caseriqQuranda məna axtarışı

An-Naml surəsi النمل

93 ayə · Məkkə · nazil olma sırası 48

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ طسٓ تِلْكَ ءَايَٰتُ ٱلْقُرْءَانِ وَكِتَابٍ مُّبِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevTa. Sin. Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir.

Bu ayənin bütün tercümələrinə bax →

هُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevMöminlərə doğru yol göstəricisi və bir müjdədir.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ يُوقِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَٰلَهُمْ فَهُمْ يَعْمَهُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, Axirətə iman gətirməyənlərin (pis) əməllərini onlara yaxşı kimi göstərdik. Odur ki, onlar (azğınlıqları üzündən heç nə anlamadan yer üzündə) şaşqınlıq içindədirlər.

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَهُمْ سُوٓءُ ٱلْعَذَابِ وَهُمْ فِى ٱلْـَٔاخِرَةِ هُمُ ٱلْأَخْسَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar əzabı ağır olacaq kimsələrdir. Axirətdə ən çox ziyana uğrayacaq kəslər də elə onlardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِنَّكَ لَتُلَقَّى ٱلْقُرْءَانَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, Quran sənə, Müdrik və Bilən Allah tərəfindən təlqin edilir.

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ قَالَ مُوسَىٰ لِأَهْلِهِۦٓ إِنِّىٓ ءَانَسْتُ نَارًا سَـَٔاتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ ءَاتِيكُم بِشِهَابٍ قَبَسٍ لَّعَلَّكُمْ تَصْطَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman Musa öz ailəsinə: “Mən bir od gördüm. (Qoy gedib) ondan sizə bir xəbər və ya bir köz gətirim ki, qızınasınız”– demişdi.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا جَآءَهَا نُودِىَ أَنۢ بُورِكَ مَن فِى ٱلنَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) oraya gəlib çatanda ona nida gəldi: “Odun içindəki də, ətrafındakı da mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir!

Bu ayənin bütün tercümələrinə bax →

يَٰمُوسَىٰٓ إِنَّهُۥٓ أَنَا ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Azerbaijani Translation - Ali Khan MusayevEy Musa! Qüdrətli və Hikmətli olan Allah Mənəm!

Bu ayənin bütün tercümələrinə bax →

وَأَلْقِ عَصَاكَ فَلَمَّا رَءَاهَا تَهْتَزُّ كَأَنَّهَا جَآنٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْ يَٰمُوسَىٰ لَا تَخَفْ إِنِّى لَا يَخَافُ لَدَىَّ ٱلْمُرْسَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. (Allah dedi:) “Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar.

Bu ayənin bütün tercümələrinə bax →

إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًۢا بَعْدَ سُوٓءٍ فَإِنِّى غَفُورٌ رَّحِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevAncaq kim zülm edib sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, (bilsin ki,) Mən Bağışlayanam, Rəhmliyəm!

Bu ayənin bütün tercümələrinə bax →

وَأَدْخِلْ يَدَكَ فِى جَيْبِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍ فِى تِسْعِ ءَايَٰتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِۦٓ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا فَٰسِقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevƏlini qoynuna sal ki, (əlin oradan) ləkəsiz, ağappaq çıxsın. Firona və onun qövmünə göndərilən doqquz ayədən biri budur. Həqiqətən, onlar fasiq bir qövmdür!”

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا جَآءَتْهُمْ ءَايَٰتُنَا مُبْصِرَةً قَالُوا۟ هَٰذَا سِحْرٌ مُّبِينٌ

Azerbaijani Translation - Ali Khan MusayevAyələrimiz onlara aşkar şəkildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَجَحَدُوا۟ بِهَا وَٱسْتَيْقَنَتْهَآ أَنفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُفْسِدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBuna yəqinliklə inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ ءَاتَيْنَا دَاوُۥدَ وَسُلَيْمَٰنَ عِلْمًا وَقَالَا ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى فَضَّلَنَا عَلَىٰ كَثِيرٍ مِّنْ عِبَادِهِ ٱلْمُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!”

