caseriqQuranda məna axtarışı

Al-Kahf surəsi الكهف

110 ayə · Məkkə · nazil olma sırası 69

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِىٓ أَنزَلَ عَلَىٰ عَبْدِهِ ٱلْكِتَٰبَ وَلَمْ يَجْعَل لَّهُۥ عِوَجَا

Azerbaijani Translation - Ali Khan MusayevKitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!

Bu ayənin bütün tercümələrinə bax →

قَيِّمًا لِّيُنذِرَ بَأْسًا شَدِيدًا مِّن لَّدُنْهُ وَيُبَشِّرَ ٱلْمُؤْمِنِينَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًا

Azerbaijani Translation - Ali Khan Musayev(Allah,) Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, saleh əməllər edən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dosdoğru olaraq nazil etdi.

Bu ayənin bütün tercümələrinə bax →

مَّٰكِثِينَ فِيهِ أَبَدًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar (Möminlər) orada əbədi qalacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَيُنذِرَ ٱلَّذِينَ قَالُوا۟ ٱتَّخَذَ ٱللَّهُ وَلَدًا

Azerbaijani Translation - Ali Khan Musayev(Kitabı həm də:) “Allah Özünə övlad götürmüşdür!”– deyənləri qorxutmaq üçün (nazil etdi).

Bu ayənin bütün tercümələrinə bax →

مَّا لَهُم بِهِۦ مِنْ عِلْمٍ وَلَا لِـَٔابَآئِهِمْ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَٰهِهِمْ إِن يَقُولُونَ إِلَّا كَذِبًا

Azerbaijani Translation - Ali Khan MusayevBu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَعَلَّكَ بَٰخِعٌ نَّفْسَكَ عَلَىٰٓ ءَاثَٰرِهِمْ إِن لَّمْ يُؤْمِنُوا۟ بِهَٰذَا ٱلْحَدِيثِ أَسَفًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّا جَعَلْنَا مَا عَلَى ٱلْأَرْضِ زِينَةً لَّهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz, insanların hansının daha gözəl əməl sahibi olduğunu sınayaq deyə, yer üzündə olan şeyləri yer üzü üçün bir zinət etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِنَّا لَجَٰعِلُونَ مَا عَلَيْهَا صَعِيدًا جُرُزًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz yer üzündə olan hər şeyi (lazım gəldikdə), məhv edib qupquru bir torpağa döndərərik.

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ حَسِبْتَ أَنَّ أَصْحَٰبَ ٱلْكَهْفِ وَٱلرَّقِيمِ كَانُوا۟ مِنْ ءَايَٰتِنَا عَجَبًا

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa sən mağara və Rəqim əhlinin ayələrimizdən ən təəccüblüsü olduğunumu güman edirsən?

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ أَوَى ٱلْفِتْيَةُ إِلَى ٱلْكَهْفِ فَقَالُوا۟ رَبَّنَآ ءَاتِنَا مِن لَّدُنكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər.

Bu ayənin bütün tercümələrinə bax →

فَضَرَبْنَا عَلَىٰٓ ءَاذَانِهِمْ فِى ٱلْكَهْفِ سِنِينَ عَدَدًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik).

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ بَعَثْنَٰهُمْ لِنَعْلَمَ أَىُّ ٱلْحِزْبَيْنِ أَحْصَىٰ لِمَا لَبِثُوٓا۟ أَمَدًا

Azerbaijani Translation - Ali Khan MusayevSonra iki dəstədən (möminlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.

Bu ayənin bütün tercümələrinə bax →

نَّحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُم بِٱلْحَقِّ إِنَّهُمْ فِتْيَةٌ ءَامَنُوا۟ بِرَبِّهِمْ وَزِدْنَٰهُمْ هُدًى

Azerbaijani Translation - Ali Khan MusayevBiz onların əhvalatını sənə həqiqət olaraq söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَرَبَطْنَا عَلَىٰ قُلُوبِهِمْ إِذْ قَامُوا۟ فَقَالُوا۟ رَبُّنَا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ لَن نَّدْعُوَا۟ مِن دُونِهِۦٓ إِلَٰهًا لَّقَدْ قُلْنَآ إِذًا شَطَطًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar (kafir hökmdarın qarşısında) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda biz yalan danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik.

Bu ayənin bütün tercümələrinə bax →

هَٰٓؤُلَآءِ قَوْمُنَا ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ ءَالِهَةً لَّوْلَا يَأْتُونَ عَلَيْهِم بِسُلْطَٰنٍۭ بَيِّنٍ فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا

Azerbaijani Translation - Ali Khan Musayev(Cavanlardan biri o birilərinə dedi:) “Bizim bu qövmümüz Allahdan başqa məbudlar qəbul etdi. Elə isə onlar bu bütlərə dair bir dəlil gətirsinlər. Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?!

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذِ ٱعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا ٱللَّهَ فَأْوُۥٓا۟ إِلَى ٱلْكَهْفِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحْمَتِهِۦ وَيُهَيِّئْ لَكُم مِّنْ أَمْرِكُم مِّرْفَقًا

Azerbaijani Translation - Ali Khan MusayevMadam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, elə isə mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın.

