Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onlardan bir zümrəni (İsrail oğullarını) zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.
Azerbaijani Translation - Ali Khan MusayevBiz istədik ki, o yerdə aciz qalanlara (İsrail oğullarına) mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək,
Azerbaijani Translation - Ali Khan Musayevyer üzündə onlara hökmranlıq bəxş edək, Firona, Hamana və onların əsgərlərinə qorxub çəkindikləri şeyi (İsrail oğullarından birinin əli ilə məhv edilib səltənətlərinin əllərindən alınmasını) göstərək.
Azerbaijani Translation - Ali Khan MusayevBiz Musanın anasına ilham yolu ilə belə buyurduq: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərdən biri edəcəyik”.
Azerbaijani Translation - Ali Khan MusayevNəhayət Fironun ailəsi özlərinə düşmən və hüzün (qaynağı) olacaq o uşağı tapıb götürdü. Həqiqətən, Firon, Haman və onların əsgərləri günahkar idilər.
Azerbaijani Translation - Ali Khan MusayevFironun zövcəsi dedi: “(Bu uşaq) həm mənim, həm də sənin üçün gözaydınlığıdır. Onu öldürməyin. Ola bilsin ki, o bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik”. Onlar (bu işin sonunu) bilmirdilər.
Azerbaijani Translation - Ali Khan MusayevMusanın anasının ürəyi boş qalmışdı (övlad dərdindən başqa heç bir şey haqda düşünmürdü). Əgər Biz, (vədimizə) inananlardan olsun deyə, onun qəlbinə səbir verməsəydik, az qala (gördüyü işi) açıb bildirəcəkdi.
Azerbaijani Translation - Ali Khan Musayev(Anası) onun bacısına: “Onun dalınca get!”– dedi. O da heç kimə hiss etdirmədən kənardan (Musaya) göz qoyurdu.
Azerbaijani Translation - Ali Khan MusayevDaha öncə Biz ona (öz anasından başqa bütün) süd analarının (döşünü əmməyi) qadağan etmişdik. (Musanın bacısı) dedi: “Sizin üçün onun qayğısına qalacaq və ona qarşı xeyirxah olacaq bir ailəni sizə göstərimmi?”
Azerbaijani Translation - Ali Khan MusayevBeləliklə, Biz onu öz anasına qaytardıq ki, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin. Lakin onların çoxu (bunu) bilməz.
Azerbaijani Translation - Ali Khan Musayev(Musa) yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hökmranlıq (peyğəmbərlik) və elm əta etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq.
Azerbaijani Translation - Ali Khan MusayevO, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, (haqq yoldan) azdıran açıq-aydın bir düşməndir!”– dedi.
Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Ey Rəbbim! Mən nəfsimə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir.
Azerbaijani Translation - Ali Khan MusayevBeləliklə, (Musa) şəhərdə qorxu içində ətrafa göz qoya-qoya səhərə çıxdı. Birdən dünən onu köməyə çağıran kəs yenə fəryad qoparıb onu köməyə çağırdı. Musa ona: “Sən, doğrudan da, açıq-aşkar yolunu azmışın birisən!”– dedi.
Azerbaijani Translation - Ali Khan Musayev(Musa) hər ikisinin də düşməni olan kəsi (qibtini) yaxalamaq istədikdə, o (qibti) dedi: “Ey Musa! Sən dünən birini vurub öldürdüyün kimi, məni də öldürmək istəyirsən? Sən yer üzündə ancaq bir zülmkar olmaq istəyirsən. Sən islah edənlərdən olmaq istəmirsən”.
Azerbaijani Translation - Ali Khan MusayevŞəhərin kənarından bir kişi tələsik gəlib dedi: “Ey Musa! Zadəganlar səni öldürmək barəsində məşvərət edirlər. Çıx get! Mən sənə nəsihət edənlərdənəm!”
