Azerbaijani Translation - Ali Khan Musayev(Bu,) Bizim nazil edib (sizə) vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız.
Azerbaijani Translation - Ali Khan MusayevZinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dinində (hökmlərini tətbiq edərkən) onlara yazığınız gəlməsin. Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun.
Azerbaijani Translation - Ali Khan MusayevZinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Bu, möminlərə haram edilmişdir.
Azerbaijani Translation - Ali Khan Musayevİsmətli qadınları (zinada) günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir.
Azerbaijani Translation - Ali Khan MusayevAncaq bundan sonra tövbə edib özlərini islah edənlər müstəsnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.
Azerbaijani Translation - Ali Khan MusayevArvadlarını (zinada) günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutmasıdır.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allahın sizə lütfü və mərhəməti olmasaydı (yalan danışanlara cəzanı dərhal verərdi). Allah tövbələri qəbul edəndir və hikmət sahibidir.
Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, (Aişə barəsində) yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir.
Azerbaijani Translation - Ali Khan MusayevKaş ki bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı zənndə olub: “Bu, açıq-aydın bir böhtandır!”– deyərdilər.
Azerbaijani Translation - Ali Khan MusayevKaş ki buna dair dörd şahid gətirsəydilər. Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı.
Azerbaijani Translation - Ali Khan MusayevO zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır.
Azerbaijani Translation - Ali Khan MusayevKaş ki onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. (Ey Allah!) Sən pak və müqəddəssən! Bu, böyük bir böhtandır!”– deyəydiniz.
Azerbaijani Translation - Ali Khan MusayevMöminlər arasında əxlaqsızlığın yayılmasını istəyən kimsələr üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allahın sizə lütfü və mərhəməti olmasaydı (yaydığınız şayiələrə görə sizi məhv edərdi). Həqiqətən Allah şəfqətlidir və rəhmlidir.
Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah eşidəndir, biləndir.
Azerbaijani Translation - Ali Khan MusayevSizlərdən fəzilət və sərvət sahibi olanlar qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir.
Azerbaijani Translation - Ali Khan Musayevİsmətli, (zinadan) xəbəri olmayan mömin qadınlara (zinada ittiham edərək) böhtan atanlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir –
Azerbaijani Translation - Ali Khan MusayevPis qadınlar pis kişilərə, pis kişilər isə pis qadınlara, eləcə də yaxşı qadınlar yaxşı kişilərə, yaxşı kişilər də yaxşı qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar. Onları bağışlanma və bolluca ruzi gözləyir.
Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən daxil olmayın. Bu sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb ibrət alasınız.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər orada heç kəsi tapmasanız, sizə izin verilməyincə ora girməyin. Sizə: “Qayıdın!”– deyilsə, qayıdın. Bu sizin üçün daha təmizdir. Allah nə etdiklərinizi bilir.
Azerbaijani Translation - Ali Khan Musayevİçərisində əşyanız olan, yaşayış olmayan evlərə (icazəsiz) daxil olmaq sizə günah deyildir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir.
Azerbaijani Translation - Ali Khan MusayevMömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.
Azerbaijani Translation - Ali Khan MusayevMömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirmiş kişi xidmətçilərdən, yaxud qadınların ayıb yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vurmasınlar. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.
Azerbaijani Translation - Ali Khan MusayevAranızdakı subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah (lütfü) geniş olandır, (hər şeyi) biləndir.
Azerbaijani Translation - Ali Khan MusayevQoy evlənməyə imkanı olmayanlar, Allah Öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar. Sahib olduğunuz kölələrdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən köləlikdən azad olması üçün bədəl vermək) istəyənlərlə – əgər onlarda bir xeyir görürsünüzsə – onlarla mükatəbə edin. Allahın sizə verdiyi maldan onlara da verin. Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, fani dünya malı əldə edəcəksiniz deyə onları zinakarlığa məcbur etməyin. Kim onları (bu işə) məcbur etsə, (bilsin ki,) onlar məcbur edildikdən sonra Allah (onları) bağışlayar və (onlara) rəhm edər.
Azerbaijani Translation - Ali Khan MusayevBiz sizə açıq-aydın ayələr, sizdən əvvəl gəlib-gedənlər barəsində məsəllər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.
Azerbaijani Translation - Ali Khan MusayevAllah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı, özünə od toxunmasa da, sanki işıq saçır. (Bu,) nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün məsəllər çəkir. Allah hər şeyi biləndir.
Azerbaijani Translation - Ali Khan Musayev(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izin verdiyi evlərdədir. (Mömin kişilər) orada səhər-axşam Ona təriflər deyirlər.