Bu ayənin bütün tercümələrinə bax →

وَتَرَى ٱلشَّمْسَ إِذَا طَلَعَت تَّزَٰوَرُ عَن كَهْفِهِمْ ذَاتَ ٱلْيَمِينِ وَإِذَا غَرَبَت تَّقْرِضُهُمْ ذَاتَ ٱلشِّمَالِ وَهُمْ فِى فَجْوَةٍ مِّنْهُ ذَٰلِكَ مِنْ ءَايَٰتِ ٱللَّهِ مَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُۥ وَلِيًّا مُّرْشِدًا

Azerbaijani Translation - Ali Khan Musayev(Ya Rəsulum! Əgər orada olsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onlardan uzaqlaşıb sol tərəfə adladığını, onların da mağaranın içində geniş bir yerdə yerləşdiklərini görərdin. Bu, Allahın dəlillərindəndir. Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən.

Bu ayənin bütün tercümələrinə bax →

وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌ وَنُقَلِّبُهُمْ ذَاتَ ٱلْيَمِينِ وَذَاتَ ٱلشِّمَالِ وَكَلْبُهُم بَٰسِطٌ ذِرَاعَيْهِ بِٱلْوَصِيدِ لَوِ ٱطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَذَٰلِكَ بَعَثْنَٰهُمْ لِيَتَسَآءَلُوا۟ بَيْنَهُمْ قَالَ قَآئِلٌ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ قَالُوا۟ لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ قَالُوا۟ رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَٱبْعَثُوٓا۟ أَحَدَكُم بِوَرِقِكُمْ هَٰذِهِۦٓ إِلَى ٱلْمَدِينَةِ فَلْيَنظُرْ أَيُّهَآ أَزْكَىٰ طَعَامًا فَلْيَأْتِكُم بِرِزْقٍ مِّنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا

Azerbaijani Translation - Ali Khan MusayevBeləcə onları oyatdıq ki, (nə baş verdiyini) bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “(Burada) nə qədər qaldınız?”– dedi. (Bəziləri:) “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq”– dedilər. Digərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّهُمْ إِن يَظْهَرُوا۟ عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِى مِلَّتِهِمْ وَلَن تُفْلِحُوٓا۟ إِذًا أَبَدًا

Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz dinlərinə döndərərlər. O zaman siz heç vaxt nicat tapa bilməzsiniz!”.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَذَٰلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوٓا۟ أَنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ وَأَنَّ ٱلسَّاعَةَ لَا رَيْبَ فِيهَآ إِذْ يَتَنَٰزَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْ فَقَالُوا۟ ٱبْنُوا۟ عَلَيْهِم بُنْيَٰنًا رَّبُّهُمْ أَعْلَمُ بِهِمْ قَالَ ٱلَّذِينَ غَلَبُوا۟ عَلَىٰٓ أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِم مَّسْجِدًا

Azerbaijani Translation - Ali Khan MusayevBeləcə, (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və (Qiyamət) saatının gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman (möminlər və kafirlər) öz aralarında onların işi barəsində mübahisə edirdilər. (Bəziləri:) “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!”– dedilər. (Mübahisədə) üstün gələnlər isə: “Onların (məzarı) üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

سَيَقُولُونَ ثَلَٰثَةٌ رَّابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًۢا بِٱلْغَيْبِ وَيَقُولُونَ سَبْعَةٌ وَثَامِنُهُمْ كَلْبُهُمْ قُل رَّبِّىٓ أَعْلَمُ بِعِدَّتِهِم مَّا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَآءً ظَٰهِرًا وَلَا تَسْتَفْتِ فِيهِم مِّنْهُمْ أَحَدًا

Azerbaijani Translation - Ali Khan Musayev(Bəziləri: “Onlar) üçdür, dördüncüsü köpəkləridir!”– deyəcəklər. (Digərləri isə “Onlar) beşdir, altıncısı köpəkləridir!”– deyəcəklər. (Bununla da) qeyb haqqında təxmini fikir yürüdəcəklər. (Bəziləri də:) “Onlar yeddidir, səkkizincisi köpəkləridir!”– deyəcəklər. De: “Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan) bunu bilən çox azdır!” Mağara əhli barədə (ayələrə əsaslanaraq) açıq mübahisə et və (kitab əhlinin) heç birindən onlar barədə bir şey soruşma!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَقُولَنَّ لِشَا۟ىْءٍ إِنِّى فَاعِلٌ ذَٰلِكَ غَدًا

Azerbaijani Translation - Ali Khan MusayevHeç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə!

Bu ayənin bütün tercümələrinə bax →

إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ وَٱذْكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَىٰٓ أَن يَهْدِيَنِ رَبِّى لِأَقْرَبَ مِنْ هَٰذَا رَشَدًا

Azerbaijani Translation - Ali Khan MusayevAncaq: “Əgər Allah istəsə!” (“İnşallah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”– de.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَبِثُوا۟ فِى كَهْفِهِمْ ثَلَٰثَ مِا۟ئَةٍ سِنِينَ وَٱزْدَادُوا۟ تِسْعًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar.

Bu ayənin bütün tercümələrinə bax →

قُلِ ٱللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا۟ لَهُۥ غَيْبُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ أَبْصِرْ بِهِۦ وَأَسْمِعْ مَا لَهُم مِّن دُونِهِۦ مِن وَلِىٍّ وَلَا يُشْرِكُ فِى حُكْمِهِۦٓ أَحَدًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Allahdan başqa heç bir himayədarı yoxdur. O Öz hökmünə heç kəsi şərik etməz!”