Azerbaijani Translation - Ali Khan MusayevO, Mədyən sulağına gəlib çatanda quyunun yanında (heyvanlarına) su verən adamlar gördü. Onların yaxınlığında da (qoyunlarını o biri heyvanlardan) geri çəkən iki qadın görüb: “Sizə nə olub?”– dedi. Onlar dedilər: “Çobanlar (heyvanlarını) sürüb aparmamış biz (qoyunlarımıza) su verə bilmirik. Atamız da çox qocadır”.
Azerbaijani Translation - Ali Khan Musayev(Musa) onların yerinə (qoyunlara) su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”
Azerbaijani Translation - Ali Khan Musayev(Bir qədər sonra) qadınlardan biri utana-utana onun yanına gəlib dedi: “Atam bizim yerimizə (qoyunları) sulamağının haqqını ödəmək üçün səni çağırır”. (Musa) onun yanına gəlib (başına gələn) əhvalatı ona danışdıqda o dedi: “Qorxma! Sən zalım bir qövmün əlindən xilas olmusan!”
Azerbaijani Translation - Ali Khan MusayevQadınlardan biri dedi: “Atacan! Onu muzdla işə götür, çünki o, muzdla işə götürdüklərinin ən yaxşısı, güclü və etibarlı olanıdır”.
Azerbaijani Translation - Ali Khan Musayev(Şueyb) dedi: “Səkkiz il mənim üçün işləmək qarşılığında qızlarımdan birini sənə ərə vermək istəyirəm. Əgər sən (bu müddəti) on ilə çatdırsan, bu, sənin tərəfindən (bir lütf) olar. Mən sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim əməlisalehlərdən olduğumu görəcəksən”.
Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Bu, mənimlə sənin aranda (olan razılıqdır). Bu iki müddətdən hansını başa çatdırsam, mənə qarşı haqsızlıq olmamalıdır. Allah da dediyimizə vəkildir!”
Azerbaijani Translation - Ali Khan MusayevMusa müddətini başa vurub ailəsi ilə birlikdə yola çıxdığı zaman Tur dağının yanında bir od gördü və ailəsinə dedi: “Dayanın! Mən bir od gördüm. Mən ondan sizə bir xəbər və ya bir köz gətirərəm ki, qızınasınız”.
Azerbaijani Translation - Ali Khan MusayevMusa oraya gəldikdə, o mübarək yerdəki vadinin sağ tərəfındəki ağacdan ona nida gəldi: “Ey Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!
Azerbaijani Translation - Ali Khan MusayevƏsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını görüb, geriyə belə baxmadan dönüb qaçdı. (Allah dedi:) “Ey Musa! Yaxın gəl, qorxma! Sən əmin-amanlıqda olanlardansan!
Azerbaijani Translation - Ali Khan MusayevƏlini qoynuna sal ki, (əlin oradan) ləkəsiz, ağappaq çıxsın. Qorxu keçib getsin deyə əlini özünə sıx. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki dəlildir. Çünki onlar fasiq bir qövmdürlər”.
Azerbaijani Translation - Ali Khan MusayevQardaşım Harun dildə məndən daha fəsahətlidir. Onu da, dediklərimi təsdiqləyən bir köməkçi olaraq mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram”.
Azerbaijani Translation - Ali Khan Musayev(Allah) dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz ikiniz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz”.
Azerbaijani Translation - Ali Khan MusayevMusa onların yanına açıq-aydın dəlillərimizlə gəldikdə onlar: “Bu ancaq uydurulmuş bir sehrdir. Biz ulu babalarımızdan belə bir şey eşitməmişik”– dedilər.
Azerbaijani Translation - Ali Khan MusayevMusa dedi: “Rəbbim Öz tərəfindən kimin hidayətlə gəldiyini və Axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”
Azerbaijani Translation - Ali Khan MusayevFiron dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir ilah tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala (palçıqdan kərpic bişir) və bir qüllə düzəlt ki, Musanın ilahının yanına qalxım. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm.
Azerbaijani Translation - Ali Khan MusayevFiron və onun əsgərləri yer üzündə haqsız yerə təkəbbür göstərdilər və hüzurumuza qaytarılmayacaqlarını zənn etdilər.
