Ana səhifə › Surələr › Al-Waaqia surəsi
Al-Waaqia surəsi الواقعة
96 ayə · Məkkə · nazil olma sırası 46
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ
Azerbaijani Translation - Ali Khan Musayev Qiyamət vaqe olacağı zaman.
Bu ayənin bütün tercümələrinə bax →
لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ
Azerbaijani Translation - Ali Khan Musayev Onun vaqe olacağına heç bir şübhə yoxdur.
Bu ayənin bütün tercümələrinə bax →
خَافِضَةٌ رَّافِعَةٌ
Azerbaijani Translation - Ali Khan Musayev O, (kafirləri) alçaldacaq, (möminləri) ucaldacaq.
Bu ayənin bütün tercümələrinə bax →
إِذَا رُجَّتِ ٱلْأَرْضُ رَجًّا
Azerbaijani Translation - Ali Khan Musayev Yer şiddətlə titrədiyi zaman,
Bu ayənin bütün tercümələrinə bax →
وَبُسَّتِ ٱلْجِبَالُ بَسًّا
Azerbaijani Translation - Ali Khan Musayev Dağlar parça-parça olub ovxalandığı
Bu ayənin bütün tercümələrinə bax →
فَكَانَتْ هَبَآءً مُّنۢبَثًّا
Azerbaijani Translation - Ali Khan Musayev (Ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman,
Bu ayənin bütün tercümələrinə bax →
وَكُنتُمْ أَزْوَٰجًا ثَلَٰثَةً
Azerbaijani Translation - Ali Khan Musayev siz üç dəstəyə ayrılacaqsınız.
Bu ayənin bütün tercümələrinə bax →
فَأَصْحَٰبُ ٱلْمَيْمَنَةِ مَآ أَصْحَٰبُ ٱلْمَيْمَنَةِ
Azerbaijani Translation - Ali Khan Musayev Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
Bu ayənin bütün tercümələrinə bax →
وَأَصْحَٰبُ ٱلْمَشْـَٔمَةِ مَآ أَصْحَٰبُ ٱلْمَشْـَٔمَةِ
Azerbaijani Translation - Ali Khan Musayev Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلسَّٰبِقُونَ ٱلسَّٰبِقُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Dünyada xeyirxah işlərdə) öndə gedənlər, (axirətdə də) öndədirlər!
Bu ayənin bütün tercümələrinə bax →
أُو۟لَٰٓئِكَ ٱلْمُقَرَّبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar (Allaha) yaxınlaşdırılmış kimsələrdir.
Bu ayənin bütün tercümələrinə bax →
فِى جَنَّٰتِ ٱلنَّعِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar Nəim cənnətlərində olacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
ثُلَّةٌ مِّنَ ٱلْأَوَّلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onların bir qismi əvvəlki ümmətlərlərdən.
Bu ayənin bütün tercümələrinə bax →
وَقَلِيلٌ مِّنَ ٱلْـَٔاخِرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev ِAz bir qismi də axırıncılardandır.
Bu ayənin bütün tercümələrinə bax →
عَلَىٰ سُرُرٍ مَّوْضُونَةٍ
Azerbaijani Translation - Ali Khan Musayev (Onlar qızıl-gümüşlə) bəzənmiş taxtlar üstündə
Bu ayənin bütün tercümələrinə bax →
مُّتَّكِـِٔينَ عَلَيْهَا مُتَقَٰبِلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.
Bu ayənin bütün tercümələrinə bax →
يَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌ مُّخَلَّدُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onların ətrafında həmişəcavan (xidmətçi) oğlanlar dolanacaqlar –
Bu ayənin bütün tercümələrinə bax →
بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِّن مَّعِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –
Bu ayənin bütün tercümələrinə bax →
لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ
Azerbaijani Translation - Ali Khan Musayev ondan başları ağrımaz və məst olmazlar,
Bu ayənin bütün tercümələrinə bax →
وَفَٰكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev bəyənib seçdikləri meyvələr
Bu ayənin bütün tercümələrinə bax →
وَلَحْمِ طَيْرٍ مِّمَّا يَشْتَهُونَ
Azerbaijani Translation - Ali Khan Musayev və istədikləri quş əti ilə (onların ətrafında hərlənəcəklər).
Bu ayənin bütün tercümələrinə bax →
وَحُورٌ عِينٌ
Azerbaijani Translation - Ali Khan Musayev (Onlar üçün orada) iri qara gözlü hurilər vardır –
Bu ayənin bütün tercümələrinə bax →
كَأَمْثَٰلِ ٱللُّؤْلُؤِ ٱلْمَكْنُونِ
Azerbaijani Translation - Ali Khan Musayev Sanki (sədəf içində) qorunub-saxlanmış mirvariyə bənzər (hurilər).