Bu ayənin bütün tercümələrinə bax →

وَٱتْلُ مَآ أُوحِىَ إِلَيْكَ مِن كِتَابِ رَبِّكَ لَا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦ وَلَن تَجِدَ مِن دُونِهِۦ مُلْتَحَدًا

Azerbaijani Translation - Ali Khan MusayevRəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱصْبِرْ نَفْسَكَ مَعَ ٱلَّذِينَ يَدْعُونَ رَبَّهُم بِٱلْغَدَوٰةِ وَٱلْعَشِىِّ يُرِيدُونَ وَجْهَهُۥ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُۥ عَن ذِكْرِنَا وَٱتَّبَعَ هَوَىٰهُ وَكَانَ أَمْرُهُۥ فُرُطًا

Azerbaijani Translation - Ali Khan MusayevSəhər və axşam çağı Rəbbinin Üzünü (rizasını və ya savabını) diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!

Bu ayənin bütün tercümələrinə bax →

وَقُلِ ٱلْحَقُّ مِن رَّبِّكُمْ فَمَن شَآءَ فَلْيُؤْمِن وَمَن شَآءَ فَلْيَكْفُرْ إِنَّآ أَعْتَدْنَا لِلظَّٰلِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا وَإِن يَسْتَغِيثُوا۟ يُغَاثُوا۟ بِمَآءٍ كَٱلْمُهْلِ يَشْوِى ٱلْوُجُوهَ بِئْسَ ٱلشَّرَابُ وَسَآءَتْ مُرْتَفَقًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir iman etsin, kim də istəyir iman etməsin.” Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş mədən kimi üzlərini yandırıb yaxan bir su ilə kömək ediləcəkdir. Nə pis içki, necə də pis məskəndir!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًا

Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib saleh əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik.

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ لَهُمْ جَنَّٰتُ عَدْنٍ تَجْرِى مِن تَحْتِهِمُ ٱلْأَنْهَٰرُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَيَلْبَسُونَ ثِيَابًا خُضْرًا مِّن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلْأَرَآئِكِ نِعْمَ ٱلثَّوَابُ وَحَسُنَتْ مُرْتَفَقًا

Azerbaijani Translation - Ali Khan MusayevMəhz onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan Ədn cənnətləri hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱضْرِبْ لَهُم مَّثَلًا رَّجُلَيْنِ جَعَلْنَا لِأَحَدِهِمَا جَنَّتَيْنِ مِنْ أَعْنَٰبٍ وَحَفَفْنَٰهُمَا بِنَخْلٍ وَجَعَلْنَا بَيْنَهُمَا زَرْعًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlara iki kişinin (əhvalatını) misal çək. Onların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq.

Bu ayənin bütün tercümələrinə bax →

كِلْتَا ٱلْجَنَّتَيْنِ ءَاتَتْ أُكُلَهَا وَلَمْ تَظْلِم مِّنْهُ شَيْـًٔا وَفَجَّرْنَا خِلَٰلَهُمَا نَهَرًا

Azerbaijani Translation - Ali Khan MusayevHər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskiltmədi. Biz də onların arasından bir çay axıtdıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَانَ لَهُۥ ثَمَرٌ فَقَالَ لِصَٰحِبِهِۦ وَهُوَ يُحَاوِرُهُۥٓ أَنَا۠ أَكْثَرُ مِنكَ مَالًا وَأَعَزُّ نَفَرًا

Azerbaijani Translation - Ali Khan MusayevOnun (başqa) sərvəti də var idi. O öz (mömin) yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!”– dedi.

Bu ayənin bütün tercümələrinə bax →

وَدَخَلَ جَنَّتَهُۥ وَهُوَ ظَالِمٌ لِّنَفْسِهِۦ قَالَ مَآ أَظُنُّ أَن تَبِيدَ هَٰذِهِۦٓ أَبَدًا

Azerbaijani Translation - Ali Khan MusayevO özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini zənn etmirəm.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةً وَلَئِن رُّدِدتُّ إِلَىٰ رَبِّى لَأَجِدَنَّ خَيْرًا مِّنْهَا مُنقَلَبًا

Azerbaijani Translation - Ali Khan MusayevQiyamət saatının gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaqdır!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ لَهُۥ صَاحِبُهُۥ وَهُوَ يُحَاوِرُهُۥٓ أَكَفَرْتَ بِٱلَّذِى خَلَقَكَ مِن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ سَوَّىٰكَ رَجُلًا

Azerbaijani Translation - Ali Khan MusayevOnunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni insan qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən?