Azerbaijani Translation - Ali Khan MusayevBu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar (Allahın rəhmətindən) qovulmuş kimsələrdən olacaqlar.
Azerbaijani Translation - Ali Khan MusayevBiz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün açıq-aydın dəlillər, doğru yol göstəricisi və rəhmət olaraq Kitab (Tövrat) verdik ki, bəlkə, düşünüb ibrət alsınlar.
Azerbaijani Translation - Ali Khan MusayevBiz Musaya əmri yerinə yetirməyi tapşırdıqda sən (dağın) qərb tərəfində deyildin. Sən (buna) şahid olanlardan da deyildin.
Azerbaijani Translation - Ali Khan MusayevLakin Biz (Musadan sonra) neçə-neçə nəsil yaratdıq və onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri arasında olub ayələrimizi onlara oxumurdun. Lakin elçiləri Biz göndəririk.
Azerbaijani Translation - Ali Khan MusayevBiz (Musaya) nida etdiyimiz zaman da sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən (peyğəmbər) gəlməmiş bir qövmü xəbərdar edəsən deyə, Rəbbindən bir mərhəmət olaraq (səni peyğəmbər göndərdik ki), bəlkə, düşünüb anlayalar.
Azerbaijani Translation - Ali Khan MusayevEtdikləri əməllərə görə onlara bir müsibət üz verdikdə: “Ey Rəbbimiz! Kaş ki bizə bir peyğəmbər göndərsəydin, biz də ayələrinə tabe olub möminlərdən olaydıq”– deməsəydilər, (səni peyğəmbər göndərməzdik).
Azerbaijani Translation - Ali Khan MusayevTərəfimizdən onlara (Məkkə əhlinə) haqq (Quran və Muhamməd) gəldikdə onlar: “Nə üçün Musaya verilənin bənzəri ona da verilmədi?”– dedilər. Məgər onlar daha öncə Musaya veriləni inkar etməmişdilərmi? Onlar: “Bir-birini dəstəkləyən iki sehr (Tövrat və Quran)!”– demişdilər”. (Həmçinin:) “Biz heç birinə inanmırıq!”– demişdilər.
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Əgər doğru deyirsinizsə, Allah tərəfindən, bu ikisindən (Qurandan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe olum!”
Azerbaijani Translation - Ali Khan MusayevƏgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz.
Azerbaijani Translation - Ali Khan MusayevOnlara (Quran) oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”– deyirlər.
Azerbaijani Translation - Ali Khan MusayevSəbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər.
Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldər. O, doğru yolda olanları daha yaxşı tanıyır.
Azerbaijani Translation - Ali Khan Musayev(Məkkə müşrikləri) dedilər: “Əgər biz səninlə birlikdə doğru yolla getsək, yurdumuzdan qovularıq.” Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, təhlükəsiz bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu (bunu) bilmir.
Azerbaijani Translation - Ali Khan MusayevBiz xoş güzəranı ilə qürrələnən neçə-neçə məmləkəti məhv etdik. Budur onların yurdları. Onlardan sonra az bir qisim müstəsna olmaqla orada heç kəs sakin olmadı. Onlara Biz varis olduq.
Azerbaijani Translation - Ali Khan MusayevRəbbin məmləkətin anasına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o məmləkəti məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik.
Azerbaijani Translation - Ali Khan MusayevSizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha davamlıdır. Məgər anlamırsınız?
Azerbaijani Translation - Ali Khan MusayevMəgər verdiyimiz gözəl bir vədə (Cənnətə) qovuşan kimsə, dünya həyatının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət günü (Cəhənnəmə) gətiriləcək kimsə ilə eyni ola bilərmi?
Azerbaijani Translation - Ali Khan MusayevBarələrində Sözün gerçəkləşəcəyi kimsələr deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim azdırdığımız kimsələrdir. Özümüz azdığımız kimi onları da azdırdıq. Biz (onlardan) uzaqlaşıb Sənə üz tuturuq. Doğrusu, onlar bizə ibadət etmirdilər”.
