Ana səhifə › Surələr › Ad-Dukhaan surəsi
Ad-Dukhaan surəsi الدخان
59 ayə · Məkkə · nazil olma sırası 64
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ
Azerbaijani Translation - Ali Khan Musayev Hə. Mim.
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلْكِتَٰبِ ٱلْمُبِينِ
Azerbaijani Translation - Ali Khan Musayev And olsun (bu) açıq-aydın Kitaba!
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّآ أَنزَلْنَٰهُ فِى لَيْلَةٍ مُّبَٰرَكَةٍ إِنَّا كُنَّا مُنذِرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Həqiqətən, Biz xəbərdar edirik.
Bu ayənin bütün tercümələrinə bax →
فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev Hər bir hikmətli iş o gecədə ayırd edilir –
Bu ayənin bütün tercümələrinə bax →
أَمْرًا مِّنْ عِندِنَآ إِنَّا كُنَّا مُرْسِلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Tərəfimizdən vəhy edilən əmr ilə. Həqiqətən, (elçiləri) Biz göndəririk –
Bu ayənin bütün tercümələrinə bax →
رَحْمَةً مِّن رَّبِّكَ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
Azerbaijani Translation - Ali Khan Musayev Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.
Bu ayənin bütün tercümələrinə bax →
رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَآ إِن كُنتُم مُّوقِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Əgər yəqinliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir.
Bu ayənin bütün tercümələrinə bax →
لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحْىِۦ وَيُمِيتُ رَبُّكُمْ وَرَبُّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Dirildir və Öldürür. (O,) sizin də Rəbbinizdir, öncəki atalarınızın da Rəbbidir.
Bu ayənin bütün tercümələrinə bax →
بَلْ هُمْ فِى شَكٍّ يَلْعَبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Xeyr, onlar şəkkə qapılıb əylənirlər.
Bu ayənin bütün tercümələrinə bax →
فَٱرْتَقِبْ يَوْمَ تَأْتِى ٱلسَّمَآءُ بِدُخَانٍ مُّبِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev Sən göydən aşkar bir duman gələcəyi günü gözlə.
Bu ayənin bütün tercümələrinə bax →
يَغْشَى ٱلنَّاسَ هَٰذَا عَذَابٌ أَلِيمٌ
Azerbaijani Translation - Ali Khan Musayev O (duman) insanları bürüyəcək. Bu, ağrılı-acılı bir əzabdır.
Bu ayənin bütün tercümələrinə bax →
رَّبَّنَا ٱكْشِفْ عَنَّا ٱلْعَذَابَ إِنَّا مُؤْمِنُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Onlar:) “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz iman gətiririk”– (deyəcəklər).
Bu ayənin bütün tercümələrinə bax →
أَنَّىٰ لَهُمُ ٱلذِّكْرَىٰ وَقَدْ جَآءَهُمْ رَسُولٌ مُّبِينٌ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar necə öyüd-nəsihət eşidə bilərlər?! Artıq onlara açıq-aşkar bir peyğəmbər gəldi.
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ تَوَلَّوْا۟ عَنْهُ وَقَالُوا۟ مُعَلَّمٌ مَّجْنُونٌ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar isə ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّا كَاشِفُوا۟ ٱلْعَذَابِ قَلِيلًا إِنَّكُمْ عَآئِدُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz əzabı (sizdən) bir az uzaqlaşdıracağıq, siz (yenə küfrə) qayıdacaqsınız.
Bu ayənin bütün tercümələrinə bax →
يَوْمَ نَبْطِشُ ٱلْبَطْشَةَ ٱلْكُبْرَىٰٓ إِنَّا مُنتَقِمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Kafirləri) böyük bir müsibətlə yaxalayacağımız gün (Qiyamət və ya Bədr döyüşü günü), Biz (onlardan) intiqam alacağıq.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَآءَهُمْ رَسُولٌ كَرِيمٌ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onlardan əvvəl Firon qövmünü imtahana çəkdik. Onlara hörmətli bir elçi (Musa) gəldi.
Bu ayənin bütün tercümələrinə bax →
أَنْ أَدُّوٓا۟ إِلَىَّ عِبَادَ ٱللَّهِ إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ
Azerbaijani Translation - Ali Khan Musayev (Musa, Firona və onun qövmünə belə dedi): “Allahın qullarını (İsrail oğullarını) mənə qaytarın. Həqiqətən, mən sizin üçün əmin bir elçiyəm.
Bu ayənin bütün tercümələrinə bax →
وَأَن لَّا تَعْلُوا۟ عَلَى ٱللَّهِ إِنِّىٓ ءَاتِيكُم بِسُلْطَٰنٍ مُّبِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev Allaha qarşı təkəbbürlük göstərməyin. Həqiqətən, mən sizə aydın bir dəli ilə gəlmişəm.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنِّى عُذْتُ بِرَبِّى وَرَبِّكُمْ أَن تَرْجُمُونِ
Azerbaijani Translation - Ali Khan Musayev Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha sığınıram.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِن لَّمْ تُؤْمِنُوا۟ لِى فَٱعْتَزِلُونِ
Azerbaijani Translation - Ali Khan Musayev Əgər mənə iman gətirmirsinizsə, məndən uzaq olun!”