Bu ayənin bütün tercümələrinə bax →

وَوَرِثَ سُلَيْمَٰنُ دَاوُۥدَ وَقَالَ يَٰٓأَيُّهَا ٱلنَّاسُ عُلِّمْنَا مَنطِقَ ٱلطَّيْرِ وَأُوتِينَا مِن كُلِّ شَىْءٍ إِنَّ هَٰذَا لَهُوَ ٱلْفَضْلُ ٱلْمُبِينُ

Azerbaijani Translation - Ali Khan MusayevSüleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) varis oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, açıq-aşkar üstünlükdür”.

Bu ayənin bütün tercümələrinə bax →

وَحُشِرَ لِسُلَيْمَٰنَ جُنُودُهُۥ مِنَ ٱلْجِنِّ وَٱلْإِنسِ وَٱلطَّيْرِ فَهُمْ يُوزَعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSüleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar (müntəzəm şəkildə) yerbəyer edildilər.

Bu ayənin bütün tercümələrinə bax →

حَتَّىٰٓ إِذَآ أَتَوْا۟ عَلَىٰ وَادِ ٱلنَّمْلِ قَالَتْ نَمْلَةٌ يَٰٓأَيُّهَا ٱلنَّمْلُ ٱدْخُلُوا۟ مَسَٰكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَٰنُ وَجُنُودُهُۥ وَهُمْ لَا يَشْعُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevNəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər”.

Bu ayənin bütün tercümələrinə bax →

فَتَبَسَّمَ ضَاحِكًا مِّن قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِىٓ أَنْ أَشْكُرَ نِعْمَتَكَ ٱلَّتِىٓ أَنْعَمْتَ عَلَىَّ وَعَلَىٰ وَٰلِدَىَّ وَأَنْ أَعْمَلَ صَٰلِحًا تَرْضَىٰهُ وَأَدْخِلْنِى بِرَحْمَتِكَ فِى عِبَادِكَ ٱلصَّٰلِحِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Süleyman) qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəbbim! Mənə, həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməli etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!”

Bu ayənin bütün tercümələrinə bax →

وَتَفَقَّدَ ٱلطَّيْرَ فَقَالَ مَا لِىَ لَآ أَرَى ٱلْهُدْهُدَ أَمْ كَانَ مِنَ ٱلْغَآئِبِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Süleyman) quşları nəzərdən keçirib dedi: “Hüdhüdü nə üçün görmürəm? Yoxsa o burada yoxdur?

Bu ayənin bütün tercümələrinə bax →

لَأُعَذِّبَنَّهُۥ عَذَابًا شَدِيدًا أَوْ لَأَا۟ذْبَحَنَّهُۥٓ أَوْ لَيَأْتِيَنِّى بِسُلْطَٰنٍ مُّبِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevYa ona şiddətli bir əzab verəcəm, ya onun boğazını üzəcəm, ya da mənə aşkar bir dəlil gətirəcək”.

Bu ayənin bütün tercümələrinə bax →

فَمَكَثَ غَيْرَ بَعِيدٍ فَقَالَ أَحَطتُ بِمَا لَمْ تُحِطْ بِهِۦ وَجِئْتُكَ مِن سَبَإٍۭ بِنَبَإٍ يَقِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevÇox keçmədən (hüdhüd) gəlib dedi: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirdim.

Bu ayənin bütün tercümələrinə bax →

إِنِّى وَجَدتُّ ٱمْرَأَةً تَمْلِكُهُمْ وَأُوتِيَتْ مِن كُلِّ شَىْءٍ وَلَهَا عَرْشٌ عَظِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevMən onlara hökmdarlıq edən, özünə hər şey verilmiş və çox böyük taxtı olan bir qadın gördüm.

Bu ayənin bütün tercümələrinə bax →

وَجَدتُّهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِن دُونِ ٱللَّهِ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَٰنُ أَعْمَٰلَهُمْ فَصَدَّهُمْ عَنِ ٱلسَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMən onun və qövmünü Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər.

Bu ayənin bütün tercümələrinə bax →

أَلَّا يَسْجُدُوا۟ لِلَّهِ ٱلَّذِى يُخْرِجُ ٱلْخَبْءَ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَيَعْلَمُ مَا تُخْفُونَ وَمَا تُعْلِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevGöylərdə və yerdə gizli olanı aşkara çıxaran, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da Bilən Allaha səcdə etməsinlər deyə (şeytan onları yoldan çıxarmışdır).

