caseriqQuranda məna axtarışı

Al-Ahqaf surəsi الأحقاف

35 ayə · Məkkə · nazil olma sırası 66

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ

Azerbaijani Translation - Ali Khan MusayevHə. Mim.

Bu ayənin bütün tercümələrinə bax →

تَنزِيلُ ٱلْكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ

Azerbaijani Translation - Ali Khan MusayevKitabın nazil edilməsi Qüdrət və Hikmət sahibi olan Allah tərəfindəndir.

Bu ayənin bütün tercümələrinə bax →

مَا خَلَقْنَا ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ وَأَجَلٍ مُّسَمًّى وَٱلَّذِينَ كَفَرُوا۟ عَمَّآ أُنذِرُوا۟ مُعْرِضُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və müəyyən bir müddət üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ أَرَءَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِى مَاذَا خَلَقُوا۟ مِنَ ٱلْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِى ٱلسَّمَٰوَٰتِ ٱئْتُونِى بِكِتَٰبٍ مِّن قَبْلِ هَٰذَآ أَوْ أَثَٰرَةٍ مِّنْ عِلْمٍ إِن كُنتُمْ صَٰدِقِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər! Bu müşriklərə) de: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyimi var?! Əgər doğru danışanlarsınızsa, mənə bundan (Qurandan) əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin”.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَنْ أَضَلُّ مِمَّن يَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَن لَّا يَسْتَجِيبُ لَهُۥٓ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ وَهُمْ عَن دُعَآئِهِمْ غَٰفِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən bütlərə dua edən kimsədən daha çox azmış kim ola bilər?! Halbuki bütlər onların dualarından qafildirlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا حُشِرَ ٱلنَّاسُ كَانُوا۟ لَهُمْ أَعْدَآءً وَكَانُوا۟ بِعِبَادَتِهِمْ كَٰفِرِينَ

Azerbaijani Translation - Ali Khan Musayevİnsanlar (Qiyamət günü) həşr olunduğu zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا بَيِّنَٰتٍ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلْحَقِّ لَمَّا جَآءَهُمْ هَٰذَا سِحْرٌ مُّبِينٌ

Azerbaijani Translation - Ali Khan MusayevAyələrimiz onlara aydın şəkildə oxunarkən, artıq haqqın gəldiyini görüb onu inkar edən kafirlər: “Bu, açıq-aydın bir sehrdir!”– deyirlər

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ قُلْ إِنِ ٱفْتَرَيْتُهُۥ فَلَا تَمْلِكُونَ لِى مِنَ ٱللَّهِ شَيْـًٔا هُوَ أَعْلَمُ بِمَا تُفِيضُونَ فِيهِ كَفَىٰ بِهِۦ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ وَهُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onlar: “O (Muhamməd) bunu özündən uydurmuşdur!”– deyirlər. (Ey Peyğəmbər!) De: “Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan gələn heç bir cəzadan qurtara bilməzsiniz. O sizin (Quran) haqqındakı söz-söhbətlərinizi (Quranı təkzib etmənizi və ona sehir demənizi) daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, Bağışlayandır, Rəhmlidir”.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ مَا كُنتُ بِدْعًا مِّنَ ٱلرُّسُلِ وَمَآ أَدْرِى مَا يُفْعَلُ بِى وَلَا بِكُمْ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ وَمَآ أَنَا۠ إِلَّا نَذِيرٌ مُّبِينٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) De: “Mən peyğəmbərlərin birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən ancaq mənə vəhy olunana tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!”

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ أَرَءَيْتُمْ إِن كَانَ مِنْ عِندِ ٱللَّهِ وَكَفَرْتُم بِهِۦ وَشَهِدَ شَاهِدٌ مِّنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَلَىٰ مِثْلِهِۦ فَـَٔامَنَ وَٱسْتَكْبَرْتُمْ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) De: “Bir deyin görək, əgər (bu Quran) Allah tərəfindəndirsə və siz də onu inkar etmisinizsə, İsrail oğullarından da bir şahid onun bənzərinə (Tövrata) şahidlik edib iman gətirib, siz isə təkəbbürlük göstərmisinizsə (o halda zülm etmiş olmazsınızmı)?! Allah zalım qövmü doğru yola yönəltməz!”

