caseriqQuranda məna axtarışı

Taa-Haa surəsi طه

135 ayə · Məkkə · nazil olma sırası 45

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ طه

Azerbaijani Translation - Ali Khan MusayevTa. Ha.

Bu ayənin bütün tercümələrinə bax →

مَآ أَنزَلْنَا عَلَيْكَ ٱلْقُرْءَانَ لِتَشْقَىٰٓ

Azerbaijani Translation - Ali Khan MusayevBiz bu Quranı sənə bədbəxt olasan deyə nazil etmədik.

Bu ayənin bütün tercümələrinə bax →

إِلَّا تَذْكِرَةً لِّمَن يَخْشَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət olaraq (göndərdik).

Bu ayənin bütün tercümələrinə bax →

تَنزِيلًا مِّمَّنْ خَلَقَ ٱلْأَرْضَ وَٱلسَّمَٰوَٰتِ ٱلْعُلَى

Azerbaijani Translation - Ali Khan MusayevO, yeri və uca göyləri yaradan (Allah) tərəfindən nazil olmuşdur.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلرَّحْمَٰنُ عَلَى ٱلْعَرْشِ ٱسْتَوَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevRəhman Ərşin üzərində ucaldı.

Bu ayənin bütün tercümələrinə bax →

لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ ٱلثَّرَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevGöylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, (hamısı) Ona məxsusdur.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن تَجْهَرْ بِٱلْقَوْلِ فَإِنَّهُۥ يَعْلَمُ ٱلسِّرَّ وَأَخْفَى

Azerbaijani Translation - Ali Khan MusayevSən ucadan danışsan da, (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir.

Bu ayənin bütün tercümələrinə bax →

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ لَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevAllah! Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Ən gözəl adlar Ona məxsusdur!

Bu ayənin bütün tercümələrinə bax →

وَهَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ

Azerbaijani Translation - Ali Khan MusayevMusanın əhvalatı sənə gəlib çatdımı?

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ رَءَا نَارًا فَقَالَ لِأَهْلِهِ ٱمْكُثُوٓا۟ إِنِّىٓ ءَانَسْتُ نَارًا لَّعَلِّىٓ ءَاتِيكُم مِّنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى ٱلنَّارِ هُدًى

Azerbaijani Translation - Ali Khan MusayevO zaman o, bir od görüb ailəsinə: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!”– demişdi.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّآ أَتَىٰهَا نُودِىَ يَٰمُوسَىٰٓ

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) oda yaxınlaşdıqda (Allah) ona belə nida etdi: “Ey Musa!

Bu ayənin bütün tercümələrinə bax →

إِنِّىٓ أَنَا۠ رَبُّكَ فَٱخْلَعْ نَعْلَيْكَ إِنَّكَ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən!

Bu ayənin bütün tercümələrinə bax →

وَأَنَا ٱخْتَرْتُكَ فَٱسْتَمِعْ لِمَا يُوحَىٰٓ

Azerbaijani Translation - Ali Khan MusayevMən səni seçmişəm. (Sənə) vəhy olunanı dinlə!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّنِىٓ أَنَا ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدْنِى وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكْرِىٓ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, Mən Allaham! Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا تَسْعَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevQiyamət saatı mütləq gələcəkdir! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala (Özümdən belə) gizlədirəm.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَن لَّا يُؤْمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرْدَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevQoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan!

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا تِلْكَ بِيَمِينِكَ يَٰمُوسَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevSağ əlindəki nədir, ey Musa?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ هِىَ عَصَاىَ أَتَوَكَّؤُا۟ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِى وَلِىَ فِيهَا مَـَٔارِبُ أُخْرَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarayır”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ أَلْقِهَا يَٰمُوسَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) buyurdu: “At onu (yerə), ey Musa!”

Bu ayənin bütün tercümələrinə bax →

فَأَلْقَىٰهَا فَإِذَا هِىَ حَيَّةٌ تَسْعَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) onu (yerə) atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ خُذْهَا وَلَا تَخَفْ سَنُعِيدُهَا سِيرَتَهَا ٱلْأُولَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevAllah buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱضْمُمْ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍ ءَايَةً أُخْرَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevƏlini qoynuna sal ki, (əlin oradan) başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın.

Bu ayənin bütün tercümələrinə bax →

لِنُرِيَكَ مِنْ ءَايَٰتِنَا ٱلْكُبْرَى

Azerbaijani Translation - Ali Khan Musayev(Belə etdik) ki, sənə ən böyük ayələrimizdən (bir neçəsini) göstərək.

