At-Taariq surəsi الطارق
17 ayə · Məkkə · nazil olma sırası 36
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ
Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun səmaya və Tariqə!
Bu ayənin bütün tercümələrinə bax →
وَمَآ أَدْرَىٰكَ مَا ٱلطَّارِقُ
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Sən nə bilirsən ki, Tariq nədir?
Bu ayənin bütün tercümələrinə bax →
ٱلنَّجْمُ ٱلثَّاقِبُ
Azerbaijani Translation - Ali Khan Musayev(O, qaranlıqları) dəlib keçən parlaq ulduzdur.
Bu ayənin bütün tercümələrinə bax →
إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ
Azerbaijani Translation - Ali Khan MusayevElə bir kimsə yoxdur ki, onun üzərində gözətçi (mələk) olmasın!
Bu ayənin bütün tercümələrinə bax →
فَلْيَنظُرِ ٱلْإِنسَٰنُ مِمَّ خُلِقَ
Azerbaijani Translation - Ali Khan MusayevQoy insan nədən yaradıldığına bir baxsın!
Bu ayənin bütün tercümələrinə bax →
خُلِقَ مِن مَّآءٍ دَافِقٍ
Azerbaijani Translation - Ali Khan MusayevO, atılan sudan (nütfədən) yaradılmışdır.
Bu ayənin bütün tercümələrinə bax →
يَخْرُجُ مِنۢ بَيْنِ ٱلصُّلْبِ وَٱلتَّرَآئِبِ
Azerbaijani Translation - Ali Khan MusayevO (su) bel və sinə sümükləri arasından çıxır.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّهُۥ عَلَىٰ رَجْعِهِۦ لَقَادِرٌ
Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, Allahın onu (öldükən sonra) yenidən diriltməyə qadirdir.
Bu ayənin bütün tercümələrinə bax →
يَوْمَ تُبْلَى ٱلسَّرَآئِرُ
Azerbaijani Translation - Ali Khan MusayevO gün (qəlblərdə olan) sirlər aşkar olunacaqdır.
Bu ayənin bütün tercümələrinə bax →
فَمَا لَهُۥ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ
Azerbaijani Translation - Ali Khan Musayev(O gün) onun (insanın) nə bir qüvvəsi, nə də bir köməkçisi olar.
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجْعِ
Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun yağış sahibi olan göyə!
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلْأَرْضِ ذَاتِ ٱلصَّدْعِ
Azerbaijani Translation - Ali Khan MusayevAnd olsun (növbənöv bitkilərlə) yarılan yerə!
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّهُۥ لَقَوْلٌ فَصْلٌ
Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, bu (Quran, haqqı batildən) ayıran bir sözdür.
Bu ayənin bütün tercümələrinə bax →
وَمَا هُوَ بِٱلْهَزْلِ
Azerbaijani Translation - Ali Khan MusayevO, əyləncə (boş söz) deyil.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا
Azerbaijani Translation - Ali Khan MusayevOnlar (kafirlər) hiylə qururlar.
Bu ayənin bütün tercümələrinə bax →
وَأَكِيدُ كَيْدًا
Azerbaijani Translation - Ali Khan MusayevMən də hiylə qururam.
Bu ayənin bütün tercümələrinə bax →
فَمَهِّلِ ٱلْكَٰفِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًۢا
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Kafirlərə möhlət ver! Onlara bir az da möhlət ver.
Bu ayənin bütün tercümələrinə bax →
Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
→