Bu ayənin bütün tercümələrinə bax →

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ

Azerbaijani Translation - Ali Khan MusayevBöyük Ərşin Rəbbi olan Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ سَنَنظُرُ أَصَدَقْتَ أَمْ كُنتَ مِنَ ٱلْكَٰذِبِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Süleyman) dedi: “Baxacağıq görək doğru deyirsən, yoxsa yalançılardansan.

Bu ayənin bütün tercümələrinə bax →

ٱذْهَب بِّكِتَٰبِى هَٰذَا فَأَلْقِهْ إِلَيْهِمْ ثُمَّ تَوَلَّ عَنْهُمْ فَٱنظُرْ مَاذَا يَرْجِعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMənim bu məktubumu apar onların yanına at. Sonra bir qədər uzaqda dur və bax gör nə cavab verəcəklər!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَتْ يَٰٓأَيُّهَا ٱلْمَلَؤُا۟ إِنِّىٓ أُلْقِىَ إِلَىَّ كِتَٰبٌ كَرِيمٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Qadın) dedi: «Ey əyanlar! Mənə çox hörmətli bir məktub atıldı.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّهُۥ مِن سُلَيْمَٰنَ وَإِنَّهُۥ بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

Azerbaijani Translation - Ali Khan MusayevO (məktub) Süleymandandır və (onda deyilir:) “Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Bu ayənin bütün tercümələrinə bax →

أَلَّا تَعْلُوا۟ عَلَىَّ وَأْتُونِى مُسْلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevMənə qarşı təkəbbür göstərməyin və yanıma müsəlman olaraq gəlin!”»

Bu ayənin bütün tercümələrinə bax →

قَالَتْ يَٰٓأَيُّهَا ٱلْمَلَؤُا۟ أَفْتُونِى فِىٓ أَمْرِى مَا كُنتُ قَاطِعَةً أَمْرًا حَتَّىٰ تَشْهَدُونِ

Azerbaijani Translation - Ali Khan Musayev(Qadın) dedi: “Ey əyanlar! Bu iş barəsində mənə məsləhət verin. Mən sizinlə məsləhətləşmədən heç bir qəti qərar vermərəm”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ نَحْنُ أُو۟لُوا۟ قُوَّةٍ وَأُو۟لُوا۟ بَأْسٍ شَدِيدٍ وَٱلْأَمْرُ إِلَيْكِ فَٱنظُرِى مَاذَا تَأْمُرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Buyuruq isə sənindir. Nə buyuracağını özün düşün!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَتْ إِنَّ ٱلْمُلُوكَ إِذَا دَخَلُوا۟ قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوٓا۟ أَعِزَّةَ أَهْلِهَآ أَذِلَّةً وَكَذَٰلِكَ يَفْعَلُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Qadın) dedi: Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman oranı viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِنِّى مُرْسِلَةٌ إِلَيْهِم بِهَدِيَّةٍ فَنَاظِرَةٌۢ بِمَ يَرْجِعُ ٱلْمُرْسَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMən onlara bir hədiyyə göndərəcəyəm və baxacağam görüm elçilər nə ilə qayıdacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا جَآءَ سُلَيْمَٰنَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍ فَمَآ ءَاتَىٰنِۦَ ٱللَّهُ خَيْرٌ مِّمَّآ ءَاتَىٰكُم بَلْ أَنتُم بِهَدِيَّتِكُمْ تَفْرَحُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Elçilər) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə bəxş etdiyi sizin verdiyinizdən daha yaxşıdır. Siz isə ancaq öz bəxşişlərinizlə fərəhlənirsiniz.

