayev(Günahlardan) təmizlənən kimsə isə uğur qazanmışdır.
Bu ayənin bütün tercümələrinə bax →
وَذَكَرَ ٱسْمَ رَبِّهِۦ فَصَلَّىٰ
Azerbaijani Translation - Ali Khan MusayevO kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
Bu ayənin bütün tercümələrinə bax →
بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا
Azerbaijani Translation - Ali Khan MusayevXeyr, siz dünya həyatını üstün tutursunuz.
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلْـَٔاخِرَةُ خَيْرٌ وَأَبْقَىٰٓ
Azerbaijani Translation - Ali Khan MusayevAxirət isə daha xeyirli və daha davamlıdır.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ هَٰذَا لَفِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ
Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən də, bu (anlatılanlar), əvvəlki səhifələrdə də vardır –
Bu ayənin bütün tercümələrinə bax →
صُحُفِ إِبْرَٰهِيمَ وَمُوسَىٰ
Azerbaijani Translation - Ali Khan Musayevİbrahimin və Musanın səhifələrində.
Bu ayənin bütün tercümələrinə bax →
Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
→