caseriqQuranda məna axtarışı

Al-Anfaal surəsi الأنفال

75 ayə · Mədinə · nazil olma sırası 88

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَسْـَٔلُونَكَ عَنِ ٱلْأَنفَالِ قُلِ ٱلْأَنفَالُ لِلَّهِ وَٱلرَّسُولِ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَصْلِحُوا۟ ذَاتَ بَيْنِكُمْ وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥٓ إِن كُنتُم مُّؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Muhamməd!) Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun və aranızı düzəldin. Əgər möminsinizsə, Allaha və Onun Rəsuluna itaət edin.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ ءَايَٰتُهُۥ زَادَتْهُمْ إِيمَٰنًا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMöminlər o kəslərdir ki, Allah anıldığı zaman qəlbləri qorxudan titrəyər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər,

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ

Azerbaijani Translation - Ali Khan Musayevnamaz qılar və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər.

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُؤْمِنُونَ حَقًّا لَّهُمْ دَرَجَٰتٌ عِندَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevMəhz onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında (yüksək) dərəcələr, bağışlanma və bol ruzi vardır.

Bu ayənin bütün tercümələrinə bax →

كَمَآ أَخْرَجَكَ رَبُّكَ مِنۢ بَيْتِكَ بِٱلْحَقِّ وَإِنَّ فَرِيقًا مِّنَ ٱلْمُؤْمِنِينَ لَكَٰرِهُونَ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbin səni bu minvalla haqq-ədalət uğrunda (Bədrə getmək üçün) evindən çıxartdı. Halbuki (bu), möminlərdən bir dəstənin xoşuna gəlmirdi.

Bu ayənin bütün tercümələrinə bax →

يُجَٰدِلُونَكَ فِى ٱلْحَقِّ بَعْدَ مَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى ٱلْمَوْتِ وَهُمْ يَنظُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHaqq bəlli olduqdan sonra belə onun barəsində səninlə mübahisə edirdilər, sanki gözləri görə-görə ölümə sürüklənirdilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ يَعِدُكُمُ ٱللَّهُ إِحْدَى ٱلطَّآئِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ ٱلشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ ٱللَّهُ أَن يُحِقَّ ٱلْحَقَّ بِكَلِمَٰتِهِۦ وَيَقْطَعَ دَابِرَ ٱلْكَٰفِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevO vaxt Allah sizə, iki dəstədən birinin (karvanın və yaxud kafirlərin qoşununun) sizin olacağını vəd etmişdi. Siz silahsız dəstənin sizin olmasını istəyirdiniz. Allah isə Öz kəlmələri ilə haqqı gerçəkləşdirmək və kafirlərin kökünü kəsmək istəyirdi.

Bu ayənin bütün tercümələrinə bax →

لِيُحِقَّ ٱلْحَقَّ وَيُبْطِلَ ٱلْبَٰطِلَ وَلَوْ كَرِهَ ٱلْمُجْرِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBu, günahkarların xoşuna gəlməsə də, Allahın haqqı ortaya çıxartması və batili yox etməsi üçün idi.

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ فَٱسْتَجَابَ لَكُمْ أَنِّى مُمِدُّكُم بِأَلْفٍ مِّنَ ٱلْمَلَٰٓئِكَةِ مُرْدِفِينَ

Azerbaijani Translation - Ali Khan MusayevO zaman siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəm”– deyə duanızı qəbul etmişdi.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشْرَىٰ وَلِتَطْمَئِنَّ بِهِۦ قُلُوبُكُمْ وَمَا ٱلنَّصْرُ إِلَّا مِنْ عِندِ ٱللَّهِ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevAllah bunu (mələklərlə yardımı), yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən Allah, Qüdrətlidir, Hikmət sahibidir.

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ يُغَشِّيكُمُ ٱلنُّعَاسَ أَمَنَةً مِّنْهُ وَيُنَزِّلُ عَلَيْكُم مِّنَ ٱلسَّمَآءِ مَآءً لِّيُطَهِّرَكُم بِهِۦ وَيُذْهِبَ عَنكُمْ رِجْزَ ٱلشَّيْطَٰنِ وَلِيَرْبِطَ عَلَىٰ قُلُوبِكُمْ وَيُثَبِّتَ بِهِ ٱلْأَقْدَامَ

Azerbaijani Translation - Ali Khan MusayevO zaman (Allah) Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin.

