caseriqQuranda məna axtarışı

Al-Israa surəsi الإسراء

111 ayə · Məkkə · nazil olma sırası 50

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سُبْحَٰنَ ٱلَّذِىٓ أَسْرَىٰ بِعَبْدِهِۦ لَيْلًا مِّنَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ إِلَى ٱلْمَسْجِدِ ٱلْأَقْصَا ٱلَّذِى بَٰرَكْنَا حَوْلَهُۥ لِنُرِيَهُۥ مِنْ ءَايَٰتِنَآ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ

Azerbaijani Translation - Ali Khan MusayevAyələrimizdən bəzisini ona (Muhammədə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir.

Bu ayənin bütün tercümələrinə bax →

وَءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ وَجَعَلْنَٰهُ هُدًى لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ أَلَّا تَتَّخِذُوا۟ مِن دُونِى وَكِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz Musaya Kitab verdik və İsrail oğullarına: “Məndən başqasını özünüzə himayədar götürməyin!”– deyə o Kitabı doğru yol göstəricisi etdik.

Bu ayənin bütün tercümələrinə bax →

ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ إِنَّهُۥ كَانَ عَبْدًا شَكُورًا

Azerbaijani Translation - Ali Khan Musayev(Ey) Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin zürriyəti! Nuh, doğrudan da, çox şükür edən bir qul idi.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَضَيْنَآ إِلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ فِى ٱلْكِتَٰبِ لَتُفْسِدُنَّ فِى ٱلْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz Kitabda (Tövratda) İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və (insanlara zülm etməklə) həddinizi olduqca aşacaqsınz”– (deyə) xəbər verdik.

Bu ayənin bütün tercümələrinə bax →

فَإِذَا جَآءَ وَعْدُ أُولَىٰهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَّنَآ أُو۟لِى بَأْسٍ شَدِيدٍ فَجَاسُوا۟ خِلَٰلَ ٱلدِّيَارِ وَكَانَ وَعْدًا مَّفْعُولًا

Azerbaijani Translation - Ali Khan Musayevİki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb (sizi) axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ رَدَدْنَا لَكُمُ ٱلْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَٰكُم بِأَمْوَٰلٍ وَبَنِينَ وَجَعَلْنَٰكُمْ أَكْثَرَ نَفِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevSonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq.

Bu ayənin bütün tercümələrinə bax →

إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْ وَإِنْ أَسَأْتُمْ فَلَهَا فَإِذَا جَآءَ وَعْدُ ٱلْـَٔاخِرَةِ لِيَسُـۥٓـُٔوا۟ وُجُوهَكُمْ وَلِيَدْخُلُوا۟ ٱلْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍ وَلِيُتَبِّرُوا۟ مَا عَلَوْا۟ تَتْبِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevYaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə (Qüdsdəki) məscidə girdikləri kimi yenə də ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (düşmənlərinizi üstünüzə göndərdik).

Bu ayənin bütün tercümələrinə bax →

عَسَىٰ رَبُّكُمْ أَن يَرْحَمَكُمْ وَإِنْ عُدتُّمْ عُدْنَا وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَٰفِرِينَ حَصِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevOla bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz (fəsad törətməyə) qayıtsanız, Biz də (sizi cəzalandırmağa) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün bir zindan etdik.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ هَٰذَا ٱلْقُرْءَانَ يَهْدِى لِلَّتِى هِىَ أَقْوَمُ وَيُبَشِّرُ ٱلْمُؤْمِنِينَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا

Azerbaijani Translation - Ali Khan MusayevAxirətə iman gətirməyənlər üçün isə ağrılı-acılı bir əzab hazırlamışıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَدْعُ ٱلْإِنسَٰنُ بِٱلشَّرِّ دُعَآءَهُۥ بِٱلْخَيْرِ وَكَانَ ٱلْإِنسَٰنُ عَجُولًا

Azerbaijani Translation - Ali Khan Musayevİnsan (özünə) xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir.

Bu ayənin bütün tercümələrinə bax →

وَجَعَلْنَا ٱلَّيْلَ وَٱلنَّهَارَ ءَايَتَيْنِ فَمَحَوْنَآ ءَايَةَ ٱلَّيْلِ وَجَعَلْنَآ ءَايَةَ ٱلنَّهَارِ مُبْصِرَةً لِّتَبْتَغُوا۟ فَضْلًا مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُوا۟ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَ وَكُلَّ شَىْءٍ فَصَّلْنَٰهُ تَفْصِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi təfsilatı ilə izah etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَكُلَّ إِنسَٰنٍ أَلْزَمْنَٰهُ طَٰٓئِرَهُۥ فِى عُنُقِهِۦ وَنُخْرِجُ لَهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ كِتَٰبًا يَلْقَىٰهُ مَنشُورًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik.

Bu ayənin bütün tercümələrinə bax →

ٱقْرَأْ كِتَٰبَكَ كَفَىٰ بِنَفْسِكَ ٱلْيَوْمَ عَلَيْكَ حَسِيبًا

Azerbaijani Translation - Ali Khan Musayev(Ona belə deyərik:) Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər.