Azerbaijani Translation - Ali Khan Musayev(Müşriklərə:) “Şəriklərinizi çağırın!”– deyiləcək. (Müşriklər) onları çağıracaq, lakin (şərikləri) onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Kaş ki onlar doğru yola gəlmiş olsaydılar.
Azerbaijani Translation - Ali Khan MusayevRəbbin istədiyini yaradır və (istədiyini də peyğəmbər) seçir. Onların isə seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır.
Azerbaijani Translation - Ali Khan MusayevO, Allahdır. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Bir deyin görək, əgər Allah gecəni üzərinizdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud sizə bir işıq gətirə bilər? Məgər eşitmirsiniz?”
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Bir deyin görək, əgər Allah gündüzü üzərinizdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər görmürsünüz?”
Azerbaijani Translation - Ali Khan MusayevO, Öz mərhəməti ilə sizin üçün gecəni və (gündüzü) yaratdı ki, gecəni dincələsiniz və gündüzü Onun lütfündən (ruzi) axtarasınız. Bəlkə, şükür edəsiniz.
Azerbaijani Translation - Ali Khan MusayevBiz hər ümmətdən bir şahid çıxardacaq və: “Dəlilinizi gətirin!”– deyəcəyik. Onlar haqqın yalnız Allaha məxsus olduğunu biləcəklər. Uydurduqları bütlər isə onları qoyub gedəcəklər.
Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, Qarun Musanın qövmündən idi. Onlara qarşı azğınlıq etdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevməz.
Azerbaijani Translation - Ali Khan MusayevAllahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz”.
Azerbaijani Translation - Ali Khan Musayev(Qarun) dedi: “Bu mənə ancaq məndə olan elmə görə verilmişdir”. Məgər o, Allahın ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox (var-dövlət) yığan kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz (üzlərindən tanınarlar).
Azerbaijani Translation - Ali Khan Musayev(Qarun) öz zinəti içində qövmünün qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”.
Azerbaijani Translation - Ali Khan MusayevElm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib saleh əməl edən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar”.
Azerbaijani Translation - Ali Khan MusayevBiz onu evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi.
Azerbaijani Translation - Ali Khan MusayevDünən onun yerində olmağı arzulayanlar: “Vay, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırır da, azaldır da. Əgər Allah bizə lütf etməsəydi, bizi də (yerə) batırardı. Vay, demək kafirlər nicat tapmayacaqlarmış!”– dedilər.
Azerbaijani Translation - Ali Khan MusayevBiz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. (Gözəl) aqibət müttəqilərindir.
Azerbaijani Translation - Ali Khan MusayevKim Qiyamət günü yaxşı əməllə gəlsə, ona bundan daha yaxşısı verilər. Kim də pis əməllə gəlsə, pis iş görənlərə ancaq etdikləri əməllərin cəzası verilər.
Azerbaijani Translation - Ali Khan MusayevQuranı sənə (oxumağı, təbliğ etməyi və ona tabe olmağı) vacib buyuran Allah qayıdacağın yerə (Məkkəyə, yaxud Axirət yurduna) səni mütləq qaytaracaqdır. De: “Rəbbim kimin hidayət gətirdiyini və kimin açıq-aydın azğınlıq içində olduğunu yaxşı bilir”.
Azerbaijani Translation - Ali Khan MusayevSən (bu) Kitabın sənə nazil olacağına ümid etmirdin. (Bu) ancaq Rəbbindən bir mərhəmətdir. Odur ki, heç vaxt kafirlərə arxa olma!
Azerbaijani Translation - Ali Khan MusayevAllahın ayələri sənə nazil edildikdən sonra onlar səni əsla bu ayələrdən döndərməsinlər. Sən Rəbbinə dəvət et və müşriklərdən olma!
Azerbaijani Translation - Ali Khan MusayevAllahla yanaşı başqa bir ilaha dua etmə! Ondan başqa ibadətə layiq olan heç bir ilah yoxdur. Onun Üzündən (Zatından) başqa hər şey məhv olacaq. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.