Azerbaijani Translation - Ali Khan Musayevən aşağı (və ya Ərəblərın yaşadığı yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar;
Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar öz nəfslərində Allahın göyləri, yeri və onların arasındakıları haqq olaraq və müəyyən müddətə qədər yaratdığını düşünmürlərmi? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.
Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırmışdılar. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlara Allaha zülm etmirdi. Onlar özləri özlərinə zülm edirdilər.
Azerbaijani Translation - Ali Khan MusayevAllah məxluqatı əvvəlcə (yoxdan) yaradır, (öldürdükdən) sonra onu (yenidən) dirildir. Sonra isə siz Ona qaytarılacaqsınız.
Azerbaijani Translation - Ali Khan Musayev(Allaha qoşduqları) şəriklərindən onlar üçün şəfaətçilər olmayacaq. (Allaha qoşduqları) şəriklər onları inkar edəcəklər.
Azerbaijani Translation - Ali Khan MusayevAmma kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını yalan sayanlara gəlincə, onlar əzaba düçar ediləcəklər.
Azerbaijani Translation - Ali Khan MusayevO, ölüdən diri, diridən də ölü çıxardır; yeri ölümündən sonra dirildir. Siz də (qəbirlərinizdən) belə (dirildilib) çıxardılacaqsınız.
Azerbaijani Translation - Ali Khan Musayev(Allahın) sizi torpaqdan xəlq etməsi, Onun dəlillərindəndir. Sonra da siz bir bəşər olaraq (yer üzünə) yayıldınız.
Azerbaijani Translation - Ali Khan MusayevÜnsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır.
Azerbaijani Translation - Ali Khan MusayevGöylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün dəlillər vardır!
Azerbaijani Translation - Ali Khan MusayevGecə və gündüz yatıb dincəlməyiniz, Onun lütfünü (ruzi) axtarmağınız da Onun dəlillərindəndir. Həqiqətən, bunda eşidən bir qövm üçün dəlillər vardır.
Azerbaijani Translation - Ali Khan MusayevHəm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən bir qövm üçün dəlillər vardır.
Azerbaijani Translation - Ali Khan MusayevGöyün və yerin Onun əmri ilə öz yerlərində (sabit) qalması da Onun dəlillərindəndir. Sonra da sizi bir dəfə çağıran kimi (mələyin sura bir dəfə üfürməsi ilə) dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız.
Azerbaijani Translation - Ali Khan MusayevMəxluqatı ilk dəfə (yoxdan) yaradan, öldükdən sonra təkrar dirildən Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir.
Azerbaijani Translation - Ali Khan MusayevAllah sizə özünüzdən bir məsəl çəkdi; sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünən bir qövm üçün belə müfəssəl izah edirik.
Azerbaijani Translation - Ali Khan MusayevLakin zülm edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz.
Azerbaijani Translation - Ali Khan MusayevSən batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilməz.
Azerbaijani Translation - Ali Khan Musayevİnsanlara bir zərər toxunduqda Rəbbinə üz tutub Ona yalvararlar. Sonra Allah onlara bir mərhəmət daddırdıqda isə onlardan bir dəstə Rəbbinə şərik qoşar.
Azerbaijani Translation - Ali Khan Musayev(Bu ona görədir ki,) Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər. (Hələlik) əylənin! Tezliklə biləcəksiniz.
Azerbaijani Translation - Ali Khan Musayevİnsanlara bir mərhəmət göstərdiyimiz zaman ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər.
Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar, Allahın istədiyinin ruzisini bol edib, istədiyininkini də azaltdığını görmürlərmi? Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır.
Azerbaijani Translation - Ali Khan MusayevQohum-əqrəbaya, yoxsula və müsafirə (onlara çatacaq) haqqını ver! Allahın Üzünü diləyənlər (ixlaslı olanlar) üçün bu daha xeyirlidir. Uğur qazananlar da məhz onlardır.
Azerbaijani Translation - Ali Khan Musayevİnsanların var-dövləti sayəsində, artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz. Allahın Üzünü diləyərək (ixlasla) verdiyiniz zəkata gəlincə, (bilin ki,) bunu edənlər (mallarının bərəkətini) qat-qat artıranlardır.
Azerbaijani Translation - Ali Khan MusayevSizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, (heç olmasa,) birini edə bilən varmı? O, pakdır və (müşriklərin) Ona şərik qoşduqlarından ucadır.
Azerbaijani Translation - Ali Khan Musayevİnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu (Allaha) şərik qoşanlar idi”.
Azerbaijani Translation - Ali Khan MusayevQarşısıalınmaz gün Allah tərəfindən gəlməmişdən əvvəl üzünü gerçək dinə tərəf tut! O gün onlar (Cənnət və Cəhənnəm əhli olmaqla) iki dəstəyə bölünəcəklər.
Azerbaijani Translation - Ali Khan MusayevKim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə yer) hazırlamış olarlar.
Azerbaijani Translation - Ali Khan Musayev(Bu ona görədir ki, Allah) iman gətirib saleh əməllər edənlərə Öz lütfündən mükafat versin. Şübhəsiz ki, O, kafirləri sevməz.
Azerbaijani Translation - Ali Khan MusayevSizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, Onun lütfünü arayasınız və (sizə verdiyi nemətlərə) şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də Onun dəlillərindəndir.
Azerbaijani Translation - Ali Khan MusayevBiz səndən əvvəl də onların qövmünə elçilər göndərmişdik. (Elçilər) onlara açıq-aydın dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Üzərimizə bir haqqdır.
Azerbaijani Translation - Ali Khan MusayevBuludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Allah səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən buludların arasından yağış çıxdığını görürsən. Allah onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinərlər.
Azerbaijani Translation - Ali Khan MusayevSən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcək. O, hər şeyə qadirdir.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər Biz bir külək göndərsək və onlar əkini saralmış görsələr, bundan sonra mütləq nankorluq etməyə başlayarlar.
Azerbaijani Translation - Ali Khan MusayevSən korları da zəlalətdən (çıxarıb) doğru yola yönəldə bilməzsən. Sən (haqqı) yalnız müsəlman olub ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən.
Azerbaijani Translation - Ali Khan MusayevSizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir.
Azerbaijani Translation - Ali Khan MusayevQiyamət saatının qopacağı gün günahkarlar (dünyada) bircə saat qaldıqlarına and içəcəklər. Onlar (dünyada da haqdan) belə döndərilirdilər.
Azerbaijani Translation - Ali Khan MusayevElm və iman verilmiş kimsələr isə deyəcəklər: “Siz (orada) Allahın yazısı ilə dirilmə gününə qədər qaldınız. Bu (gün), məhz dirilmə günüdür, lakin siz (bunu) bilmirdiniz”.
Azerbaijani Translation - Ali Khan MusayevBiz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir ayə gətirsən, kafir olanlar mütləq: “Siz ancaq yalan uyduranlarsınız!”– deyəcəklər.
Azerbaijani Translation - Ali Khan MusayevSən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy (axirətə) yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa – (dindən dönməyə) sövq etməsinlər.