Bu ayənin bütün tercümələrinə bax →

مَّنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبْعَثَ رَسُولًا

Azerbaijani Translation - Ali Khan MusayevKim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab vermərik.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَآ أَرَدْنَآ أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُوا۟ فِيهَا فَحَقَّ عَلَيْهَا ٱلْقَوْلُ فَدَمَّرْنَٰهَا تَدْمِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə (Allaha itaət etməyi) əmr edərik. Onlar isə orada günah işlər görərlər. Beləcə, (o məmləkətin) barəsindəki söz gerçək olar və Biz onu yerlə yeksan edərik.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَمْ أَهْلَكْنَا مِنَ ٱلْقُرُونِ مِنۢ بَعْدِ نُوحٍ وَكَفَىٰ بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz Nuhdan sonra neçə-neçə nəsli məhv etdik. Rəbbinin, qullarının günahlarını bilməsi və görməsi kifayətdir.

Bu ayənin bütün tercümələrinə bax →

مَّن كَانَ يُرِيدُ ٱلْعَاجِلَةَ عَجَّلْنَا لَهُۥ فِيهَا مَا نَشَآءُ لِمَن نُّرِيدُ ثُمَّ جَعَلْنَا لَهُۥ جَهَنَّمَ يَصْلَىٰهَا مَذْمُومًا مَّدْحُورًا

Azerbaijani Translation - Ali Khan MusayevKim keçici dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və (Allahın rəhmətindən) qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَنْ أَرَادَ ٱلْـَٔاخِرَةَ وَسَعَىٰ لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُو۟لَٰٓئِكَ كَانَ سَعْيُهُم مَّشْكُورًا

Azerbaijani Translation - Ali Khan MusayevKim də Axirəti istəsə, mömin olaraq, ona layiq bir səylə onun üçün çalışarsa, onların səyi məmnuniyyətlə qəbul olunar.

Bu ayənin bütün tercümələrinə bax →

كُلًّا نُّمِدُّ هَٰٓؤُلَآءِ وَهَٰٓؤُلَآءِ مِنْ عَطَآءِ رَبِّكَ وَمَا كَانَ عَطَآءُ رَبِّكَ مَحْظُورًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz hamıya – onlara da, bunlara da Rəbbinin nemətindən veririk. Rəbbinin neməti (heç kəsə) qadağan deyildir.

Bu ayənin bütün tercümələrinə bax →

ٱنظُرْ كَيْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ وَلَلْـَٔاخِرَةُ أَكْبَرُ دَرَجَٰتٍ وَأَكْبَرُ تَفْضِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevBax gör (dünyada) onların birini digərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üstünlüklər vardır.

Bu ayənin bütün tercümələrinə bax →

لَّا تَجْعَلْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَقْعُدَ مَذْمُومًا مَّخْذُولًا

Azerbaijani Translation - Ali Khan MusayevAllahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və zəlil (köməksiz) vəziyyətdə qalarsan.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّآ إِيَّاهُ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَٰنًا إِمَّا يَبْلُغَنَّ عِندَكَ ٱلْكِبَرَ أَحَدُهُمَآ أَوْ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَآ أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُل لَّهُمَا قَوْلًا كَرِيمًا

Azerbaijani Translation - Ali Khan MusayevRəbbin yalnız Ona ibadət etməyi və valideynlər ilə yaxşı davranmağı əmr etmişdir. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱخْفِضْ لَهُمَا جَنَاحَ ٱلذُّلِّ مِنَ ٱلرَّحْمَةِ وَقُل رَّبِّ ٱرْحَمْهُمَا كَمَا رَبَّيَانِى صَغِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevOnların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.

Bu ayənin bütün tercümələrinə bax →

رَّبُّكُمْ أَعْلَمُ بِمَا فِى نُفُوسِكُمْ إِن تَكُونُوا۟ صَٰلِحِينَ فَإِنَّهُۥ كَانَ لِلْأَوَّٰبِينَ غَفُورًا

Azerbaijani Translation - Ali Khan MusayevRəbbiniz qəlblərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri Bağışlayandır.

Bu ayənin bütün tercümələrinə bax →

وَءَاتِ ذَا ٱلْقُرْبَىٰ حَقَّهُۥ وَٱلْمِسْكِينَ وَٱبْنَ ٱلسَّبِيلِ وَلَا تُبَذِّرْ تَبْذِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevQohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin israfçılıq edərək (malını) lazımsız yerə sərf etmə.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلْمُبَذِّرِينَ كَانُوٓا۟ إِخْوَٰنَ ٱلشَّيَٰطِينِ وَكَانَ ٱلشَّيْطَٰنُ لِرَبِّهِۦ كَفُورًا

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ٱبْتِغَآءَ رَحْمَةٍ مِّن رَّبِّكَ تَرْجُوهَا فَقُل لَّهُمْ قَوْلًا مَّيْسُورًا

Azerbaijani Translation - Ali Khan MusayevƏgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onlardan üz çevirməli olsan (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبْسُطْهَا كُلَّ ٱلْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَّحْسُورًا