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ يُوحِى رَبُّكَ إِلَى ٱلْمَلَٰٓئِكَةِ أَنِّى مَعَكُمْ فَثَبِّتُوا۟ ٱلَّذِينَ ءَامَنُوا۟ سَأُلْقِى فِى قُلُوبِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلرُّعْبَ فَٱضْرِبُوا۟ فَوْقَ ٱلْأَعْنَاقِ وَٱضْرِبُوا۟ مِنْهُمْ كُلَّ بَنَانٍ

Azerbaijani Translation - Ali Khan MusayevO zaman Rəbbin mələklərə: “Mən sizinləyəm! İman gətirənlərə səbat verin. Mən kafirlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını vurun və bütün barmaqlarını kəsin!”– deyə vəhy etmişdi.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ بِأَنَّهُمْ شَآقُّوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَمَن يُشَاقِقِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ

Azerbaijani Translation - Ali Khan MusayevBu, onların Allaha və Onun rəsuluna qarşı çıxmalarına görədir. Hər kim Allaha və Onun rəsuluna qarşı çıxarsa, (bilsin ki) Allahın əzabı şiddətlidir.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَٰفِرِينَ عَذَابَ ٱلنَّارِ

Azerbaijani Translation - Ali Khan Musayevİndi dadın o əzabı! (Üstəlik) kafirlər üçün Cəhənnəm əzabı da vardır.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُوا۟ زَحْفًا فَلَا تُوَلُّوهُمُ ٱلْأَدْبَارَ

Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Kafirlərlə döyüş meydanında qarşılaşsanız, arxanızı onlara çevirib (döyüşdən) qaçmayın.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍ دُبُرَهُۥٓ إِلَّا مُتَحَرِّفًا لِّقِتَالٍ أَوْ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٍ فَقَدْ بَآءَ بِغَضَبٍ مِّنَ ٱللَّهِ وَمَأْوَىٰهُ جَهَنَّمُ وَبِئْسَ ٱلْمَصِيرُ

Azerbaijani Translation - Ali Khan Musayev(Qüvvət toplayıb) yenidən döyüşə qatılmaq üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan müstəsna olmaqla, kim belə bir gündə onlara arxa çevirib (döyüşdən) qaçarsa, Allahın qəzəbinə düçar olar. Onun gedəcəyi yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمْ تَقْتُلُوهُمْ وَلَٰكِنَّ ٱللَّهَ قَتَلَهُمْ وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَٰكِنَّ ٱللَّهَ رَمَىٰ وَلِيُبْلِىَ ٱلْمُؤْمِنِينَ مِنْهُ بَلَآءً حَسَنًا إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevOnları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. (Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı. Allah bunu, möminləri Öz tərəfindən gözəl bir imtahan etmək üçün etdi. Həqiqətən, Allah eşidəndir, biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكُمْ وَأَنَّ ٱللَّهَ مُوهِنُ كَيْدِ ٱلْكَٰفِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBu (qələbə) Allahdandır! Həqiqətən Allah, kafirlərin hiyləsini puç edər.

