caseriqQuranda məna axtarışı

Luqman surəsi لقمان

34 ayə · Məkkə · nazil olma sırası 57

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓ

Azerbaijani Translation - Ali Khan MusayevƏlif. Ləm. Mim.

Bu ayənin bütün tercümələrinə bax →

تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْحَكِيمِ

Azerbaijani Translation - Ali Khan MusayevBu, hikmətli Kitabın ayələridir.

Bu ayənin bütün tercümələrinə bax →

هُدًى وَرَحْمَةً لِّلْمُحْسِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevYaxşı əməl sahiblərinə doğru yol göstəricisi və rəhmətdir.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ يُوقِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO kəslərə ki, namaz qılır, zəkat verir və axirətə yəqinliklə inanırlar.

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ عَلَىٰ هُدًى مِّن رَّبِّهِمْ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar öz Rəbbindən (gələn) doğru yol üzərindədirlər. Məhz onlar nicat tapanlardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَمِنَ ٱلنَّاسِ مَن يَشْتَرِى لَهْوَ ٱلْحَدِيثِ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّخِذَهَا هُزُوًا أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ

Azerbaijani Translation - Ali Khan Musayevİnsanlar arasında eləsi də var ki, heç bir elmi olmadan (başqalarını) Allah yolundan azdırmaq və (Allahın ayələrini) lağa qoymaq üçün boş-boş sözləri satın alır. Məhz onları alçaldıcı bir əzab gözləyir.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَٰتُنَا وَلَّىٰ مُسْتَكْبِرًا كَأَن لَّمْ يَسْمَعْهَا كَأَنَّ فِىٓ أُذُنَيْهِ وَقْرًا فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevAyələrimiz ona oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُمْ جَنَّٰتُ ٱلنَّعِيمِ

Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib saleh əməllər edənlər üçün Nəim cənnətləri vardır.

Bu ayənin bütün tercümələrinə bax →

خَٰلِدِينَ فِيهَا وَعْدَ ٱللَّهِ حَقًّا وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, Qüdrət və Hikmət sahibidir.

Bu ayənin bütün tercümələrinə bax →

خَلَقَ ٱلسَّمَٰوَٰتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا وَأَلْقَىٰ فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٍ وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevO, göyləri görə biləcəyiniz bir dirək olmadan yaratmış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada müxtəlif növ gözəl bitkilər bitirdik.

Bu ayənin bütün tercümələrinə bax →

هَٰذَا خَلْقُ ٱللَّهِ فَأَرُونِى مَاذَا خَلَقَ ٱلَّذِينَ مِن دُونِهِۦ بَلِ ٱلظَّٰلِمُونَ فِى ضَلَٰلٍ مُّبِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevBunlar Allahın yaratdıqlarıdır. İndi siz Mənə Allahdan başqalarının nə yaratdığını göstərin. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ ءَاتَيْنَا لُقْمَٰنَ ٱلْحِكْمَةَ أَنِ ٱشْكُرْ لِلَّهِ وَمَن يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِۦ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ حَمِيدٌ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Loğmana: “Allaha şükür et” deyə hikmət verdik. Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, (bilsin ki,) Allah (onun şükrünə) möhtac deyildir, tərifəlayiqdir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ قَالَ لُقْمَٰنُ لِٱبْنِهِۦ وَهُوَ يَعِظُهُۥ يَٰبُنَىَّ لَا تُشْرِكْ بِٱللَّهِ إِنَّ ٱلشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, (Allaha) şərik qoşmaq böyük zülmdür!”

Bu ayənin bütün tercümələrinə bax →

وَوَصَّيْنَا ٱلْإِنسَٰنَ بِوَٰلِدَيْهِ حَمَلَتْهُ أُمُّهُۥ وَهْنًا عَلَىٰ وَهْنٍ وَفِصَٰلُهُۥ فِى عَامَيْنِ أَنِ ٱشْكُرْ لِى وَلِوَٰلِدَيْكَ إِلَىَّ ٱلْمَصِيرُ

Azerbaijani Translation - Ali Khan MusayevBiz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Dönüş Mənədir.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن جَٰهَدَاكَ عَلَىٰٓ أَن تُشْرِكَ بِى مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ فَلَا تُطِعْهُمَا وَصَاحِبْهُمَا فِى ٱلدُّنْيَا مَعْرُوفًا وَٱتَّبِعْ سَبِيلَ مَنْ أَنَابَ إِلَىَّ ثُمَّ إِلَىَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara tabe olma! Dünya işlərində onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də etdikləriniz barədə sizə xəbər verəcəyəm.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰبُنَىَّ إِنَّهَآ إِن تَكُ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ فَتَكُن فِى صَخْرَةٍ أَوْ فِى ٱلسَّمَٰوَٰتِ أَوْ فِى ٱلْأَرْضِ يَأْتِ بِهَا ٱللَّهُ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰبُنَىَّ أَقِمِ ٱلصَّلَوٰةَ وَأْمُرْ بِٱلْمَعْرُوفِ وَٱنْهَ عَنِ ٱلْمُنكَرِ وَٱصْبِرْ عَلَىٰ مَآ أَصَابَكَ إِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ ٱلْأُمُورِ

Azerbaijani Translation - Ali Khan MusayevOğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِى ٱلْأَرْضِ مَرَحًا إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ

Azerbaijani Translation - Ali Khan Musayevİnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱقْصِدْ فِى مَشْيِكَ وَٱغْضُضْ مِن صَوْتِكَ إِنَّ أَنكَرَ ٱلْأَصْوَٰتِ لَصَوْتُ ٱلْحَمِيرِ

Azerbaijani Translation - Ali Khan MusayevYerişində həddi gözlə, (danışanda) səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir”.

