Ana səhifə › Surələr › Al-Muminoon surəsi
Al-Muminoon surəsi المؤمنون
118 ayə · Məkkə · nazil olma sırası 74
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Möminlər, həqiqətən də, nicat tapmışlar;
Bu ayənin bütün tercümələrinə bax →
ٱلَّذِينَ هُمْ فِى صَلَاتِهِمْ خَٰشِعُونَ
Azerbaijani Translation - Ali Khan Musayev o kəslər ki, namazlarında mütidirlər,
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلَّذِينَ هُمْ عَنِ ٱللَّغْوِ مُعْرِضُونَ
Azerbaijani Translation - Ali Khan Musayev o kəslər ki, lağlağıdan üz çevirirlər,
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلَّذِينَ هُمْ لِلزَّكَوٰةِ فَٰعِلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev o kəslər ki, zəkat verirlər,
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَٰفِظُونَ
Azerbaijani Translation - Ali Khan Musayev o kəslər ki, övrət yerlərini qoruyurlar,
Bu ayənin bütün tercümələrinə bax →
إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ
Azerbaijani Translation - Ali Khan Musayev zövcələri və sahib olduqları cariyələr müstəsnadır. Onlar (buna görə) qınanmazlar.
Bu ayənin bütün tercümələrinə bax →
فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْعَادُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Bundan artığına can atanlar isə həddi aşanlardır.
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلَّذِينَ هُمْ لِأَمَٰنَٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ
Azerbaijani Translation - Ali Khan Musayev O kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar.
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَوَٰتِهِمْ يُحَافِظُونَ
Azerbaijani Translation - Ali Khan Musayev O kəslər ki, namazlarını vaxtlı-vaxtında qılırlar.
Bu ayənin bütün tercümələrinə bax →
أُو۟لَٰٓئِكَ هُمُ ٱلْوَٰرِثُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Məhz onlar – varis olanlardır.
Bu ayənin bütün tercümələrinə bax →
ٱلَّذِينَ يَرِثُونَ ٱلْفِرْدَوْسَ هُمْ فِيهَا خَٰلِدُونَ
Azerbaijani Translation - Ali Khan Musayev O kəslər ki, Firdovs cənnətinə varis olacaqlar; onlar orada əbədi qalacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ مِن سُلَٰلَةٍ مِّن طِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq.
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ جَعَلْنَٰهُ نُطْفَةً فِى قَرَارٍ مَّكِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik.
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ خَلَقْنَا ٱلنُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا ٱلْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا ٱلْمُضْغَةَ عِظَٰمًا فَكَسَوْنَا ٱلْعِظَٰمَ لَحْمًا ثُمَّ أَنشَأْنَٰهُ خَلْقًا ءَاخَرَ فَتَبَارَكَ ٱللَّهُ أَحْسَنُ ٱلْخَٰلِقِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Sonra nütfədən laxtalanmış qan yaratdıq; sonra o laxtalanmış qandan bir parça ət yaratdıq; sonra o bir parça ətdən sümüklər yaratdıq; sonra da sümükləri ət ilə örtdük; sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır!
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ إِنَّكُم بَعْدَ ذَٰلِكَ لَمَيِّتُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Bundan sonra siz mütləq öləcəksiniz.
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ إِنَّكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ تُبْعَثُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sonra da Qiyamət günü dirildiləcəksiniz.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَآئِقَ وَمَا كُنَّا عَنِ ٱلْخَلْقِ غَٰفِلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz sizin üstünüzdə yeddi göyü yaratdıq. Məxluqatdan da xəbərsiz deyilik.
Bu ayənin bütün tercümələrinə bax →
وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍ فَأَسْكَنَّٰهُ فِى ٱلْأَرْضِ وَإِنَّا عَلَىٰ ذَهَابٍۭ بِهِۦ لَقَٰدِرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu aparmağa da qadirik.
Bu ayənin bütün tercümələrinə bax →
فَأَنشَأْنَا لَكُم بِهِۦ جَنَّٰتٍ مِّن نَّخِيلٍ وَأَعْنَٰبٍ لَّكُمْ فِيهَا فَوَٰكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sonra həmin su ilə sizin üçün xurma və üzüm bağları yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır.