Bu ayənin bütün tercümələrinə bax →

إِن تَسْتَفْتِحُوا۟ فَقَدْ جَآءَكُمُ ٱلْفَتْحُ وَإِن تَنتَهُوا۟ فَهُوَ خَيْرٌ لَّكُمْ وَإِن تَعُودُوا۟ نَعُدْ وَلَن تُغْنِىَ عَنكُمْ فِئَتُكُمْ شَيْـًٔا وَلَوْ كَثُرَتْ وَأَنَّ ٱللَّهَ مَعَ ٱلْمُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey kafirlər!) Əgər (ədalətli) hökm istəyirsinizsə, artıq sizə o hökm gəlmişdir. Əgər (küfrə) son qoysanız, bu, sizin üçün xeyirli olar. Yox əgər (yenidən küfrə) qayıtsanız, Biz də qayıdarıq (möminlərə qarşı vuruşsanız, Biz də sizi məğlub edərik). Dəstəniz nə qədər çox olsa da, (bu) sizi heç bir şeydən qurtara bilməz. Şübhəsiz ki, Allah möminlərlədir.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَوَلَّوْا۟ عَنْهُ وَأَنتُمْ تَسْمَعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Allaha və Onun Rəsuluna itaət edin, (Quranı və orada olan öyüd-nəsihətləri) eşitdiyiniz halda ondan üz döndərməyin.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ قَالُوا۟ سَمِعْنَا وَهُمْ لَا يَسْمَعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevVə eşitmədikləri halda: “Eşitdik!”– deyənlər (münafiqlər və ya yəhudilər) kimi olmayın.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلصُّمُّ ٱلْبُكْمُ ٱلَّذِينَ لَا يَعْقِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) anlamayan karlar və lallardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ عَلِمَ ٱللَّهُ فِيهِمْ خَيْرًا لَّأَسْمَعَهُمْ وَلَوْ أَسْمَعَهُمْ لَتَوَلَّوا۟ وَّهُم مُّعْرِضُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allah onlarda bir xeyir olduğunu bilsəydi, əlbəttə, (haqqı) onlara eşitdirərdi. Əgər onlara eşitdirsəydi belə, yenə də arxa çevirib gedərdilər.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱسْتَجِيبُوا۟ لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَحُولُ بَيْنَ ٱلْمَرْءِ وَقَلْبِهِۦ وَأَنَّهُۥٓ إِلَيْهِ تُحْشَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Peyğəmbər sizi, sizlərə həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (onun istəyinə çatmasına mane olar) və sonda siz Onun hüzuruna toplanacaqsınız.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱتَّقُوا۟ فِتْنَةً لَّا تُصِيبَنَّ ٱلَّذِينَ ظَلَمُوا۟ مِنكُمْ خَآصَّةً وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ

Azerbaijani Translation - Ali Khan MusayevSizdən yalnız zalımlara toxunmayacaq (əksinə, hamınızı bürüyəcək) bir bəladan qorxun. Bilin ki, Allah şiddətli əzab verəndir.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱذْكُرُوٓا۟ إِذْ أَنتُمْ قَلِيلٌ مُّسْتَضْعَفُونَ فِى ٱلْأَرْضِ تَخَافُونَ أَن يَتَخَطَّفَكُمُ ٱلنَّاسُ فَـَٔاوَىٰكُمْ وَأَيَّدَكُم بِنَصْرِهِۦ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ لَعَلَّكُمْ تَشْكُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYadınıza salın ki, bir zaman siz, yer üzündə (Məkkədə) sayınız az, özünüz isə zəif idiniz. Kafirlərin də sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə (Mədinədə) sığınacaq verdi, sizi Öz köməyi ilə qüvvətləndirdi və sizə pak ruzilərdən (halal qənimətlərdən) verdi ki, bəlkə şükür edəsiniz.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَخُونُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ وَتَخُونُوٓا۟ أَمَٰنَٰتِكُمْ وَأَنتُمْ تَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Allaha, Onun Rəsuluna və aranızdakı əmanətlərə bilə-bilə xəyanət etməyin!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱعْلَمُوٓا۟ أَنَّمَآ أَمْوَٰلُكُمْ وَأَوْلَٰدُكُمْ فِتْنَةٌ وَأَنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevBilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تَتَّقُوا۟ ٱللَّهَ يَجْعَل لَّكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَيَغْفِرْ لَكُمْ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ

Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqqı batildən ayırd edən (bir nur) verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ يَمْكُرُ بِكَ ٱلَّذِينَ كَفَرُوا۟ لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يُخْرِجُوكَ وَيَمْكُرُونَ وَيَمْكُرُ ٱللَّهُ وَٱللَّهُ خَيْرُ ٱلْمَٰكِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (Məkkədən) çıxartmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən xeyirlisidir.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا قَالُوا۟ قَدْ سَمِعْنَا لَوْ نَشَآءُ لَقُلْنَا مِثْلَ هَٰذَآ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevAyələrimiz onlara oxunduğu zaman (belə) deyərlər: “Artıq eşitdik. İstəsək, biz də buna bənzərini deyə bilərik. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ قَالُوا۟ ٱللَّهُمَّ إِن كَانَ هَٰذَا هُوَ ٱلْحَقَّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِّنَ ٱلسَّمَآءِ أَوِ ٱئْتِنَا بِعَذَابٍ أَلِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevO zaman onlar: “Ey Allahım! Əgər bu, Sənin tərəfindən gəlmiş bir haqdırsa, elə isə üstümüzə göydən daş yağdır və ya bizə ağrılı-acılı bir əzab göndər”– demişdilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا كَانَ ٱللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ وَمَا كَانَ ٱللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSən onların arasında olduqca Allah onlara əzab verən deyildir. Onlar bağışlanma dilədikcə Allah onlara əzab verən deyildir.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ ٱللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ وَمَا كَانُوٓا۟ أَوْلِيَآءَهُۥٓ إِنْ أَوْلِيَآؤُهُۥٓ إِلَّا ٱلْمُتَّقُونَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar Məscidulharamın sahibləri olmadıqları halda, möminlərin oraya daxil olmasına mane olduqda Allah nə üçün onlara əzab verməsin? Onun sahibləri (və ya Allahın dostları) yalnız müttəqilərdir. Lakin onların çoxu bunu bilməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا كَانَ صَلَاتُهُمْ عِندَ ٱلْبَيْتِ إِلَّا مُكَآءً وَتَصْدِيَةً فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnların, (müqəddəs) Evin yanındakı ibadətləri fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Küfr etdiyinizə görə dadın əzabı!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يُنفِقُونَ أَمْوَٰلَهُمْ لِيَصُدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةً ثُمَّ يُغْلَبُونَ وَٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ جَهَنَّمَ يُحْشَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, kafir olanlar (insanları) Allah yolundan azdırmaq üçün öz mallarını sərf edirlər. Onlar mallarını sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafirləri Cəhənnəm tərəfə sürükləyəcəklər ki,

Bu ayənin bütün tercümələrinə bax →

لِيَمِيزَ ٱللَّهُ ٱلْخَبِيثَ مِنَ ٱلطَّيِّبِ وَيَجْعَلَ ٱلْخَبِيثَ بَعْضَهُۥ عَلَىٰ بَعْضٍ فَيَرْكُمَهُۥ جَمِيعًا فَيَجْعَلَهُۥ فِى جَهَنَّمَ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah murdarı (kafiri) pakdan (mömindən) ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yığsın və onları Cəhənnəmə atsın. Ziyana uğrayanlar da məhz onlardır.

Bu ayənin bütün tercümələrinə bax →

قُل لِّلَّذِينَ كَفَرُوٓا۟ إِن يَنتَهُوا۟ يُغْفَرْ لَهُم مَّا قَدْ سَلَفَ وَإِن يَعُودُوا۟ فَقَدْ مَضَتْ سُنَّتُ ٱلْأَوَّلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevKafir olanlara de ki, əgər (küfrə) son qoysalar, keçmişdə olanlar bağışlanar. Yox, əgər (küfrə) qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələr.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَٰتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ ٱلدِّينُ كُلُّهُۥ لِلَّهِ فَإِنِ ٱنتَهَوْا۟ فَإِنَّ ٱللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevFitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha məxsus edilənədək onlarla vuruşun! Əgər (küfr etməyə) son qoysalar, (bilsinlər ki,) Allah onların etdiklərini görəndir.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن تَوَلَّوْا۟ فَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَوْلَىٰكُمْ نِعْمَ ٱلْمَوْلَىٰ وَنِعْمَ ٱلنَّصِيرُ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlar üz döndərsələr, bilin ki, Allah sizin Himayədarınızdır. O, nə gözəl Himayədar və nə gözəl Yardımçıdır!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱعْلَمُوٓا۟ أَنَّمَا غَنِمْتُم مِّن شَىْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُۥ وَلِلرَّسُولِ وَلِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ إِن كُنتُمْ ءَامَنتُم بِٱللَّهِ وَمَآ أَنزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ ٱلْفُرْقَانِ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün (Bədr günü) qulumuza (Muhammədə) nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, əldə etdiyiniz qənimətlərin beşdə biri Allaha, Rəsuluna, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və (yolda qalmış) müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir.

