Azerbaijani Translation - Ali Khan MusayevYoxsa, siz (şirk və küfür etməklə) həddi aşan bir qövm olduğunuza görə, Zikri (Quranı) sizə çatdırmaqdan vaz keçməliyikmi?!
Azerbaijani Translation - Ali Khan MusayevƏgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, mütləq: “Onları Qüdrətli və Bilən (Allah) yaratmışdır!”– deyəcəklər.
Azerbaijani Translation - Ali Khan MusayevO Allah ki, yeri sizin üçün döşədi və (istədiyiniz yerə) düz gedə biləsiniz deyə sizin üçün orada yollar saldı.
Azerbaijani Translation - Ali Khan MusayevO Allah ki, göydən lazımı qədər su endirdi. Biz onunla ölü bir diyarı diriltdik. Siz də (dirildilib qəbirlərinizdən) belə çıxarılacaqsınız.
Azerbaijani Translation - Ali Khan Musayevonları minəsiniz, sonra mindiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı.
Azerbaijani Translation - Ali Khan Musayev(Müşriklər: “Mələklər Allahın qızlarıdır”– deməklə) Allahın qullarından bəzisini Onun bir hissəsi qəbul etdilər (Ona övladlar və şəriklər qoşdular). Həqiqətən insan açıq-aydın nankordur.
Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onlar zinət içində böyüdülən və mübahisə etdikdə aydın danışa bilməyən (qadınlarımı Allaha isnad edirlər?!)
Azerbaijani Translation - Ali Khan MusayevOnlar Rəhmanın qulları olan mələkləri qız hesab etdilər. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olublar? Onların bu şahidliyi yazılacaq və buna görə sorğu-sual olunacaqlar.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Əgər Rəhman istəsəydi, biz onlara ibadət etməzdik!”– dedilər. Onların bu haqda heç bir elmi yoxdur. Onlar ancaq yalan danışırlar.
Azerbaijani Translation - Ali Khan MusayevBiz səndən əvvəl hansı bir məmləkətə xəbərdarlıq edən (bir peyğəmbər) göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların ardınca gedəcəyik!”– dedilər.
Azerbaijani Translation - Ali Khan Musayev(Peyğəmbər) dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”.
Azerbaijani Translation - Ali Khan MusayevO, bu (lə iləhə illəllah kəlməsini) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə doğru yola qayıtsınlar.
Azerbaijani Translation - Ali Khan MusayevDoğrusu, Mən bunlara da, atalarına da, haqq (Quran) və (onu) bəyan edən bir elçi (Muhamməd) gələnədək gün-güzəran nəsib etdim.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Kaş ki bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama (Vəlid bin Müğirəyə və Ürvə bin Məsuda) nazil ediləydi?”– dedilər.
Azerbaijani Translation - Ali Khan MusayevYoxsa Rəbbinin rəhmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Rəbbinin rəhməti onların yığdıqlarından daha xeyirlidir.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər insanlar (kafirlərə verdiyimiz nemətlərə baxıb küfürdə birləşən) vahid bir ümmət olmasaydı, Rəhmanı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik,
Azerbaijani Translation - Ali Khan Musayevzinət də (verərdik). Bütün bunlar dünya həyatının keçici zövqüdür. Axirət isə Rəbbinin yanında yalnız Allahdan qorxanlar üçündür.
Azerbaijani Translation - Ali Khan MusayevNəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı) uzaqlıq qədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən!”
Azerbaijani Translation - Ali Khan Musayev(Qiyamət günü onlara deyilər:) “Siz (nəfsinizə) zülüm etdiyinizə görə bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz!”
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Yoxsa sənmi karlara eşitdirəcəksən, yaxud korları və açıq-aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən?
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş: “Məgər Biz Rəhmandan başqa ibadət ediləsi ilahlarmı etdik?
Azerbaijani Translation - Ali Khan MusayevBiz Musanı ayələrimizlə Firona və onun əyanlarına göndərdik. (Musa) dedi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”
Azerbaijani Translation - Ali Khan MusayevOnlara göstərdiyimiz hər bir ayə, əvvəlki ayələrdən daha böyük idi. Biz onları əzabla yaxaladıq ki, bəlkə, (haqq yola) qayıdalar.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Ey sehrbaz! Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et. Biz mütləq doğru yola gələcəyik”– dedilər.
Azerbaijani Translation - Ali Khan MusayevFiron qövmünə səslənib dedi: “Ey qövmüm! Misir mülkü və altımdan (qəsrimin altından) axan bu çaylar mənim deyilmi? Məgər (mənim qüdrətimi və əzəmətimi) görmürsünüz?
Azerbaijani Translation - Ali Khan MusayevNə üçün ona qızıl bilərziklər taxılmayıb yaxud onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiqləyən) mələklər gəlməyib?”
Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Bizim ilahlarımız yaxşıdır, yoxsa o (Məryəm oğlu İsa)?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən bir qövmdür.
Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, o, (İsanın yer üzünə enməsi) Qiyamət saatının bir əlamətidir. Ona (Qiyamətə) şəkk etməyin, mənə tabe olun. Bu, doğru yoldur!
Azerbaijani Translation - Ali Khan Musayevİsa aydın dəlillər gətirdiyi zaman dedi: “Mən sizə hikmət gətirdim və barəsində ixtilafda olduğunuz bəzi şeyləri (Tövratın bəzi hökmlərini) izah etmək üçün gəldim. Allahdan qorxun və (sizə əmr etdiyim tövhid və şəri əhkamlarda) mənə itaət edin!
Azerbaijani Translation - Ali Khan MusayevFirqələr (nəsrani firqələri İsa barəsində) öz aralarında ixtilafa düşdülər (Onlardan bəziləri: “O, ilahdır”– dedi. Bəziləri: “O, Allahın oğludur”– dedi. Bəziləri də: “O və anası ilahdır”– dedi). Ağrılı-acılı bir günün əzabından vay zalımların halına!
Azerbaijani Translation - Ali Khan MusayevOnların ətrafında qızıl sinilər və piyalələr dolandırılacaq. Orada nəfslərin istədiyi və gözlərin xoşlandığı hər şey vardır. Siz orada əbədi qalacaqsınız.
Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik?! Xeyr, onların yanında (əməlləri) yazan elçilərimiz vardır.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər! Mələklərin Allahın qızları olduğunu iddia edən müşriklərə) De: “Əgər Rəhmanın bir övladı olsaydı, ona (o övlada) ibadət edənlərin birincisi mən olaram.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Onları tərk et, qoy vəd olunduqları günə qovuşanadək (batil inanclarına) dalsınlar və (bir müddət dünya həyatında) əylənsinlər.
Azerbaijani Translation - Ali Khan MusayevGöylərin, yerin və onların arasındakı mülkün sahibi olan Allah xeyiri və bərəkəti bol olandır. Qiyamət saatının elmi Ondadır və siz Onun hüzuruna qaytarılacaqsınız.
Azerbaijani Translation - Ali Khan Musayev(Müşriklərin) Allahdan başqa dua etdikləri şəfaətə sahib deyillər. Yalnız bildikləri halda (elm və bəsirət üzərində) haqqa şəhadət verənlər (ixlasla "lə iləhə illallah" deyənlər) bundan müstəsnadır.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!”– deyərlər. Elə isə (haqdan) necə döndərilirlər?!
Azerbaijani Translation - Ali Khan MusayevOnun (Peyğəmbərin qövmündən Rəbbinə şikayət edərək): “Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!”- deməsi də (Bizə məlumdur).