Bu ayənin bütün tercümələrinə bax →

ٱرْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُم بِجُنُودٍ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخْرِجَنَّهُم مِّنْهَآ أَذِلَّةً وَهُمْ صَٰغِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ يَٰٓأَيُّهَا ٱلْمَلَؤُا۟ أَيُّكُمْ يَأْتِينِى بِعَرْشِهَا قَبْلَ أَن يَأْتُونِى مُسْلِمِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Süleyman) dedi: “Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ عِفْرِيتٌ مِّنَ ٱلْجِنِّ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبْلَ أَن تَقُومَ مِن مَّقَامِكَ وَإِنِّى عَلَيْهِ لَقَوِىٌّ أَمِينٌ

Azerbaijani Translation - Ali Khan MusayevCinlərdən olan (çox qüvvətli birisi) ifrit dedi: “Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ ٱلَّذِى عِندَهُۥ عِلْمٌ مِّنَ ٱلْكِتَٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ فَلَمَّا رَءَاهُ مُسْتَقِرًّا عِندَهُۥ قَالَ هَٰذَا مِن فَضْلِ رَبِّى لِيَبْلُوَنِىٓ ءَأَشْكُرُ أَمْ أَكْفُرُ وَمَن شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِۦ وَمَن كَفَرَ فَإِنَّ رَبِّى غَنِىٌّ كَرِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevKitabdan bilgisi olan birisi isə belə dedi: “Mən onu sənə gözünü yumub açmadan öncə gətirərəm!” (Süleyman o) taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görsün şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, (bilsin ki,) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyil, Səxavətlidir!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ نَكِّرُوا۟ لَهَا عَرْشَهَا نَنظُرْ أَتَهْتَدِىٓ أَمْ تَكُونُ مِنَ ٱلَّذِينَ لَا يَهْتَدُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Süleyman) dedi: “Onun taxtını tanınmaz hala salın, görək onu tanıyacaq, yoxsa tanımayanlardan olacaq?”

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا جَآءَتْ قِيلَ أَهَٰكَذَا عَرْشُكِ قَالَتْ كَأَنَّهُۥ هُوَ وَأُوتِينَا ٱلْعِلْمَ مِن قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevQadın gəldikdə ona: “Taxtın bu cürdürmü?”– deyildi. O dedi: “Deyəsən odur!” (Süleyman dedi:) “Bizə ondan əvvəl elm verilmiş və biz müsəlman olmuşuq!”

Bu ayənin bütün tercümələrinə bax →

وَصَدَّهَا مَا كَانَت تَّعْبُدُ مِن دُونِ ٱللَّهِ إِنَّهَا كَانَتْ مِن قَوْمٍ كَٰفِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevAllahdan başqa tapındığı şeylər o qadını (tövhiddən) yayındırmışdır. Çünki o, kafir bir qövmdən idi.

Bu ayənin bütün tercümələrinə bax →

قِيلَ لَهَا ٱدْخُلِى ٱلصَّرْحَ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةً وَكَشَفَتْ عَن سَاقَيْهَا قَالَ إِنَّهُۥ صَرْحٌ مُّمَرَّدٌ مِّن قَوَارِيرَ قَالَتْ رَبِّ إِنِّى ظَلَمْتُ نَفْسِى وَأَسْلَمْتُ مَعَ سُلَيْمَٰنَ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevQadına: “Saraya daxil ol!”– deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. (Süleyman) dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” (Qadın) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!”

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ أَرْسَلْنَآ إِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَٰلِحًا أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi (elçi) göndərdik. Onlar isə bir-biri ilə mübarizə aparan iki firqəyə (möminlərə və kafirlərə) bölündülər.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ يَٰقَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِٱلسَّيِّئَةِ قَبْلَ ٱلْحَسَنَةِ لَوْلَا تَسْتَغْفِرُونَ ٱللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO dedi: “Ey qövmüm! Nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Kaş ki Allahdan bağışlanmağınızı diləsəydiniz. Ola bilsin ki, sizə rəhm oluna”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ ٱطَّيَّرْنَا بِكَ وَبِمَن مَّعَكَ قَالَ طَٰٓئِرُكُمْ عِندَ ٱللَّهِ بَلْ أَنتُمْ قَوْمٌ تُفْتَنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq”. (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allahdandır. Siz sınağa çəkilən bir qövmsünüz”.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَانَ فِى ٱلْمَدِينَةِ تِسْعَةُ رَهْطٍ يُفْسِدُونَ فِى ٱلْأَرْضِ وَلَا يُصْلِحُونَ

Azerbaijani Translation - Ali Khan MusayevŞəhərdə doqquz kişi var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ تَقَاسَمُوا۟ بِٱللَّهِ لَنُبَيِّتَنَّهُۥ وَأَهْلَهُۥ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِۦ مَا شَهِدْنَا مَهْلِكَ أَهْلِهِۦ وَإِنَّا لَصَٰدِقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Öz aranızda Allaha and için ki, gecə ona və ailəsinə basqın edib (onları) öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَكَرُوا۟ مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar (bunu) hiss etmədilər.

