caseriqQuranda məna axtarışı

Al-Hadid surəsi الحديد

29 ayə · Mədinə · nazil olma sırası 94

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سَبَّحَ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Azerbaijani Translation - Ali Khan MusayevGöylərdə və yerdə olanların hamısı Allahı təsbih edirlər. O, Qüdrətlidir, Hikmət sahibidir.

Bu ayənin bütün tercümələrinə bax →

لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ يُحْىِۦ وَيُمِيتُ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevGöylərin və yerin mülkü Ona məxsusdur. Dirildir, öldürür. O, hər şeyə qadirdir.

Bu ayənin bütün tercümələrinə bax →

هُوَ ٱلْأَوَّلُ وَٱلْـَٔاخِرُ وَٱلظَّٰهِرُ وَٱلْبَاطِنُ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevO, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

هُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ يَعْلَمُ مَا يَلِجُ فِى ٱلْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعْرُجُ فِيهَا وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنتُمْ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevGöyləri və yeri altı gündə yaradan, sonra Ərşin üzərinə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız, O (elmi ilə) sizinlədir. Allah nə etdiklərinizi görür.

Bu ayənin bütün tercümələrinə bax →

لَّهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ

Azerbaijani Translation - Ali Khan MusayevGöylərin və yerin mülkü Ona məxsusdur. (Sonda bütün) işlər Allaha qaytarılacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَهُوَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

Azerbaijani Translation - Ali Khan MusayevO, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. O, sinələrdə (qəlblərdə) olanları biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

ءَامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَأَنفِقُوا۟ مِمَّا جَعَلَكُم مُّسْتَخْلَفِينَ فِيهِ فَٱلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ وَأَنفَقُوا۟ لَهُمْ أَجْرٌ كَبِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevAllaha və Onun Rəsuluna iman gətirin! İxtiyarınıza verdiyi maldan (Allah yolunda) xərcləyin! Sizdən iman gətirib (mallarından) xərcləyənləri böyük bir mükafat gözləyir.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا لَكُمْ لَا تُؤْمِنُونَ بِٱللَّهِ وَٱلرَّسُولُ يَدْعُوكُمْ لِتُؤْمِنُوا۟ بِرَبِّكُمْ وَقَدْ أَخَذَ مِيثَٰقَكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevPeyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz?! Əgər siz möminsinizsə, (bilin ki,) artıq O, sizdən (atanız Adəmin belindən çıxararaq) əhd almışdır.

Bu ayənin bütün tercümələrinə bax →

هُوَ ٱلَّذِى يُنَزِّلُ عَلَىٰ عَبْدِهِۦٓ ءَايَٰتٍۭ بَيِّنَٰتٍ لِّيُخْرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ وَإِنَّ ٱللَّهَ بِكُمْ لَرَءُوفٌ رَّحِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevSizi zülmətlərdən nura çıxartmaq üçün quluna (Muhammədə) açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə qarşı çox şəfqətlidir, rəhmlidir.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا لَكُمْ أَلَّا تُنفِقُوا۟ فِى سَبِيلِ ٱللَّهِ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ لَا يَسْتَوِى مِنكُم مَّنْ أَنفَقَ مِن قَبْلِ ٱلْفَتْحِ وَقَٰتَلَ أُو۟لَٰٓئِكَ أَعْظَمُ دَرَجَةً مِّنَ ٱلَّذِينَ أَنفَقُوا۟ مِنۢ بَعْدُ وَقَٰتَلُوا۟ وَكُلًّا وَعَدَ ٱللَّهُ ٱلْحُسْنَىٰ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevSizə nə olub ki, (malınızdan) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası Allaha məxsusdur. Sizlərdən (mallarını Məkkənin) fəthindən əvvəl xərcləyib (kafirlərə qarşı) döyüşənlər (başqaları ilə) eyni deyillər. Onların dərəcəsi (mallarını fəthdən) sonra xərcləyib döyüşənlərdən daha üstündür. Allah onların hamısına ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah nə etdiklərinizdən xəbərdardır.

Bu ayənin bütün tercümələrinə bax →

مَّن ذَا ٱلَّذِى يُقْرِضُ ٱللَّهَ قَرْضًا حَسَنًا فَيُضَٰعِفَهُۥ لَهُۥ وَلَهُۥٓ أَجْرٌ كَرِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevKim Allaha gözəl bir borc verərsə, Allahda onun üçün (bunun əvəzini) qat-qat artırar. Onun üçün çox dəyərli bir mükafat (Cənnət) vardır.

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ تَرَى ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ يَسْعَىٰ نُورُهُم بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَٰنِهِم بُشْرَىٰكُمُ ٱلْيَوْمَ جَنَّٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

Azerbaijani Translation - Ali Khan MusayevO gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərində və sağ tərəflərində getdiyini görəcəksən. (Onlara:) “Bu gün sizin müjdəniz (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!”– (deyiləcəkdir). Bu, böyük uğurdur.