Bu ayənin bütün tercümələrinə bax →

لَّٰكِنَّا۠ هُوَ ٱللَّهُ رَبِّى وَلَآ أُشْرِكُ بِرَبِّىٓ أَحَدًا

Azerbaijani Translation - Ali Khan MusayevLakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْلَآ إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَآءَ ٱللَّهُ لَا قُوَّةَ إِلَّا بِٱللَّهِ إِن تَرَنِ أَنَا۠ أَقَلَّ مِنكَ مَالًا وَوَلَدًا

Azerbaijani Translation - Ali Khan MusayevKaşki bağına girdiyin zaman: “Maşallah! Qüvvət yalnız Allaha məxsusdur!”– deyəydin! Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa,

Bu ayənin bütün tercümələrinə bax →

فَعَسَىٰ رَبِّىٓ أَن يُؤْتِيَنِ خَيْرًا مِّن جَنَّتِكَ وَيُرْسِلَ عَلَيْهَا حُسْبَانًا مِّنَ ٱلسَّمَآءِ فَتُصْبِحَ صَعِيدًا زَلَقًا

Azerbaijani Translation - Ali Khan Musayevola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün.

Bu ayənin bütün tercümələrinə bax →

أَوْ يُصْبِحَ مَآؤُهَا غَوْرًا فَلَن تَسْتَطِيعَ لَهُۥ طَلَبًا

Azerbaijani Translation - Ali Khan MusayevYaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!”

Bu ayənin bütün tercümələrinə bax →

وَأُحِيطَ بِثَمَرِهِۦ فَأَصْبَحَ يُقَلِّبُ كَفَّيْهِ عَلَىٰ مَآ أَنفَقَ فِيهَا وَهِىَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَيَقُولُ يَٰلَيْتَنِى لَمْ أُشْرِكْ بِرَبِّىٓ أَحَدًا

Azerbaijani Translation - Ali Khan MusayevBeləcə, onun (bağının) məhsulu bir anda məhv edildi. O, (bağını belə görüb) ora qoyduğu xərcə görə (peşmançılıq çəkməyə) əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları uçulub darmadağın olmuşdu. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!”

Bu ayənin bütün tercümələrinə bax →

وَلَمْ تَكُن لَّهُۥ فِئَةٌ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مُنتَصِرًا

Azerbaijani Translation - Ali Khan MusayevAllahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi.

Bu ayənin bütün tercümələrinə bax →

هُنَالِكَ ٱلْوَلَٰيَةُ لِلَّهِ ٱلْحَقِّ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًا

Azerbaijani Translation - Ali Khan MusayevBelə bir durumda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱضْرِبْ لَهُم مَّثَلَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَآءٍ أَنزَلْنَٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخْتَلَطَ بِهِۦ نَبَاتُ ٱلْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ ٱلرِّيَٰحُ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ مُّقْتَدِرًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlara dünya həyatını misal çək. Bu (dünya həyatı) göydən göndərdiyimiz yağışa bənzər. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلْمَالُ وَٱلْبَنُونَ زِينَةُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَٱلْبَٰقِيَٰتُ ٱلصَّٰلِحَٰتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلًا

Azerbaijani Translation - Ali Khan MusayevVar-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَوْمَ نُسَيِّرُ ٱلْجِبَالَ وَتَرَى ٱلْأَرْضَ بَارِزَةً وَحَشَرْنَٰهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا

Azerbaijani Translation - Ali Khan MusayevO gün Biz dağları hərəkətə gətirəcəyik. (O vaxt) yerin dümdüz olduğunu görəcəksən. Biz hamını bir yerə toplayacaq, onlardan heç birini (kənarda) buraxmayacağıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَعُرِضُوا۟ عَلَىٰ رَبِّكَ صَفًّا لَّقَدْ جِئْتُمُونَا كَمَا خَلَقْنَٰكُمْ أَوَّلَ مَرَّةٍۭ بَلْ زَعَمْتُمْ أَلَّن نَّجْعَلَ لَكُم مَّوْعِدًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar Rəbbinin hüzurunda səf-səf duracaqlar. (Biz deyəcəyik:) “Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi (lüt-üryan) gəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik”.

Bu ayənin bütün tercümələrinə bax →

وَوُضِعَ ٱلْكِتَٰبُ فَتَرَى ٱلْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَٰوَيْلَتَنَا مَالِ هَٰذَا ٱلْكِتَٰبِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّآ أَحْصَىٰهَا وَوَجَدُوا۟ مَا عَمِلُوا۟ حَاضِرًا وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا

Azerbaijani Translation - Ali Khan MusayevHər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə zülm etməz!

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِـَٔادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ كَانَ مِنَ ٱلْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِۦٓ أَفَتَتَّخِذُونَهُۥ وَذُرِّيَّتَهُۥٓ أَوْلِيَآءَ مِن دُونِى وَهُمْ لَكُمْ عَدُوٌّۢ بِئْسَ لِلظَّٰلِمِينَ بَدَلًا

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman Biz mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun zürriyyətini özünüzə dostmu tutursunuz?! Zalımlar üçün bu necə də pis bir mübadilədir!

