Azerbaijani Translation - Ali Khan MusayevHəmd, göyləri və yeri yaradan, mələkləri iki, üç və dördqanadlı elçilər edən Allaha məxsusdur! O, yaratdıqlarından istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir.
Azerbaijani Translation - Ali Khan MusayevAllahın insanlara bəxş etdiyi mərhəmətin qarşısını heç kəs ala bilməz. Onun vermədiyi bir şeyi də Ondan başqa heç kəs göndərə bilməz. O, Qüdrətlidir, Hikmət sahibidir.
Azerbaijani Translation - Ali Khan MusayevEy insanlar! Allahın sizə verdiyi nemətini xatırlayın. Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Siz necə də (haqdan) döndərilirsiniz!
Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl də elçilər yalançı hesab olunmuşdu. Bütün işlər ancaq Allaha qaytarılacaqdır.
Azerbaijani Translation - Ali Khan MusayevEy insanlar! Həqiqətən, Allahın vədi haqdır. Dünya həyatı sizi aldatmasın, tovlayan (şeytan) da sizi yoldan çıxartmasın.
Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən qəbul edin. O öz tərəfdarlarını Cəhənnəm əhli olmağa çağırır.
Azerbaijani Translation - Ali Khan MusayevKafirlər üçün şiddətli əzab, iman gətirib saleh əməllər edənlər üçün isə bağışlanma və böyük bir mükafat hazırlanmışdır.
Azerbaijani Translation - Ali Khan MusayevPis əməli özünə gözəl göstərilib onu yaxşı görənlə, (doğru yolla gedən kimsə eyni ola bilərmi?) Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların nə törətdiklərini biləndir.
Azerbaijani Translation - Ali Khan MusayevKüləkləri göndərib buludu hərəkətə gətirən Allahdır. Biz onu ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla canlandırırıq. Diriliş də belə olacaqdır.
Azerbaijani Translation - Ali Khan MusayevKim izzət istəsə, (bilsin ki,) izzət bütünlüklə yalnız Allaha məxsusdur. Yaxşı söz Ona tərəf yüksələr və yaxşı sözü də saleh əməl qaldırar. Pis əməllər işlədib hiyləgərlik edənləri şiddətli əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxacaqdır.
Azerbaijani Translation - Ali Khan MusayevAllah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cüt-cüt xəlq etmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoyar. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da, ancaq (açıq-aydın) Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.
Azerbaijani Translation - Ali Khan Musayevİki dəniz eyni ola bilməz. Birinin suyu dadlı, şirin və içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır. Onların hər birindən təzə balıq yeyir, taxdığınız zinət əşyalarını çıxarırsınız. Sən gəmilərin onu yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfünü axtarıb tapmağınız və şükür etməyiniz üçündür.
Azerbaijani Translation - Ali Khan MusayevO, gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı (Öz əmrinə) ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək (qiyamət gününə qədər) hərəkət edər. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa dua etdikləriniz xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər siz onlara dua etsəniz, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin (onları Allaha) şərik qoşduğunuzu inkar edəcəklər. Heç kəs sənə (hər şeydən) Xəbərdar olan (Allah) kimi xəbər verə bilməz.
Azerbaijani Translation - Ali Khan MusayevHeç bir günahkar başqasının günahını daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən (Onu) görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim (günahlardan) təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış Allahadır.
Azerbaijani Translation - Ali Khan MusayevDirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə (haqqı) eşitdirər. Sən isə qəbirlərdə olanlara (haqqı) eşitdirə bilməzsən.
Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, Biz səni haqla müjdə verən və xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən (bir peyğəmbər) gəlmiş olmasın.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də (elçiləri) yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, (İbrahimin səhifələri kimi) müqəddəs yazılar və (Tövrat və İncil kimi) nur saçan kitab gətirmişdilər.
Azerbaijani Translation - Ali Khan MusayevMəgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi?! Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik.
Azerbaijani Translation - Ali Khan Musayevİnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır.
Azerbaijani Translation - Ali Khan MusayevAllahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər zərər olmayacaq bir ticarətə ümid edirlər ki,
Azerbaijani Translation - Ali Khan Musayev(Allah) onlara mükafatlarını tam olaraq versin və onlara Öz lütfündən artırsın. Həqiqətən, O, bağışlayandır, şükürün əvəzini verəndir.
Azerbaijani Translation - Ali Khan MusayevKitabdan (Qurandan) sənə vəhy etdiyimiz, özündən əvvəlki kitabları təsdiqləyici olaraq gələn haqdır. Həqiqətən, Allah Öz qullarından xəbərdardır, görəndir.
Azerbaijani Translation - Ali Khan MusayevSonra, Kitabı qullarımızdan seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar Ədn cənnətlərinə daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar deyəcəklər: “Həmd, qəm-qüssəni bizdən aparan Allaha məxsusdur! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükürün əvəzini verəndir.
Azerbaijani Translation - Ali Khan MusayevÖz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!”
Azerbaijani Translation - Ali Khan MusayevKafirlər üçün isə Cəhənnəm odu vardır. Orada nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı onlar üçün yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar orada: “Ey Rəbbimiz! Bizi (buradan) çıxart ki, (əvvəllər) etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”– deyə fəryad edəcəklər. (Onlara deyiləcək:) “Məgər orada sizə düşünüb öyüd ala biləcək kimsənin düşünüb öyüd ala biləcəyi qədər uzun ömür vermədikmi?! Sizə xəbərdar edən (Peyğəmbər) də gəlmişdi. Elə isə dadın (əzabı)! Zalımlara kömək edən olmaz”.
Azerbaijani Translation - Ali Khan MusayevSizi yer üzündə xələflər edən Odur. Kim küfr edərsə küfrü öz əleyhinə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara qəzəbi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey artırmaz.
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Allahdan başqa dua etdikləriniz şəriklərin yer üzündə nəyi yaratdıqlarını mənə bir göstərin görüm. Yoxsa onların göylərin yaradılmasında şərikliyi vardır? Yaxud onlara bir kitab vermişik, onlar da oradakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər.
Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, Allah göyləri və yeri zaval olmasınlar deyə, tutub saxlayır. Əgər zaval olsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, həlimdir, bağışlayandır.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar Allaha çox möhkəm and içdilər ki, özlərinə xəbərdar edən (bir peyğəmbər) gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara xəbərdar edən (peyğəmbər) gəldikdə isə bu, onların ancaq nifrətini artırdı.
Azerbaijani Translation - Ali Khan Musayev(Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və pis hiylələr qurduqlarına görə idi. Pis hiylələr isə ancaq öz sahibini qaplayar. Yoxsa onlar əvvəlkilərin başına gələn bəlalarımı gözləyirlər?! Sən Allahın sünnəsinə heç bir əvəz tapa bilməzsən. Sən Allahın sünnəsində heç bir dəyişiklik də tapa bilməzsən.
Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Onlar, bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O, (hər şeyi) biləndir, (hər şeyə) qadirdir.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allah insanları qazandıqları günahlara görə (dərhal) cəzalandırsaydı, yer üzündə bir canlını belə (sağ) buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək (Qiyamət gününə qədər) möhlət verir. Onların vaxtı gəlib çatdıqda isə (hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcək). Şübhəsiz ki, Allah Öz qullarını görəndir.