Bu ayənin bütün tercümələrinə bax →
وَشَجَرَةً تَخْرُجُ مِن طُورِ سَيْنَآءَ تَنۢبُتُ بِٱلدُّهْنِ وَصِبْغٍ لِّلْـَٔاكِلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz Sina dağında bir ağac bitirdik ki, (barından) yeyənlərə həm yağ, həm də şirə verir.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَٰمِ لَعِبْرَةً نُّسْقِيكُم مِّمَّا فِى بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَٰفِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, heyvanlarda da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda bir çox faydalar da var. Üstəlik onlardan yeyirsiniz də.
Bu ayənin bütün tercümələrinə bax →
وَعَلَيْهَا وَعَلَى ٱلْفُلْكِ تُحْمَلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Siz həm o heyvanların, həm də gəmilərin üstündə daşınırsınız.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَقَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ أَفَلَا تَتَّقُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”
Bu ayənin bütün tercümələrinə bax →
فَقَالَ ٱلْمَلَؤُا۟ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا هَٰذَآ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَآءَ ٱللَّهُ لَأَنزَلَ مَلَٰٓئِكَةً مَّا سَمِعْنَا بِهَٰذَا فِىٓ ءَابَآئِنَا ٱلْأَوَّلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah (elçi göndərmək) istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik.
Bu ayənin bütün tercümələrinə bax →
إِنْ هُوَ إِلَّا رَجُلٌۢ بِهِۦ جِنَّةٌ فَتَرَبَّصُوا۟ بِهِۦ حَتَّىٰ حِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev Bu ancaq cinli bir adamdır. Odur ki, onu bir müddət gözləyin!”
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ رَبِّ ٱنصُرْنِى بِمَا كَذَّبُونِ
Azerbaijani Translation - Ali Khan Musayev O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə yardım et!”
Bu ayənin bütün tercümələrinə bax →
فَأَوْحَيْنَآ إِلَيْهِ أَنِ ٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ فَٱسْلُكْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ مِنْهُمْ وَلَا تُخَٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ إِنَّهُم مُّغْرَقُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz ona vəhy etdik: “Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman hər canlıdan bir cüt (erkək və dişi), barəsində söz keçmiş (əleyhinə hökm verilmiş) kəslər müstəsna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar (suya) qərq olunacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
فَإِذَا ٱسْتَوَيْتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى ٱلْفُلْكِ فَقُلِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى نَجَّىٰنَا مِنَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Sən və səninlə bərabər olanlar, gəmiyə mindiyiniz zaman: “Bizi zalım qövmdən xilas edən Allaha həmd olsun!”– de.
Bu ayənin bütün tercümələrinə bax →
وَقُل رَّبِّ أَنزِلْنِى مُنزَلًا مُّبَارَكًا وَأَنتَ خَيْرُ ٱلْمُنزِلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Həmçinin de: “Ey Rəbbim! Məni mübarək bir yerə endir. Sən yer verənlərin ən yaxşısısan!”
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ وَإِن كُنَّا لَمُبْتَلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz (qullarımızı belə) sınağa çəkirik.
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ أَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قَرْنًا ءَاخَرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onlardan sonra isə başqa bir nəsil yaratdıq.
Bu ayənin bütün tercümələrinə bax →
فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًا مِّنْهُمْ أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ أَفَلَا تَتَّقُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlara özlərindən bir elçi göndərdik. O dedi: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”
Bu ayənin bütün tercümələrinə bax →
وَقَالَ ٱلْمَلَأُ مِن قَوْمِهِ ٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِلِقَآءِ ٱلْـَٔاخِرَةِ وَأَتْرَفْنَٰهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا مَا هَٰذَآ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Qövmünün kafir olan, Axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: “O sizin kimi bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَئِنْ أَطَعْتُم بَشَرًا مِّثْلَكُمْ إِنَّكُمْ إِذًا لَّخَٰسِرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız.
Bu ayənin bütün tercümələrinə bax →
أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنتُمْ تُرَابًا وَعِظَٰمًا أَنَّكُم مُّخْرَجُونَ
Azerbaijani Translation - Ali Khan Musayev O sizə, ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra (qəbirlərinizdən) çıxarılacağınızımı vəd edir?