Bu ayənin bütün tercümələrinə bax →

مَّآ أَشْهَدتُّهُمْ خَلْقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلَا خَلْقَ أَنفُسِهِمْ وَمَا كُنتُ مُتَّخِذَ ٱلْمُضِلِّينَ عَضُدًا

Azerbaijani Translation - Ali Khan MusayevMən onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim. Mən (başqalarını haqq yoldan) azdıranları Özümə köməkçi tutmuram.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَوْمَ يَقُولُ نَادُوا۟ شُرَكَآءِىَ ٱلَّذِينَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا۟ لَهُمْ وَجَعَلْنَا بَيْنَهُم مَّوْبِقًا

Azerbaijani Translation - Ali Khan MusayevO gün Allah (müşriklərə): “İddia etdiyiniz şəriklərimi çağırın!”– deyəcək. (Müşriklər) onları çağıracaq, lakin onlar cavab verməyəcəklər. Biz onların (müşriklərlə bütlərin) arasına həlakedici bir yarğan salarıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَرَءَا ٱلْمُجْرِمُونَ ٱلنَّارَ فَظَنُّوٓا۟ أَنَّهُم مُّوَاقِعُوهَا وَلَمْ يَجِدُوا۟ عَنْهَا مَصْرِفًا

Azerbaijani Translation - Ali Khan MusayevGünahkarlar atəşi gördükdə oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ صَرَّفْنَا فِى هَٰذَا ٱلْقُرْءَانِ لِلنَّاسِ مِن كُلِّ مَثَلٍ وَكَانَ ٱلْإِنسَٰنُ أَكْثَرَ شَىْءٍ جَدَلًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz bu Quranda insanlar üçün hər cür misalı izah etdik. İnsan isə ən çox mübahisə edəndir.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤْمِنُوٓا۟ إِذْ جَآءَهُمُ ٱلْهُدَىٰ وَيَسْتَغْفِرُوا۟ رَبَّهُمْ إِلَّآ أَن تَأْتِيَهُمْ سُنَّةُ ٱلْأَوَّلِينَ أَوْ يَأْتِيَهُمُ ٱلْعَذَابُ قُبُلًا

Azerbaijani Translation - Ali Khan Musayevİnsanlara doğru yol göstəricisi gəldiyi zaman onların iman gətirmələrinə və Rəbbindən bağışlanma diləmələrinə səbəb yalnız əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud da gözləri görə-görə əzabın gəlib onlara yetişməsini gözləmələri mane oldu.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا نُرْسِلُ ٱلْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ وَيُجَٰدِلُ ٱلَّذِينَ كَفَرُوا۟ بِٱلْبَٰطِلِ لِيُدْحِضُوا۟ بِهِ ٱلْحَقَّ وَٱتَّخَذُوٓا۟ ءَايَٰتِى وَمَآ أُنذِرُوا۟ هُزُوًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndəririk. Kafirlər isə batil (dəlilləri) ilə haqqı yox etmək üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ فَأَعْرَضَ عَنْهَا وَنَسِىَ مَا قَدَّمَتْ يَدَاهُ إِنَّا جَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًا وَإِن تَدْعُهُمْ إِلَى ٱلْهُدَىٰ فَلَن يَهْتَدُوٓا۟ إِذًا أَبَدًا

Azerbaijani Translation - Ali Khan MusayevRəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri (günahlarını) unudan adamdan daha zalım kim ola bilər? Onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَرَبُّكَ ٱلْغَفُورُ ذُو ٱلرَّحْمَةِ لَوْ يُؤَاخِذُهُم بِمَا كَسَبُوا۟ لَعَجَّلَ لَهُمُ ٱلْعَذَابَ بَل لَّهُم مَّوْعِدٌ لَّن يَجِدُوا۟ مِن دُونِهِۦ مَوْئِلًا

Azerbaijani Translation - Ali Khan MusayevRəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər (Allah) onları qazandıqları günahlara görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. (Əzab gələcəyi vaxt) onlar heç bir sığınacaq tapa bilməyəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

وَتِلْكَ ٱلْقُرَىٰٓ أَهْلَكْنَٰهُمْ لَمَّا ظَلَمُوا۟ وَجَعَلْنَا لِمَهْلِكِهِم مَّوْعِدًا

Azerbaijani Translation - Ali Khan MusayevBudur zülm etdikləri zaman məhv etdiyimiz məmləkətlər. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ قَالَ مُوسَىٰ لِفَتَىٰهُ لَآ أَبْرَحُ حَتَّىٰٓ أَبْلُغَ مَجْمَعَ ٱلْبَحْرَيْنِ أَوْ أَمْضِىَ حُقُبًا

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman Musa öz xidmətçisinə belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatana qədər, yaxud uzun müddət sərf edənə qədər (səfərimə) davam edəcəyəm”.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا بَلَغَا مَجْمَعَ بَيْنِهِمَا نَسِيَا حُوتَهُمَا فَٱتَّخَذَ سَبِيلَهُۥ فِى ٱلْبَحْرِ سَرَبًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (özləri ilə götürdükləri) balığı unutdular. Balıq isə dənizdə (iz buraxaraq) yol alıb getdi.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَىٰهُ ءَاتِنَا غَدَآءَنَا لَقَدْ لَقِينَا مِن سَفَرِنَا هَٰذَا نَصَبًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar (iki dənizin qovuşduğu yerdən) keçib getdikdə (Musa) öz xidmətçisinə: “Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük”– dedi.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ أَرَءَيْتَ إِذْ أَوَيْنَآ إِلَى ٱلصَّخْرَةِ فَإِنِّى نَسِيتُ ٱلْحُوتَ وَمَآ أَنسَىٰنِيهُ إِلَّا ٱلشَّيْطَٰنُ أَنْ أَذْكُرَهُۥ وَٱتَّخَذَ سَبِيلَهُۥ فِى ٱلْبَحْرِ عَجَبًا

Azerbaijani Translation - Ali Khan Musayev(Xidmətçi) dedi: “Qayaya sığındığımız vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq dirilib əcaib bir şəkildə dənizdə yol tutub getmişdir”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ ذَٰلِكَ مَا كُنَّا نَبْغِ فَٱرْتَدَّا عَلَىٰٓ ءَاثَارِهِمَا قَصَصًا

Azerbaijani Translation - Ali Khan Musayev(Musa:) “Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar.