Bu ayənin bütün tercümələrinə bax →

فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَٰهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün qövmləri ilə birlikdə yerlə yeksan etdik.

Bu ayənin bütün tercümələrinə bax →

فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةًۢ بِمَا ظَلَمُوٓا۟ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevZülmləri üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən bir qövm üçün ibrət vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَنجَيْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ

Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib (Allahdan) qorxanları isə xilas etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَتَأْتُونَ ٱلْفَٰحِشَةَ وَأَنتُمْ تُبْصِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevLutu da (yada sal). Bir zaman o öz qövmünə demişdi: “Gözünüz görə-görə murdar işmi görəcəksiniz?

Bu ayənin bütün tercümələrinə bax →

أَئِنَّكُمْ لَتَأْتُونَ ٱلرِّجَالَ شَهْوَةً مِّن دُونِ ٱلنِّسَآءِ بَلْ أَنتُمْ قَوْمٌ تَجْهَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSiz qadınları qoyub şəhvətlə kişilərəmi yaxınlaşacaqsınız? Xeyir, siz cahil bir qövmsünüz!”

Bu ayənin bütün tercümələrinə bax →

فَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوٓا۟ أَخْرِجُوٓا۟ ءَالَ لُوطٍ مِّن قَرْيَتِكُمْ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevQövmünün cavabı isə ancaq: “Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır!”– demələri oldu.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَنجَيْنَٰهُ وَأَهْلَهُۥٓ إِلَّا ٱمْرَأَتَهُۥ قَدَّرْنَٰهَا مِنَ ٱلْغَٰبِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun (arvadının) geridə qalanlardan olmasına qərar verdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا فَسَآءَ مَطَرُ ٱلْمُنذَرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə pis imiş!

Bu ayənin bütün tercümələrinə bax →

قُلِ ٱلْحَمْدُ لِلَّهِ وَسَلَٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصْطَفَىٰٓ ءَآللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qullarına! Allah xeyirlidir, yoxsa Ona şərik qoşduqlarınız?

Bu ayənin bütün tercümələrinə bax →

أَمَّنْ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَأَنزَلَ لَكُم مِّنَ ٱلسَّمَآءِ مَآءً فَأَنۢبَتْنَا بِهِۦ حَدَآئِقَ ذَاتَ بَهْجَةٍ مَّا كَانَ لَكُمْ أَن تُنۢبِتُوا۟ شَجَرَهَآ أَءِلَٰهٌ مَّعَ ٱللَّهِ بَلْ هُمْ قَوْمٌ يَعْدِلُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Bütlər xeyirlidir,) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən (Allah)?! Biz o yağmurla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Allahla yanaşı başqa bir məbud varmı? Xeyr, onlar (haqdan) yayınan qövmdürlər.

Bu ayənin bütün tercümələrinə bax →

أَمَّن جَعَلَ ٱلْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَٰلَهَآ أَنْهَٰرًا وَجَعَلَ لَهَا رَوَٰسِىَ وَجَعَلَ بَيْنَ ٱلْبَحْرَيْنِ حَاجِزًا أَءِلَٰهٌ مَّعَ ٱللَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Bütlər xeyirlidir,) yoxsa yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan (Allah)?! Allahla yanaşı başqa bir məbud varmı? Xeyr, onların əksəriyyəti (bunu) bilmirlər.

Bu ayənin bütün tercümələrinə bax →

أَمَّن يُجِيبُ ٱلْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ ٱلسُّوٓءَ وَيَجْعَلُكُمْ خُلَفَآءَ ٱلْأَرْضِ أَءِلَٰهٌ مَّعَ ٱللَّهِ قَلِيلًا مَّا تَذَكَّرُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Bütlər xeyirlidir,) yoxsa darda qalan kimsə Ona dua etdiyi zaman onun duasını qəbul edən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən (Allah)?! Allahla yanaşı başqa bir məbud varmı? Siz necə də az düşünürsünüz?

