Azerbaijani Translation - Ali Khan MusayevSizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda yəqinliklə iman gətirmiş bir qövm üçün dəlillər vardır.
Azerbaijani Translation - Ali Khan MusayevGecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri (istədiyi səmtə) yönəltməsində düşünən bir qövm üçün dəlillər vardır.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət olaraq oxuyuruq. Onlar Allaha və Onun ayələrinə inanmadıqdan sonra daha hansı sözə inanacaqlar?!
Azerbaijani Translation - Ali Khan MusayevO, Allahın ona oxunan ayələrini eşidir, sonra sanki onları eşitmirmiş kimi təkəbbürlük göstərərək (küfründə) israr edir. Onu ağrılı-acılı bir əzabla müjdələ.
Azerbaijani Translation - Ali Khan MusayevQarşıda onları Cəhənnəm gözləyir. Nə qazandıqları şeylər, nə də Allahdan başqa dost tutduqları himayəçilər onlara heç bir fayda verəcəkdir. Onlar üçün böyük bir azab vardır.
Azerbaijani Translation - Ali Khan MusayevBu (Quran) doğru yol göstəricisidir. Rəbbinin ayələrini inkar edənlər üçün ən şiddətli, ağrılı-acılı əzab vardır.
Azerbaijani Translation - Ali Khan MusayevGəmilərin Allahın əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən (orada ruzi) axtarmanız üçün dənizi xidmətinizə verən Allahdır. Bəlkə, şükür edəsiniz.
Azerbaijani Translation - Ali Khan MusayevGöylərdə və yerdə olanların hamısını sizin xidmətinizə verən də Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər var.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) İman gətirənlərə de ki, Allah, qazandıqları (günahlara) görə hər hansı bir qövmün cəzasını versin deyə, Allahın (əzab verəcəyi) günlərini gözləməyənləri bağışlasınlar.
Azerbaijani Translation - Ali Khan MusayevKim saleh bir əməl etsə, (xeyri) özünə, kim də pislik etsə, (zərəri) öz əleyhinə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız.
Azerbaijani Translation - Ali Khan MusayevBiz İsrail oğullarına Kitab (Tövrat), hökm və peyğəmbərlik verdik, onları pak nemətlərlə ruziləndirdik və onları aləmlərdən (zəmanələrindəki insanlardan) üstün etdik.
Azerbaijani Translation - Ali Khan MusayevOnlara dinə aid açıq-aşkar dəlillər verdik. Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı həsəd üzündən ixtilafa düşdülər. (Ey Peyğəmbər!) Şübhəsiz ki, sənin Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcək.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Sonra səni də dində şəriət sahibi etdik. Sən ona (o şəriətə) tabe ol və (haqqı) bilməyənlərin istəklərinə tabe olma!
Azerbaijani Translation - Ali Khan MusayevÇünki onlar səni (heç bir vəchlə) Allahdan qurtara bilməzlər. Zalımlar bir-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur.
Azerbaijani Translation - Ali Khan MusayevYoxsa günah qazananlar, özlərini, həyatda olduğu kimi ölümlərindən sonra da iman gətirib saleh əməllər edənlərlə eyni tutacağımızı güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər!
Azerbaijani Translation - Ali Khan MusayevAllah, göyləri və yeri ədalətlə və hər kəsə qazandığının əvəzini versin deyə yaratmışdır. Onlara zülm edilməz.
Azerbaijani Translation - Ali Khan MusayevNəfsinin istəyini ilahiləşdirən, Allah (Öz əzəli) elmi ilə azdırdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb ibrət almırsınız?
Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Dünya həyatımızdan başqa bir həyat yoxdur. Ölürük və dirilirik. Bizi öldürən ancaq zamandır”. Onların Bu haqda heç bir elmi yoxdur. Onlar yalnız zənnə qapılırlar.
Azerbaijani Translation - Ali Khan MusayevOnlara açıq-aşkar ayələrimiz oxunduğu zaman onların dəlili: “Əgər doğru deyirsinizsə, atalarımızı (dirildib) gətirin!”– deməkdən başqa bir şey deyildir.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) De: “Allah sizi dirildir, sonra öldürür, sonra da sizi (gələcəyinə) heç bir şəkk-şübhə olmayan Qiyamət günü (dirildib) bir yerə toplayacaq”. Lakin insanların çoxu (bunu) bilməz.
Azerbaijani Translation - Ali Khan MusayevGöylərin və yerin mülkü Allaha məxsusdur. Qiyamətin qopacağı gün, məhz o gün batil danışanlar xüsrana uğrayacaqlar.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Sən (o gün) hər ümməti diz çökmüş görəcəksən. Hər ümmət öz əməl kitabına tərəf çağırılacaqdır. (Onlara deyiləcəkdir:) “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcək!
Azerbaijani Translation - Ali Khan MusayevBu, sizə qarşı həqiqəti söyləyən kitabımızdır. Şübhəsiz ki, Biz etdiyiniz əməlləri (orada mələklərə) yazdırmışıq!”
Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib saleh əməllər edənlərə gəlincə, Rəbbi onları Öz rəhmətinə (Cənnətə) qovuşduracaqdır. Bu, açıq-aşkar uğurdur.
Azerbaijani Translation - Ali Khan MusayevKafir olanlara gəldikdə isə (onlara deyiləcək:) “Məgər ayələrim sizə oxunmurdumu? Siz isə təkəbbürlük göstərirdiniz və özünüz də günahkar bir qövm idiniz.
Azerbaijani Translation - Ali Khan Musayev(Sizə:) “Allahın vədi haqdır, Qiyamət saatına heç bir şəkk-şübhə yoxdur!”– deyildiyi zaman: “Biz Qiyamət saatının nə olduğunu bilmirik! Onun ancaq bir zənn olduğunu güman edirik. Biz (buna) əmin deyilik!”– deyirdiniz.
Azerbaijani Translation - Ali Khan Musayev(Onlara) deyiləcəkdir: “Siz bu gününüzə qovuşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Qərar tutacağınız yer Oddur. Sizə yardım edənlər də olmayacaqdır.
Azerbaijani Translation - Ali Khan MusayevÇünki siz, Allahın ayələrini məsxərəyə qoyurdunuz və dünya həyatı sizi aldatdı”. Bu gün onlar oradan (Oddan) çıxarılmayacaq və onlardan tövbə etmələri tələb olunmayacaq.