Bu ayənin bütün tercümələrinə bax →
هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sizə vəd olunan (öldükdən sonra dirilmək) çox uzaqdır, çox uzaq!
Bu ayənin bütün tercümələrinə bax →
إِنْ هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Həyat, ancaq bizim bu dünya həyatımızdır. Ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirilməyəcəyik.
Bu ayənin bütün tercümələrinə bax →
إِنْ هُوَ إِلَّا رَجُلٌ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا وَمَا نَحْنُ لَهُۥ بِمُؤْمِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”.
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ رَبِّ ٱنصُرْنِى بِمَا كَذَّبُونِ
Azerbaijani Translation - Ali Khan Musayev O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymalarına qarşı mənə yardım et!”
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ عَمَّا قَلِيلٍ لَّيُصْبِحُنَّ نَٰدِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev (Allah) dedi: “Onlar tezliklə peşman olacaqlar!”
Bu ayənin bütün tercümələrinə bax →
فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ بِٱلْحَقِّ فَجَعَلْنَٰهُمْ غُثَآءً فَبُعْدًا لِّلْقَوْمِ ٱلظَّٰلِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onları qaçılması mümkün olmayan qorxunc bir səs yaxaladı. Biz onları (daşqının apardığı) çör-çöpə döndərdik. Məhv olsun zalım adamlar!
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ أَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قُرُونًا ءَاخَرِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onlardan sonra başqa-başqa nəsillər yaratdıq.
Bu ayənin bütün tercümələrinə bax →
مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَـْٔخِرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubandırar.
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَا كُلَّ مَا جَآءَ أُمَّةً رَّسُولُهَا كَذَّبُوهُ فَأَتْبَعْنَا بَعْضَهُم بَعْضًا وَجَعَلْنَٰهُمْ أَحَادِيثَ فَبُعْدًا لِّقَوْمٍ لَّا يُؤْمِنُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyən qövm!
Bu ayənin bütün tercümələrinə bax →
ثُمَّ أَرْسَلْنَا مُوسَىٰ وَأَخَاهُ هَٰرُونَ بِـَٔايَٰتِنَا وَسُلْطَٰنٍ مُّبِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik –
Bu ayənin bütün tercümələrinə bax →
إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَٱسْتَكْبَرُوا۟ وَكَانُوا۟ قَوْمًا عَالِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Firona və onun əyanlarına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini yüksək tutan kimsələr idilər.
Bu ayənin bütün tercümələrinə bax →
فَقَالُوٓا۟ أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَٰبِدُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar dedilər: “Qövmləri bizə kölə olduğu halda, bizim kimi iki insana inanacağıq?”
Bu ayənin bütün tercümələrinə bax →
فَكَذَّبُوهُمَا فَكَانُوا۟ مِنَ ٱلْمُهْلَكِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Beləliklə, onları yalançı saydılar və həlak edilənlərdən oldular.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ لَعَلَّهُمْ يَهْتَدُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz Musaya Kitab (Tövrat) verdik ki, bəlkə onlar doğru yola yönəlsinlər!
Bu ayənin bütün tercümələrinə bax →
وَجَعَلْنَا ٱبْنَ مَرْيَمَ وَأُمَّهُۥٓ ءَايَةً وَءَاوَيْنَٰهُمَآ إِلَىٰ رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev Biz Məryəm oğlunu və onun anasını (qüdrətimizə dəlalət edən) bir ayət etdik. Onları əlverişli bir yerdə, çeşmə axan uca bir yerdə yerləşdirdik.
Bu ayənin bütün tercümələrinə bax →
يَٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُوا۟ مِنَ ٱلطَّيِّبَٰتِ وَٱعْمَلُوا۟ صَٰلِحًا إِنِّى بِمَا تَعْمَلُونَ عَلِيمٌ
Azerbaijani Translation - Ali Khan Musayev Ey elçilər! Halal nemətlərdən yeyin və saleh əməllər edin! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمْ أُمَّةً وَٰحِدَةً وَأَنَا۠ رَبُّكُمْ فَٱتَّقُونِ
Azerbaijani Translation - Ali Khan Musayev Bu (İslam), vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun.