Bu ayənin bütün tercümələrinə bax →

أَمَّن يَهْدِيكُمْ فِى ظُلُمَٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِ وَمَن يُرْسِلُ ٱلرِّيَٰحَ بُشْرًۢا بَيْنَ يَدَىْ رَحْمَتِهِۦٓ أَءِلَٰهٌ مَّعَ ٱللَّهِ تَعَٰلَى ٱللَّهُ عَمَّا يُشْرِكُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Bütlər xeyirlidir,) yoxsa qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə (yağışdan öncə) müjdəçi olaraq göndərən Allah?! Allahla yanaşı başqa bir məbud varmı? Allah onların qoşduqları şəriklərdən ucadır.

Bu ayənin bütün tercümələrinə bax →

أَمَّن يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ أَءِلَٰهٌ مَّعَ ٱللَّهِ قُلْ هَاتُوا۟ بُرْهَٰنَكُمْ إِن كُنتُمْ صَٰدِقِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Bütlər xeyirlidir,) yoxsa məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən (Allah)?! Allahla yanaşı başqa bir məbud varmı?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”.

Bu ayənin bütün tercümələrinə bax →

قُل لَّا يَعْلَمُ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ٱلْغَيْبَ إِلَّا ٱللَّهُ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər.

Bu ayənin bütün tercümələrinə bax →

بَلِ ٱدَّٰرَكَ عِلْمُهُمْ فِى ٱلْـَٔاخِرَةِ بَلْ هُمْ فِى شَكٍّ مِّنْهَا بَلْ هُم مِّنْهَا عَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevXeyr, onların elmi axirəti dərk edə bilməz. Üstəlik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar”.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَءِذَا كُنَّا تُرَٰبًا وَءَابَآؤُنَآ أَئِنَّا لَمُخْرَجُونَ

Azerbaijani Translation - Ali Khan MusayevKafirlər dedilər: “Məgər biz və atalarımız torpaq olduqdan sonra (qəbirlərdən) çıxardılacağıq?

Bu ayənin bütün tercümələrinə bax →

لَقَدْ وُعِدْنَا هَٰذَا نَحْنُ وَءَابَآؤُنَا مِن قَبْلُ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBu (dirilmə) həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin (uydurduğu) əfsanələrdən başqa bir şey deyildir”.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُجْرِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur”.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُن فِى ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də ürəyini sıxma.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ عَسَىٰٓ أَن يَكُونَ رَدِفَ لَكُم بَعْضُ ٱلَّذِى تَسْتَعْجِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Bəlkə də, tez gəlməsini istədiyiniz şeyin bir qismi, artıq sizə yaxınlaşmışdır”.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti şükür etməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, Rəbbin onların qəlblərinin gizli saxladıqlarını da, onların aşkar etdiklərini də bilir.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا مِنْ غَآئِبَةٍ فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِلَّا فِى كِتَٰبٍ مُّبِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevGöydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (Lövhi-məhfuzda) olmasın.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ هَٰذَا ٱلْقُرْءَانَ يَقُصُّ عَلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَكْثَرَ ٱلَّذِى هُمْ فِيهِ يَخْتَلِفُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin çoxunu anlatmaqdadır.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِنَّهُۥ لَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, o, möminlərə doğru yol göstəricisi və bir mərhəmətdir.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُم بِحُكْمِهِۦ وَهُوَ ٱلْعَزِيزُ ٱلْعَلِيمُ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, sənin Rəbbin onların arasında Öz hökmünü verəcək. O, Qüdrətlidir, Biləndir!