Bu ayənin bütün tercümələrinə bax →

فَوَجَدَا عَبْدًا مِّنْ عِبَادِنَآ ءَاتَيْنَٰهُ رَحْمَةً مِّنْ عِندِنَا وَعَلَّمْنَٰهُ مِن لَّدُنَّا عِلْمًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar (orada) Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ لَهُۥ مُوسَىٰ هَلْ أَتَّبِعُكَ عَلَىٰٓ أَن تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًا

Azerbaijani Translation - Ali Khan MusayevMusa ona dedi: “Sənə öyrədilmiş doğru yolu (göstərən elmdən) mənə öyrətməyin üçün sənə tabe olummu?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِىَ صَبْرًا

Azerbaijani Translation - Ali Khan Musayev(Xıdır) dedi: “Doğrusu, sən mənimlə birgə olsan səbir edə bilməzsən.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَيْفَ تَصْبِرُ عَلَىٰ مَا لَمْ تُحِطْ بِهِۦ خُبْرًا

Azerbaijani Translation - Ali Khan MusayevAxı sən (səbəbini) bilmədiyin bir şeyə necə səbir edə bilərsən?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ صَابِرًا وَلَآ أَعْصِى لَكَ أَمْرًا

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ فَإِنِ ٱتَّبَعْتَنِى فَلَا تَسْـَٔلْنِى عَن شَىْءٍ حَتَّىٰٓ أُحْدِثَ لَكَ مِنْهُ ذِكْرًا

Azerbaijani Translation - Ali Khan Musayev(Xıdır) dedi: “Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma”.

Bu ayənin bütün tercümələrinə bax →

فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا رَكِبَا فِى ٱلسَّفِينَةِ خَرَقَهَا قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْـًٔا إِمْرًا

Azerbaijani Translation - Ali Khan MusayevSonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xıdır) onu deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, böyük bir pis iş gördün”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ أَلَمْ أَقُلْ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِىَ صَبْرًا

Azerbaijani Translation - Ali Khan MusayevXıdır dedi: “Mən demədimmi ki, sən mənimlə birgə olsan səbir edə bilməzsən?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ لَا تُؤَاخِذْنِى بِمَا نَسِيتُ وَلَا تُرْهِقْنِى مِنْ أَمْرِى عُسْرًا

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!”

Bu ayənin bütün tercümələrinə bax →

فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا لَقِيَا غُلَٰمًا فَقَتَلَهُۥ قَالَ أَقَتَلْتَ نَفْسًا زَكِيَّةًۢ بِغَيْرِ نَفْسٍ لَّقَدْ جِئْتَ شَيْـًٔا نُّكْرًا

Azerbaijani Translation - Ali Khan MusayevYenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xıdır) onu öldürdü. (Musa) dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, olduqca pis bir iş tutdun”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ أَلَمْ أَقُل لَّكَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِىَ صَبْرًا

Azerbaijani Translation - Ali Khan MusayevXıdır dedi: “Sənə demədimmi ki, mənimlə birgə olsan səbir edə bilməzsən?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ إِن سَأَلْتُكَ عَن شَىْءٍۭ بَعْدَهَا فَلَا تُصَٰحِبْنِى قَدْ بَلَغْتَ مِن لَّدُنِّى عُذْرًا

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim (sonuncu) üzrxahlığa çatdın”.

Bu ayənin bütün tercümələrinə bax →

فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَآ أَتَيَآ أَهْلَ قَرْيَةٍ ٱسْتَطْعَمَآ أَهْلَهَا فَأَبَوْا۟ أَن يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارًا يُرِيدُ أَن يَنقَضَّ فَأَقَامَهُۥ قَالَ لَوْ شِئْتَ لَتَّخَذْتَ عَلَيْهِ أَجْرًا

Azerbaijani Translation - Ali Khan MusayevYenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları (yeməyə) qonaq etmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. (Xıdır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ هَٰذَا فِرَاقُ بَيْنِى وَبَيْنِكَ سَأُنَبِّئُكَ بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِع عَّلَيْهِ صَبْرًا

Azerbaijani Translation - Ali Khan Musayev(Xıdır) dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.