Bu ayənin bütün tercümələrinə bax →
فَتَقَطَّعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ زُبُرًا كُلُّ حِزْبٍۭ بِمَا لَدَيْهِمْ فَرِحُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Lakin (insanlar) dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə yanında olanlarla sevinər.
Bu ayənin bütün tercümələrinə bax →
فَذَرْهُمْ فِى غَمْرَتِهِمْ حَتَّىٰ حِينٍ
Azerbaijani Translation - Ali Khan Musayev (Ey Rəsulum!) Sən onları bir müddət öz cəhaləti içində burax!
Bu ayənin bütün tercümələrinə bax →
أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِۦ مِن مَّالٍ وَبَنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Yoxsa (kafirlər) elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə
Bu ayənin bütün tercümələrinə bax →
نُسَارِعُ لَهُمْ فِى ٱلْخَيْرَٰتِ بَل لَّا يَشْعُرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar (bunu) hiss etmirlər.
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّ ٱلَّذِينَ هُم مِّنْ خَشْيَةِ رَبِّهِم مُّشْفِقُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, Rəbbinin qorxusundan əsim-əsim əsənlər,
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِ رَبِّهِمْ يُؤْمِنُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Rəbbinin ayələrinə iman gətirənlər,
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلَّذِينَ هُم بِرَبِّهِمْ لَا يُشْرِكُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Rəbbinə şərik qoşmayanlar,
Bu ayənin bütün tercümələrinə bax →
وَٱلَّذِينَ يُؤْتُونَ مَآ ءَاتَوا۟ وَّقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَىٰ رَبِّهِمْ رَٰجِعُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını (namazı, zəkatı, həcci, sədəqəni və s. başqa ibadətləri) qəlbləri qorxa-qorxa yerinə yetirənlər –
Bu ayənin bütün tercümələrinə bax →
أُو۟لَٰٓئِكَ يُسَٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَهُمْ لَهَا سَٰبِقُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا وَلَدَيْنَا كِتَٰبٌ يَنطِقُ بِٱلْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz.
Bu ayənin bütün tercümələrinə bax →
بَلْ قُلُوبُهُمْ فِى غَمْرَةٍ مِّنْ هَٰذَا وَلَهُمْ أَعْمَٰلٌ مِّن دُونِ ذَٰلِكَ هُمْ لَهَا عَٰمِلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Lakin onların qəlbi bundan (haqqı deyən bir Kitabdan) qafildir. Onların bundan əlavə etdikləri başqa (pis) əməlləri də vardır.
Bu ayənin bütün tercümələrinə bax →
حَتَّىٰٓ إِذَآ أَخَذْنَا مُتْرَفِيهِم بِٱلْعَذَابِ إِذَا هُمْ يَجْـَٔرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Nəhayət, onların cah-calal içində yaşayanlarını əzabla yaxaladığımız zaman fəryad qopararlar.
Bu ayənin bütün tercümələrinə bax →
لَا تَجْـَٔرُوا۟ ٱلْيَوْمَ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (Onlara deyiləcək:) “Bu gün fəryad qoparmayın! Qətiyyən, Biz sizə heç bir yardım göstərməyəcəyik!”
Bu ayənin bütün tercümələrinə bax →
قَدْ كَانَتْ ءَايَٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُمْ عَلَىٰٓ أَعْقَٰبِكُمْ تَنكِصُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Ayələrim sizə oxunurdu, siz isə arxanızı çevirirdiniz.
Bu ayənin bütün tercümələrinə bax →
مُسْتَكْبِرِينَ بِهِۦ سَٰمِرًا تَهْجُرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Həm də (Kəbə əhlisiniz deyə bununla özünüzü insanlardan üstün görərək) təkəbbürlük edir, gecələr (Kəbənin ətrafında toplanaraq Quran barədə) pis sözlər danışırdınız.