Azerbaijani Translation - Ali Khan MusayevƏlini nə sıxıb saxlama, nə də onu büsbütün açma (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ رَبَّكَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, Rəbbin istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Şübhəsiz ki, O, (Öz qullarının halından) xəbərdardır, görəndir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَقْتُلُوٓا۟ أَوْلَٰدَكُمْ خَشْيَةَ إِمْلَٰقٍ نَّحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُمْ إِنَّ قَتْلَهُمْ كَانَ خِطْـًٔا كَبِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevYoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَقْرَبُوا۟ ٱلزِّنَىٰٓ إِنَّهُۥ كَانَ فَٰحِشَةً وَسَآءَ سَبِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevZinaya yaxınlaşmayın. Çünki o, iyrənc bir əməl və murdar bir yoldur!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَقْتُلُوا۟ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ وَمَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِۦ سُلْطَٰنًا فَلَا يُسْرِف فِّى ٱلْقَتْلِ إِنَّهُۥ كَانَ مَنصُورًا

Azerbaijani Translation - Ali Khan MusayevAllahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَقْرَبُوا۟ مَالَ ٱلْيَتِيمِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُۥ وَأَوْفُوا۟ بِٱلْعَهْدِ إِنَّ ٱلْعَهْدَ كَانَ مَسْـُٔولًا

Azerbaijani Translation - Ali Khan MusayevYetim həddi-büluğa çatana qədər –xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla– onun malına yaxınlaşmayın! Əhdə vəfa edin. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَوْفُوا۟ ٱلْكَيْلَ إِذَا كِلْتُمْ وَزِنُوا۟ بِٱلْقِسْطَاسِ ٱلْمُسْتَقِيمِ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevÖlçdükdə ölçüyə tam riayət edin, (çəkdikdə) düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ إِنَّ ٱلسَّمْعَ وَٱلْبَصَرَ وَٱلْفُؤَادَ كُلُّ أُو۟لَٰٓئِكَ كَانَ عَنْهُ مَسْـُٔولًا

Azerbaijani Translation - Ali Khan MusayevHaqqında elmin olmadığı bir şeyin dalınca getmə. Çünki qulaq, göz və ürək bunların hamısı barəsində sorğu-sual olunacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَمْشِ فِى ٱلْأَرْضِ مَرَحًا إِنَّكَ لَن تَخْرِقَ ٱلْأَرْضَ وَلَن تَبْلُغَ ٱلْجِبَالَ طُولًا

Azerbaijani Translation - Ali Khan MusayevYer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən.

Bu ayənin bütün tercümələrinə bax →

كُلُّ ذَٰلِكَ كَانَ سَيِّئُهُۥ عِندَ رَبِّكَ مَكْرُوهًا

Azerbaijani Translation - Ali Khan MusayevBütün bu (qadağan edilmiş) pis əməllərin günahı, Rəbbinin dərgahında məkruhdur.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ مِمَّآ أَوْحَىٰٓ إِلَيْكَ رَبُّكَ مِنَ ٱلْحِكْمَةِ وَلَا تَجْعَلْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتُلْقَىٰ فِى جَهَنَّمَ مَلُومًا مَّدْحُورًا

Azerbaijani Translation - Ali Khan MusayevBunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَأَصْفَىٰكُمْ رَبُّكُم بِٱلْبَنِينَ وَٱتَّخَذَ مِنَ ٱلْمَلَٰٓئِكَةِ إِنَٰثًا إِنَّكُمْ لَتَقُولُونَ قَوْلًا عَظِيمًا

Azerbaijani Translation - Ali Khan MusayevDoğrudanmı Rəbbiniz oğlanları sizin üçün seçib, (Özünə isə) mələklərdən qızlar götürüb?! Siz, həqiqətən də, olduqca pis söz danışırsınız.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ صَرَّفْنَا فِى هَٰذَا ٱلْقُرْءَانِ لِيَذَّكَّرُوا۟ وَمَا يَزِيدُهُمْ إِلَّا نُفُورًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz bu Quranda (şəri əhkamları) izah etdik ki, onlar düşünüb ibrət alsınlar. Lakin bu, onların yalnız nifrətini artırdı.

Bu ayənin bütün tercümələrinə bax →

قُل لَّوْ كَانَ مَعَهُۥٓ ءَالِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَّٱبْتَغَوْا۟ إِلَىٰ ذِى ٱلْعَرْشِ سَبِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Əgər (müşriklərin) söylədikləri kimi Allahla yanaşı başqa məbudlar olsaydı, onlar Ərş Sahibinin yanına (çatmaq üçün) yol axtarardılar”.

Bu ayənin bütün tercümələrinə bax →

سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَقُولُونَ عُلُوًّا كَبِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevAllah (müşriklərin) söylədiklərindən uzaq və ucadır.

Bu ayənin bütün tercümələrinə bax →

تُسَبِّحُ لَهُ ٱلسَّمَٰوَٰتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ وَلَٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًا

Azerbaijani Translation - Ali Khan MusayevYeddi göy, yer və onların arasında olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا قَرَأْتَ ٱلْقُرْءَانَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ حِجَابًا مَّسْتُورًا

Azerbaijani Translation - Ali Khan MusayevSən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına görünməz bir pərdə çəkərik.