Bu ayənin bütün tercümələrinə bax →
جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Bu, onlara) etdikləri əməllərin mükafatı olaraq (veriləcəkdir).
Bu ayənin bütün tercümələrinə bax →
لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا
Azerbaijani Translation - Ali Khan Musayev Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّا قِيلًا سَلَٰمًا سَلَٰمًا
Azerbaijani Translation - Ali Khan Musayev Yalnız: “Salam! Salam!”– sözləri (eşidəcəklər).
Bu ayənin bütün tercümələrinə bax →
وَأَصْحَٰبُ ٱلْيَمِينِ مَآ أَصْحَٰبُ ٱلْيَمِينِ
Azerbaijani Translation - Ali Khan Musayev Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
Bu ayənin bütün tercümələrinə bax →
فِى سِدْرٍ مَّخْضُودٍ
Azerbaijani Translation - Ali Khan Musayev (Onlar) tikansız sidr ağacları,
Bu ayənin bütün tercümələrinə bax →
وَطَلْحٍ مَّنضُودٍ
Azerbaijani Translation - Ali Khan Musayev meyvələri salxım-salxım asılmış banan ağacları altında,
Bu ayənin bütün tercümələrinə bax →
وَظِلٍّ مَّمْدُودٍ
Azerbaijani Translation - Ali Khan Musayev daimi kölgədə,
Bu ayənin bütün tercümələrinə bax →
وَمَآءٍ مَّسْكُوبٍ
Azerbaijani Translation - Ali Khan Musayev daim axan su (kənarında),
Bu ayənin bütün tercümələrinə bax →
وَفَٰكِهَةٍ كَثِيرَةٍ
Azerbaijani Translation - Ali Khan Musayev çoxlu meyvələr –
Bu ayənin bütün tercümələrinə bax →
لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ
Azerbaijani Translation - Ali Khan Musayev tükənməyən və qadağan edilməyən (meyvələr içində)
Bu ayənin bütün tercümələrinə bax →
وَفُرُشٍ مَّرْفُوعَةٍ
Azerbaijani Translation - Ali Khan Musayev və hündür döşəklər üstündə (olacaqlar).
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّآ أَنشَأْنَٰهُنَّ إِنشَآءً
Azerbaijani Translation - Ali Khan Musayev Biz onları (huriləri) yeni bir biçimdə yaratdıq.
Bu ayənin bütün tercümələrinə bax →
فَجَعَلْنَٰهُنَّ أَبْكَارًا
Azerbaijani Translation - Ali Khan Musayev Biz onları bakirə qızlar etdik –
Bu ayənin bütün tercümələrinə bax →
عُرُبًا أَتْرَابًا
Azerbaijani Translation - Ali Khan Musayev ərlərini sevən, həmyaşıdlar.
Bu ayənin bütün tercümələrinə bax →
لِّأَصْحَٰبِ ٱلْيَمِينِ
Azerbaijani Translation - Ali Khan Musayev (Bunlar) sağ tərəf sahibləri üçündür.
Bu ayənin bütün tercümələrinə bax →
ثُلَّةٌ مِّنَ ٱلْأَوَّلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onların bir qismi əvvəlkilərdən,
Bu ayənin bütün tercümələrinə bax →
وَثُلَّةٌ مِّنَ ٱلْـَٔاخِرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev bir qismi də axırıncılardandır.
Bu ayənin bütün tercümələrinə bax →
وَأَصْحَٰبُ ٱلشِّمَالِ مَآ أَصْحَٰبُ ٱلشِّمَالِ
Azerbaijani Translation - Ali Khan Musayev Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
Bu ayənin bütün tercümələrinə bax →
فِى سَمُومٍ وَحَمِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar qızmar yel və qaynar su içində,
Bu ayənin bütün tercümələrinə bax →
وَظِلٍّ مِّن يَحْمُومٍ
Azerbaijani Translation - Ali Khan Musayev qapqara duman kölgəsində olacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
لَّا بَارِدٍ وَلَا كَرِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev (Bu duman) nə sərin, nə də xoşagələndir.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar bundan əvvəl (dünyada) cah-calal içində idilər,
Bu ayənin bütün tercümələrinə bax →
وَكَانُوا۟ يُصِرُّونَ عَلَى ٱلْحِنثِ ٱلْعَظِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev böyük günah işləməkdə (Allaha şərik qoşmaqda) israr edirdilər
Bu ayənin bütün tercümələrinə bax →
وَكَانُوا۟ يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ
Azerbaijani Translation - Ali Khan Musayev və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidən dirildiləcəyik?
Bu ayənin bütün tercümələrinə bax →
أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Yaxud əvvəlki atalarımızda (dirildiləcəklərmi)?!”