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوا۟ لَوْ كَانَ خَيْرًا مَّا سَبَقُونَآ إِلَيْهِ وَإِذْ لَمْ يَهْتَدُوا۟ بِهِۦ فَسَيَقُولُونَ هَٰذَآ إِفْكٌ قَدِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevKafirlər möminlərə dedilər: “Əgər (Quran) xeyirli bir şey olsaydı, onlar bu işdə bizi qabaqlaya bilməzdilər!” Onlar bununla (Quranla) doğru yola müvəffəq olmadıqda isə: “Bu, köhnə yalandır!”– deyəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

وَمِن قَبْلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامًا وَرَحْمَةً وَهَٰذَا كِتَٰبٌ مُّصَدِّقٌ لِّسَانًا عَرَبِيًّا لِّيُنذِرَ ٱلَّذِينَ ظَلَمُوا۟ وَبُشْرَىٰ لِلْمُحْسِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOndan (Qurandan) əvvəl Musanın rəhbər və rəhmət olan Kitabı (Tövrat) vardı. Bu (Quran) isə zalımları qorxutmaq və yaxşı əməl sahiblərinə müjdə verən olaraq ərəb dilində nazil edilmiş, (əvvəlki ilahi kitabları) təsdiq edən bir Kitabdır.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ قَالُوا۟ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسْتَقَٰمُوا۟ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ خَٰلِدِينَ فِيهَا جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar Cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَوَصَّيْنَا ٱلْإِنسَٰنَ بِوَٰلِدَيْهِ إِحْسَٰنًا حَمَلَتْهُ أُمُّهُۥ كُرْهًا وَوَضَعَتْهُ كُرْهًا وَحَمْلُهُۥ وَفِصَٰلُهُۥ ثَلَٰثُونَ شَهْرًا حَتَّىٰٓ إِذَا بَلَغَ أَشُدَّهُۥ وَبَلَغَ أَرْبَعِينَ سَنَةً قَالَ رَبِّ أَوْزِعْنِىٓ أَنْ أَشْكُرَ نِعْمَتَكَ ٱلَّتِىٓ أَنْعَمْتَ عَلَىَّ وَعَلَىٰ وَٰلِدَىَّ وَأَنْ أَعْمَلَ صَٰلِحًا تَرْضَىٰهُ وَأَصْلِحْ لِى فِى ذُرِّيَّتِىٓ إِنِّى تُبْتُ إِلَيْكَ وَإِنِّى مِنَ ٱلْمُسْلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz insana valideynlərinə yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) məşəqqətlə daşımış və məşəqqətlə doğmuşdur. Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz aydır. Nəhayət, o, kamillik həddinə yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın saleh əməlləri görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ نَتَقَبَّلُ عَنْهُمْ أَحْسَنَ مَا عَمِلُوا۟ وَنَتَجَاوَزُ عَن سَيِّـَٔاتِهِمْ فِىٓ أَصْحَٰبِ ٱلْجَنَّةِ وَعْدَ ٱلصِّدْقِ ٱلَّذِى كَانُوا۟ يُوعَدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBelələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və Cənnət əhli içərisinə daxil edəcəyimiz kimsələrdir. Bu, onlara verilmiş doğru vəddir.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِى قَالَ لِوَٰلِدَيْهِ أُفٍّ لَّكُمَآ أَتَعِدَانِنِىٓ أَنْ أُخْرَجَ وَقَدْ خَلَتِ ٱلْقُرُونُ مِن قَبْلِى وَهُمَا يَسْتَغِيثَانِ ٱللَّهَ وَيْلَكَ ءَامِنْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ فَيَقُولُ مَا هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Kimisi də) valideyninə: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsil gəlib-getdiyi halda, siz məni (qəbirdən) çıxarılacağımla hədələyirsiniz?”– deyər. Onlar Allahdan yardım diləyərək: “Vay sənin halına! İman gətir, Allahın vədi haqdır!”– deyərlər. O isə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!”– deyər.

