caseriqQuranda məna axtarışı

Maryam surəsi مريم

98 ayə · Məkkə · nazil olma sırası 44

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ كٓهيعٓصٓ

Azerbaijani Translation - Ali Khan MusayevKəf. Hə. Yə. Ayn. Sad.

Bu ayənin bütün tercümələrinə bax →

ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهُۥ زَكَرِيَّآ

Azerbaijani Translation - Ali Khan Musayev(Bu) Rəbbinin, qulu Zəkəriyyaya (göstərdiyi) mərhəmətinin yada salınmasıdır.

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ نَادَىٰ رَبَّهُۥ نِدَآءً خَفِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman (Zəkəriyya) Rəbbinə gizlicə dua edib

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ رَبِّ إِنِّى وَهَنَ ٱلْعَظْمُ مِنِّى وَٱشْتَعَلَ ٱلرَّأْسُ شَيْبًا وَلَمْ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيًّا

Azerbaijani Translation - Ali Khan Musayevdemişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində (heç vaxt) bədbəxt olmamışam.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِنِّى خِفْتُ ٱلْمَوَٰلِىَ مِن وَرَآءِى وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًا فَهَبْ لِى مِن لَّدُنكَ وَلِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevMən özümdən sonra gələn qohumlarımdan (bəzisinin dinə etinasız yanaşacaqlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki,

Bu ayənin bütün tercümələrinə bax →

يَرِثُنِى وَيَرِثُ مِنْ ءَالِ يَعْقُوبَ وَٱجْعَلْهُ رَبِّ رَضِيًّا

Azerbaijani Translation - Ali Khan Musayevo həm mənə, həm də Yəqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o (Sənin) razılığını qazanmış olsun!”

Bu ayənin bütün tercümələrinə bax →

يَٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ ٱسْمُهُۥ يَحْيَىٰ لَمْ نَجْعَل لَّهُۥ مِن قَبْلُ سَمِيًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Ona belə vəhy olundu:) “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı (ondan) öncə kimsəyə qoymamışıq!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِى غُلَٰمٌ وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ ٱلْكِبَرِ عِتِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevO dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda mənim necə övladım ola bilər?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَىَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْـًٔا

Azerbaijani Translation - Ali Khan Musayev(Mələk) dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”»

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةً قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَ لَيَالٍ سَوِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevO dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. (Allah) buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan!”.

Bu ayənin bütün tercümələrinə bax →

فَخَرَجَ عَلَىٰ قَوْمِهِۦ مِنَ ٱلْمِحْرَابِ فَأَوْحَىٰٓ إِلَيْهِمْ أَن سَبِّحُوا۟ بُكْرَةً وَعَشِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevO, mehrabdan öz qövmünün qarşısına çıxıb onlara: “Səhər-axşam (Allahın şəninə) təriflər deyin!”- deyə işarə etdi.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰيَحْيَىٰ خُذِ ٱلْكِتَٰبَ بِقُوَّةٍ وَءَاتَيْنَٰهُ ٱلْحُكْمَ صَبِيًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Yəhyaya da:) “Ey Yəhya! Kitabdan (Tövratdan) möhkəm yapış!”– (deyə vəhy etdik). Biz ona uşaq ikən hikmət bəxş etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَحَنَانًا مِّن لَّدُنَّا وَزَكَوٰةً وَكَانَ تَقِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevOna Öz tərəfimizdən bir şəfqət və paklıq da (bəxş etdik). O, müttəqi idi.

Bu ayənin bütün tercümələrinə bax →

وَبَرًّۢا بِوَٰلِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevAta-anasına qarşı da qayğıkeş idi; lovğa və asi deyildi.