Bu ayənin bütün tercümələrinə bax →
أَفَلَمْ يَدَّبَّرُوا۟ ٱلْقَوْلَ أَمْ جَآءَهُم مَّا لَمْ يَأْتِ ءَابَآءَهُمُ ٱلْأَوَّلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Məgər (kafirlər) bu Söz (Quran) haqqında düşünmürlərmi? Yoxsa onlara ulu babalarına gəlməyən bir şeymi gəldi?
Bu ayənin bütün tercümələrinə bax →
أَمْ لَمْ يَعْرِفُوا۟ رَسُولَهُمْ فَهُمْ لَهُۥ مُنكِرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Yoxsa onlar özlərinə göndərilmiş Elçini tanımayıb buna görə də onu inkar edirlər?
Bu ayənin bütün tercümələrinə bax →
أَمْ يَقُولُونَ بِهِۦ جِنَّةٌۢ بَلْ جَآءَهُم بِٱلْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَٰرِهُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Yoxsa: “O cinlidir?”– deyirlər. Xeyr, o elçi onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَوِ ٱتَّبَعَ ٱلْحَقُّ أَهْوَآءَهُمْ لَفَسَدَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ بَلْ أَتَيْنَٰهُم بِذِكْرِهِمْ فَهُمْ عَن ذِكْرِهِم مُّعْرِضُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr (Quran) gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.
Bu ayənin bütün tercümələrinə bax →
أَمْ تَسْـَٔلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَيْرٌ وَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Yoxsa sən onlardan bir mükafat istəyirsən? Rəbbinin mükafatı daha xeyirlidir. O, ruzi verənlərin ən xeyirlisidir!
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
Azerbaijani Translation - Ali Khan Musayev Şübhəsiz ki sən, onları doğru yola çağırırsan.
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ عَنِ ٱلصِّرَٰطِ لَنَٰكِبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Axirətə inanmayanlar isə doğru yoldan azanlardır.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَوْ رَحِمْنَٰهُمْ وَكَشَفْنَا مَا بِهِم مِّن ضُرٍّ لَّلَجُّوا۟ فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Əgər Biz onlara rəhm edib düşdükləri bəladan xilas etsək, onlar (yenə öz) azğınlıqları içində sərgərdan gəzəcəklər.
Bu ayənin bütün tercümələrinə bax →
وَلَقَدْ أَخَذْنَٰهُم بِٱلْعَذَابِ فَمَا ٱسْتَكَانُوا۟ لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Biz onları əzabla yaxaladıq, onlar yenə də öz Rəbbinə boyun əymədilər, (Ona) yalvarıb-yaxarmadılar.
Bu ayənin bütün tercümələrinə bax →
حَتَّىٰٓ إِذَا فَتَحْنَا عَلَيْهِم بَابًا ذَا عَذَابٍ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman dərhal ümidsizliyə qapıldılar.
Bu ayənin bütün tercümələrinə bax →
وَهُوَ ٱلَّذِىٓ أَنشَأَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَٱلْأَفْـِٔدَةَ قَلِيلًا مَّا تَشْكُرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sizin üçün qulaqlar, gözlər və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz.
Bu ayənin bütün tercümələrinə bax →
وَهُوَ ٱلَّذِى ذَرَأَكُمْ فِى ٱلْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sizi yer üzündə yaradıb yayan Odur. Siz Onun hüzuruna həşir olunacaqsınız.
Bu ayənin bütün tercümələrinə bax →
وَهُوَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ وَلَهُ ٱخْتِلَٰفُ ٱلَّيْلِ وَٱلنَّهَارِ أَفَلَا تَعْقِلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər (bunu) dərk etmirsiniz?
Bu ayənin bütün tercümələrinə bax →
بَلْ قَالُوا۟ مِثْلَ مَا قَالَ ٱلْأَوَّلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Xeyr, onlar da əvvəlkilərin dedikləri kimi dedilər.
Bu ayənin bütün tercümələrinə bax →
قَالُوٓا۟ أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar dedilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?”
Bu ayənin bütün tercümələrinə bax →
لَقَدْ وُعِدْنَا نَحْنُ وَءَابَآؤُنَا هَٰذَا مِن قَبْلُ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Bu (dirilmə) həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir.