Bu ayənin bütün tercümələrinə bax →

وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًا وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِى ٱلْقُرْءَانِ وَحْدَهُۥ وَلَّوْا۟ عَلَىٰٓ أَدْبَٰرِهِمْ نُفُورًا

Azerbaijani Translation - Ali Khan MusayevQuranı anlamasınlar deyə, Biz onların qəlblərinə örtüklər çəkdik, qulaqlarına da tıxaclar vurduq. Sən Quranda Rəbbinin Tək (Allah) olduğunu yada saldığın zaman onlar (bu dəvətə) nifrət edərək arxalarını çevirib gedərlər.

Bu ayənin bütün tercümələrinə bax →

نَّحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِۦٓ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَىٰٓ إِذْ يَقُولُ ٱلظَّٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَّسْحُورًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını və öz aralarında xəlvətcə söhbət edərkən o zalımların: “Siz ancaq sehrlənmiş bir adama uyursunuz”– dediklərini Biz çox yaxşı bilirik.

Bu ayənin bütün tercümələrinə bax →

ٱنظُرْ كَيْفَ ضَرَبُوا۟ لَكَ ٱلْأَمْثَالَ فَضَلُّوا۟ فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevGör sənin üçün necə (pis) məsəllər çəkdilər. Onlar azdılar və (artıq doğru) yolu tapa bilməzlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالُوٓا۟ أَءِذَا كُنَّا عِظَٰمًا وَرُفَٰتًا أَءِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar deyirlər: “Biz sür-sümük və çürüyüb toz-torpaq halına düşdüyümüz zaman yeni bir məxluq olaraq dirildiləcəyikmi?”

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ كُونُوا۟ حِجَارَةً أَوْ حَدِيدًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “İstər daş olun, istər dəmir,

Bu ayənin bütün tercümələrinə bax →

أَوْ خَلْقًا مِّمَّا يَكْبُرُ فِى صُدُورِكُمْ فَسَيَقُولُونَ مَن يُعِيدُنَا قُلِ ٱلَّذِى فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ فَسَيُنْغِضُونَ إِلَيْكَ رُءُوسَهُمْ وَيَقُولُونَ مَتَىٰ هُوَ قُلْ عَسَىٰٓ أَن يَكُونَ قَرِيبًا

Azerbaijani Translation - Ali Khan Musayevvə ya qəlbinizdə özünüzü nəhəng bir məxluq bilin, (yenə də Allah sizi diriltməyə qadirdir)”. Onlar deyəcəklər: “Bizi (həyata) kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar (istehza ilə) başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaq?”– deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!”

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ يَدْعُوكُمْ فَتَسْتَجِيبُونَ بِحَمْدِهِۦ وَتَظُنُّونَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevO gün Allah sizi (məhşərə) çağıracaq. Siz də Ona həmd edərək çağırışına cavab verəcək və (dünyada) çox az (müddət) qaldığınızı güman edəcəksiniz.

Bu ayənin bütün tercümələrinə bax →

وَقُل لِّعِبَادِى يَقُولُوا۟ ٱلَّتِى هِىَ أَحْسَنُ إِنَّ ٱلشَّيْطَٰنَ يَنزَغُ بَيْنَهُمْ إِنَّ ٱلشَّيْطَٰنَ كَانَ لِلْإِنسَٰنِ عَدُوًّا مُّبِينًا

Azerbaijani Translation - Ali Khan MusayevQullarıma de ki, (bir-birləri ilə danışdıqda) ən gözəl sözləri söyləsinlər. Çünki şeytan onların arasına ədavət salar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.

Bu ayənin bütün tercümələrinə bax →

رَّبُّكُمْ أَعْلَمُ بِكُمْ إِن يَشَأْ يَرْحَمْكُمْ أَوْ إِن يَشَأْ يُعَذِّبْكُمْ وَمَآ أَرْسَلْنَٰكَ عَلَيْهِمْ وَكِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevRəbbiniz sizi çox yaxşı tanıyır. İstəsə, sizə rəhm edər, istəsə, sizə əzab verər. Biz səni onlara vəkil olaraq göndərmədik.

Bu ayənin bütün tercümələrinə bax →

وَرَبُّكَ أَعْلَمُ بِمَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ ٱلنَّبِيِّـۧنَ عَلَىٰ بَعْضٍ وَءَاتَيْنَا دَاوُۥدَ زَبُورًا

Azerbaijani Translation - Ali Khan MusayevRəbbiniz göylərdə və yerdə olanları çox yaxşı tanıyır. Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik və Davuda Zəbur verdik.

Bu ayənin bütün tercümələrinə bax →

قُلِ ٱدْعُوا۟ ٱلَّذِينَ زَعَمْتُم مِّن دُونِهِۦ فَلَا يَمْلِكُونَ كَشْفَ ٱلضُّرِّ عَنكُمْ وَلَا تَحْوِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Allahdan başqa məbud saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu başqasına yönəltməyə qadir deyillər”.