Bu ayənin bütün tercümələrinə bax →

وَسَلَٰمٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّا

Azerbaijani Translation - Ali Khan MusayevDoğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱذْكُرْ فِى ٱلْكِتَٰبِ مَرْيَمَ إِذِ ٱنتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevKitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən (ayrılıb) şərq tərəfdə olan bir yerə çəkilmiş

Bu ayənin bütün tercümələrinə bax →

فَٱتَّخَذَتْ مِن دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَآ إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا

Azerbaijani Translation - Ali Khan Musayevvə (ibadət vaxtı) onlardan (gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuz (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَتْ إِنِّىٓ أَعُوذُ بِٱلرَّحْمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Məryəm) dedi: “Mən səndən Rəhmana sığınıram! Əgər müttəqisənsə (mənə toxunma)”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَٰمًا زَكِيًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Mələk) dedi: “Mən sənə pak bir oğlan bəxş etmək üçün Rəbbinin (göndərdiyi) elçisiyəm”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَتْ أَنَّىٰ يَكُونُ لِى غُلَٰمٌ وَلَمْ يَمْسَسْنِى بَشَرٌ وَلَمْ أَكُ بَغِيًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Məryəm) dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, mənim necə övladım ola bilər?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَىَّ هَيِّنٌ وَلِنَجْعَلَهُۥٓ ءَايَةً لِّلنَّاسِ وَرَحْمَةً مِّنَّا وَكَانَ أَمْرًا مَّقْضِيًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Mələk) dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir ayə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, (əzəldən) hökmü verilmiş bir işdir”».

Bu ayənin bütün tercümələrinə bax →

فَحَمَلَتْهُ فَٱنتَبَذَتْ بِهِۦ مَكَانًا قَصِيًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Məryəm) uşağa qaldı və bətnindəki ilə birlikdə uzaq bir yerə çəkildi.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَجَآءَهَا ٱلْمَخَاضُ إِلَىٰ جِذْعِ ٱلنَّخْلَةِ قَالَتْ يَٰلَيْتَنِى مِتُّ قَبْلَ هَٰذَا وَكُنتُ نَسْيًا مَّنسِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevDoğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və birdəfəlik unudulaydım!”

Bu ayənin bütün tercümələrinə bax →

فَنَادَىٰهَا مِن تَحْتِهَآ أَلَّا تَحْزَنِى قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Məryəmin) aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin (ayağının) altından bir bulaq axıtdı.

Bu ayənin bütün tercümələrinə bax →

وَهُزِّىٓ إِلَيْكِ بِجِذْعِ ٱلنَّخْلَةِ تُسَٰقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevXurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün.

Bu ayənin bütün tercümələrinə bax →

فَكُلِى وَٱشْرَبِى وَقَرِّى عَيْنًا فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلْبَشَرِ أَحَدًا فَقُولِىٓ إِنِّى نَذَرْتُ لِلرَّحْمَٰنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ ٱلْيَوْمَ إِنسِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevYe, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Rəhman üçün oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَتَتْ بِهِۦ قَوْمَهَا تَحْمِلُهُۥ قَالُوا۟ يَٰمَرْيَمُ لَقَدْ جِئْتِ شَيْـًٔا فَرِيًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Məryəm) körpəni qucağına alıb qövmünün yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən çirkin (və ya görünməmiş) bir iş tutdun.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأُخْتَ هَٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevEy Harunun bacısı! Atan pis kişi, anan da pozğun (bir qadın) deyildi”.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَشَارَتْ إِلَيْهِ قَالُوا۟ كَيْفَ نُكَلِّمُ مَن كَانَ فِى ٱلْمَهْدِ صَبِيًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Məryəm) uşağa işarə etdi. Onlar dedilər: “Beşikdə olan bir körpə ilə necə danışaq?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ إِنِّى عَبْدُ ٱللَّهِ ءَاتَىٰنِىَ ٱلْكِتَٰبَ وَجَعَلَنِى نَبِيًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Körpə dil açıb) dedi: “Mən Allahın quluyam! O mənə Kitab (İncil) verdi və məni peyğəmbər etdi.

Bu ayənin bütün tercümələrinə bax →

وَجَعَلَنِى مُبَارَكًا أَيْنَ مَا كُنتُ وَأَوْصَٰنِى بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمْتُ حَيًّا

Azerbaijani Translation - Ali Khan MusayevHarada oluramsa olum, məni mübarək etdi və həyatda olduğum müddətcə mənə namaz qılıb, zəkat verməyi əmr etdi.