Bu ayənin bütün tercümələrinə bax →
قُل لِّمَنِ ٱلْأَرْضُ وَمَن فِيهَآ إِن كُنتُمْ تَعْلَمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev De: “Əgər bilirsinizsə, (deyin görüm) yer və onun üstündə olanlar kimə məxsusdur?”
Bu ayənin bütün tercümələrinə bax →
سَيَقُولُونَ لِلَّهِ قُلْ أَفَلَا تَذَكَّرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar: “Allahındır!”– deyəcəklər. De: “Elə isə düşünüb ibrət almırsıniz?”
Bu ayənin bütün tercümələrinə bax →
قُلْ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ ٱلسَّبْعِ وَرَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Sahibi kimdir?”
Bu ayənin bütün tercümələrinə bax →
سَيَقُولُونَ لِلَّهِ قُلْ أَفَلَا تَتَّقُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar: “Allahdır!”– deyəcəklər. De: “Elə isə (Allahdan) qorxmursunuz?”
Bu ayənin bütün tercümələrinə bax →
قُلْ مَنۢ بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِن كُنتُمْ تَعْلَمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?”
Bu ayənin bütün tercümələrinə bax →
سَيَقُولُونَ لِلَّهِ قُلْ فَأَنَّىٰ تُسْحَرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?”
Bu ayənin bütün tercümələrinə bax →
بَلْ أَتَيْنَٰهُم بِٱلْحَقِّ وَإِنَّهُمْ لَكَٰذِبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar!
Bu ayənin bütün tercümələrinə bax →
مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٍ وَمَا كَانَ مَعَهُۥ مِنْ إِلَٰهٍ إِذًا لَّذَهَبَ كُلُّ إِلَٰهٍۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ سُبْحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı (ibadətə layiq olan) heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır.
Bu ayənin bütün tercümələrinə bax →
عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ
Azerbaijani Translation - Ali Khan Musayev O, qeybi və aşkarı biləndir. Allah (müşriklərin) Ona qoşduqları şəriklərdən ucadır.
Bu ayənin bütün tercümələrinə bax →
قُل رَّبِّ إِمَّا تُرِيَنِّى مَا يُوعَدُونَ
Azerbaijani Translation - Ali Khan Musayev De: “Ey Rəbbim! Əgər onlara vəd olunanı mənə göstərəcəksənsə,
Bu ayənin bütün tercümələrinə bax →
رَبِّ فَلَا تَجْعَلْنِى فِى ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev məni zalım qövmün içində qoyma, ey Rəbbim!”
Bu ayənin bütün tercümələrinə bax →
وَإِنَّا عَلَىٰٓ أَن نُّرِيَكَ مَا نَعِدُهُمْ لَقَٰدِرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sözsüz ki, Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik.
Bu ayənin bütün tercümələrinə bax →
ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ ٱلسَّيِّئَةَ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sən pisliyi yaxşılıqla dəf et. Biz onların vəsf etdikləri sifətləri (Allaha şəriklər qərar verdiklərini və ya sənin barəndə dediklərini) daha yaxşı bilirik.
Bu ayənin bütün tercümələrinə bax →
وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَٰتِ ٱلشَّيَٰطِينِ
Azerbaijani Translation - Ali Khan Musayev De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!
Bu ayənin bütün tercümələrinə bax →
وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحْضُرُونِ
Azerbaijani Translation - Ali Khan Musayev Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”
Bu ayənin bütün tercümələrinə bax →
حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ رَبِّ ٱرْجِعُونِ
Azerbaijani Translation - Ali Khan Musayev Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar.
Bu ayənin bütün tercümələrinə bax →
لَعَلِّىٓ أَعْمَلُ صَٰلِحًا فِيمَا تَرَكْتُ كَلَّآ إِنَّهَا كَلِمَةٌ هُوَ قَآئِلُهَا وَمِن وَرَآئِهِم بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx (həyatı) vardır.
Bu ayənin bütün tercümələrinə bax →
فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ فَلَآ أَنسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَآءَلُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
فَمَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ
Azerbaijani Translation - Ali Khan Musayev (O gün) tərəziləri ağır gələnlər nicat tapacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
وَمَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فِى جَهَنَّمَ خَٰلِدُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar Cəhənnəmdə əbədi qalacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
تَلْفَحُ وُجُوهَهُمُ ٱلنَّارُ وَهُمْ فِيهَا كَٰلِحُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Od onların üzünü yandıracaq və onlar orada (dodaqları əzabdan qıc olub) dişləri ağarmış bir halda qalacaqlar.