Bu ayənin bütün tercümələrinə bax →

ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevFironun yanına get! Çünki o, həddini aşmışdır”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ رَبِّ ٱشْرَحْ لِى صَدْرِى

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət!

Bu ayənin bütün tercümələrinə bax →

وَيَسِّرْ لِىٓ أَمْرِى

Azerbaijani Translation - Ali Khan Musayevİşimi yüngülləşdir!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱحْلُلْ عُقْدَةً مِّن لِّسَانِى

Azerbaijani Translation - Ali Khan MusayevDilimdəki düyünü aç ki,

Bu ayənin bütün tercümələrinə bax →

يَفْقَهُوا۟ قَوْلِى

Azerbaijani Translation - Ali Khan Musayevsözümü anlasınlar!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱجْعَل لِّى وَزِيرًا مِّنْ أَهْلِى

Azerbaijani Translation - Ali Khan MusayevMənə öz ailəmdən bir köməkçi ver –

Bu ayənin bütün tercümələrinə bax →

هَٰرُونَ أَخِى

Azerbaijani Translation - Ali Khan MusayevQardaşım Harunu!

Bu ayənin bütün tercümələrinə bax →

ٱشْدُدْ بِهِۦٓ أَزْرِى

Azerbaijani Translation - Ali Khan MusayevOnun sayəsində mənim gücümü artır!

Bu ayənin bütün tercümələrinə bax →

وَأَشْرِكْهُ فِىٓ أَمْرِى

Azerbaijani Translation - Ali Khan MusayevOnu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki,

Bu ayənin bütün tercümələrinə bax →

كَىْ نُسَبِّحَكَ كَثِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevSənə çoxlu təriflər deyək

Bu ayənin bütün tercümələrinə bax →

وَنَذْكُرَكَ كَثِيرًا

Azerbaijani Translation - Ali Khan Musayevvə Səni çox zikr edək.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّكَ كُنتَ بِنَا بَصِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, Sən bizi görürsən!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَٰمُوسَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) buyurdu: “İstədiyin sənə verildi, ey Musa!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰٓ

Azerbaijani Translation - Ali Khan MusayevSənə bir dəfə də mərhəmət göstərmişdik.

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ أَوْحَيْنَآ إِلَىٰٓ أُمِّكَ مَا يُوحَىٰٓ

Azerbaijani Translation - Ali Khan MusayevO vaxt ki, anana ilham yolu ilə belə buyurduq:

Bu ayənin bütün tercümələrinə bax →

أَنِ ٱقْذِفِيهِ فِى ٱلتَّابُوتِ فَٱقْذِفِيهِ فِى ٱلْيَمِّ فَلْيُلْقِهِ ٱلْيَمُّ بِٱلسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِّى وَعَدُوٌّ لَّهُۥ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِّنِّى وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِىٓ

Azerbaijani Translation - Ali Khan Musayev“Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi (Firon) onu götürsün”. Gözüm önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı (qullarım arasında) məhəbbət oyatdım.

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ تَمْشِىٓ أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَن يَكْفُلُهُۥ فَرَجَعْنَٰكَ إِلَىٰٓ أُمِّكَ كَىْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَٰكَ مِنَ ٱلْغَمِّ وَفَتَنَّٰكَ فُتُونًا فَلَبِثْتَ سِنِينَ فِىٓ أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍ يَٰمُوسَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevO zaman bacın gedib (Firon ailəsinə belə) deyirdi: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən (boya-başa çatdıqda) bir nəfəri öldürdün. (O vaxt) Biz səni qəm-qüssədən qurtardıq. Biz səni (çətin) sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da əzəldən yazılmış qədərə görə gəlib (bu yerə) çatdın, ey Musa!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱصْطَنَعْتُكَ لِنَفْسِى

Azerbaijani Translation - Ali Khan MusayevMən səni Özümə (peyğəmbər) seçdim!

Bu ayənin bütün tercümələrinə bax →

ٱذْهَبْ أَنتَ وَأَخُوكَ بِـَٔايَٰتِى وَلَا تَنِيَا فِى ذِكْرِى

Azerbaijani Translation - Ali Khan MusayevSən və qardaşın ayətlərimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin.

Bu ayənin bütün tercümələrinə bax →

ٱذْهَبَآ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevFironun yanına gedin. Çünki o, həddini aşmışdır.