Bu ayənin bütün tercümələrinə bax →

وَبَرًّۢا بِوَٰلِدَتِى وَلَمْ يَجْعَلْنِى جَبَّارًا شَقِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevMəni anama qarşı qayğıkeş etdi. Məni lovğa və bədbəxt etmədi.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلسَّلَٰمُ عَلَىَّ يَوْمَ وُلِدتُّ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّا

Azerbaijani Translation - Ali Khan MusayevDoğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ عِيسَى ٱبْنُ مَرْيَمَ قَوْلَ ٱلْحَقِّ ٱلَّذِى فِيهِ يَمْتَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBarəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur!

Bu ayənin bütün tercümələrinə bax →

مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٍ سُبْحَٰنَهُۥٓ إِذَا قَضَىٰٓ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ

Azerbaijani Translation - Ali Khan MusayevAllaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِنَّ ٱللَّهَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ هَٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ

Azerbaijani Translation - Ali Khan Musayev(İsa dedi:) “Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Doğru yol da budur”.

Bu ayənin bütün tercümələrinə bax →

فَٱخْتَلَفَ ٱلْأَحْزَابُ مِنۢ بَيْنِهِمْ فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا۟ مِن مَّشْهَدِ يَوْمٍ عَظِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevSonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına!

Bu ayənin bütün tercümələrinə bax →

أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا لَٰكِنِ ٱلظَّٰلِمُونَ ٱلْيَوْمَ فِى ضَلَٰلٍ مُّبِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar Bizim hüzurumuza gələcəkləri gün nə yaxşı eşidəcək, nə yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَنذِرْهُمْ يَوْمَ ٱلْحَسْرَةِ إِذْ قُضِىَ ٱلْأَمْرُ وَهُمْ فِى غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّا نَحْنُ نَرِثُ ٱلْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, yerə və onun üzərində olan hər şeyə təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱذْكُرْ فِى ٱلْكِتَٰبِ إِبْرَٰهِيمَ إِنَّهُۥ كَانَ صِدِّيقًا نَّبِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevKitabda (Quranda) İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi.

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ قَالَ لِأَبِيهِ يَٰٓأَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِى عَنكَ شَيْـًٔا

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman o, atasına delə dedi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda verməyən bir şeyə ibadət edirsən?

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَبَتِ إِنِّى قَدْ جَآءَنِى مِنَ ٱلْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَٱتَّبِعْنِىٓ أَهْدِكَ صِرَٰطًا سَوِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevAtacan! Sənə gəlməyən bir elm mənə gəlmişdir. Mənə tabe ol ki, səni doğru yola yönəldim.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَبَتِ لَا تَعْبُدِ ٱلشَّيْطَٰنَ إِنَّ ٱلشَّيْطَٰنَ كَانَ لِلرَّحْمَٰنِ عَصِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevAtacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Rəhmana asi oldu.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَبَتِ إِنِّىٓ أَخَافُ أَن يَمَسَّكَ عَذَابٌ مِّنَ ٱلرَّحْمَٰنِ فَتَكُونَ لِلشَّيْطَٰنِ وَلِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevAtacan! Rəhmandan sənə bir əzab toxunub və beləcə, şeytana yoldaş olmandan qorxuram”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ أَرَاغِبٌ أَنتَ عَنْ ءَالِهَتِى يَٰٓإِبْرَٰهِيمُ لَئِن لَّمْ تَنتَهِ لَأَرْجُمَنَّكَ وَٱهْجُرْنِى مَلِيًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Atası) dedi: “Ey İbrahim! Sən mənim ilahlarımdan üzmü çevirirsən? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ سَلَٰمٌ عَلَيْكَ سَأَسْتَغْفِرُ لَكَ رَبِّىٓ إِنَّهُۥ كَانَ بِى حَفِيًّا

Azerbaijani Translation - Ali Khan Musayev(İbrahim) dedi: “Sənə salam olsun! Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ وَأَدْعُوا۟ رَبِّى عَسَىٰٓ أَلَّآ أَكُونَ بِدُعَآءِ رَبِّى شَقِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevMən sizi və Allahdan başqa ibadət etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا ٱعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ وَهَبْنَا لَهُۥٓ إِسْحَٰقَ وَيَعْقُوبَ وَكُلًّا جَعَلْنَا نَبِيًّا

Azerbaijani Translation - Ali Khan Musayevİbrahim onları və onların Allahdan başqa ibadət etdiklərini tərk etdiyi zaman Biz ona İshaqı və Yəqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَوَهَبْنَا لَهُم مِّن رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevBiz onlara öz mərhəmətimizdən əta etdik və (gələcək nəsillər həmişə yada salsın deyə) onlara yaxşı ad qismət elədik.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱذْكُرْ فِى ٱلْكِتَٰبِ مُوسَىٰٓ إِنَّهُۥ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَّبِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevKitabda (Quranda) Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi.

