caseriqQuranda məna axtarışı

Al-Ghaashiya surəsi الغاشية

26 ayə · Məkkə · nazil olma sırası 68

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْغَٰشِيَةِ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Qiyamətin xəbəri sənə gəlib çatdımı?

Bu ayənin bütün tercümələrinə bax →

وُجُوهٌ يَوْمَئِذٍ خَٰشِعَةٌ

Azerbaijani Translation - Ali Khan MusayevO gün (neçə-neçə) üzlər (qorxudan) zəlil bir görkəm alacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

عَامِلَةٌ نَّاصِبَةٌ

Azerbaijani Translation - Ali Khan MusayevÇalışıb, yorulacaq,

Bu ayənin bütün tercümələrinə bax →

تَصْلَىٰ نَارًا حَامِيَةً

Azerbaijani Translation - Ali Khan Musayevqızmar oda girəcək,

Bu ayənin bütün tercümələrinə bax →

تُسْقَىٰ مِنْ عَيْنٍ ءَانِيَةٍ

Azerbaijani Translation - Ali Khan Musayevqaynar çeşmədən (su) içirdiləcək.

Bu ayənin bütün tercümələrinə bax →

لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ

Azerbaijani Translation - Ali Khan MusayevOnların daridən (acı və pis qoxulu tikanlı bitkidən) başqa bir yeməyi olmayacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

لَّا يُسْمِنُ وَلَا يُغْنِى مِن جُوعٍ

Azerbaijani Translation - Ali Khan Musayev(O yemək onları) nə doydurar, nə də aclıqdan qurtarar.

Bu ayənin bütün tercümələrinə bax →

وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ

Azerbaijani Translation - Ali Khan MusayevO gün (neçə-neçə) üzlər sevinəcək,

Bu ayənin bütün tercümələrinə bax →

لِّسَعْيِهَا رَاضِيَةٌ

Azerbaijani Translation - Ali Khan Musayev(dünyadakı) səylərindən razı qalacaq,

Bu ayənin bütün tercümələrinə bax →

فِى جَنَّةٍ عَالِيَةٍ

Azerbaijani Translation - Ali Khan Musayevuca Cənnətdə olacaq,

Bu ayənin bütün tercümələrinə bax →

لَّا تَسْمَعُ فِيهَا لَٰغِيَةً

Azerbaijani Translation - Ali Khan Musayevorada faydasız bir söz eşitməyəcək.

Bu ayənin bütün tercümələrinə bax →

فِيهَا عَيْنٌ جَارِيَةٌ

Azerbaijani Translation - Ali Khan MusayevOrada axar çeşmələr vardır;

Bu ayənin bütün tercümələrinə bax →

فِيهَا سُرُرٌ مَّرْفُوعَةٌ

Azerbaijani Translation - Ali Khan MusayevOrada hündür taxtlar,

Bu ayənin bütün tercümələrinə bax →

وَأَكْوَابٌ مَّوْضُوعَةٌ

Azerbaijani Translation - Ali Khan Musayevqoyulmuş piyalələr,

Bu ayənin bütün tercümələrinə bax →

وَنَمَارِقُ مَصْفُوفَةٌ

Azerbaijani Translation - Ali Khan Musayevyan-yana düzülmüş yastıqlar,

Bu ayənin bütün tercümələrinə bax →

وَزَرَابِىُّ مَبْثُوثَةٌ

Azerbaijani Translation - Ali Khan Musayevvə sərilmiş xalçalar var.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَلَا يَنظُرُونَ إِلَى ٱلْإِبِلِ كَيْفَ خُلِقَتْ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?

Bu ayənin bütün tercümələrinə bax →

وَإِلَى ٱلسَّمَآءِ كَيْفَ رُفِعَتْ

Azerbaijani Translation - Ali Khan MusayevGöyə (baxmırlar ki) necə ucaldılmışdır?

Bu ayənin bütün tercümələrinə bax →

وَإِلَى ٱلْجِبَالِ كَيْفَ نُصِبَتْ

Azerbaijani Translation - Ali Khan MusayevDağlara (baxmırlar ki) necə dikəldilmişdir?

Bu ayənin bütün tercümələrinə bax →

وَإِلَى ٱلْأَرْضِ كَيْفَ سُطِحَتْ

Azerbaijani Translation - Ali Khan MusayevYerə (baxmırlar ki) necə döşədilmişdir?

Bu ayənin bütün tercümələrinə bax →

فَذَكِّرْ إِنَّمَآ أَنتَ مُذَكِّرٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Sən öyüd-nəsihət ver! Sən yalnız öyüd-nəsihət verənsən.

Bu ayənin bütün tercümələrinə bax →

لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ

Azerbaijani Translation - Ali Khan MusayevSən onların üzərində hökmdar deyilsən.

Bu ayənin bütün tercümələrinə bax →

إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ

Azerbaijani Translation - Ali Khan MusayevLakin kim üz döndərib küfr edərsə,

Bu ayənin bütün tercümələrinə bax →

فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلْعَذَابَ ٱلْأَكْبَرَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah onu ən böyük əzabla cəzalandırar.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ إِلَيْنَآ إِيَابَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, onların dönüşü Bizədir.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم

Azerbaijani Translation - Ali Khan MusayevSonra onları hesaba çəkmək də Bizə aiddir.

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70