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ أَنتُم بِٱلْعُدْوَةِ ٱلدُّنْيَا وَهُم بِٱلْعُدْوَةِ ٱلْقُصْوَىٰ وَٱلرَّكْبُ أَسْفَلَ مِنكُمْ وَلَوْ تَوَاعَدتُّمْ لَٱخْتَلَفْتُمْ فِى ٱلْمِيعَٰدِ وَلَٰكِن لِّيَقْضِىَ ٱللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا لِّيَهْلِكَ مَنْ هَلَكَ عَنۢ بَيِّنَةٍ وَيَحْيَىٰ مَنْ حَىَّ عَنۢ بَيِّنَةٍ وَإِنَّ ٱللَّهَ لَسَمِيعٌ عَلِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevO zaman siz vadinin (Mədinəyə) yaxın tərəfində, onlar uzaq tərəfində, (Əbu Süfyanın) karvan isə sizdən aşağıda (dənizin sahilində) idi. Əgər siz vədələşsəydiniz, həmin vaxt və yer barəsində ixtilafa düşərdiniz. Lakin Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) həyata keçirmək üçün belə etdi ki, həlak olan açıq-aydın bir dəlillə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ يُرِيكَهُمُ ٱللَّهُ فِى مَنَامِكَ قَلِيلًا وَلَوْ أَرَىٰكَهُمْ كَثِيرًا لَّفَشِلْتُمْ وَلَتَنَٰزَعْتُمْ فِى ٱلْأَمْرِ وَلَٰكِنَّ ٱللَّهَ سَلَّمَ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

Azerbaijani Translation - Ali Khan MusayevO zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər onları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi qorudu. Həqiqətən, O, qəlblərdə olanları biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ ٱلْتَقَيْتُمْ فِىٓ أَعْيُنِكُمْ قَلِيلًا وَيُقَلِّلُكُمْ فِىٓ أَعْيُنِهِمْ لِيَقْضِىَ ٱللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ

Azerbaijani Translation - Ali Khan Musayev(Düşmənlə) qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirsin. Bütün işlər (sonda) Allaha qayıdır.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا لَقِيتُمْ فِئَةً فَٱثْبُتُوا۟ وَٱذْكُرُوا۟ ٱللَّهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلِحُونَ

Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Düşmən dəstəsi ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَنَٰزَعُوا۟ فَتَفْشَلُوا۟ وَتَذْهَبَ رِيحُكُمْ وَٱصْبِرُوٓا۟ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّٰبِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevAllaha və Onun Rəsuluna itaət edin, bir-birinizlə ixtilaf etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, həqiqətən Allah səbir edənlərlədir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ خَرَجُوا۟ مِن دِيَٰرِهِم بَطَرًا وَرِئَآءَ ٱلنَّاسِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَٱللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطٌ

Azerbaijani Translation - Ali Khan MusayevYurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allah yolundan azdıran kimsələr (Məkkə müşrikləri) kimi olmayın. Allah onların əməllərini əhatə etmişdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ زَيَّنَ لَهُمُ ٱلشَّيْطَٰنُ أَعْمَٰلَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ ٱلْيَوْمَ مِنَ ٱلنَّاسِ وَإِنِّى جَارٌ لَّكُمْ فَلَمَّا تَرَآءَتِ ٱلْفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيْهِ وَقَالَ إِنِّى بَرِىٓءٌ مِّنكُمْ إِنِّىٓ أَرَىٰ مَا لَا تَرَوْنَ إِنِّىٓ أَخَافُ ٱللَّهَ وَٱللَّهُ شَدِيدُ ٱلْعِقَابِ

Azerbaijani Translation - Ali Khan MusayevO zaman (Bədr günü) şeytan onların əməllərini özlərinə gözəl göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Mən də sizin yardımçınızam!” Lakin iki dəstə qarşı-qarşıya gəldikdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi (Cəbraili və onunla birgə olan mələkləri) görürəm. Mən Allahdan qorxuram. Həqiqətən Allahın əzabı şiddətlidir!”– demişdi.