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ ٱلْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُۥ وَيَخَافُونَ عَذَابَهُۥٓ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا

Azerbaijani Translation - Ali Khan MusayevOnların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabı qorxub çəkiniləcək bir əzabdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن مِّن قَرْيَةٍ إِلَّا نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ ٱلْقِيَٰمَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًا شَدِيدًا كَانَ ذَٰلِكَ فِى ٱلْكِتَٰبِ مَسْطُورًا

Azerbaijani Translation - Ali Khan MusayevElə bir (kafir) məmləkət yoxdur ki, Qiyamət günündən əvvəl Biz onu məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, Kitabda (Lövhi-məhfuzda) yazılmışdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا مَنَعَنَآ أَن نُّرْسِلَ بِٱلْـَٔايَٰتِ إِلَّآ أَن كَذَّبَ بِهَا ٱلْأَوَّلُونَ وَءَاتَيْنَا ثَمُودَ ٱلنَّاقَةَ مُبْصِرَةً فَظَلَمُوا۟ بِهَا وَمَا نُرْسِلُ بِٱلْـَٔايَٰتِ إِلَّا تَخْوِيفًا

Azerbaijani Translation - Ali Khan MusayevBizim ayələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın (ayə olaraq) bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz ayələri yalnız qorxutmaq üçün göndəririk.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِٱلنَّاسِ وَمَا جَعَلْنَا ٱلرُّءْيَا ٱلَّتِىٓ أَرَيْنَٰكَ إِلَّا فِتْنَةً لِّلنَّاسِ وَٱلشَّجَرَةَ ٱلْمَلْعُونَةَ فِى ٱلْقُرْءَانِ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلَّا طُغْيَٰنًا كَبِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir”– demişdik. (İsra gecəsi) sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş (zəqqum adlı) ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِـَٔادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ قَالَ ءَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– demişdik. İblisdən başqa (hamısı) səcdə etdi. O dedi: “Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəmmi?!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ أَرَءَيْتَكَ هَٰذَا ٱلَّذِى كَرَّمْتَ عَلَىَّ لَئِنْ أَخَّرْتَنِ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُۥٓ إِلَّا قَلِيلًا

Azerbaijani Translation - Ali Khan Musayev(İblis) dedi: “Məndən üstün tutduğun (məxluq) budurmu? Əgər Qiyamət gününə qədər mənə möhlət versən, az bir qismindən başqa onun (bütün) nəslini özümə ram edəcəyəm”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ ٱذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ جَزَآءً مَّوْفُورًا

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) buyurdu: “Çıx get! Onlardan kim sənə tabe olsa, tam bir əvəz olaraq cəzanız Cəhənnəm olacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱسْتَفْزِزْ مَنِ ٱسْتَطَعْتَ مِنْهُم بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِم بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِى ٱلْأَمْوَٰلِ وَٱلْأَوْلَٰدِ وَعِدْهُمْ وَمَا يَعِدُهُمُ ٱلشَّيْطَٰنُ إِلَّا غُرُورًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlardan gücün çatdığı kimsələri səsinlə (günaha) təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ عِبَادِى لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَٰنٌ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, ixlaslı qullarım üzərində sənin hökmranlığın olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər”.

Bu ayənin bütün tercümələrinə bax →

رَّبُّكُمُ ٱلَّذِى يُزْجِى لَكُمُ ٱلْفُلْكَ فِى ٱلْبَحْرِ لِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦٓ إِنَّهُۥ كَانَ بِكُمْ رَحِيمًا

Azerbaijani Translation - Ali Khan MusayevLütfünə nail olasınız deyə dənizdə gəmiləri sizin üçün hərəkətə gətirən Rəbbinizdir. Həqiqətən, O sizə qarşı rəhmlidir.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا مَسَّكُمُ ٱلضُّرُّ فِى ٱلْبَحْرِ ضَلَّ مَن تَدْعُونَ إِلَّآ إِيَّاهُ فَلَمَّا نَجَّىٰكُمْ إِلَى ٱلْبَرِّ أَعْرَضْتُمْ وَكَانَ ٱلْإِنسَٰنُ كَفُورًا

Azerbaijani Translation - Ali Khan MusayevSizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız (sizdən) uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur!

Bu ayənin bütün tercümələrinə bax →

أَفَأَمِنتُمْ أَن يَخْسِفَ بِكُمْ جَانِبَ ٱلْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ثُمَّ لَا تَجِدُوا۟ لَكُمْ وَكِيلًا

Azerbaijani Translation - Ali Khan Musayev(Allahın) sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz.

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ أَمِنتُمْ أَن يُعِيدَكُمْ فِيهِ تَارَةً أُخْرَىٰ فَيُرْسِلَ عَلَيْكُمْ قَاصِفًا مِّنَ ٱلرِّيحِ فَيُغْرِقَكُم بِمَا كَفَرْتُمْ ثُمَّ لَا تَجِدُوا۟ لَكُمْ عَلَيْنَا بِهِۦ تَبِيعًا

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə (dənizdə) sizi batırmayacağına əminsinizmi? Sonra buna görə Bizdən intiqam alan bir kəs belə tapa bilməzsiniz.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ كَرَّمْنَا بَنِىٓ ءَادَمَ وَحَمَلْنَٰهُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ وَرَزَقْنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلْنَٰهُمْ عَلَىٰ كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik.