Bu ayənin bütün tercümələrinə bax →

وَنَٰدَيْنَٰهُ مِن جَانِبِ ٱلطُّورِ ٱلْأَيْمَنِ وَقَرَّبْنَٰهُ نَجِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevBiz (Musanı) sağ tərəfindəki Tur dağının yaxınlığından çağırdıq və onunla danışıb onu özümüzə yaxın etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَوَهَبْنَا لَهُۥ مِن رَّحْمَتِنَآ أَخَاهُ هَٰرُونَ نَبِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevBiz Öz mərhəmətimizdən ona qardaşı Harunu da bir peyğəmbər olaraq bəxş etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱذْكُرْ فِى ٱلْكِتَٰبِ إِسْمَٰعِيلَ إِنَّهُۥ كَانَ صَادِقَ ٱلْوَعْدِ وَكَانَ رَسُولًا نَّبِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevKitabda (Quranda) İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O, bir elçi və peyğəmbər idi.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَانَ يَأْمُرُ أَهْلَهُۥ بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ وَكَانَ عِندَ رَبِّهِۦ مَرْضِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevO öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edərdi. O, Rəbbinin rizasını qazanmış bir kimsə idi.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱذْكُرْ فِى ٱلْكِتَٰبِ إِدْرِيسَ إِنَّهُۥ كَانَ صِدِّيقًا نَّبِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevKitabda (Quranda) İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi.

Bu ayənin bütün tercümələrinə bax →

وَرَفَعْنَٰهُ مَكَانًا عَلِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevBiz onu yüksək bir məqama qaldırdıq.

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ مِن ذُرِّيَّةِ ءَادَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِن ذُرِّيَّةِ إِبْرَٰهِيمَ وَإِسْرَٰٓءِيلَ وَمِمَّنْ هَدَيْنَا وَٱجْتَبَيْنَآ إِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُ ٱلرَّحْمَٰنِ خَرُّوا۟ سُجَّدًا وَبُكِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin zürriyyətindən, İbrahimin və İsrailin zürriyyətindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə Rəhmanın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır.

Bu ayənin bütün tercümələrinə bax →

فَخَلَفَ مِنۢ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا۟ ٱلصَّلَوٰةَ وَٱتَّبَعُوا۟ ٱلشَّهَوَٰتِ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا

Azerbaijani Translation - Ali Khan MusayevOnların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحًا فَأُو۟لَٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْـًٔا

Azerbaijani Translation - Ali Khan MusayevAncaq tövbə edib iman gətirənlər və saleh əməllər edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

جَنَّٰتِ عَدْنٍ ٱلَّتِى وَعَدَ ٱلرَّحْمَٰنُ عِبَادَهُۥ بِٱلْغَيْبِ إِنَّهُۥ كَانَ وَعْدُهُۥ مَأْتِيًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Bu Cənnət) Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn cənnətləridir. Onun vədi mütləq yerinə yetəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا إِلَّا سَلَٰمًا وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةً وَعَشِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar orada boş sözlər deyil, yalnız: “Salam!” eşidəcəklər. Orada onlar üçün səhər-axşam ruzilər vardır.

Bu ayənin bütün tercümələrinə bax →

تِلْكَ ٱلْجَنَّةُ ٱلَّتِى نُورِثُ مِنْ عِبَادِنَا مَن كَانَ تَقِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevQullarımızdan təqva sahiblərini miras edəcəyimiz Cənnət budur.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ لَهُۥ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَٰلِكَ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Cəbrail belə dedi:) “Biz (dünyaya) ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir”.