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ حَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ فِىٓ أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ إِنَّهُمْ كَانُوا۟ خَٰسِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBelələri o kəslərdir ki, onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan ibarət olan ümmətlər haqqındakı söz onların barəsində də gerçəkləşmişdir. Həqiqətən də, onlar ziyana uğrayanlardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَلِكُلٍّ دَرَجَٰتٌ مِّمَّا عَمِلُوا۟ وَلِيُوَفِّيَهُمْ أَعْمَٰلَهُمْ وَهُمْ لَا يُظْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. (Bu, Allahın) onlara əməllərinin əvəzini verməsi üçündür. Onlara əsla zülm edilməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَوْمَ يُعْرَضُ ٱلَّذِينَ كَفَرُوا۟ عَلَى ٱلنَّارِ أَذْهَبْتُمْ طَيِّبَٰتِكُمْ فِى حَيَاتِكُمُ ٱلدُّنْيَا وَٱسْتَمْتَعْتُم بِهَا فَٱلْيَوْمَ تُجْزَوْنَ عَذَابَ ٱلْهُونِ بِمَا كُنتُمْ تَسْتَكْبِرُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَبِمَا كُنتُمْ تَفْسُقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevKafirlər Cəhənnəmə ərz olunacaqları gün (onlara belə deyiləcəkdır:) “Siz dünya həyatınızda gözəl olan hər şeyinizi xərclədiniz və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbürlük göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!”

Bu ayənin bütün tercümələrinə bax →

وَٱذْكُرْ أَخَا عَادٍ إِذْ أَنذَرَ قَوْمَهُۥ بِٱلْأَحْقَافِ وَقَدْ خَلَتِ ٱلنُّذُرُ مِنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦٓ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Ad (qövmünün) qardaşını (Hudu) xatırla! Bir zaman o, özündən əvvəl də, sonra da qorxudan peyğəmbərlər gəlib-getmiş qumsal təpələrdə (yaşayan) qövmünü: “Allahdan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!” (deyə) xəbərdar etmişdi.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوٓا۟ أَجِئْتَنَا لِتَأْفِكَنَا عَنْ ءَالِهَتِنَا فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar isə: “Sən bizi ilahlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini (əzabı) gətir!”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ إِنَّمَا ٱلْعِلْمُ عِندَ ٱللَّهِ وَأُبَلِّغُكُم مَّآ أُرْسِلْتُ بِهِۦ وَلَٰكِنِّىٓ أَرَىٰكُمْ قَوْمًا تَجْهَلُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Hud) dedi: “(Bu haqda) elm ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizin cahil bir qövm olduğunuzu görürəm”.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا رَأَوْهُ عَارِضًا مُّسْتَقْبِلَ أَوْدِيَتِهِمْ قَالُوا۟ هَٰذَا عَارِضٌ مُّمْطِرُنَا بَلْ هُوَ مَا ٱسْتَعْجَلْتُم بِهِۦ رِيحٌ فِيهَا عَذَابٌ أَلِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevNəhayət, onu (əzabı) vadilərinə doğru yönəldiyini gördükləri zaman: “Bu, bizə yağış yağdıracaq bir buluddur!”– dedilər. (Hud dedi:) “Xeyr! Bu, sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!

Bu ayənin bütün tercümələrinə bax →

تُدَمِّرُ كُلَّ شَىْءٍۭ بِأَمْرِ رَبِّهَا فَأَصْبَحُوا۟ لَا يُرَىٰٓ إِلَّا مَسَٰكِنُهُمْ كَذَٰلِكَ نَجْزِى ٱلْقَوْمَ ٱلْمُجْرِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevO Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edər!” Onlar elə məhv oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar qövmü belə cəzalandırırıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ مَكَّنَّٰهُمْ فِيمَآ إِن مَّكَّنَّٰكُمْ فِيهِ وَجَعَلْنَا لَهُمْ سَمْعًا وَأَبْصَٰرًا وَأَفْـِٔدَةً فَمَآ أَغْنَىٰ عَنْهُمْ سَمْعُهُمْ وَلَآ أَبْصَٰرُهُمْ وَلَآ أَفْـِٔدَتُهُم مِّن شَىْءٍ إِذْ كَانُوا۟ يَجْحَدُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz sizə vermədiyimiz imkanları onlara verdik. Onlara qulaqlar, gözlər və qəlblər verdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara fayda verdi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onları istehza etdikləri (əzab) bürüdü.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ أَهْلَكْنَا مَا حَوْلَكُم مِّنَ ٱلْقُرَىٰ وَصَرَّفْنَا ٱلْـَٔايَٰتِ لَعَلَّهُمْ يَرْجِعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz sizin ətrafınızda olan məmləkətləri məhv etdik. Bəlkə doğru yola qayıdalar deyə ayələri onlara (müxtəlif cür) izah etdik.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَوْلَا نَصَرَهُمُ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ قُرْبَانًا ءَالِهَةًۢ بَلْ ضَلُّوا۟ عَنْهُمْ وَذَٰلِكَ إِفْكُهُمْ وَمَا كَانُوا۟ يَفْتَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBəs nə üçün Allahı qoyub (Ona) yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri (bütlər) onlara kömək etmədi?! Əksinə, onlardan uzaqlaşıb yox oldular. Bu, onların iftiraları və uydurmalarıdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ صَرَفْنَآ إِلَيْكَ نَفَرًا مِّنَ ٱلْجِنِّ يَسْتَمِعُونَ ٱلْقُرْءَانَ فَلَمَّا حَضَرُوهُ قَالُوٓا۟ أَنصِتُوا۟ فَلَمَّا قُضِىَ وَلَّوْا۟ إِلَىٰ قَوْمِهِم مُّنذِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Onlar (onu dinləməyə) gəldikdə (bir-birinə:) “Susun, (qulaq asaq)!”– dedilər. (Quran oxunub) qurtardıqdan sonra isə qorxudanlar olaraq öz qövmlərinin yanına qayıtdılar.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ يَٰقَوْمَنَآ إِنَّا سَمِعْنَا كِتَٰبًا أُنزِلَ مِنۢ بَعْدِ مُوسَىٰ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ يَهْدِىٓ إِلَى ٱلْحَقِّ وَإِلَىٰ طَرِيقٍ مُّسْتَقِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri (Allahın nazil etdiyi kitabları) təsdiqləyən, haqqa və düz yola yönəldən bir Kitab eşitdik!