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ يَقُولُ ٱلْمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ غَرَّ هَٰٓؤُلَآءِ دِينُهُمْ وَمَن يَتَوَكَّلْ عَلَى ٱللَّهِ فَإِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevO zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Bunları (müsəlmanları) öz dinləri aldatdı!”– dedilər. Kim Allaha təvəkkül etsə, (bilsin ki,) Allah Qüdrətlidir, Hikmət sahibidir!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ تَرَىٰٓ إِذْ يَتَوَفَّى ٱلَّذِينَ كَفَرُوا۟ ٱلْمَلَٰٓئِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَٰرَهُمْ وَذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ

Azerbaijani Translation - Ali Khan MusayevKaş ki sən, mələklər kafirlərin canını alarkən görəydin. Mələklər onların üzlərinə və yanlarına vuraraq deyirdilər: “Dadın atəşin əzabını!

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّٰمٍ لِّلْعَبِيدِ

Azerbaijani Translation - Ali Khan MusayevBu (əzab), öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına əsla zülm edən deyildir”.

Bu ayənin bütün tercümələrinə bax →

كَدَأْبِ ءَالِ فِرْعَوْنَ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ كَفَرُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ إِنَّ ٱللَّهَ قَوِىٌّ شَدِيدُ ٱلْعِقَابِ

Azerbaijani Translation - Ali Khan MusayevBunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Allahın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə məhv etdi. Həqiqətən Allah, Qüvvətlidir, cəzası da çox şiddətlidir.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ لَمْ يَكُ مُغَيِّرًا نِّعْمَةً أَنْعَمَهَا عَلَىٰ قَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا۟ مَا بِأَنفُسِهِمْ وَأَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevBu (əzab), ona görədir ki, bir qövm nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neməti dəyişən deyildir. Şübhəsiz ki, Allah eşidəndir, biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

كَدَأْبِ ءَالِ فِرْعَوْنَ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ كَذَّبُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ فَأَهْلَكْنَٰهُم بِذُنُوبِهِمْ وَأَغْرَقْنَآ ءَالَ فِرْعَوْنَ وَكُلٌّ كَانُوا۟ ظَٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Rəbbinin ayələrini təkzib etdilər, Biz də onları etdikləri günahlara görə məhv etdik və Firon nəslini dənizdə boğduq. Onların hamısı zalımlar idi.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلَّذِينَ كَفَرُوا۟ فَهُمْ لَا يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, Allah yanında (yer üzündə yürüyən) canlıların ən pisi kafir olanlardır. Onlar iman gətirməzlər.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ عَٰهَدتَّ مِنْهُمْ ثُمَّ يَنقُضُونَ عَهْدَهُمْ فِى كُلِّ مَرَّةٍ وَهُمْ لَا يَتَّقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar, əhd bağladığın, sonra da hər dəfə öz əhdlərini (heç nədən) çəkinmədən pozan kimsələrdir

Bu ayənin bütün tercümələrinə bax →

فَإِمَّا تَثْقَفَنَّهُمْ فِى ٱلْحَرْبِ فَشَرِّدْ بِهِم مَّنْ خَلْفَهُمْ لَعَلَّهُمْ يَذَّكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər döyüşdə onları yaxalasan, onları cəzalandırmaqla arxalarında olan kimsələri də (qorxudaraq) dağıt ki, bəlkə ibrət alsınlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِمَّا تَخَافَنَّ مِن قَوْمٍ خِيَانَةً فَٱنۢبِذْ إِلَيْهِمْ عَلَىٰ سَوَآءٍ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْخَآئِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər (əhd bağladığın) bir qövmün (əhdi pozacağı ilə) xəyanət etməsindən qorxsan, sən də onlara əhdi pozduğunu bildir. Şübhəsiz ki, Allah xainləri sevməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ سَبَقُوٓا۟ إِنَّهُمْ لَا يُعْجِزُونَ