Bu ayənin bütün tercümələrinə bax →

فَقُولَا لَهُۥ قَوْلًا لَّيِّنًا لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوْ يَخْشَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevOnunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَا رَبَّنَآ إِنَّنَا نَخَافُ أَن يَفْرُطَ عَلَيْنَآ أَوْ أَن يَطْغَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ لَا تَخَافَآ إِنَّنِى مَعَكُمَآ أَسْمَعُ وَأَرَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!

Bu ayənin bütün tercümələrinə bax →

فَأْتِيَاهُ فَقُولَآ إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ وَلَا تُعَذِّبْهُمْ قَدْ جِئْنَٰكَ بِـَٔايَةٍ مِّن رَّبِّكَ وَٱلسَّلَٰمُ عَلَىٰ مَنِ ٱتَّبَعَ ٱلْهُدَىٰٓ

Azerbaijani Translation - Ali Khan MusayevOnun yanına gedib deyin: “Biz ikimiz də sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Doğru yolla gedənlərə salam olsun!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّا قَدْ أُوحِىَ إِلَيْنَآ أَنَّ ٱلْعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ

Azerbaijani Translation - Ali Khan MusayevBizə, əzabın (haqqı) yalan sayan və üz döndərənlərə veriləcəyi vəhy olunur!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ فَمَن رَّبُّكُمَا يَٰمُوسَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Firon) dedi: “Rəbbiniz kimdir, ey Musa?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ رَبُّنَا ٱلَّذِىٓ أَعْطَىٰ كُلَّ شَىْءٍ خَلْقَهُۥ ثُمَّ هَدَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da (ona) doğru yolu göstərəndir!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ فَمَا بَالُ ٱلْقُرُونِ ٱلْأُولَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Firon) dedi: “Bəs keçmiş nəsillərin halı necə olacaq?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ عِلْمُهَا عِندَ رَبِّى فِى كِتَٰبٍ لَّا يَضِلُّ رَبِّى وَلَا يَنسَى

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim nə xəta edir, nə də unudur!”

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًا وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَخْرَجْنَا بِهِۦٓ أَزْوَٰجًا مِّن نَّبَاتٍ شَتَّىٰ

Azerbaijani Translation - Ali Khan MusayevO, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik.

Bu ayənin bütün tercümələrinə bax →

كُلُوا۟ وَٱرْعَوْا۟ أَنْعَٰمَكُمْ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّأُو۟لِى ٱلنُّهَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Onlardan) həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən, bunlarda ağıl sahibləri üçün dəlillər vardır.

Bu ayənin bütün tercümələrinə bax →

مِنْهَا خَلَقْنَٰكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevBiz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ أَرَيْنَٰهُ ءَايَٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevBiz dəlillərimizin hamısını (Firona) göstərdik. O isə (bu dəlilləri) yalan sayıb qəbul etmədi.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ أَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ أَرْضِنَا بِسِحْرِكَ يَٰمُوسَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Firon) dedi: “Sən sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağamı gəldin, ey Musa?

Bu ayənin bütün tercümələrinə bax →

فَلَنَأْتِيَنَّكَ بِسِحْرٍ مِّثْلِهِۦ فَٱجْعَلْ بَيْنَنَا وَبَيْنَكَ مَوْعِدًا لَّا نُخْلِفُهُۥ نَحْنُ وَلَآ أَنتَ مَكَانًا سُوًى

Azerbaijani Translation - Ali Khan MusayevBiz də mütləq sənə buna bənzər bir sehr göstərəcəyik. Bizimlə öz aranda vaxt təyin et. Nə biz, nə də sən vədə xilaf çıxmayaq. (Bu hamımıza) münasib bir yerdə olsun”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ مَوْعِدُكُمْ يَوْمُ ٱلزِّينَةِ وَأَن يُحْشَرَ ٱلنَّاسُ ضُحًى

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Görüş vaxtınız bayram günü, camaatın (bir yerə) toplaşacağı səhər vaxtıdır!”

Bu ayənin bütün tercümələrinə bax →

فَتَوَلَّىٰ فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُۥ ثُمَّ أَتَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevFiron arxasını çevirib getdi, sonra da bütün hiyləgərlik vasitələrini (sehrbazlarının hamısını) toplayıb gəldi.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ لَهُم مُّوسَىٰ وَيْلَكُمْ لَا تَفْتَرُوا۟ عَلَى ٱللَّهِ كَذِبًا فَيُسْحِتَكُم بِعَذَابٍ وَقَدْ خَابَ مَنِ ٱفْتَرَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevMusa onlara dedi: “Vay halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar.