Bu ayənin bütün tercümələrinə bax →
فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَٰٓؤُلَآءِ قَوْمٌ مُّجْرِمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev O (Musa), Rəbbinə dua edib dedi: “Həqiqətən, bunlar günahkar bir qövmdür!”
Bu ayənin bütün tercümələrinə bax →
فَأَسْرِ بِعِبَادِى لَيْلًا إِنَّكُم مُّتَّبَعُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Allah buyurdu:) “Qullarımla (İsrail oğulları ilə) birlikdə gecə ikən yola çıx. Çünki siz təqib olunacaqsınız.
Bu ayənin bütün tercümələrinə bax →
وَٱتْرُكِ ٱلْبَحْرَ رَهْوًا إِنَّهُمْ جُندٌ مُّغْرَقُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Dənizi də sakit (və ya açıq) burax! Onlar suda batırılacaq əsgərlərdir!”
Bu ayənin bütün tercümələrinə bax →
كَمْ تَرَكُوا۟ مِن جَنَّٰتٍ وَعُيُونٍ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar bir çox bağlar və çeşmələr qoyub getdilər,
Bu ayənin bütün tercümələrinə bax →
وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev və (neçə-neçə) əkinlər, möhtəşəm yerlər
Bu ayənin bütün tercümələrinə bax →
وَنَعْمَةٍ كَانُوا۟ فِيهَا فَٰكِهِينَ
Azerbaijani Translation - Ali Khan Musayev və ləzzət aldıqları neçə-neçə nemətlər (qoyub getdilər).
Bu ayənin bütün tercümələrinə bax →
كَذَٰلِكَ وَأَوْرَثْنَٰهَا قَوْمًا ءَاخَرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Onları) belə (cəzalandırdıq!) Biz o nemətlərə başqalarını (İsrail oğullarını) varis etdik.
Bu ayənin bütün tercümələrinə bax →
فَمَا بَكَتْ عَلَيْهِمُ ٱلسَّمَآءُ وَٱلْأَرْضُ وَمَا كَانُوا۟ مُنظَرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara möhlət də verilmədi.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ نَجَّيْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ مِنَ ٱلْعَذَابِ ٱلْمُهِينِ
Azerbaijani Translation - Ali Khan Musayev Biz İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –
Bu ayənin bütün tercümələrinə bax →
مِن فِرْعَوْنَ إِنَّهُۥ كَانَ عَالِيًا مِّنَ ٱلْمُسْرِفِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Firondan. Çünki o, özünü yüksək tutan və həddi aşanlardan idi.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدِ ٱخْتَرْنَٰهُمْ عَلَىٰ عِلْمٍ عَلَى ٱلْعَٰلَمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən (zəmanələrindəki insanlardan) üstün etdik.
Bu ayənin bütün tercümələrinə bax →
وَءَاتَيْنَٰهُم مِّنَ ٱلْـَٔايَٰتِ مَا فِيهِ بَلَٰٓؤٌا۟ مُّبِينٌ
Azerbaijani Translation - Ali Khan Musayev Onlara içində açıq-aydın imtahan olan dəlillər (bildirçin əti, qüdrət halvası və s.) verdik.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ هَٰٓؤُلَآءِ لَيَقُولُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) Bunlar (qövmünün müşrikləri) mütləq deyəcəklər:
Bu ayənin bütün tercümələrinə bax →
إِنْ هِىَ إِلَّا مَوْتَتُنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُنشَرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev “Bu bizim ilk ölümümüzdür. Biz (bir daha) dirildilməyəcəyik.
Bu ayənin bütün tercümələrinə bax →
فَأْتُوا۟ بِـَٔابَآئِنَآ إِن كُنتُمْ صَٰدِقِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Əgər (öldükdən sonra diriləcəyimizi) doğru deyirsinizsə, atalarımızı (dirildib) gətirin!”
Bu ayənin bütün tercümələrinə bax →
أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ أَهْلَكْنَٰهُمْ إِنَّهُمْ كَانُوا۟ مُجْرِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) Bunlar (Məkkə müşrikləri) üstündür (qüvvətlidir), yoxsa Tubba qövmü və onlardan əvvəlkilər? (Ad və Səmud qövmü?) Biz onları məhv etdik. Çünki onlar günahkarlar idilər.
Bu ayənin bütün tercümələrinə bax →
وَمَا خَلَقْنَا ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَٰعِبِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz göyləri, yeri və onların arasında olanları əyləncə (boş yerə) yaratmadıq.