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ يَقُولُ ٱلْمُنَٰفِقُونَ وَٱلْمُنَٰفِقَٰتُ لِلَّذِينَ ءَامَنُوا۟ ٱنظُرُونَا نَقْتَبِسْ مِن نُّورِكُمْ قِيلَ ٱرْجِعُوا۟ وَرَآءَكُمْ فَٱلْتَمِسُوا۟ نُورًا فَضُرِبَ بَيْنَهُم بِسُورٍ لَّهُۥ بَابٌۢ بَاطِنُهُۥ فِيهِ ٱلرَّحْمَةُ وَظَٰهِرُهُۥ مِن قِبَلِهِ ٱلْعَذَابُ

Azerbaijani Translation - Ali Khan MusayevO gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “Bizi gözləyin ki, sizin nurunuzdan bir az alaq”– deyəcəklər. (Onlara) deyiləcək: “Geriyə qayıdıb nur axtarın!” Onların arasına qapısının içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan bir sədd çəkiləcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

يُنَادُونَهُمْ أَلَمْ نَكُن مَّعَكُمْ قَالُوا۟ بَلَىٰ وَلَٰكِنَّكُمْ فَتَنتُمْ أَنفُسَكُمْ وَتَرَبَّصْتُمْ وَٱرْتَبْتُمْ وَغَرَّتْكُمُ ٱلْأَمَانِىُّ حَتَّىٰ جَآءَ أَمْرُ ٱللَّهِ وَغَرَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ

Azerbaijani Translation - Ali Khan Musayev(Münafiqlər) onlara səslənib deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” (Möminlər) deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü (nifaqla və qəlbinizdə küfürü gizlətməklə) fitnəyə saldınız, (Muhammədə və möminlərə bəla üz verməsini) gözləyirdiniz, (haqqa) şübhə edirdiniz və Allahın əmri (ölüm) gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan (şeytan) Allah barəsində sizi yaman aldatdı.

Bu ayənin bütün tercümələrinə bax →

فَٱلْيَوْمَ لَا يُؤْخَذُ مِنكُمْ فِدْيَةٌ وَلَا مِنَ ٱلَّذِينَ كَفَرُوا۟ مَأْوَىٰكُمُ ٱلنَّارُ هِىَ مَوْلَىٰكُمْ وَبِئْسَ ٱلْمَصِيرُ

Azerbaijani Translation - Ali Khan MusayevBu gün nə sizdən, nə də kafirlərdən fidyə qəbul olunar. Gedəcəyiniz yer də Oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!”

Bu ayənin bütün tercümələrinə bax →

أَلَمْ يَأْنِ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَن تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ ٱللَّهِ وَمَا نَزَلَ مِنَ ٱلْحَقِّ وَلَا يَكُونُوا۟ كَٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلُ فَطَالَ عَلَيْهِمُ ٱلْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ وَكَثِيرٌ مِّنْهُمْ فَٰسِقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMöminlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (ayələr) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən öncə Kitab verilmiş kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onların üzərindən (peyğəmbərləri ilə özləri arasından) uzun bir müddət keçdi və qəlbləri sərtləşmişdi. Onların çoxu fasiq kimsələrdir.

Bu ayənin bütün tercümələrinə bax →

ٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا قَدْ بَيَّنَّا لَكُمُ ٱلْـَٔايَٰتِ لَعَلَّكُمْ تَعْقِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBilin ki, Allah yer üzünü ölümündən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə anlayasınız.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلْمُصَّدِّقِينَ وَٱلْمُصَّدِّقَٰتِ وَأَقْرَضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًا يُضَٰعَفُ لَهُمْ وَلَهُمْ أَجْرٌ كَرِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevSədəqə verən kişilərə və sədəqə verən qadınlara və Allaha gözəl borc verənlərə, verdiklərinin qarşılığı qat-qat veriləcəkdir. Onlar üçün çox dəyərli bir mükafat (Cənnət) vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦٓ أُو۟لَٰٓئِكَ هُمُ ٱلصِّدِّيقُونَ وَٱلشُّهَدَآءُ عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَحِيمِ

Azerbaijani Translation - Ali Khan MusayevAllaha və Onun elçilərinə iman gətirənlər – məhz onlar siddiqlərdir. Şəhidlərin də Rəbbi yanında mükafatı və nuru vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə isə, onlar Cəhənnəm əhlidirlər.

Bu ayənin bütün tercümələrinə bax →

ٱعْلَمُوٓا۟ أَنَّمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَزِينَةٌ وَتَفَاخُرٌۢ بَيْنَكُمْ وَتَكَاثُرٌ فِى ٱلْأَمْوَٰلِ وَٱلْأَوْلَٰدِ كَمَثَلِ غَيْثٍ أَعْجَبَ ٱلْكُفَّارَ نَبَاتُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصْفَرًّا ثُمَّ يَكُونُ حُطَٰمًا وَفِى ٱلْـَٔاخِرَةِ عَذَابٌ شَدِيدٌ وَمَغْفِرَةٌ مِّنَ ٱللَّهِ وَرِضْوَٰنٌ وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا مَتَٰعُ ٱلْغُرُورِ

Azerbaijani Translation - Ali Khan MusayevBilin ki, dünya həyatı oyun, əyləncə, bər-bəzək, aranızda öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kafirlər və münafiqlər üçün) axirətdə şiddətli əzab, (möminlər üçün isə) Allahdan bağışlanma və razılıq vardır. Dünya həyatı aldadıcı ləzzətdən başqa bir şey deyildir.