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ نَدْعُوا۟ كُلَّ أُنَاسٍۭ بِإِمَٰمِهِمْ فَمَنْ أُوتِىَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَأُو۟لَٰٓئِكَ يَقْرَءُونَ كِتَٰبَهُمْ وَلَا يُظْلَمُونَ فَتِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevO gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. Kitabı sağ əlinə verilən kimsələr öz kitablarını sevinclə oxuyacaq və onlara xurma çəyirdəyindəki lif qədər zülm edilməyəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَن كَانَ فِى هَٰذِهِۦٓ أَعْمَىٰ فَهُوَ فِى ٱلْـَٔاخِرَةِ أَعْمَىٰ وَأَضَلُّ سَبِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevBu dünyada kor olan kəs axirətdə də kor olacaq və (haqq) yoldan daha çox azacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن كَادُوا۟ لَيَفْتِنُونَكَ عَنِ ٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ لِتَفْتَرِىَ عَلَيْنَا غَيْرَهُۥ وَإِذًا لَّٱتَّخَذُوكَ خَلِيلًا

Azerbaijani Translation - Ali Khan Musayev(Müşriklər) səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, Qurandan başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqdılar.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْلَآ أَن ثَبَّتْنَٰكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيْـًٔا قَلِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevƏgər Biz səni (dinində) sabit saxlamasaydıq, az da olsa onlara meyl edəcəkdin.

Bu ayənin bütün tercümələrinə bax →

إِذًا لَّأَذَقْنَٰكَ ضِعْفَ ٱلْحَيَوٰةِ وَضِعْفَ ٱلْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevBelə olacağı təqdirdə sənə həyatın və ölümün əzabını ikiqat daddırardıq. Sonra Bizə qarşı özünə bir köməkçi də tapa bilməzsən.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن كَادُوا۟ لَيَسْتَفِزُّونَكَ مِنَ ٱلْأَرْضِ لِيُخْرِجُوكَ مِنْهَا وَإِذًا لَّا يَلْبَثُونَ خِلَٰفَكَ إِلَّا قَلِيلًا

Azerbaijani Translation - Ali Khan Musayev(Müşriklər) az qala səni bu torpaqdan (Məkkədən) sıxışdırıb çıxaracaqdılar. Lakin səni qovduqdan sonra özləri də (orada) ancaq az bir müddət qala bilərdilər.

Bu ayənin bütün tercümələrinə bax →

سُنَّةَ مَن قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِن رُّسُلِنَا وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevSəndən əvvəl göndərdiyimiz elçilərə qarşı da belə davranmışlar. Sən Bizim sünnətimizdə heç bir dəyişiklik tapa bilməzsən.

Bu ayənin bütün tercümələrinə bax →

أَقِمِ ٱلصَّلَوٰةَ لِدُلُوكِ ٱلشَّمْسِ إِلَىٰ غَسَقِ ٱلَّيْلِ وَقُرْءَانَ ٱلْفَجْرِ إِنَّ قُرْءَانَ ٱلْفَجْرِ كَانَ مَشْهُودًا

Azerbaijani Translation - Ali Khan MusayevGün batmağa meyl edəndən gecənin qaranlığınadək (bəlli vaxtlarda) namaz qıl və sübh çağı Quran oxu (fəcr namazını da qıl)! Çünki sübh çağı oxunan Qurana (mələklər tərəfindən) şahidlik edilir.

Bu ayənin bütün tercümələrinə bax →

وَمِنَ ٱلَّيْلِ فَتَهَجَّدْ بِهِۦ نَافِلَةً لَّكَ عَسَىٰٓ أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا

Azerbaijani Translation - Ali Khan MusayevGecənin bir vaxtı qalxıb, sənə nafilə olaraq buyrulmuş təhəccüd namazını qıl. Bəlkə Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin.

Bu ayənin bütün tercümələrinə bax →

وَقُل رَّبِّ أَدْخِلْنِى مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِى مُخْرَجَ صِدْقٍ وَٱجْعَل لِّى مِن لَّدُنكَ سُلْطَٰنًا نَّصِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Ey Rəbbim! Məni daxil olacağım yerə (Mədinəyə) yaxşılıqla daxil et; məni çıxacağım yerdən (Məkkədən) də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver”.

Bu ayənin bütün tercümələrinə bax →

وَقُلْ جَآءَ ٱلْحَقُّ وَزَهَقَ ٱلْبَٰطِلُ إِنَّ ٱلْبَٰطِلَ كَانَ زَهُوقًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Haqq gəldi, batil yox oldu. Həqiqətən də, batil puçluğa məhkumdur!”

