caseriqQuranda məna axtarışı

Al-Alaq surəsi العلق

19 ayə · Məkkə · nazil olma sırası 1

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Yaradan Rəbbinin adı ilə oxu!

Bu ayənin bütün tercümələrinə bax →

خَلَقَ ٱلْإِنسَٰنَ مِنْ عَلَقٍ

Azerbaijani Translation - Ali Khan MusayevO, insanı qan laxtasından yaratdı.

Bu ayənin bütün tercümələrinə bax →

ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ

Azerbaijani Translation - Ali Khan MusayevOxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ

Azerbaijani Translation - Ali Khan MusayevO, qələmlə (yazmağı) öyrətdi.

Bu ayənin bütün tercümələrinə bax →

عَلَّمَ ٱلْإِنسَٰنَ مَا لَمْ يَعْلَمْ

Azerbaijani Translation - Ali Khan Musayevİnsana bilmədiklərini öyrətdi.

Bu ayənin bütün tercümələrinə bax →

كَلَّآ إِنَّ ٱلْإِنسَٰنَ لَيَطْغَىٰٓ

Azerbaijani Translation - Ali Khan MusayevXeyr! İnsan, doğrudan da, həddini aşır –

Bu ayənin bütün tercümələrinə bax →

أَن رَّءَاهُ ٱسْتَغْنَىٰٓ

Azerbaijani Translation - Ali Khan Musayevözünün ehtiyacsız olduğunu gördükdə.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجْعَىٰٓ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz dönüş ancaq Rəbbinədir.

Bu ayənin bütün tercümələrinə bax →

أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevMane olan kimsəni (Əbu Cəhli) gördünmü?

Bu ayənin bütün tercümələrinə bax →

عَبْدًا إِذَا صَلَّىٰٓ

Azerbaijani Translation - Ali Khan MusayevBir bəndəyə (Muhammədə) namaz qıldığı zaman?

Bu ayənin bütün tercümələrinə bax →

أَرَءَيْتَ إِن كَانَ عَلَى ٱلْهُدَىٰٓ

Azerbaijani Translation - Ali Khan MusayevSöylə görək, əgər o (bəndə) doğru yoldadırsa,

Bu ayənin bütün tercümələrinə bax →

أَوْ أَمَرَ بِٱلتَّقْوَىٰٓ

Azerbaijani Translation - Ali Khan Musayevyaxud təqvanı əmr edirsə?

Bu ayənin bütün tercümələrinə bax →

أَرَءَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ

Azerbaijani Translation - Ali Khan MusayevSöylə görək, əgər o (kafir haqqı) yalan sayıb üz döndəribsə?

Bu ayənin bütün tercümələrinə bax →

أَلَمْ يَعْلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər o, Allahın (onu) gördüyünü bilmirmi?!

Bu ayənin bütün tercümələrinə bax →

كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًۢا بِٱلنَّاصِيَةِ

Azerbaijani Translation - Ali Khan MusayevXeyr! Əgər (o pis əməlinə) son qoymasa, Biz onun kəkilindən tutub (Cəhənnəmə) sürükləyəcəyik –

Bu ayənin bütün tercümələrinə bax →

نَاصِيَةٍ كَٰذِبَةٍ خَاطِئَةٍ

Azerbaijani Translation - Ali Khan Musayevyalançı, günahkar kəkilindən.

Bu ayənin bütün tercümələrinə bax →

فَلْيَدْعُ نَادِيَهُۥ

Azerbaijani Translation - Ali Khan MusayevQoy öz tərəfdarlarını (köməyə) çağırsın.

Bu ayənin bütün tercümələrinə bax →

سَنَدْعُ ٱلزَّبَانِيَةَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz də zəbaniləri (əzab mələklərini) çağıracağıq.

Bu ayənin bütün tercümələrinə bax →

كَلَّا لَا تُطِعْهُ وَٱسْجُدْ وَٱقْتَرِب

Azerbaijani Translation - Ali Khan MusayevXeyr, sən ona tabe olma! Səcdə et və (Allaha) yaxınlaş!

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70