Bu ayənin bütün tercümələrinə bax →

أَلَمْ تَرَوْا۟ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُۥ ظَٰهِرَةً وَبَاطِنَةً وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَٰبٍ مُّنِيرٍ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol bəxş etdiyini görmürsünüzmü? İnsanlar arasında heç bir elmi, doğru yol göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edənlər də vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ قَالُوا۟ بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَآ أَوَلَوْ كَانَ ٱلشَّيْطَٰنُ يَدْعُوهُمْ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ

Azerbaijani Translation - Ali Khan MusayevOnlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr! Biz atalarımızın getdiyi yolla tabe olacağıq!”– deyərlər. Əgər şeytan onları Cəhənnəm əzabına çağırırsa necə?

Bu ayənin bütün tercümələrinə bax →

وَمَن يُسْلِمْ وَجْهَهُۥٓ إِلَى ٱللَّهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ ٱسْتَمْسَكَ بِٱلْعُرْوَةِ ٱلْوُثْقَىٰ وَإِلَى ٱللَّهِ عَٰقِبَةُ ٱلْأُمُورِ

Azerbaijani Translation - Ali Khan MusayevYaxşı əməl sahibi olub özünü Allaha təslim edən kəs ən möhkəm dəstəkdən yapışmış olar. İşlərin sonu Allaha qayıdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَن كَفَرَ فَلَا يَحْزُنكَ كُفْرُهُۥٓ إِلَيْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُم بِمَا عَمِلُوٓا۟ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

Azerbaijani Translation - Ali Khan MusayevKim küfrü edərsə, onun küfrü səni kədərləndirməsin. Onların dönüşü Bizədir. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən, Allah qəlblərdə olanları biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

نُمَتِّعُهُمْ قَلِيلًا ثُمَّ نَضْطَرُّهُمْ إِلَىٰ عَذَابٍ غَلِيظٍ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onlara (dünyada olan) nemətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da onları ağır bir əzaba (qatlaşmağa) məcbur edəcəyik.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ ٱللَّهُ قُلِ ٱلْحَمْدُ لِلَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onların çoxu (bunu) bilməz.

Bu ayənin bütün tercümələrinə bax →

لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ إِنَّ ٱللَّهَ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ

Azerbaijani Translation - Ali Khan MusayevGöylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ أَنَّمَا فِى ٱلْأَرْضِ مِن شَجَرَةٍ أَقْلَٰمٌ وَٱلْبَحْرُ يَمُدُّهُۥ مِنۢ بَعْدِهِۦ سَبْعَةُ أَبْحُرٍ مَّا نَفِدَتْ كَلِمَٰتُ ٱللَّهِ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrət və Hikmət sahibidir.

Bu ayənin bütün tercümələrinə bax →

مَّا خَلْقُكُمْ وَلَا بَعْثُكُمْ إِلَّا كَنَفْسٍ وَٰحِدَةٍ إِنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevSizi yaratmaq və diriltmək ancaq bir insanı yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir.

Bu ayənin bütün tercümələrinə bax →

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ كُلٌّ يَجْرِىٓ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى وَأَنَّ ٱللَّهَ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı (mənfəətiniz üçün) ram etdiyini, üstəlik Allahın nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi?

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِ ٱلْبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ

Azerbaijani Translation - Ali Khan MusayevBu belədir. Çünki Allah Haqdır. (Kafirlərin) Ondan başqa ibadət etdikləri isə batildir. Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür.

Bu ayənin bütün tercümələrinə bax →

أَلَمْ تَرَ أَنَّ ٱلْفُلْكَ تَجْرِى فِى ٱلْبَحْرِ بِنِعْمَتِ ٱللَّهِ لِيُرِيَكُم مِّنْ ءَايَٰتِهِۦٓ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ

Azerbaijani Translation - Ali Khan MusayevOnun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunda səbirli olanlar və şükür edənlər üçün ibrətlər vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا غَشِيَهُم مَّوْجٌ كَٱلظُّلَلِ دَعَوُا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمْ إِلَى ٱلْبَرِّ فَمِنْهُم مُّقْتَصِدٌ وَمَا يَجْحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا كُلُّ خَتَّارٍ كَفُورٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Dağların saldığı) kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona dua edərlər. (Allah) onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri (küfrlə iman arasında) orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمْ وَٱخْشَوْا۟ يَوْمًا لَّا يَجْزِى وَالِدٌ عَن وَلَدِهِۦ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَن وَالِدِهِۦ شَيْـًٔا إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ فَلَا تَغُرَّنَّكُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ

Azerbaijani Translation - Ali Khan MusayevEy insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir fayda verə bilməyəcəyi gündən qorxun. Həqiqətən, Allahın vədi haqdır. Qoy dünya həyatı sizi aldatmasın, hiyləgər (şeytan) da sizi Allahın (əzabından) arxayınlaşdırıb tovlamasın.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱللَّهَ عِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَيُنَزِّلُ ٱلْغَيْثَ وَيَعْلَمُ مَا فِى ٱلْأَرْحَامِ وَمَا تَدْرِى نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِى نَفْسٌۢ بِأَىِّ أَرْضٍ تَمُوتُ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٌۢ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, Qiyamət saatı haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70