Bu ayənin bütün tercümələrinə bax →

رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا فَٱعْبُدْهُ وَٱصْطَبِرْ لِعِبَٰدَتِهِۦ هَلْ تَعْلَمُ لَهُۥ سَمِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevO, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!

Bu ayənin bütün tercümələrinə bax →

وَيَقُولُ ٱلْإِنسَٰنُ أَءِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Kafir) insan: “Doğrudanmı mən öldükdən sonra (qəbirdən) diri çıxardılacağam?”– deyir.

Bu ayənin bütün tercümələrinə bax →

أَوَلَا يَذْكُرُ ٱلْإِنسَٰنُ أَنَّا خَلَقْنَٰهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْـًٔا

Azerbaijani Translation - Ali Khan MusayevMəgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?

Bu ayənin bütün tercümələrinə bax →

فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَٱلشَّيَٰطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevRəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى ٱلرَّحْمَٰنِ عِتِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevSonra hər firqədən Rəhmana ən çox asi olanı çıxardacağıq.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِٱلَّذِينَ هُمْ أَوْلَىٰ بِهَا صِلِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevSonra orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا كَانَ عَلَىٰ رَبِّكَ حَتْمًا مَّقْضِيًّا

Azerbaijani Translation - Ali Khan Musayevİçinizdən hər kəs oraya varid olacaqdır. (Bu,) Rəbbinin (əzəldən) müəyyən etdiyi qəti bir qərardır.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ نُنَجِّى ٱلَّذِينَ ٱتَّقَوا۟ وَّنَذَرُ ٱلظَّٰلِمِينَ فِيهَا جِثِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevSonra Biz müttəqiləri (oddan) xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا بَيِّنَٰتٍ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَىُّ ٱلْفَرِيقَيْنِ خَيْرٌ مَّقَامًا وَأَحْسَنُ نَدِيًّا

Azerbaijani Translation - Ali Khan MusayevOnlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?”

Bu ayənin bütün tercümələrinə bax →

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَحْسَنُ أَثَٰثًا وَرِءْيًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ مَن كَانَ فِى ٱلضَّلَٰلَةِ فَلْيَمْدُدْ لَهُ ٱلرَّحْمَٰنُ مَدًّا حَتَّىٰٓ إِذَا رَأَوْا۟ مَا يُوعَدُونَ إِمَّا ٱلْعَذَابَ وَإِمَّا ٱلسَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّ مَّكَانًا وَأَضْعَفُ جُندًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Qoy Rəhman azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da Qiyamət saatını gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَزِيدُ ٱللَّهُ ٱلَّذِينَ ٱهْتَدَوْا۟ هُدًى وَٱلْبَٰقِيَٰتُ ٱلصَّٰلِحَٰتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ مَّرَدًّا

Azerbaijani Translation - Ali Khan MusayevAllah doğru yolda olanların hidayətini artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَرَءَيْتَ ٱلَّذِى كَفَرَ بِـَٔايَٰتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًا وَوَلَدًا

Azerbaijani Translation - Ali Khan MusayevAyələrimizi inkar edib: “Mənə mütləq var-dövlət və övlad veriləcək!”– deyən kimsəni gördünmü?

Bu ayənin bütün tercümələrinə bax →

أَطَّلَعَ ٱلْغَيْبَ أَمِ ٱتَّخَذَ عِندَ ٱلرَّحْمَٰنِ عَهْدًا

Azerbaijani Translation - Ali Khan MusayevOlmaya, o, qeybdən xəbərdardır, yoxsa Rəhmandan əhd almışdır?

Bu ayənin bütün tercümələrinə bax →

كَلَّا سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُۥ مِنَ ٱلْعَذَابِ مَدًّا

Azerbaijani Translation - Ali Khan MusayevXeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَنَرِثُهُۥ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا

Azerbaijani Translation - Ali Khan MusayevOnun dediyi şeylər (mal-dövləti, övladı) Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ ءَالِهَةً لِّيَكُونُوا۟ لَهُمْ عِزًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Müşriklər) Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar.

