Azerbaijani Translation - Ali Khan Musayevİnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?
Azerbaijani Translation - Ali Khan MusayevBiz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.
Azerbaijani Translation - Ali Khan MusayevYoxsa pis əməllər edənlər canlarını Bizdən qurtara biləcəklərinimi zənn edirlər? Onların verdikləri hökm necə də pisdir.
Azerbaijani Translation - Ali Khan MusayevKim Allahla qarşılaşmağa ümid edirsə, (bilsin ki,) Allahın təyin etdiyi o vaxt mütləq gələcək. O, Eşidəndir, Biləndir.
Azerbaijani Translation - Ali Khan MusayevKim də (Allah yolunda və ya nəfsi ilə) cihad edərsə, o ancaq özü üçün cihad etmiş olar (faydası özünə qayıdar). Allah aləmlərə (məxluqata) möhtac deyildir.
Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib saleh əməllər edənlərin, əlbəttə ki, günahlarını bağışlayarıq və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.
Azerbaijani Translation - Ali Khan MusayevBiz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağa səni məcbur etsələr, onlara tabe olma. Dönüşünüz Mənə olacaq, Mən də etdikləriniz barədə sizə xəbər verəcəyəm.
Azerbaijani Translation - Ali Khan Musayevİnsanlar arasında: “Allaha iman gətirdik!”– deyənləri də var. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: “Biz də sizinlə idik!”– deyərlər. Məgər Allah hər kəsin qəlbindəkiləri ən yaxşı bilən deyilmi?
Azerbaijani Translation - Ali Khan MusayevKafirlər möminlərə: “Bizim yolumuzla gedin ki, günahlarınızı öz üzərimizə götürək”– deyirlər. Halbuki onların heç biri heç kimin günahını öz üzərinə götürən deyildir. Şübhəsiz ki, onlar yalançıdırlar.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar həm öz (günah) yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükü də daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər.
Azerbaijani Translation - Ali Khan MusayevBiz Nuhu öz qövmünə (peyğəmbər) göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı.
Azerbaijani Translation - Ali Khan Musayevİbrahimi də (xatırla)! Bir zaman o öz qövmünə demişdi: “Allaha ibadət edin və Ondan qorxun! Bu sizin üçün daha xeyirlidir, kaş ki bilsəydiniz”.
Azerbaijani Translation - Ali Khan MusayevSiz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uydurursunuz. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz Ona qaytarılacaqsınız”.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər (onu) yalançı hesab etsəniz, (bilin ki,) sizdən əvvəlki ümmətlər də öz peyğəmbərlərini yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi yalnız (dini) açıq-aşkar təbliğ etməkdir.
Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar Allahın məxluqatı əvvəlcə necə yaratdığını, sonra da onları yenidən yaradacağını görmürlər? Həqiqətən, bu, Allah üçün asandır.
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Yer üzünü gəzib dolaşın və (Allahın) məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah axirət həyatını yaradacaqdır. Allah hər şeyə qadirdir.
Azerbaijani Translation - Ali Khan MusayevSiz nə yerdə, nə də göydə (Allahı) aciz buraxa bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaqdır”.
Azerbaijani Translation - Ali Khan MusayevAllahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlər Mənim mərhəmətimdən ümidlərini kəsənlərdir. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
Azerbaijani Translation - Ali Khan MusayevQövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!”– demələri oldu. Lakin Allah onu oddan qorudu. Şübhəsiz ki, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır.
Azerbaijani Translation - Ali Khan Musayev(İbrahim) dedi: “Siz dünyada aranızda olan məhəbbətə görə Allahı qoyub bütləri ilah qəbul etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi inkar edib lənətləyəcəksiniz. Gedəcəyiniz yer də Oddur. Sizə yardım edən kimsələr də tapılmayacaqdır!".
Azerbaijani Translation - Ali Khan MusayevLut ona iman gətirdi. İbrahim dedi: “Mən Rəbbimə (əmr etdiyi Şam diyarına) hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Hikmət sahibidir.”
Azerbaijani Translation - Ali Khan MusayevBiz ona İshaqı və Yəqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və Kitab bəxş etdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır!
Azerbaijani Translation - Ali Khan MusayevLutu da (xatırla)! Bir zaman o öz qövmünə belə demişdi: “Doğrudanmı siz özünüzdən öncə heç kimsənin etmədiyi iyrənc bir iş edirsiniz?
Azerbaijani Translation - Ali Khan MusayevDoğrudanmı, siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq məqsədi ilə) yol kəsir və məclislərinizdə (bir-birinizlə) murdar işlər görürsünüz?” Qövmünün cavabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!”– demələri oldu.