Bu ayənin bütün tercümələrinə bax →

أَمَّا ٱلسَّفِينَةُ فَكَانَتْ لِمَسَٰكِينَ يَعْمَلُونَ فِى ٱلْبَحْرِ فَأَرَدتُّ أَنْ أَعِيبَهَا وَكَانَ وَرَآءَهُم مَّلِكٌ يَأْخُذُ كُلَّ سَفِينَةٍ غَصْبًا

Azerbaijani Translation - Ali Khan MusayevGəmiyə gəlincə, o, dənizdə çalışan miskinlərə məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَمَّا ٱلْغُلَٰمُ فَكَانَ أَبَوَاهُ مُؤْمِنَيْنِ فَخَشِينَآ أَن يُرْهِقَهُمَا طُغْيَٰنًا وَكُفْرًا

Azerbaijani Translation - Ali Khan MusayevOğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz (uşağın böyüyəndə) ata-anasını azğınlığa və küfrə sürükləməsindən qorxduq.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَرَدْنَآ أَن يُبْدِلَهُمَا رَبُّهُمَا خَيْرًا مِّنْهُ زَكَوٰةً وَأَقْرَبَ رُحْمًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz (bununla) Rəbbinin onun əvəzində ata-anasına ondan daha təmiz və daha mərhəmətli olan başqa bir övlad verməsini istədik.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَمَّا ٱلْجِدَارُ فَكَانَ لِغُلَٰمَيْنِ يَتِيمَيْنِ فِى ٱلْمَدِينَةِ وَكَانَ تَحْتَهُۥ كَنزٌ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَٰلِحًا فَأَرَادَ رَبُّكَ أَن يَبْلُغَآ أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنزَهُمَا رَحْمَةً مِّن رَّبِّكَ وَمَا فَعَلْتُهُۥ عَنْ أَمْرِى ذَٰلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِع عَّلَيْهِ صَبْرًا

Azerbaijani Translation - Ali Khan MusayevDivara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb) çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!”

Bu ayənin bütün tercümələrinə bax →

وَيَسْـَٔلُونَكَ عَن ذِى ٱلْقَرْنَيْنِ قُلْ سَأَتْلُوا۟ عَلَيْكُم مِّنْهُ ذِكْرًا

Azerbaijani Translation - Ali Khan MusayevSəndən Zülqərneyn barəsində soruşurlar. De: “Onun barəsində sizə bir əhvalat danışacağam”.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّا مَكَّنَّا لَهُۥ فِى ٱلْأَرْضِ وَءَاتَيْنَٰهُ مِن كُلِّ شَىْءٍ سَبَبًا

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَتْبَعَ سَبَبًا

Azerbaijani Translation - Ali Khan MusayevO, (yer üzündə gəzib dolaşmaq üçün) səfərə çıxdı.

Bu ayənin bütün tercümələrinə bax →

حَتَّىٰٓ إِذَا بَلَغَ مَغْرِبَ ٱلشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِى عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِندَهَا قَوْمًا قُلْنَا يَٰذَا ٱلْقَرْنَيْنِ إِمَّآ أَن تُعَذِّبَ وَإِمَّآ أَن تَتَّخِذَ فِيهِمْ حُسْنًا

Azerbaijani Translation - Ali Khan MusayevNəhayət, günəşin qürub etdiyi yerə gəlib çatdıqda onu qara palçıqlı bir yerdə batan gördü. (Zülqərneyn) onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ أَمَّا مَن ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهُۥ ثُمَّ يُرَدُّ إِلَىٰ رَبِّهِۦ فَيُعَذِّبُهُۥ عَذَابًا نُّكْرًا

Azerbaijani Translation - Ali Khan MusayevO dedi: “Zülm edəni cəzalandıracağıq. Sonra o, Rəbbinə qaytarılacaq. O da ona ağır bir əzab verəcəkdir!

Bu ayənin bütün tercümələrinə bax →

وَأَمَّا مَنْ ءَامَنَ وَعَمِلَ صَٰلِحًا فَلَهُۥ جَزَآءً ٱلْحُسْنَىٰ وَسَنَقُولُ لَهُۥ مِنْ أَمْرِنَا يُسْرًا

Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcək. Biz ona əmrimizdən asan olanı buyuracağıq”.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ أَتْبَعَ سَبَبًا

Azerbaijani Translation - Ali Khan MusayevSonra o, yoluna davam etdi.

Bu ayənin bütün tercümələrinə bax →

حَتَّىٰٓ إِذَا بَلَغَ مَطْلِعَ ٱلشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلَىٰ قَوْمٍ لَّمْ نَجْعَل لَّهُم مِّن دُونِهَا سِتْرًا

Azerbaijani Translation - Ali Khan MusayevNəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir örtük yaratmamışdıq.

Bu ayənin bütün tercümələrinə bax →

كَذَٰلِكَ وَقَدْ أَحَطْنَا بِمَا لَدَيْهِ خُبْرًا

Azerbaijani Translation - Ali Khan MusayevBeləliklə Biz onun başına gələnlərin hamısından xəbərdarıq.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ أَتْبَعَ سَبَبًا

Azerbaijani Translation - Ali Khan MusayevSonra o, yenə yoluna davam etdi.

Bu ayənin bütün tercümələrinə bax →

حَتَّىٰٓ إِذَا بَلَغَ بَيْنَ ٱلسَّدَّيْنِ وَجَدَ مِن دُونِهِمَا قَوْمًا لَّا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًا

Azerbaijani Translation - Ali Khan MusayevNəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ يَٰذَا ٱلْقَرْنَيْنِ إِنَّ يَأْجُوجَ وَمَأْجُوجَ مُفْسِدُونَ فِى ٱلْأَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلَىٰٓ أَن تَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُمْ سَدًّا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc (tayfası) yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onların arasında bir sədd düzəldəsən?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ مَا مَكَّنِّى فِيهِ رَبِّى خَيْرٌ فَأَعِينُونِى بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا

Azerbaijani Translation - Ali Khan MusayevO dedi: “Rəbbimin mənə əta etdiyi (mülk) daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onların arasında bir sədd çəkim.