Bu ayənin bütün tercümələrinə bax →

كَلَّا سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا

Azerbaijani Translation - Ali Khan MusayevXeyr! (Qiyamət günü o məbudlar) onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

أَلَمْ تَرَ أَنَّآ أَرْسَلْنَا ٱلشَّيَٰطِينَ عَلَى ٱلْكَٰفِرِينَ تَؤُزُّهُمْ أَزًّا

Azerbaijani Translation - Ali Khan MusayevMəgər kafirlərin üstünə onları günaha sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?

Bu ayənin bütün tercümələrinə bax →

فَلَا تَعْجَلْ عَلَيْهِمْ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا

Azerbaijani Translation - Ali Khan MusayevOdur ki, onlardan ötrü (əzab diləməyə) tələsmə. Biz onların (günlərini) bir-bir sayırıq.

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ نَحْشُرُ ٱلْمُتَّقِينَ إِلَى ٱلرَّحْمَٰنِ وَفْدًا

Azerbaijani Translation - Ali Khan MusayevO gün Biz müttəqiləri Rəhmanın hüzuruna hörmətli nümayəndələr olaraq toplayarıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَنَسُوقُ ٱلْمُجْرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرْدًا

Azerbaijani Translation - Ali Khan MusayevGünahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq.

Bu ayənin bütün tercümələrinə bax →

لَّا يَمْلِكُونَ ٱلشَّفَٰعَةَ إِلَّا مَنِ ٱتَّخَذَ عِندَ ٱلرَّحْمَٰنِ عَهْدًا

Azerbaijani Translation - Ali Khan MusayevRəhmandan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالُوا۟ ٱتَّخَذَ ٱلرَّحْمَٰنُ وَلَدًا

Azerbaijani Translation - Ali Khan Musayev(Kafirlər:) “Rəhman özünə övlad götürmüşdür!”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

لَّقَدْ جِئْتُمْ شَيْـًٔا إِدًّا

Azerbaijani Translation - Ali Khan MusayevSiz olduqca pis bir iş tutdunuz.

Bu ayənin bütün tercümələrinə bax →

تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنشَقُّ ٱلْأَرْضُ وَتَخِرُّ ٱلْجِبَالُ هَدًّا

Azerbaijani Translation - Ali Khan MusayevBundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun –

Bu ayənin bütün tercümələrinə bax →

أَن دَعَوْا۟ لِلرَّحْمَٰنِ وَلَدًا

Azerbaijani Translation - Ali Khan MusayevRəhmana övlad isnad etdiklərinə görə.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا يَنۢبَغِى لِلرَّحْمَٰنِ أَن يَتَّخِذَ وَلَدًا

Azerbaijani Translation - Ali Khan MusayevHalbuki Rəhmana övlad götürmək yaraşmaz.

Bu ayənin bütün tercümələrinə bax →

إِن كُلُّ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ إِلَّآ ءَاتِى ٱلرَّحْمَٰنِ عَبْدًا

Azerbaijani Translation - Ali Khan MusayevGöylərdə və yerdə olanların hamısı Rəhmanın hüzuruna qul olaraq gələcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

لَّقَدْ أَحْصَىٰهُمْ وَعَدَّهُمْ عَدًّا

Azerbaijani Translation - Ali Khan MusayevAllah onları hesablamış və bir-bir saymışdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَكُلُّهُمْ ءَاتِيهِ يَوْمَ ٱلْقِيَٰمَةِ فَرْدًا

Azerbaijani Translation - Ali Khan MusayevOnların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ سَيَجْعَلُ لَهُمُ ٱلرَّحْمَٰنُ وُدًّا

Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib saleh əməllər edənlərə gəlincə, Rəhman onlar üçün (qəlblərdə) bir sevgi yaradacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

فَإِنَّمَا يَسَّرْنَٰهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ ٱلْمُتَّقِينَ وَتُنذِرَ بِهِۦ قَوْمًا لُّدًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Rəsulum!) Biz, müttəqilərə Quranla müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən deyə, onu sənin dilinlə asanlaşdırdıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُم مِّنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزًۢا

Azerbaijani Translation - Ali Khan MusayevBiz onlardan öncə neçə-neçə nəsli məhv etdik. Heç onlardan kiminsə (mövcudluğunu) hiss edir və yaxud onlardan bir hənirti eşidirsənmi?

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70