Bu ayənin bütün tercümələrinə bax →
قُلْ إِنَّ ٱلْأَوَّلِينَ وَٱلْـَٔاخِرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,
Bu ayənin bütün tercümələrinə bax →
لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوْمٍ مَّعْلُومٍ
Azerbaijani Translation - Ali Khan Musayev bəlli bir günün (Qiyamət gününün) müəyyən vaxtında mütləq cəm ediləcəklər.
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ إِنَّكُمْ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلْمُكَذِّبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sonra, siz ey (doğru yoldan) azanlar, (haqqı) yalan sayanlar!
Bu ayənin bütün tercümələrinə bax →
لَـَٔاكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ
Azerbaijani Translation - Ali Khan Musayev Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,
Bu ayənin bütün tercümələrinə bax →
فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ
Azerbaijani Translation - Ali Khan Musayev qarınlarınızı onunla dolduracaqsınız,
Bu ayənin bütün tercümələrinə bax →
فَشَٰرِبُونَ عَلَيْهِ مِنَ ٱلْحَمِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev üstündən də qaynar su içəcəksiniz.
Bu ayənin bütün tercümələrinə bax →
فَشَٰرِبُونَ شُرْبَ ٱلْهِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Siz (onu) susuzluq xəstəliyinə tutulmuş dəvə kimi içəcəksiniz”.
Bu ayənin bütün tercümələrinə bax →
هَٰذَا نُزُلُهُمْ يَوْمَ ٱلدِّينِ
Azerbaijani Translation - Ali Khan Musayev Bu, onların Din günündəki ziyafətidir.
Bu ayənin bütün tercümələrinə bax →
نَحْنُ خَلَقْنَٰكُمْ فَلَوْلَا تُصَدِّقُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sizi Biz yaratdıq. Kaş ki (dirildiləcəyinizi) təsdiq etsəniz!
Bu ayənin bütün tercümələrinə bax →
أَفَرَءَيْتُم مَّا تُمْنُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Axıtdığınız nütfəni gördünüzmü?!
Bu ayənin bütün tercümələrinə bax →
ءَأَنتُمْ تَخْلُقُونَهُۥٓ أَمْ نَحْنُ ٱلْخَٰلِقُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onu siz yaradırsınız, yoxsa Bizik yaradan?!
Bu ayənin bütün tercümələrinə bax →
نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ ٱلْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.
Bu ayənin bütün tercümələrinə bax →
عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمْثَٰلَكُمْ وَنُنشِئَكُمْ فِى مَا لَا تَعْلَمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sizin yerinizə bənzərlərinizi gətirmək və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yenidən yaratmağa (Bizə mane olan tapılmaz).
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ عَلِمْتُمُ ٱلنَّشْأَةَ ٱلْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Siz ilk yaradılışı bilirsiniz. Kaş ki (dirildiləcəyiniz barədə) düşünsəniz!
Bu ayənin bütün tercümələrinə bax →
أَفَرَءَيْتُم مَّا تَحْرُثُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Əkdiyinizi gördünüzmü?!
Bu ayənin bütün tercümələrinə bax →
ءَأَنتُمْ تَزْرَعُونَهُۥٓ أَمْ نَحْنُ ٱلزَّٰرِعُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onu siz bitirirsiniz, yoxsa Bizik bitirən?!
Bu ayənin bütün tercümələrinə bax →
لَوْ نَشَآءُ لَجَعَلْنَٰهُ حُطَٰمًا فَظَلْتُمْ تَفَكَّهُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də təəccüb edərdiniz,
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّا لَمُغْرَمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (və deyərdiniz:) “Biz ziyana uğradıq.
Bu ayənin bütün tercümələrinə bax →
بَلْ نَحْنُ مَحْرُومُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Xeyr, biz (ruzidən) məhrum olanlardanıq!”
Bu ayənin bütün tercümələrinə bax →
أَفَرَءَيْتُمُ ٱلْمَآءَ ٱلَّذِى تَشْرَبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev İçdiyiniz suyu gördünüzmü?!
Bu ayənin bütün tercümələrinə bax →
ءَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ ٱلْمُزْنِ أَمْ نَحْنُ ٱلْمُنزِلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onu buluddan siz endirirsiniz, yoxsa Bizik endirən!
Bu ayənin bütün tercümələrinə bax →
لَوْ نَشَآءُ جَعَلْنَٰهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Əgər istəsəydik, onu acı edərdik. Kaş ki şükür etsəniz!
Bu ayənin bütün tercümələrinə bax →
أَفَرَءَيْتُمُ ٱلنَّارَ ٱلَّتِى تُورُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Yandırdığınız odu gördünüzmü?!
Bu ayənin bütün tercümələrinə bax →
ءَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَآ أَمْ نَحْنُ ٱلْمُنشِـُٔونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onun ağacını siz yaradırsınız, yoxsa Bizik yaradan!