Azerbaijani Translation - Ali Khan MusayevO kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar.
Azerbaijani Translation - Ali Khan Musayev(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyini hesabsız ruziləndirər.
Azerbaijani Translation - Ali Khan MusayevKafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. Allah da onun (əməllərinin) hesabını layiqincə verər. Allah tez haqq-hesab çəkəndir.
Azerbaijani Translation - Ali Khan MusayevYaxud (onların əməlləri) dərin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də (başqa) bir dalğa örtər; onun da üstündə bir bulud var; bir-birinin üstündə olan qaranlıqlar! (İnsan) əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz.
Azerbaijani Translation - Ali Khan MusayevMəgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini biləndir.
Azerbaijani Translation - Ali Khan MusayevMəgər görmürsənmi ki, Allah buludları qovur, sonra onları bir-birinə qovuşdurur, sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağmur çıxdığını görürsən. Allah göydən, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Sonra da onunla istədiyini vurur, istədiyindən də onu uzaq edir. Buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin.
Azerbaijani Translation - Ali Khan MusayevAllah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Azerbaijani Translation - Ali Khan Musayev(Münafiqlər:) “Allaha və Peyğəmbərə iman gətirdik, itaət etdik!”– deyirlər. Bundan sonra isə onlardan bir dəstə üz çevirir. Onlar mömin deyillər.
Azerbaijani Translation - Ali Khan MusayevOnların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allahın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, məhz onlar zalımdırlar.
Azerbaijani Translation - Ali Khan MusayevAralarında hökm vermək üçün Allaha və Onun Elçisinə çağırıldıqda möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!”– demələri oldu. Nicat tapanlar da məhz onlardır.
Azerbaijani Translation - Ali Khan Musayev(Münafiqlər) Allaha çox möhkəm and içdilər ki, əgər sən onlara əmr etsən, onlar mütləq (döyüşə) çıxacaqlar. De: “And içməyin! İtaətiniz bəllidir. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”.
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, (bilin ki,) o, ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğ etməkdir.
Azerbaijani Translation - Ali Khan MusayevAllah sizlərdən iman gətirib saleh əməllər edənlərə, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcəyinə, möminlər üçün Özünün bəyəndiyi dinini möhkəmləndirəcəyinə və onların qorxusunu sonra əminliklə əvəz edəcəyinə vəd vermişdir. Onlar Mənə ibadət edər və heç bir şeyi Mənə şərik qoşmazlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.
Azerbaijani Translation - Ali Khan MusayevKafirlərin yer üzündə (Allahdan) yaxa qurtara biləcəklərini zənn etmə. Onların gedəcəkləri yer Oddur. Ora nə pis dönüş yeridir!
Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi-buluğa çatmayanlar (yanınıza daxil olmaq istədikdə) qoy üç vaxtda sizdən izin istəsinlər: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. (Bu) sizin çılpaq ola biləcəyiniz üç vaxtdır. Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) daxil olmaqda nə sizə, nə də onlara heç bir günah gəlməz. Allah ayələri sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
Azerbaijani Translation - Ali Khan MusayevUşaqlarınız da həddi-buluğa çatanda qoy özlərindən əvvəlkilər (yanınıza daxil olmaq üçün) izin istədikləri kimi izin istəsinlər. Allah ayələrini sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
Azerbaijani Translation - Ali Khan MusayevƏrə getməkdən ümidini üzmüş yaşlı qadınlara zinətlərini göstərmədən hicablarını soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah eşidəndir, biləndir.
Azerbaijani Translation - Ali Khan MusayevKora, çolağa, bir də xəstəyə (cihadda iştirak edə bilmədiyinə görə) günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, bəlkə başa düşəsiniz.
Azerbaijani Translation - Ali Khan MusayevMöminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən kimsələrdir. Onlar ümumi bir işə görə Peyğəmbərlə bir yerdə olduqda ondan izin almadan heç yerə getməzlər. Səndən izin istəyənlər, sözsüz ki, Allaha və Onun Elçisinə iman gətirənlərdir. Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr, onlardan istədiyin kəsə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Azerbaijani Translation - Ali Khan MusayevPeyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Allah sizin aranızdan daldalanaraq xəlvətcə çıxıb gedənləri bilir. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar.
Azerbaijani Translation - Ali Khan MusayevGöylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. O sizin nə əməl sahibi olduğunuzu bilir. Allah (məxluqatın) Onun hüzuruna qaytarılacaqları gün onlara (dünyada) nə etdikləri barədə xəbər verəcəkdir. Allah hər şeyi biləndir.