Bu ayənin bütün tercümələrinə bax →

فَتَنَٰزَعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ وَأَسَرُّوا۟ ٱلنَّجْوَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Sehrbazlar) öz aralarında işləri barəsində mübahisə edib xəlvətcə söhbət etdilər.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوٓا۟ إِنْ هَٰذَٰنِ لَسَٰحِرَٰنِ يُرِيدَانِ أَن يُخْرِجَاكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ ٱلْمُثْلَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Bu ikisi, doğrudan da, sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu yox etmək istəyirlər.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَجْمِعُوا۟ كَيْدَكُمْ ثُمَّ ٱئْتُوا۟ صَفًّا وَقَدْ أَفْلَحَ ٱلْيَوْمَ مَنِ ٱسْتَعْلَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevOdur ki, bütün hiylələrinizi cəmləşdirib (meydana) dəstə-dəstə gəlin. Bu gün qələbə çalan xilas olacaqdır”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلْقِىَ وَإِمَّآ أَن نَّكُونَ أَوَّلَ مَنْ أَلْقَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əvvəlcə əlindəkini) at, ya da birinci atan biz olaq!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ بَلْ أَلْقُوا۟ فَإِذَا حِبَالُهُمْ وَعِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِن سِحْرِهِمْ أَنَّهَا تَسْعَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Yox, siz atın!” (Sehrbazlar əllərindəkiləri yerə atan kimi) sehrləri sayəsində ona elə gəldi ki, onların kəndirləri və çomaqları hərəkətə gəlib sürünür.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَوْجَسَ فِى نَفْسِهِۦ خِيفَةً مُّوسَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevMusa bunu görüncə içində bir qorxu hiss etdi.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْنَا لَا تَخَفْ إِنَّكَ أَنتَ ٱلْأَعْلَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevBiz dedik: “Qorxma, qalib gələn mütləq sən olacaqsan!

Bu ayənin bütün tercümələrinə bax →

وَأَلْقِ مَا فِى يَمِينِكَ تَلْقَفْ مَا صَنَعُوٓا۟ إِنَّمَا صَنَعُوا۟ كَيْدُ سَٰحِرٍ وَلَا يُفْلِحُ ٱلسَّاحِرُ حَيْثُ أَتَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevSağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz”.

Bu ayənin bütün tercümələrinə bax →

فَأُلْقِىَ ٱلسَّحَرَةُ سُجَّدًا قَالُوٓا۟ ءَامَنَّا بِرَبِّ هَٰرُونَ وَمُوسَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevSehrbazlar səcdəyə qapanıb dedilər: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ ءَامَنتُمْ لَهُۥ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِى عَلَّمَكُمُ ٱلسِّحْرَ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَٰفٍ وَلَأُصَلِّبَنَّكُمْ فِى جُذُوعِ ٱلنَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَآ أَشَدُّ عَذَابًا وَأَبْقَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Firon) dedi: “Mən sizə izin verməzdən öncə siz ona iman gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcək, özünüzü də xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha davamlı olduğunu biləcəksiniz!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ لَن نُّؤْثِرَكَ عَلَىٰ مَا جَآءَنَا مِنَ ٱلْبَيِّنَٰتِ وَٱلَّذِى فَطَرَنَا فَٱقْضِ مَآ أَنتَ قَاضٍ إِنَّمَا تَقْضِى هَٰذِهِ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَآ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّآ ءَامَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَٰيَٰنَا وَمَآ أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ ٱلسِّحْرِ وَٱللَّهُ خَيْرٌ وَأَبْقَىٰٓ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən biz, günahlarımızı və sənin bizə məcbur etdirdiyin sehri bağışlaması üçün Rəbbimizə iman gətirdik. Allahın mükafatı daha xeyirli, cəzası isə daha davamlıdır!”