Bu ayənin bütün tercümələrinə bax →

وَنُنَزِّلُ مِنَ ٱلْقُرْءَانِ مَا هُوَ شِفَآءٌ وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ وَلَا يَزِيدُ ٱلظَّٰلِمِينَ إِلَّا خَسَارًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik. (Bu ayələr) zalımların ancaq ziyanını artırır.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَآ أَنْعَمْنَا عَلَى ٱلْإِنسَٰنِ أَعْرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ كَانَ يَـُٔوسًا

Azerbaijani Translation - Ali Khan Musayevİnsana nemət verdiyimiz zaman üz çevirib uzaq durar. Ona bir zərər toxunduqda isə məyus olar.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ كُلٌّ يَعْمَلُ عَلَىٰ شَاكِلَتِهِۦ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَىٰ سَبِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Hər kəs öz xasiyyətinə görə iş görər. Rəbbiniz isə kimin doğru yolda olduğunu daha yaxşı bilir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَسْـَٔلُونَكَ عَنِ ٱلرُّوحِ قُلِ ٱلرُّوحُ مِنْ أَمْرِ رَبِّى وَمَآ أُوتِيتُم مِّنَ ٱلْعِلْمِ إِلَّا قَلِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevSəndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə elmdən yalnız az bir şey verilmişdir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَئِن شِئْنَا لَنَذْهَبَنَّ بِٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِۦ عَلَيْنَا وَكِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevƏgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) silib aparardıq. Sonra bundan dolayı Bizə qarşı özünə himayəçi tapa bilməzdin.

Bu ayənin bütün tercümələrinə bax →

إِلَّا رَحْمَةً مِّن رَّبِّكَ إِنَّ فَضْلَهُۥ كَانَ عَلَيْكَ كَبِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevAncaq Rəbbinin mərhəməti sayəsində (bunu etmədik). Doğrudan da, Onun sənə olan lütfü böyükdür.

Bu ayənin bütün tercümələrinə bax →

قُل لَّئِنِ ٱجْتَمَعَتِ ٱلْإِنسُ وَٱلْجِنُّ عَلَىٰٓ أَن يَأْتُوا۟ بِمِثْلِ هَٰذَا ٱلْقُرْءَانِ لَا يَأْتُونَ بِمِثْلِهِۦ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün (bir yerə) toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər”.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِى هَٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍ فَأَبَىٰٓ أَكْثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz bu Quranda insanlar üçün hər cür misalı müfəssəl izah etdik. Lakin insanların əksəriyyəti yalnız küfrü seçdi.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالُوا۟ لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ تَفْجُرَ لَنَا مِنَ ٱلْأَرْضِ يَنۢبُوعًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik;

Bu ayənin bütün tercümələrinə bax →

أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ ٱلْأَنْهَٰرَ خِلَٰلَهَا تَفْجِيرًا

Azerbaijani Translation - Ali Khan Musayevvə ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca;

Bu ayənin bütün tercümələrinə bax →

أَوْ تُسْقِطَ ٱلسَّمَآءَ كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِىَ بِٱللَّهِ وَٱلْمَلَٰٓئِكَةِ قَبِيلًا

Azerbaijani Translation - Ali Khan Musayevyaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə;

Bu ayənin bütün tercümələrinə bax →

أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِّن زُخْرُفٍ أَوْ تَرْقَىٰ فِى ٱلسَّمَآءِ وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيْنَا كِتَٰبًا نَّقْرَؤُهُۥ قُلْ سُبْحَانَ رَبِّى هَلْ كُنتُ إِلَّا بَشَرًا رَّسُولًا

Azerbaijani Translation - Ali Khan Musayevyaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam”.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤْمِنُوٓا۟ إِذْ جَآءَهُمُ ٱلْهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓا۟ أَبَعَثَ ٱللَّهُ بَشَرًا رَّسُولًا

Azerbaijani Translation - Ali Khan Musayevİnsanlara doğru yol göstəricisi gəldiyi zaman onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu.

Bu ayənin bütün tercümələrinə bax →

قُل لَّوْ كَانَ فِى ٱلْأَرْضِ مَلَٰٓئِكَةٌ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكًا رَّسُولًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk elçi göndərərdik”.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ كَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, (nə etdiklərini) Görəndir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُمْ أَوْلِيَآءَ مِن دُونِهِۦ وَنَحْشُرُهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ عَلَىٰ وُجُوهِهِمْ عُمْيًا وَبُكْمًا وَصُمًّا مَّأْوَىٰهُمْ جَهَنَّمُ كُلَّمَا خَبَتْ زِدْنَٰهُمْ سَعِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevAllah kimi doğru yola yönəldirsə, o, doğru yoldadır. Kimi azdırırsa, onlara Ondan başqa dostlar tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların gedəcəkləri yer Cəhənnəmdir. (Onun alovu) azaldıqca onlar üçün alovu artıracağıq.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ جَزَآؤُهُم بِأَنَّهُمْ كَفَرُوا۟ بِـَٔايَٰتِنَا وَقَالُوٓا۟ أَءِذَا كُنَّا عِظَٰمًا وَرُفَٰتًا أَءِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا

Azerbaijani Translation - Ali Khan MusayevBu, ayələrimizi inkar etdiklərinə və: “Məgər biz sür-sümük və çürüyüb toz-torpaq olduğumuz halda yeni bir məxluq olaraq dirildiləcəyik?”– dediklərinə görə onların cəzasıdır.

Bu ayənin bütün tercümələrinə bax →

أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ قَادِرٌ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ أَجَلًا لَّا رَيْبَ فِيهِ فَأَبَى ٱلظَّٰلِمُونَ إِلَّا كُفُورًا

Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün haqqında heç bir şəkk-şübhə olmayan bir əcəl müəyyən etmişdir. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər.