Bu ayənin bütün tercümələrinə bax →
نَحْنُ جَعَلْنَٰهَا تَذْكِرَةً وَمَتَٰعًا لِّلْمُقْوِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onu (Cəhənnəmi) xatırlamaq və müsafirlərin faydalanması üçün yaratdıq.
Bu ayənin bütün tercümələrinə bax →
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!
Bu ayənin bütün tercümələrinə bax →
فَلَآ أُقْسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ
Azerbaijani Translation - Ali Khan Musayev Ulduzların batdığı yerlərə and olsun!
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّهُۥ لَقَسَمٌ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ
Azerbaijani Translation - Ali Khan Musayev Şübhəsiz ki, bu, böyük bir anddır. Kaş ki biləydiniz.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّهُۥ لَقُرْءَانٌ كَرِيمٌ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, o, çox dəyərli Qurandır,
Bu ayənin bütün tercümələrinə bax →
فِى كِتَٰبٍ مَّكْنُونٍ
Azerbaijani Translation - Ali Khan Musayev qorunub saxlanılan kitabdadır (lövhi-məhfuzdadır).
Bu ayənin bütün tercümələrinə bax →
لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلْمُطَهَّرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Ona yalnız pak olanlar toxunar.
Bu ayənin bütün tercümələrinə bax →
تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
Bu ayənin bütün tercümələrinə bax →
أَفَبِهَٰذَا ٱلْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey müşriklər!) Siz bu kəlamı yalanmı sayırsınız?!
Bu ayənin bütün tercümələrinə bax →
وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqlamı edirsiniz?!
Bu ayənin bütün tercümələrinə bax →
فَلَوْلَآ إِذَا بَلَغَتِ ٱلْحُلْقُومَ
Azerbaijani Translation - Ali Khan Musayev (Can) boğaza yetişdiyi zaman –
Bu ayənin bütün tercümələrinə bax →
وَأَنتُمْ حِينَئِذٍ تَنظُرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev həmin an siz (qarşınızda can verən kimsəyə) baxırsınız.
Bu ayənin bütün tercümələrinə bax →
وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَٰكِن لَّا تُبْصِرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz ona (elmimiz və ya mələklərimizlə) sizdən daha yaxınıq, lakin siz isə (bunu) görmürsünüz.
Bu ayənin bütün tercümələrinə bax →
فَلَوْلَآ إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Madam ki, siz (iddianıza görə) haqq-hesab olunmayacaqsınız
Bu ayənin bütün tercümələrinə bax →
تَرْجِعُونَهَآ إِن كُنتُمْ صَٰدِقِينَ
Azerbaijani Translation - Ali Khan Musayev əgər doğru danışanlarsınızsa, onda, o canı geri qaytarın.
Bu ayənin bütün tercümələrinə bax →
فَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُقَرَّبِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Amma əgər o, (ölən kimsə Allaha) yaxın olanlardandırsa,
Bu ayənin bütün tercümələrinə bax →
فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev onda rahatlıq, gözəl ruzi və Nəim Cənnəti vardır.
Bu ayənin bütün tercümələrinə bax →
وَأَمَّآ إِن كَانَ مِنْ أَصْحَٰبِ ٱلْيَمِينِ
Azerbaijani Translation - Ali Khan Musayev Əgər o, sağ tərəf sahiblərindəndirsə,
Bu ayənin bütün tercümələrinə bax →
فَسَلَٰمٌ لَّكَ مِنْ أَصْحَٰبِ ٱلْيَمِينِ
Azerbaijani Translation - Ali Khan Musayev (ona:) “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– (deyiləcəkdir).
Bu ayənin bütün tercümələrinə bax →
وَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُكَذِّبِينَ ٱلضَّآلِّينَ
Azerbaijani Translation - Ali Khan Musayev Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yoldan) azanlardandırsa,
Bu ayənin bütün tercümələrinə bax →
فَنُزُلٌ مِّنْ حَمِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev (onun) ziyafəti qaynar su olacaq,
Bu ayənin bütün tercümələrinə bax →
وَتَصْلِيَةُ جَحِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev özü də Cəhənnəmdə yanacaqdır.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ هَٰذَا لَهُوَ حَقُّ ٱلْيَقِينِ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, bu (qullara əməllərinin əvəzi verilməsi), açıq-aydın bir haqqdır.
Bu ayənin bütün tercümələrinə bax →
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!
Bu ayənin bütün tercümələrinə bax →
← Ar-Rahmaan surəsi
Al-Hadid surəsi →
Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
→
Ərəb mətni və tərcümələr Tanzil və QuranEnc vasitəsilə — eynilə, dəyişdirilmədən · Tərcümələr tərcüməçilərinə aiddir və Quranın özü deyil
Bu, araşdırma köməkçisidir; fətva mərcii deyil.