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّهُۥ مَن يَأْتِ رَبَّهُۥ مُجْرِمًا فَإِنَّ لَهُۥ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevKim Rəbbinin hüzuruna günahkar olaraq gələrsə, cəhənnəmlik olar. O, orada nə ölər, nə də yaşayar.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَن يَأْتِهِۦ مُؤْمِنًا قَدْ عَمِلَ ٱلصَّٰلِحَٰتِ فَأُو۟لَٰٓئِكَ لَهُمُ ٱلدَّرَجَٰتُ ٱلْعُلَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevKim (Onun hüzuruna) saleh əməllər etmiş bir mömin olaraq gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar –

Bu ayənin bütün tercümələrinə bax →

جَنَّٰتُ عَدْنٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا وَذَٰلِكَ جَزَآءُ مَن تَزَكَّىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(ağacları və qəsrləri) altından çaylar axan Ədn cənnətləri. Onlar orada əbədi qalarlar. Bu, (günahlardan) təmizlənənlərin mükafatıdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ أَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَسْرِ بِعِبَادِى فَٱضْرِبْ لَهُمْ طَرِيقًا فِى ٱلْبَحْرِ يَبَسًا لَّا تَخَٰفُ دَرَكًا وَلَا تَخْشَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru yol aç. (Düşmənin) sizə çatmasından qorxma, çəkinmə!”– (deyə) vəhy etdik.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِۦ فَغَشِيَهُم مِّنَ ٱلْيَمِّ مَا غَشِيَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevFiron öz ordusu ilə onları təqib etdi və dəniz onları qaplayıb batırdı.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُۥ وَمَا هَدَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevFiron öz qövmünü azğınlığa sürüklədi və (onlara) doğru yol göstərmədi.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰبَنِىٓ إِسْرَٰٓءِيلَ قَدْ أَنجَيْنَٰكُم مِّنْ عَدُوِّكُمْ وَوَٰعَدْنَٰكُمْ جَانِبَ ٱلطُّورِ ٱلْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ ٱلْمَنَّ وَٱلسَّلْوَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevEy İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik. Sizə Tur dağının sağ tərəfini vəd verdik. Sizə (göydən) manna və bildirçin endirdik.

Bu ayənin bütün tercümələrinə bax →

كُلُوا۟ مِن طَيِّبَٰتِ مَا رَزَقْنَٰكُمْ وَلَا تَطْغَوْا۟ فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِى وَمَن يَحْلِلْ عَلَيْهِ غَضَبِى فَقَدْ هَوَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevSizə verdiyimiz ruzilərin təmizindən yeyin və bunda həddi aşmayın, yoxsa sizə qəzəbim tutar. Qəzəbimə gəlmiş kimsə isə bədbəxt olar.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِنِّى لَغَفَّارٌ لِّمَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحًا ثُمَّ ٱهْتَدَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevMən, həqiqətən də, tövbə edib, iman gətirib saleh əməllər edən, sonra da doğru yolu tutanları bağışlayıram.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَآ أَعْجَلَكَ عَن قَوْمِكَ يَٰمُوسَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah buyurdu:) “Səni qövmündən ayrılmağa tələsdirən nə idi, ey Musa?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ هُمْ أُو۟لَآءِ عَلَىٰٓ أَثَرِى وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Onlar da arxamca gəlirlər. Məndən razı qalasan deyə, Sənin yanına tələsdim, ey Rəbbim!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ فَإِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِنۢ بَعْدِكَ وَأَضَلَّهُمُ ٱلسَّامِرِىُّ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) buyurdu: “Səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları yoldan çıxartdı”.

Bu ayənin bütün tercümələrinə bax →

فَرَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوْمِهِۦ غَضْبَٰنَ أَسِفًا قَالَ يَٰقَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا أَفَطَالَ عَلَيْكُمُ ٱلْعَهْدُ أَمْ أَرَدتُّمْ أَن يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِّن رَّبِّكُمْ فَأَخْلَفْتُم مَّوْعِدِى

Azerbaijani Translation - Ali Khan MusayevMusa qəzəbli, kədərli halda qövmünün yanına qayıdıb dedi: “Ey qövmüm! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Doğrudanmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ مَآ أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَٰكِنَّا حُمِّلْنَآ أَوْزَارًا مِّن زِينَةِ ٱلْقَوْمِ فَقَذَفْنَٰهَا فَكَذَٰلِكَ أَلْقَى ٱلسَّامِرِىُّ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o qövmün (Misir xalqının) zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları oda atdıq. Həmçinin Samiri də onu oda atdı”.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَخْرَجَ لَهُمْ عِجْلًا جَسَدًا لَّهُۥ خُوَارٌ فَقَالُوا۟ هَٰذَآ إِلَٰهُكُمْ وَإِلَٰهُ مُوسَىٰ فَنَسِىَ

Azerbaijani Translation - Ali Khan Musayev(Samiri) onlar üçün böyürən bir buzov heykəli düzəltdi. (Buzova məftun olanlar:) “Sizin də məbudunuz, Musanın da məbudu budur. Lakin o (bunu) unutmuşdur”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّا وَلَا نَفْعًا