Bu ayənin bütün tercümələrinə bax →

فَتَوَكَّلْ عَلَى ٱللَّهِ إِنَّكَ عَلَى ٱلْحَقِّ ٱلْمُبِينِ

Azerbaijani Translation - Ali Khan MusayevSən Allaha təvəkkül et! Çünki sən açıq-aydın haqq yoldasan.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّكَ لَا تُسْمِعُ ٱلْمَوْتَىٰ وَلَا تُسْمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوْا۟ مُدْبِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSözsüz ki, sən nə ölülərə (haqqı) eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَآ أَنتَ بِهَٰدِى ٱلْعُمْىِ عَن ضَلَٰلَتِهِمْ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسْلِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSən korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən (haqqı) yalnız müsəlman ikən ayələrimizə inananlara eşitdirə bilərsən.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا وَقَعَ ٱلْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَآبَّةً مِّنَ ٱلْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ ٱلنَّاسَ كَانُوا۟ بِـَٔايَٰتِنَا لَا يُوقِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ أُمَّةٍ فَوْجًا مِّمَّن يُكَذِّبُ بِـَٔايَٰتِنَا فَهُمْ يُوزَعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onlar bir yerdə məhşərə sürüklənərlər.

Bu ayənin bütün tercümələrinə bax →

حَتَّىٰٓ إِذَا جَآءُو قَالَ أَكَذَّبْتُم بِـَٔايَٰتِى وَلَمْ تُحِيطُوا۟ بِهَا عِلْمًا أَمَّاذَا كُنتُمْ تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevNəhayət (haqq-hesab) yerinə gəldikləri zaman (Allah) deyər: “Ayələrimi başa düşmədiyiniz halda, onları yalanmı saydınız? Bəs siz nə edirdiniz?”

Bu ayənin bütün tercümələrinə bax →

وَوَقَعَ ٱلْقَوْلُ عَلَيْهِم بِمَا ظَلَمُوا۟ فَهُمْ لَا يَنطِقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevZülm etdiklərinə görə o söz (vəd olunduqları əzab) onları haqlayacaq və onlar danışa bilməyəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

أَلَمْ يَرَوْا۟ أَنَّا جَعَلْنَا ٱلَّيْلَ لِيَسْكُنُوا۟ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًا إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar gecəni istirahət etmələri üçün yaratdığımızı, gündüzü isə işıqlı etdiyimizi görmürlərmi? Şübhəsiz ki, bunda iman gətirən bir qövm üçün dəlillər vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَفَزِعَ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ إِلَّا مَن شَآءَ ٱللَّهُ وَكُلٌّ أَتَوْهُ دَٰخِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَتَرَى ٱلْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَهِىَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِ صُنْعَ ٱللَّهِ ٱلَّذِىٓ أَتْقَنَ كُلَّ شَىْءٍ إِنَّهُۥ خَبِيرٌۢ بِمَا تَفْعَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır.

Bu ayənin bütün tercümələrinə bax →

مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ خَيْرٌ مِّنْهَا وَهُم مِّن فَزَعٍ يَوْمَئِذٍ ءَامِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHər kim yaxşı əməllə gəlsə, onun üçün ondan daha xeyirlisi vardır. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِى ٱلنَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevPis əməllə gələnlər isə üzüstə oda atılarlar. (Onlara deyilər:) “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınız?”

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّمَآ أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هَٰذِهِ ٱلْبَلْدَةِ ٱلَّذِى حَرَّمَهَا وَلَهُۥ كُلُّ شَىْءٍ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُسْلِمِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(De:) “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr edilmişdir. O şəhər ki, (Rəbbim) onu toxunulmaz buyurmuşdur. Hər şey yalnız Onundur. Mənə əmr olunub ki, müsəlman olum

Bu ayənin bütün tercümələrinə bax →

وَأَنْ أَتْلُوَا۟ ٱلْقُرْءَانَ فَمَنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ وَمَن ضَلَّ فَقُلْ إِنَّمَآ أَنَا۠ مِنَ ٱلْمُنذِرِينَ

Azerbaijani Translation - Ali Khan Musayevvə Quran oxuyum!” Kim doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. (Haqq yoldan) azana isə (belə) de: “Mən ancaq xəbərdar edənlərdənəm!”

Bu ayənin bütün tercümələrinə bax →

وَقُلِ ٱلْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ ءَايَٰتِهِۦ فَتَعْرِفُونَهَا وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Həmd, Allaha məxsusdur! O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız. Rəbbin sizin etdiklərinizdən qafil deyildir!”

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70