Bu ayənin bütün tercümələrinə bax →

سَابِقُوٓا۟ إِلَىٰ مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا كَعَرْضِ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ أُعِدَّتْ لِلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey insanlar!) Rəbbinizdən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir.

Bu ayənin bütün tercümələrinə bax →

مَآ أَصَابَ مِن مُّصِيبَةٍ فِى ٱلْأَرْضِ وَلَا فِىٓ أَنفُسِكُمْ إِلَّا فِى كِتَٰبٍ مِّن قَبْلِ أَن نَّبْرَأَهَآ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevYer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Kitabda (lövhi-məhfuzda) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.

Bu ayənin bütün tercümələrinə bax →

لِّكَيْلَا تَأْسَوْا۟ عَلَىٰ مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا۟ بِمَآ ءَاتَىٰكُمْ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey insanlar!) Bu, əlinizdən çıxana kədərlənməməyiniz və Allahın sizə verdiyinə fərəhlənməməyiniz üçündür. Allah heç bir özündən razını, (özü ilə) fəxr edəni sevməz.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبُخْلِ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar həm özləri xəsislik edib, həm də insanlara xəsis olmağı əmr edən kimsələrdir. Kim (haqdan) üz çevirsə, (bilsin ki,) Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.

Bu ayənin bütün tercümələrinə bax →

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِٱلْبَيِّنَٰتِ وَأَنزَلْنَا مَعَهُمُ ٱلْكِتَٰبَ وَٱلْمِيزَانَ لِيَقُومَ ٱلنَّاسُ بِٱلْقِسْطِ وَأَنزَلْنَا ٱلْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَٰفِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ ٱللَّهُ مَن يَنصُرُهُۥ وَرُسُلَهُۥ بِٱلْغَيْبِ إِنَّ ٱللَّهَ قَوِىٌّ عَزِيزٌ

Azerbaijani Translation - Ali Khan MusayevBiz elçilərimizi aydın dəlillərlə göndərdik, onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, Onu görmədən Ona və elçilərinə kömək göstərənləri bilsin. Həqiqətən, Allah qüvvətlidir, qüdrətlidir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا وَإِبْرَٰهِيمَ وَجَعَلْنَا فِى ذُرِّيَّتِهِمَا ٱلنُّبُوَّةَ وَٱلْكِتَٰبَ فَمِنْهُم مُّهْتَدٍ وَكَثِيرٌ مِّنْهُمْ فَٰسِقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik, peyğəmbərliyi və Kitabı (Tövratı, İncili, Zəburu və Quranı) onların nəslinə nəsib etdik. Onların bir qismi doğru yoldadır, çoxu isə fasiqlərdir.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ قَفَّيْنَا عَلَىٰٓ ءَاثَٰرِهِم بِرُسُلِنَا وَقَفَّيْنَا بِعِيسَى ٱبْنِ مَرْيَمَ وَءَاتَيْنَٰهُ ٱلْإِنجِيلَ وَجَعَلْنَا فِى قُلُوبِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ رَأْفَةً وَرَحْمَةً وَرَهْبَانِيَّةً ٱبْتَدَعُوهَا مَا كَتَبْنَٰهَا عَلَيْهِمْ إِلَّا ٱبْتِغَآءَ رِضْوَٰنِ ٱللَّهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَايَتِهَا فَـَٔاتَيْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ مِنْهُمْ أَجْرَهُمْ وَكَثِيرٌ مِّنْهُمْ فَٰسِقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSonra onların ardından ardıcıl olaraq elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz onu (rahibliyi) vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَءَامِنُوا۟ بِرَسُولِهِۦ يُؤْتِكُمْ كِفْلَيْنِ مِن رَّحْمَتِهِۦ وَيَجْعَل لَّكُمْ نُورًا تَمْشُونَ بِهِۦ وَيَغْفِرْ لَكُمْ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz rəhmətindən iki pay bəxş edər, sizə (düz yolla) getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah bağışlayandır, rəhmlidir.

Bu ayənin bütün tercümələrinə bax →

لِّئَلَّا يَعْلَمَ أَهْلُ ٱلْكِتَٰبِ أَلَّا يَقْدِرُونَ عَلَىٰ شَىْءٍ مِّن فَضْلِ ٱللَّهِ وَأَنَّ ٱلْفَضْلَ بِيَدِ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ

Azerbaijani Translation - Ali Khan MusayevBeləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Şübhəsiz ki, lütf (peyğəmbərlik, elm və təqva) Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70