Azerbaijani Translation - Ali Khan MusayevMəgər (bu heykəlin) onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ قَالَ لَهُمْ هَٰرُونُ مِن قَبْلُ يَٰقَوْمِ إِنَّمَا فُتِنتُم بِهِۦ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحْمَٰنُ فَٱتَّبِعُونِى وَأَطِيعُوٓا۟ أَمْرِى

Azerbaijani Translation - Ali Khan MusayevBundan əvvəl Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Rəhmandır. Mənə tabe olun və əmrimə itaət edin!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ لَن نَّبْرَحَ عَلَيْهِ عَٰكِفِينَ حَتَّىٰ يَرْجِعَ إِلَيْنَا مُوسَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ يَٰهَٰرُونُ مَا مَنَعَكَ إِذْ رَأَيْتَهُمْ ضَلُّوٓا۟

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Ey Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki,

Bu ayənin bütün tercümələrinə bax →

أَلَّا تَتَّبِعَنِ أَفَعَصَيْتَ أَمْرِى

Azerbaijani Translation - Ali Khan Musayevardımca gəlmədin? Əmrimə qarşımı çıxdın?

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ يَبْنَؤُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِى وَلَا بِرَأْسِىٓ إِنِّى خَشِيتُ أَن تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِى

Azerbaijani Translation - Ali Khan Musayev(Harun) dedi: “Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma. Doğrusu, mən sənin: “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!”– deyəcəyindən qorxdum.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ فَمَا خَطْبُكَ يَٰسَٰمِرِىُّ

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Səni bu işə vadar edən nə idi, ey Samiri?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا۟ بِهِۦ فَقَبَضْتُ قَبْضَةً مِّنْ أَثَرِ ٱلرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَٰلِكَ سَوَّلَتْ لِى نَفْسِى

Azerbaijani Translation - Ali Khan MusayevO dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (bəzək əşyalarının üstünə) atdım. Nəfsim məni (buna) sövq etdi”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ فَٱذْهَبْ فَإِنَّ لَكَ فِى ٱلْحَيَوٰةِ أَن تَقُولَ لَا مِسَاسَ وَإِنَّ لَكَ مَوْعِدًا لَّن تُخْلَفَهُۥ وَٱنظُرْ إِلَىٰٓ إِلَٰهِكَ ٱلَّذِى ظَلْتَ عَلَيْهِ عَاكِفًا لَّنُحَرِّقَنَّهُۥ ثُمَّ لَنَنسِفَنَّهُۥ فِى ٱلْيَمِّ نَسْفًا

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə toxunmayın, mən də sizə toxunmayım!”– deməli olacaqsan. Səni həm də qurtula bilməyəcəyin əzab günü gözləyir. Sən sitayiş etdiyin məbuduna bax. Biz onu yandıracaq, sonra da dənizə sovuracağıq.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّمَآ إِلَٰهُكُمُ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَٰهَ إِلَّا هُوَ وَسِعَ كُلَّ شَىْءٍ عِلْمًا

Azerbaijani Translation - Ali Khan MusayevSizin məbudunuz yalnız Özündən başqa heç bir (haqq) məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə etmişdir”.

Bu ayənin bütün tercümələrinə bax →

كَذَٰلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ مَا قَدْ سَبَقَ وَقَدْ ءَاتَيْنَٰكَ مِن لَّدُنَّا ذِكْرًا

Azerbaijani Translation - Ali Khan MusayevBeləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən Zikr (Quran) vermişik.

Bu ayənin bütün tercümələrinə bax →

مَّنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُۥ يَحْمِلُ يَوْمَ ٱلْقِيَٰمَةِ وِزْرًا

Azerbaijani Translation - Ali Khan MusayevKim ondan üz döndərsə Qiyamət günü ağır bir günah yükü daşıyacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

خَٰلِدِينَ فِيهِ وَسَآءَ لَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ حِمْلًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar o günahın azabı içində əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük nə pis (yük) olacaqdır!

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ وَنَحْشُرُ ٱلْمُجْرِمِينَ يَوْمَئِذٍ زُرْقًا

Azerbaijani Translation - Ali Khan MusayevO gün sur üfürüləcək və o gün günahkarları gözləri göm-göy göyərmiş halda bir yerə toplayacağıq.

Bu ayənin bütün tercümələrinə bax →

يَتَخَٰفَتُونَ بَيْنَهُمْ إِن لَّبِثْتُمْ إِلَّا عَشْرًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar öz aralarında pıçıldaşıb deyəcəklər: “(Dünyada) cəmi on gün qaldınız!”

