Azerbaijani Translation - Ali Khan MusayevGöylər (Allahın əzəmətindən) az qaldı ki, bir-birinin üstündən çatlayıb parçalansın. Mələklər də Rəbbinə həmd-səna ilə təriflər deyər və yerdəkilər üçün bağışlanma diləyərlər. Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir.
Azerbaijani Translation - Ali Khan MusayevAllahdan başqasını (bütləri özlərinə) dost tutanlar üzərində Allah nəzarətçidir. Sən onlar üzərində vəkil deyilsən.
Azerbaijani Translation - Ali Khan MusayevBeləliklə, Biz, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları xəbərdar edəsən və (barəsində) heç bir şübhə olmayan məhşər günü ilə qorxudasan deyə, sənə ərəbcə Quran vəhy etdik. Bir qismi (möminlər) Cənnətdə, digər qismi (kafirlər) isə Odda olacaqdır.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allah istəsəydi, onları vahid bir ümmət edərdi. Lakin O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımların isə nə bir himayəçisi olar, nə də bir yardımçısı.
Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onlar özlərinə Allahdan başqa himayəçilər götürdülər. (Halbuki,) Himayədar yalnız Allahdır. O, ölüləri dirildir. O, hər şeyə qadirdir.
Azerbaijani Translation - Ali Khan Musayevİxtilafa düşdüyünüz hər hansı bir şeyin hökmü ancaq Allaha aiddir. Bu, mənim Rəbbim olan Allahdır. Mən yalnız Ona təvəkkül etdim və yalnız Ona üz tuturam.
Azerbaijani Translation - Ali Khan Musayev(Allah) göyləri və yeri Yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.
Azerbaijani Translation - Ali Khan MusayevGöylərin və yerin açarları Ona məxsusdur. O, istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. O, hər şeyi biləndir.
Azerbaijani Translation - Ali Khan Musayev(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dini doğru-dürüst tutun və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar, özlərinə elm gəldikdən sonra aralarındakı həsəd üzündən ixtilafa düşdülər. Əgər Rəbbindən müəyyən bir vaxtadək (əzabın qiyamət gününə qədər gecikdirilməsi barədə) Söz verilmiş olmasaydı, onların arasında artıq hökm verilərdi. Onlardan sonra Kitaba varis olanlar (yəhudilər və nəsranilər) da onun (Quran) barəsində anlaşılmaz bir şübhə içindədirlər.
Azerbaijani Translation - Ali Khan MusayevBuna görə də sən (tövhidə) dəvət et və sənə əmr olunduğu kimi düz yolda ol. Onların nəfslərinin istəyinə tabe olma və de: “Mən Allahın nazil etdiyi Kitaba (bütün kitablara) iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur (çünki artıq haqq bəlidir). Allah hamımızı bir yerə toplayacaq. Dönüş də yalnız Onadır”.
Azerbaijani Translation - Ali Khan MusayevAllahın dəvəti qəbul olunduqdan (insanlar iman gətirdikdən) sonra Onun barəsində mübahisə edənlərin dəlili Rəbbinin yanında batildir. Onlar qəzəbə düçar olacaqlar. Axirətdə isə onlar üçün şiddətli əzab vardır.
Azerbaijani Translation - Ali Khan MusayevOna (Qiyamətə) inanmayanlar onun tez gəlib çatmasını istəyirlər. Ona inanlar (möminlər) isə ondan qorxar və onun haqq olduğunu bilirlər. Bilin ki, Qiyamət saatı barəsində mübahisə edənlər dərin bir azğınlıq içindədirlər.
Azerbaijani Translation - Ali Khan MusayevKim axirət savabını istərsə, Biz onun savabını artırarıq. Kim də dünya qazancını istərsə, Biz ona də ondan (dünya qazancından) verərik. Axirətdə onun heç bir payı olmaz.
Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün qanuni edən şəriklərimi vardır?! Əgər (cəzanın gecikdirilməsinə dair) qəti Söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab vardır.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər! Qiyamət günü) zalımların qazandıqları (günahlar) özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib saleh əməllər edənlər isə Cənnət bağlarında olacaqlar. Onlar üçün Rəbbinin yanında istədikləri hər şey vardır. Bu, böyük lütfdür.
Azerbaijani Translation - Ali Khan MusayevBu, Allahın iman gətirib saleh əməllər edən qullarına verdiyi müjdədir. (Ey Peyğəmbər!) De: “Mən sizdən bunun (dini təbliğ etməyimin) əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah bağışlayandır, şükrün əvəzini verəndir.
Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onlar (sənin barəndə): “O, Allaha qarşı yalan uydurdu”– deyirlər?! Əgər Allah istəsə, sənin qəlbini möhürləyər. Allah batili silib yox edər və haqqı (Qurandan nazil etdiyi) sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, sinələrdə (qəlblərdə) olanları biləndir.
Azerbaijani Translation - Ali Khan MusayevO, iman gətirib saleh əməllər edənlərin duasını qəbul edər və lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab vardır.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allah qullarına bol bol ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, (ruzini) istədiyi qədər göndərir. Həqiqətən, O, qullarından xəbərdardır, görəndir.
Azerbaijani Translation - Ali Khan Musayev(İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini (hər yana) yayan Odur. O, Himayəçidir, Tərifəlayiqdir.
Azerbaijani Translation - Ali Khan MusayevGöylərin, yerin və onlarda yaydığı canlıların yaradılması Onun (vəhdaniyyətinin və qüdrətinin) dəlillərindəndir. O, istədiyi zaman onları toplamağa qadirdir.
Azerbaijani Translation - Ali Khan MusayevBaşınıza gələn hər bir müsibət öz əllərinizlə qazandıqlarınızın ucbatındandır. (Allah günahların) çoxunu bağışlayır.
Azerbaijani Translation - Ali Khan MusayevSiz yer üzündə (Allahdan) yaxa qurtara bilməzsiniz. Allahdan başqa sizin nə bir himayəçiniz olar, nə də bir köməkçiniz.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər (Allah) istəsə, küləyi sakitləşdirər, onlar da (gəmilər də) dənizin üzündə hərəkətsiz qalarlar. Həqiqətən, bunda çox səbirli olan və çox şükür edən hər bir kəs üçün ibrətlər vardır.
Azerbaijani Translation - Ali Khan MusayevYaxud (gəmidəki insanların) qazandıqları (günahları) ucbatından onları məhv edər və bir çoxunu da bağışlayar.
Azerbaijani Translation - Ali Khan MusayevSizə verilən hər bir şey dünya həyatının keçici zövqüdür. Allahın yanında olan (nemətlər) isə daha xeyirli və daha davamlıdır. Bunlar iman gətirib və Rəbbinə təvəkkül edənlər üçündür.
Azerbaijani Translation - Ali Khan MusayevO kəslər ki, Rəbbinin dəvətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məşvərətlə görər və onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
Azerbaijani Translation - Ali Khan MusayevPisliyin cəzası özü kimi pislikdir. Kim bağışlasa və islah etsə, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevməz.
Azerbaijani Translation - Ali Khan MusayevMəzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır.
Azerbaijani Translation - Ali Khan MusayevAllah kimi azğınlığa salsa, bundan sonra onun heç bir himayəçisi olmaz. (Ey Peyğəmbər!) Sən zalımları (Qiyamət günü) əzabı gördükləri zaman: “(Dünyaya) qayıtmağa bir yol yoxdurmu?”– deyən görəcəksən.
Azerbaijani Translation - Ali Khan Musayev(Cəhənnəmin) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: “Şübhəsiz ki, (əsl) ziyana uğrayanlar, Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır”. Bilin ki, zalımlar daimi əzab içində olacaqlar.
Azerbaijani Translation - Ali Khan MusayevOnlara Allahdan başqa kömək edəcək dostlar olmayacaqdır. Allah kimi zəlalətə salsa, onun üçün heç bir (qurtuluş) yolu olmaz.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey insanlar!) Allah tərəfindən qarşısıalınmaz gün (qiyamət günü) gəlməzdən öncə Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı) inkar edə bilməyəcəksiniz.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər üz dördənsələr, bil ki, Biz səni onlara nəzarətçi göndərməmişik. Sənin üzərinə düşən yalnız (sənə əmr olunanı) təbliğ etməkdir. Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinər. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir müsibət üz verdikdə isə insan çox nankordur.
Azerbaijani Translation - Ali Khan MusayevYaxud onları, oğlan və qız olmaqla cüt verər, istədiyini də sonsuz edər. Həqiqətən, O, (hər şeyi) biləndir, qadirdir.
Azerbaijani Translation - Ali Khan MusayevAllah insanla ancaq vəhy vasitəsilə və ya pərdə arxasından danışar yaxud bir elçi (mələk) göndərər, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Rəsulum!) Biz sənə Öz əmrimizdən olan Ruhu (Quranı) vəhy etdik. Sən (bundan öncə) kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən (insanları) doğru yola yönəldirsən –