Bu ayənin bütün tercümələrinə bax →
مَا خَلَقْنَٰهُمَآ إِلَّا بِٱلْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onları haqq olaraq yaratdıq, lakin onların (müşriklərin) çoxu (bunu) bilməz.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ يَوْمَ ٱلْفَصْلِ مِيقَٰتُهُمْ أَجْمَعِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.
Bu ayənin bütün tercümələrinə bax →
يَوْمَ لَا يُغْنِى مَوْلًى عَن مَّوْلًى شَيْـًٔا وَلَا هُمْ يُنصَرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcək.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّا مَن رَّحِمَ ٱللَّهُ إِنَّهُۥ هُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
Azerbaijani Translation - Ali Khan Musayev Yalnız Allahın rəhm etdiyi kimsədən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı.
Bu ayənin bütün tercümələrinə bax →
طَعَامُ ٱلْأَثِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Günahkar kimsənin yeməyidir.
Bu ayənin bütün tercümələrinə bax →
كَٱلْمُهْلِ يَغْلِى فِى ٱلْبُطُونِ
Azerbaijani Translation - Ali Khan Musayev (Zəqqum ağacının meyvəsi) əridilmiş yağ (yaxud mis) kimi qarınlarda qaynayar –
Bu ayənin bütün tercümələrinə bax →
كَغَلْىِ ٱلْحَمِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev qaynar suyun qaynaması kimi.
Bu ayənin bütün tercümələrinə bax →
خُذُوهُ فَٱعْتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلْجَحِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Onu (günahkar kimsəni) tutub Cəhənnəmin ortasına sürükləyin!
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ صُبُّوا۟ فَوْقَ رَأْسِهِۦ مِنْ عَذَابِ ٱلْحَمِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Sonra başının üstünə əzab olaraq qaynar sudan tökün!
Bu ayənin bütün tercümələrinə bax →
ذُقْ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْكَرِيمُ
Azerbaijani Translation - Ali Khan Musayev (Sonra ona belə deyilər:) Dad (bu əzabı!) Sən ki qüdrətli və hörmətli birisi idin.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ هَٰذَا مَا كُنتُم بِهِۦ تَمْتَرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Bu, sizin (dünyada ikən) şübhə etdiyiniz əzabdır!
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ ٱلْمُتَّقِينَ فِى مَقَامٍ أَمِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev Müttəqilər isə əmin-aman bir məqamda –
Bu ayənin bütün tercümələrinə bax →
فِى جَنَّٰتٍ وَعُيُونٍ
Azerbaijani Translation - Ali Khan Musayev bağçalarda və çeşmələr başında olacaqlar!
Bu ayənin bütün tercümələrinə bax →
يَلْبَسُونَ مِن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَقَٰبِلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Taftadan və atlazdan (nazik və qalın ipdən) libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
Bu ayənin bütün tercümələrinə bax →
كَذَٰلِكَ وَزَوَّجْنَٰهُم بِحُورٍ عِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev Bu belədir! (Üstəlik) onları iri qara gözlü hurilərlə də evləndirəcəyik.
Bu ayənin bütün tercümələrinə bax →
يَدْعُونَ فِيهَا بِكُلِّ فَٰكِهَةٍ ءَامِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.
Bu ayənin bütün tercümələrinə bax →
لَا يَذُوقُونَ فِيهَا ٱلْمَوْتَ إِلَّا ٱلْمَوْتَةَ ٱلْأُولَىٰ وَوَقَىٰهُمْ عَذَابَ ٱلْجَحِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. (Allah) onları Cəhənnəm əzabından qorumuşdur.
Bu ayənin bütün tercümələrinə bax →
فَضْلًا مِّن رَّبِّكَ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
Azerbaijani Translation - Ali Khan Musayev (Bunlar) Rəbbindən bir lütf olaraq (verilmişdir). Bu, böyük uğurdur.
Bu ayənin bütün tercümələrinə bax →
فَإِنَّمَا يَسَّرْنَٰهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) Biz onu (Quranı) sənin dilində asanlaşdırdıq ki, bəlkə ibrət alsınlar.
Bu ayənin bütün tercümələrinə bax →
فَٱرْتَقِبْ إِنَّهُم مُّرْتَقِبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) Sən (Allahın zəfərini, müşriklərin həlakını) gözlə! Şübhəsiz ki, onlar da (sənin ölümünü) gözləyirlər.
Bu ayənin bütün tercümələrinə bax →
← Az-Zukhruf surəsi
Al-Jaathiya surəsi →
Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
→
Ərəb mətni və tərcümələr Tanzil və QuranEnc vasitəsilə — eynilə, dəyişdirilmədən · Tərcümələr tərcüməçilərinə aiddir və Quranın özü deyil
Bu, araşdırma köməkçisidir; fətva mərcii deyil.