Bu ayənin bütün tercümələrinə bax →

ءَاتُونِى زُبَرَ ٱلْحَدِيدِ حَتَّىٰٓ إِذَا سَاوَىٰ بَيْنَ ٱلصَّدَفَيْنِ قَالَ ٱنفُخُوا۟ حَتَّىٰٓ إِذَا جَعَلَهُۥ نَارًا قَالَ ءَاتُونِىٓ أُفْرِغْ عَلَيْهِ قِطْرًا

Azerbaijani Translation - Ali Khan MusayevMənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yanı arasını (dəmir parçaları ilə) doldurduqda: “Körükləyin!”– dedi. (Dəmir) közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!”– dedi.

Bu ayənin bütün tercümələrinə bax →

فَمَا ٱسْطَٰعُوٓا۟ أَن يَظْهَرُوهُ وَمَا ٱسْتَطَٰعُوا۟ لَهُۥ نَقْبًا

Azerbaijani Translation - Ali Khan MusayevYəcuc və Məcuc (tayfası) nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ هَٰذَا رَحْمَةٌ مِّن رَّبِّى فَإِذَا جَآءَ وَعْدُ رَبِّى جَعَلَهُۥ دَكَّآءَ وَكَانَ وَعْدُ رَبِّى حَقًّا

Azerbaijani Translation - Ali Khan Musayev(Zülqərneyn) dedi: “Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəbbimin vədi gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَتَرَكْنَا بَعْضَهُمْ يَوْمَئِذٍ يَمُوجُ فِى بَعْضٍ وَنُفِخَ فِى ٱلصُّورِ فَجَمَعْنَٰهُمْ جَمْعًا

Azerbaijani Translation - Ali Khan MusayevO gün (Yəcuc və Məcuc tayfasını yaxud insanları) axışıb bir-birinə qarışmış halda buraxarıq. Sur üfürülən kimi məxluqatın hamısını bir yerə toplayarıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَعَرَضْنَا جَهَنَّمَ يَوْمَئِذٍ لِّلْكَٰفِرِينَ عَرْضًا

Azerbaijani Translation - Ali Khan MusayevO gün Biz Cəhənnəmi kafirlərə aşkar göstərərik.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ كَانَتْ أَعْيُنُهُمْ فِى غِطَآءٍ عَن ذِكْرِى وَكَانُوا۟ لَا يَسْتَطِيعُونَ سَمْعًا

Azerbaijani Translation - Ali Khan MusayevO kəslərə ki, gözləri Məni anmaqdan qapalı idi, (ayələrimdən üz döndərərdilər), özləri də eşidə bilmirdilər.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَحَسِبَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَن يَتَّخِذُوا۟ عِبَادِى مِن دُونِىٓ أَوْلِيَآءَ إِنَّآ أَعْتَدْنَا جَهَنَّمَ لِلْكَٰفِرِينَ نُزُلًا

Azerbaijani Translation - Ali Khan MusayevOlmaya, kafirlər Məni qoyub qullarımı (Mələkləri, İsanı və başqalarını) özlərinə dost tutacaqlarını güman edirdilər? Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ هَلْ نُنَبِّئُكُم بِٱلْأَخْسَرِينَ أَعْمَٰلًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا

Azerbaijani Translation - Ali Khan MusayevO kəslər ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Halbuki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ وَلِقَآئِهِۦ فَحَبِطَتْ أَعْمَٰلُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ وَزْنًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ جَزَآؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوا۟ وَٱتَّخَذُوٓا۟ ءَايَٰتِى وَرُسُلِى هُزُوًا

Azerbaijani Translation - Ali Khan MusayevKafir olduqlarına, ayələrimi və elçilərimi məsxərəyə qoyduqlarına görə onların cəzası Cəhənnəmdir.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ كَانَتْ لَهُمْ جَنَّٰتُ ٱلْفِرْدَوْسِ نُزُلًا

Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib saleh əməllər edənlərin məskəni isə Firdovs cənnətləri olacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

خَٰلِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar orada əbədi qalacaq, oranı (başqa bir yerə) dəyişmək istəməyəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

قُل لَّوْ كَانَ ٱلْبَحْرُ مِدَادًا لِّكَلِمَٰتِ رَبِّى لَنَفِدَ ٱلْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَٰتُ رَبِّى وَلَوْ جِئْنَا بِمِثْلِهِۦ مَدَدًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı”.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ إِنَّمَآ أَنَا۠ بَشَرٌ مِّثْلُكُمْ يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَٰهُكُمْ إِلَٰهٌ وَٰحِدٌ فَمَن كَانَ يَرْجُوا۟ لِقَآءَ رَبِّهِۦ فَلْيَعْمَلْ عَمَلًا صَٰلِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِۦٓ أَحَدًۢا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Mən də sizin kimi bir insanam. Mənə, sizin məbudunuzun Tək bir ilah olduğu vəhy olunur. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, qoy yaxşı işlər görsün və Rəbbinə etdiyi ibadətlərində heç kəsi Ona şərik qoşmasın!”

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70