Bu ayənin bütün tercümələrinə bax →

نَّحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِن لَّبِثْتُمْ إِلَّا يَوْمًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz onların nə deyəcəklərini də yaxşı bilirik. Onların ən ağıllısı: “(Dünyada) cəmisi bir gün qaldınız!”– deyəcək.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَسْـَٔلُونَكَ عَنِ ٱلْجِبَالِ فَقُلْ يَنسِفُهَا رَبِّى نَسْفًا

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Muhamməd!) Səndən dağlar haqqında soruşurlar. De: “Rəbbim onları dağıdıb havaya sovuracaq,

Bu ayənin bütün tercümələrinə bax →

فَيَذَرُهَا قَاعًا صَفْصَفًا

Azerbaijani Translation - Ali Khan Musayevoranı boş düzəngaha çevirəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

لَّا تَرَىٰ فِيهَا عِوَجًا وَلَآ أَمْتًا

Azerbaijani Translation - Ali Khan MusayevSən orada nə bir eniş, nə də bir yoxuş görə biləcəksən”.

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَئِذٍ يَتَّبِعُونَ ٱلدَّاعِىَ لَا عِوَجَ لَهُۥ وَخَشَعَتِ ٱلْأَصْوَاتُ لِلرَّحْمَٰنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًا

Azerbaijani Translation - Ali Khan MusayevO gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən.

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَئِذٍ لَّا تَنفَعُ ٱلشَّفَٰعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَٰنُ وَرَضِىَ لَهُۥ قَوْلًا

Azerbaijani Translation - Ali Khan MusayevO gün Rəhmanın izin verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِۦ عِلْمًا

Azerbaijani Translation - Ali Khan MusayevAllah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu (Allahın zatını və sifətlərini) ehtiva edə bilməz!

Bu ayənin bütün tercümələrinə bax →

وَعَنَتِ ٱلْوُجُوهُ لِلْحَىِّ ٱلْقَيُّومِ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا

Azerbaijani Translation - Ali Khan Musayev(O gün) üzlər (əbədi) Yaşayan, yaratdıqlarının Qəyyumu (olan Allah) qarşısında zəlil görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَن يَعْمَلْ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤْمِنٌ فَلَا يَخَافُ ظُلْمًا وَلَا هَضْمًا

Azerbaijani Translation - Ali Khan MusayevMömin olub saleh işlər görənlər isə nə haqsızlığa məruz qalmaqdan, nə də (savabının) əksilməsindən qorxarlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَذَٰلِكَ أَنزَلْنَٰهُ قُرْءَانًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ مِنَ ٱلْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا

Azerbaijani Translation - Ali Khan MusayevBeləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar (pis əməllərindən) çəkinsinlər və ya ibrət alsınlar.

Bu ayənin bütün tercümələrinə bax →

فَتَعَٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ وَلَا تَعْجَلْ بِٱلْقُرْءَانِ مِن قَبْلِ أَن يُقْضَىٰٓ إِلَيْكَ وَحْيُهُۥ وَقُل رَّبِّ زِدْنِى عِلْمًا

Azerbaijani Translation - Ali Khan MusayevHaqq Hökmdar olan Allah ucadır! Onun sənə nazil etdiyi vəhy tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ عَهِدْنَآ إِلَىٰٓ ءَادَمَ مِن قَبْلُ فَنَسِىَ وَلَمْ نَجِدْ لَهُۥ عَزْمًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِـَٔادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ أَبَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdə etməkdən) imtina etdi.

Bu ayənin bütün tercümələrinə bax →

فَقُلْنَا يَٰٓـَٔادَمُ إِنَّ هَٰذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ ٱلْجَنَّةِ فَتَشْقَىٰٓ

Azerbaijani Translation - Ali Khan MusayevBiz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevSən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَنَّكَ لَا تَظْمَؤُا۟ فِيهَا وَلَا تَضْحَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevSən orada nə susayacaq, nə də günəşin istisindən əziyyət çəkəcəksən!”

Bu ayənin bütün tercümələrinə bax →

فَوَسْوَسَ إِلَيْهِ ٱلشَّيْطَٰنُ قَالَ يَٰٓـَٔادَمُ هَلْ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ ٱلْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevŞeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?”