Bu ayənin bütün tercümələrinə bax →

قُل لَّوْ أَنتُمْ تَمْلِكُونَ خَزَآئِنَ رَحْمَةِ رَبِّىٓ إِذًا لَّأَمْسَكْتُمْ خَشْيَةَ ٱلْإِنفَاقِ وَكَانَ ٱلْإِنسَٰنُ قَتُورًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız belə, yenə də (onun) xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz. Çünki insan xəsisdir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ تِسْعَ ءَايَٰتٍۭ بَيِّنَٰتٍ فَسْـَٔلْ بَنِىٓ إِسْرَٰٓءِيلَ إِذْ جَآءَهُمْ فَقَالَ لَهُۥ فِرْعَوْنُ إِنِّى لَأَظُنُّكَ يَٰمُوسَىٰ مَسْحُورًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz Musaya doqquz açıq-aşkar ayət verdik. İsrail oğullarından soruş; (Musa) onların yanına gəldikdə Firon ona: “Ey Musa! Mən sənin ovsunlandığını zənn edirəm”– demişdi.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ لَقَدْ عَلِمْتَ مَآ أَنزَلَ هَٰٓؤُلَآءِ إِلَّا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ بَصَآئِرَ وَإِنِّى لَأَظُنُّكَ يَٰفِرْعَوْنُ مَثْبُورًا

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Sən artıq bunları yalnız göylərin və yerin Rəbbi tərəfindən, açıq-aşkar ayət olaraq endirildiyini bilirsən. Mən isə, ey Firon, sənin məhv olacağını yəqin bilirəm”.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَرَادَ أَن يَسْتَفِزَّهُم مِّنَ ٱلْأَرْضِ فَأَغْرَقْنَٰهُ وَمَن مَّعَهُۥ جَمِيعًا

Azerbaijani Translation - Ali Khan Musayev(Firon) onları Misirdən qovub çıxartmaq istədi. Biz isə onu və onunla birlikdə olanların hamısını (dənizdə) batırdıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَقُلْنَا مِنۢ بَعْدِهِۦ لِبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱسْكُنُوا۟ ٱلْأَرْضَ فَإِذَا جَآءَ وَعْدُ ٱلْـَٔاخِرَةِ جِئْنَا بِكُمْ لَفِيفًا

Azerbaijani Translation - Ali Khan MusayevBundan sonra İsrail oğullarına: “Bu yerdə yaşayın! Axirət vədi gəlib yetişdiyi zaman sizin hamınızı birlikdə (məhşərə) gətirəcəyik”– dedik.

Bu ayənin bütün tercümələrinə bax →

وَبِٱلْحَقِّ أَنزَلْنَٰهُ وَبِٱلْحَقِّ نَزَلَ وَمَآ أَرْسَلْنَٰكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا

Azerbaijani Translation - Ali Khan MusayevBiz onu (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də yalnız müjdə verən və xəbərdar edən (bir elçi) olaraq göndərdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَقُرْءَانًا فَرَقْنَٰهُ لِتَقْرَأَهُۥ عَلَى ٱلنَّاسِ عَلَىٰ مُكْثٍ وَنَزَّلْنَٰهُ تَنزِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevQuranı insanlara aramla oxuyasan deyə, Biz onu hissələrə ayırıb tədriclə nazil etdik.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ ءَامِنُوا۟ بِهِۦٓ أَوْ لَا تُؤْمِنُوٓا۟ إِنَّ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ مِن قَبْلِهِۦٓ إِذَا يُتْلَىٰ عَلَيْهِمْ يَخِرُّونَ لِلْأَذْقَانِ سُجَّدًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “İstər ona inanın, istərsə də inanmayın. Şübhəsiz ki, ondan öncə özlərinə elm verilmiş kimsələrə, (ayələr) oxunduğu zaman üzüstə səcdəyə qapanır

Bu ayənin bütün tercümələrinə bax →

وَيَقُولُونَ سُبْحَٰنَ رَبِّنَآ إِن كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولًا

Azerbaijani Translation - Ali Khan Musayevvə: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”– deyirlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَخِرُّونَ لِلْأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar üzüstə səcdəyə qapanıb ağlayır və (bu ayələr) onların (Allahdan) qorxusunu daha da artırır.

Bu ayənin bütün tercümələrinə bax →

قُلِ ٱدْعُوا۟ ٱللَّهَ أَوِ ٱدْعُوا۟ ٱلرَّحْمَٰنَ أَيًّا مَّا تَدْعُوا۟ فَلَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ وَلَا تَجْهَرْ بِصَلَاتِكَ وَلَا تُخَافِتْ بِهَا وَٱبْتَغِ بَيْنَ ذَٰلِكَ سَبِيلًا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut.

Bu ayənin bütün tercümələrinə bax →

وَقُلِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى لَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُن لَّهُۥ شَرِيكٌ فِى ٱلْمُلْكِ وَلَمْ يَكُن لَّهُۥ وَلِىٌّ مِّنَ ٱلذُّلِّ وَكَبِّرْهُ تَكْبِيرًۢا

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü (Özünə kömək edəcək) heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək uca tut.

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70