Bu ayənin bütün tercümələrinə bax →

يَٰقَوْمَنَآ أَجِيبُوا۟ دَاعِىَ ٱللَّهِ وَءَامِنُوا۟ بِهِۦ يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُجِرْكُم مِّنْ عَذَابٍ أَلِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevEy qövmümüz! Allahın dəvətçisinə cavab verib, ona iman gətirin ki, Allah sizin günahlarınızı bağışlasın və sizi ağrılı-acılı əzabdan qurtarsın!”

Bu ayənin bütün tercümələrinə bax →

وَمَن لَّا يُجِبْ دَاعِىَ ٱللَّهِ فَلَيْسَ بِمُعْجِزٍ فِى ٱلْأَرْضِ وَلَيْسَ لَهُۥ مِن دُونِهِۦٓ أَوْلِيَآءُ أُو۟لَٰٓئِكَ فِى ضَلَٰلٍ مُّبِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevAllahın dəvətçisinə cavab verməyən kimsə yer üzündə (Allahdan) yaxa qurtara bilməz və onun Alladan başqa dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər.

Bu ayənin bütün tercümələrinə bax →

أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَلَمْ يَعْىَ بِخَلْقِهِنَّ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحْـِۧىَ ٱلْمَوْتَىٰ بَلَىٰٓ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayan Allahın ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi?! Əlbəttə ki, O, hər şeyə qadirdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَوْمَ يُعْرَضُ ٱلَّذِينَ كَفَرُوا۟ عَلَى ٱلنَّارِ أَلَيْسَ هَٰذَا بِٱلْحَقِّ قَالُوا۟ بَلَىٰ وَرَبِّنَا قَالَ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevKafirlər Cəhənnəmə ərz ediləcəkləri gün onlara: “Məgər bu, həqiqət deyilmi?!”– (deyiləcək). Onlar: “Bəli, Rəbbimizə and olsun (ki, həqiqətdir)!”– deyəcəklər. (Allah) buyuracaqdır: “Küfr etdiyinizə görə dadın əzabı!”

Bu ayənin bütün tercümələrinə bax →

فَٱصْبِرْ كَمَا صَبَرَ أُو۟لُوا۟ ٱلْعَزْمِ مِنَ ٱلرُّسُلِ وَلَا تَسْتَعْجِل لَّهُمْ كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَ مَا يُوعَدُونَ لَمْ يَلْبَثُوٓا۟ إِلَّا سَاعَةً مِّن نَّهَارٍۭ بَلَٰغٌ فَهَلْ يُهْلَكُ إِلَّا ٱلْقَوْمُ ٱلْفَٰسِقُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Elçilərdən əzm sahiblərinin səbir etdiyi kimi, sən də səbir et! Onlara (əzabın) tez gəlməsini istəmə. Onlar özlərinə vəd olunanı görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını güman edəcəklər. (Bu,) bir təbliğdir. Məgər fasiq qövmdən başqası məhv edilərmi?!

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70