Bu ayənin bütün tercümələrinə bax →

فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْءَٰتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ ٱلْجَنَّةِ وَعَصَىٰٓ ءَادَمُ رَبَّهُۥ فَغَوَىٰ

Azerbaijani Translation - Ali Khan Musayevİkisi də ondan yedilər və ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə Cənnət (ağaclarının) yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ ٱجْتَبَٰهُ رَبُّهُۥ فَتَابَ عَلَيْهِ وَهَدَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevSonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və (onu) doğru yola yönəltdi.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ ٱهْبِطَا مِنْهَا جَمِيعًۢا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّى هُدًى فَمَنِ ٱتَّبَعَ هُدَاىَ فَلَا يَضِلُّ وَلَا يَشْقَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevAllah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan (yerə) enin. Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən (bələdçimin) ardınca getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُۥ مَعِيشَةً ضَنكًا وَنَحْشُرُهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ أَعْمَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevKim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı daralar və Biz Qiyamət günü onu kor olaraq həşir edərik”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ رَبِّ لِمَ حَشَرْتَنِىٓ أَعْمَىٰ وَقَدْ كُنتُ بَصِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevO: “Ey Rəbbim! Məni nə üçün kor olaraq həşr etdin, axı mən (dünyada) görürdüm?”– deyəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ كَذَٰلِكَ أَتَتْكَ ءَايَٰتُنَا فَنَسِيتَهَا وَكَذَٰلِكَ ٱلْيَوْمَ تُنسَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!”

Bu ayənin bütün tercümələrinə bax →

وَكَذَٰلِكَ نَجْزِى مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِنۢ بِـَٔايَٰتِ رَبِّهِۦ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَشَدُّ وَأَبْقَىٰٓ

Azerbaijani Translation - Ali Khan MusayevBiz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə, daha şiddətli və daha davamlıdır.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ ٱلْقُرُونِ يَمْشُونَ فِى مَسَٰكِنِهِمْ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّأُو۟لِى ٱلنُّهَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevYurdlarında gəzib dolaşdıqları, özlərindən əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onlara dərs olmadımı? Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَكَانَ لِزَامًا وَأَجَلٌ مُّسَمًّى

Azerbaijani Translation - Ali Khan MusayevƏgər Rəbbin tərəfindən əvvəlcədən vəd edilmiş Söz və müəyyən edilmiş bir vaxt olmasaydı, (əzab onları) dərhal yaxalayardı.

Bu ayənin bütün tercümələrinə bax →

فَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ ٱلشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا وَمِنْ ءَانَآئِ ٱلَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ ٱلنَّهَارِ لَعَلَّكَ تَرْضَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevOnların dediklərinə səbir et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِۦٓ أَزْوَٰجًا مِّنْهُمْ زَهْرَةَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا لِنَفْتِنَهُمْ فِيهِ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Kafirlərdən) bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi olaraq verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin verdiyi ruzi daha xeyirli və daha davamlıdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَأْمُرْ أَهْلَكَ بِٱلصَّلَوٰةِ وَٱصْطَبِرْ عَلَيْهَا لَا نَسْـَٔلُكَ رِزْقًا نَّحْنُ نَرْزُقُكَ وَٱلْعَٰقِبَةُ لِلتَّقْوَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevAilənə namaz qılmağı əmr et, özün də onu (namazı) səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالُوا۟ لَوْلَا يَأْتِينَا بِـَٔايَةٍ مِّن رَّبِّهِۦٓ أَوَلَمْ تَأْتِهِم بَيِّنَةُ مَا فِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ

Azerbaijani Translation - Ali Khan Musayev(Kafirlər: “Muhamməd) bizə Rəbbindən bir ayə gətirməli deyildimi?”– dedilər. Məgər onlara əvvəlki səhifələrdə olanların açıq-aydın dəlili çatmadımı?

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ أَنَّآ أَهْلَكْنَٰهُم بِعَذَابٍ مِّن قَبْلِهِۦ لَقَالُوا۟ رَبَّنَا لَوْلَآ أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ ءَايَٰتِكَ مِن قَبْلِ أَن نَّذِلَّ وَنَخْزَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər Biz onları bundan əvvəl (Muhamməd peyğəmbər və Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?”

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ كُلٌّ مُّتَرَبِّصٌ فَتَرَبَّصُوا۟ فَسَتَعْلَمُونَ مَنْ أَصْحَٰبُ ٱلصِّرَٰطِ ٱلسَّوِىِّ وَمَنِ ٱهْتَدَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Hamı gözləyir, siz də gözləyin. (Tezliklə) siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!”

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70