وَيَجْعَلُونَ لِمَا لَا يَعْلَمُونَ نَصِيبًا مِّمَّا رَزَقْنَٰهُمْ تَٱللَّهِ لَتُسْـَٔلُنَّ عَمَّا كُنتُمْ تَفْتَرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev(Müşriklər,) özlərinə verdiyimiz ruzidən heç nə anlamayanlara (bütlərə) pay ayırırlar. Allaha and olsun ki, atdığınız iftiralara görə, mütləq sorğu-sual olunacaqsınız.