Bu ayənin bütün tercümələrinə bax →
أَلَمْ تَكُنْ ءَايَٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُم بِهَا تُكَذِّبُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi?
Bu ayənin bütün tercümələrinə bax →
قَالُوا۟ رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًا ضَآلِّينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir qövm olduq.
Bu ayənin bütün tercümələrinə bax →
رَبَّنَآ أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَٰلِمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də (günah işlərə) qayıtsaq, həqiqətən biz, zalımlardan olarıq”.
Bu ayənin bütün tercümələrinə bax →
قَالَ ٱخْسَـُٔوا۟ فِيهَا وَلَا تُكَلِّمُونِ
Azerbaijani Translation - Ali Khan Musayev (Allah) buyuracaq: “Orada zəlil vəziyyətdə qalın və Mənə heç nə deməyin!
Bu ayənin bütün tercümələrinə bax →
إِنَّهُۥ كَانَ فَرِيقٌ مِّنْ عِبَادِى يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱغْفِرْ لَنَا وَٱرْحَمْنَا وَأَنتَ خَيْرُ ٱلرَّٰحِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!”– deyirdilər.
Bu ayənin bütün tercümələrinə bax →
فَٱتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّىٰٓ أَنسَوْكُمْ ذِكْرِى وَكُنتُم مِّنْهُمْ تَضْحَكُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə) Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz.
Bu ayənin bütün tercümələrinə bax →
إِنِّى جَزَيْتُهُمُ ٱلْيَوْمَ بِمَا صَبَرُوٓا۟ أَنَّهُمْ هُمُ ٱلْفَآئِزُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!”
Bu ayənin bütün tercümələrinə bax →
قَٰلَ كَمْ لَبِثْتُمْ فِى ٱلْأَرْضِ عَدَدَ سِنِينَ
Azerbaijani Translation - Ali Khan Musayev Allah (kafirlərdən): “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaqdır.
Bu ayənin bütün tercümələrinə bax →
قَالُوا۟ لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ فَسْـَٔلِ ٱلْعَآدِّينَ
Azerbaijani Translation - Ali Khan Musayev Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan (mələklərdən) soruş”– deyəcəklər.
Bu ayənin bütün tercümələrinə bax →
قَٰلَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًا لَّوْ أَنَّكُمْ كُنتُمْ تَعْلَمُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Allah deyəcək: “Siz (orada) çox az qaldınız. Kaş (bunu) biləydiniz!
Bu ayənin bütün tercümələrinə bax →
أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَٰكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız?”
Bu ayənin bütün tercümələrinə bax →
فَتَعَٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْكَرِيمِ
Azerbaijani Translation - Ali Khan Musayev Haqq Hökmdar olan Allah (hər şeydən) ucadır! Ondan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. O, dəyərli Ərşin Rəbbidir.
Bu ayənin bütün tercümələrinə bax →
وَمَن يَدْعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ لَا بُرْهَٰنَ لَهُۥ بِهِۦ فَإِنَّمَا حِسَابُهُۥ عِندَ رَبِّهِۦٓ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلْكَٰفِرُونَ
Azerbaijani Translation - Ali Khan Musayev Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!
Bu ayənin bütün tercümələrinə bax →
وَقُل رَّبِّ ٱغْفِرْ وَٱرْحَمْ وَأَنتَ خَيْرُ ٱلرَّٰحِمِينَ
Azerbaijani Translation - Ali Khan Musayev De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!”
Bu ayənin bütün tercümələrinə bax →
← Al-Hajj surəsi
An-Noor surəsi →
Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
→
Ərəb mətni və tərcümələr Tanzil və QuranEnc vasitəsilə — eynilə, dəyişdirilmədən · Tərcümələr tərcüməçilərinə aiddir və Quranın özü deyil
Bu, araşdırma köməkçisidir; fətva mərcii deyil.