Azerbaijani Translation - Ali Khan MusayevElçilərimiz İbrahimə müjdə ilə gəldikdə: “Biz bu məmləkətin əhlini məhv edəcəyik. Həqiqətən, oranın sakinləri zalımlardır”– dedilər.
Azerbaijani Translation - Ali Khan Musayev(İbrahim) dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu da, onun ailəsini də mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq”.
Azerbaijani Translation - Ali Khan MusayevElçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq.
Azerbaijani Translation - Ali Khan MusayevMədyənə də qardaşları Şueybi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin, Axirət gününə ümid bəsləyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin”.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar isə onu yalançı saydılar. Buna görə də onları (qorxunc səsli bir) titrəyiş bürüdü və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.
Azerbaijani Translation - Ali Khan MusayevAd və Səmud (qövmünü də məhv etdik). Bu, onların məskənlərindən sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar bəsirət sahibi idilər.
Azerbaijani Translation - Ali Khan MusayevQarunu, Fironu və Hamanı da (məhv etdik). Həqiqətən, Musa onlara aydın dəlillər gətirdi. Onlar isə yer üzündə təkəbbürlük etdilər və (sonda əzabımızdan) qaça bilmədilər.
Azerbaijani Translation - Ali Khan MusayevBiz hər birini öz günahına görə yaxaladıq. Onlardan kimisinin üstünə (qasırğa ilə birgə) daşlar göndərdik, kimisini qorxunc səs yaxaladı, kimisini yerə batırdıq, kimisini də (suya) qərq etdik. Allah onlara zülm etmirdi, lakin onlar özləri özlərinə zülm edirdilər.
Azerbaijani Translation - Ali Khan MusayevAllahdan başqasını özlərinə dost tutanların məsəli özünə ev qurmuş hörümçəyin məsəlinə bənzəyir. Evlərin ən zəifi isə, əlbəttə ki, hörümçəyin evidir. Kaş ki, biləydilər!
Azerbaijani Translation - Ali Khan MusayevKitabdan sənə vəhy olunanları oxu və namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis işlərdən çəkindirir. Allahı zikr etmək daha əzəmətlidir. Allah nə etdiklərinizi bilir.
Azerbaijani Translation - Ali Khan Musayevİçərilərindən zülm edənlər müstəsna olmaqla Kitab əhli ilə gözəl tərzdə mücadilə edin və (belə) deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də ilahımız, sizin də ilahınız birdir. Biz yalnız Ona təslim olanlarıq”.
Azerbaijani Translation - Ali Khan MusayevBiz beləcə, (bu müqəddəs) Kitabı sənə nazil etdik. Kitab verdiyimiz kimsələr də ona iman gətirirlər. Onların arasında (Məkkə əhlindən) Ona (Qurana) iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edərlər.
Azerbaijani Translation - Ali Khan MusayevSən bundan əvvəl nə bir kitab oxuya bilir, nə də onu sağ əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər.
Azerbaijani Translation - Ali Khan MusayevƏksinə, bu (Quran) elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Ayələrimizi ancaq zalımlar inkar edərlər.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Bəs nə üçün Rəbbindən ona ayələr nazil edilmədi?” De: “Ayələr Allah yanındadır. Mən isə ancaq açıq-aydın xəbərdarlıq edənəm”.
Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi?! Həqiqətən, bunda iman gətirən bir qövm üçün mərhəmət və ibrət var.
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allaha küfr edənlər – məhz onlar ziyana uğrayanlardır”.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər əvvəlcədən müəyyən etdiyimiz bir vaxt olmasaydı, əzab onlara gələrdi. O (əzab) onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.
Azerbaijani Translation - Ali Khan MusayevO gün əzab onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcək və (Allah onlara): “Etdiyiniz əməllərin cəzasını dadın!”– deyəcəkdir.
Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib saleh əməllər edənləri (ağacları və qəsrləri) altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar orada əbədi olaraq qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!
Azerbaijani Translation - Ali Khan MusayevNeçə-neçə canlı var ki, ruzisini (əldə edə) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. Onlar necə də (haqdan) döndərilirlər!
Azerbaijani Translation - Ali Khan MusayevAllah Öz qullarından istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Şübhəsiz ki, Allah hər şeyi biləndir.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlardan: “Göydən su endirib onunla yeri öldükdən sonra canlandıran kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onların əksəriyyəti (bunu) başa düşmür.
Azerbaijani Translation - Ali Khan MusayevBu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əbədi həyatdır. Kaş ki, biləydilər!
Azerbaijani Translation - Ali Khan MusayevOnlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona (ixlasla) dua edərlər. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar.
Azerbaijani Translation - Ali Khan Musayev(Bu ona görədir ki,) Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər və (hələlik) əylənsinlər. Tezliklə biləcəklər.
Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, (Məkkəni) onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?
Azerbaijani Translation - Ali Khan MusayevAllaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?