Azerbaijani Translation - Ali Khan MusayevKafirlər (canlarını) əzabdan (qurtara) biləcəklərini əsla zənn etməsinlər. Çünki onlar Allahdan (qaçıb) yaxa qurtara bilməzlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَعِدُّوا۟ لَهُم مَّا ٱسْتَطَعْتُم مِّن قُوَّةٍ وَمِن رِّبَاطِ ٱلْخَيْلِ تُرْهِبُونَ بِهِۦ عَدُوَّ ٱللَّهِ وَعَدُوَّكُمْ وَءَاخَرِينَ مِن دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ ٱللَّهُ يَعْلَمُهُمْ وَمَا تُنفِقُوا۟ مِن شَىْءٍ فِى سَبِيلِ ٱللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لَا تُظْلَمُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey möminlər) Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla (həm) Allahın düşmənini, (həm də) öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, onun əvəzi sizə tam ödənilər və sizə zülm edilməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن جَنَحُوا۟ لِلسَّلْمِ فَٱجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى ٱللَّهِ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlar sülhə meyl etsələr, sən də sülhə meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن يُرِيدُوٓا۟ أَن يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ ٱللَّهُ هُوَ ٱلَّذِىٓ أَيَّدَكَ بِنَصْرِهِۦ وَبِٱلْمُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlar (sülh bağlamaqla) səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ لَوْ أَنفَقْتَ مَا فِى ٱلْأَرْضِ جَمِيعًا مَّآ أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَٰكِنَّ ٱللَّهَ أَلَّفَ بَيْنَهُمْ إِنَّهُۥ عَزِيزٌ حَكِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevAllah onların (Ovs və Xəzrəc qəbilələrindən olan ənsarın) qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, yenə də onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Hikmət sahibidir.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ حَسْبُكَ ٱللَّهُ وَمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْمُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevEy Peyğəmbər! Sənə və sənə tabe olan möminlərə Allah kifayət edər.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ حَرِّضِ ٱلْمُؤْمِنِينَ عَلَى ٱلْقِتَالِ إِن يَكُن مِّنكُمْ عِشْرُونَ صَٰبِرُونَ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ وَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌ يَغْلِبُوٓا۟ أَلْفًا مِّنَ ٱلَّذِينَ كَفَرُوا۟ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَفْقَهُونَ

Azerbaijani Translation - Ali Khan MusayevEy Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan bir qövmdür.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلْـَٰٔنَ خَفَّفَ ٱللَّهُ عَنكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًا فَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌ صَابِرَةٌ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ وَإِن يَكُن مِّنكُمْ أَلْفٌ يَغْلِبُوٓا۟ أَلْفَيْنِ بِإِذْنِ ٱللَّهِ وَٱللَّهُ مَعَ ٱلصَّٰبِرِينَ

Azerbaijani Translation - Ali Khan Musayevİndi Allah sizin (yükünüzü) yüngülləşdirdi və sizdə bir zəiflik olduğunu bildi. Əgər aranızda yüz səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr. Əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə (kafirlərdən) iki mininə qalib gələr. Allah səbir edənlərlədir.

Bu ayənin bütün tercümələrinə bax →

مَا كَانَ لِنَبِىٍّ أَن يَكُونَ لَهُۥٓ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِى ٱلْأَرْضِ تُرِيدُونَ عَرَضَ ٱلدُّنْيَا وَٱللَّهُ يُرِيدُ ٱلْـَٔاخِرَةَ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevPeyğəmbərə yer üzündə çoxlu (sayda) kafir qırmayınca əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti (qazanmağınızı) istəyir. Allah Qüdrətlidir, Hikmət sahibidir.

Bu ayənin bütün tercümələrinə bax →

لَّوْلَا كِتَٰبٌ مِّنَ ٱللَّهِ سَبَقَ لَمَسَّكُمْ فِيمَآ أَخَذْتُمْ عَذَابٌ عَظِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allah tərəfindən əzəldən yazılan (Bədr əhlinin bağışlandığına və ya qənimətlərin halal olmasına dair) bir hökm olmasaydı, aldığınız (fidyə) müqabilində sizə böyük bir əzab toxunardı.

Bu ayənin bütün tercümələrinə bax →

فَكُلُوا۟ مِمَّا غَنِمْتُمْ حَلَٰلًا طَيِّبًا وَٱتَّقُوا۟ ٱللَّهَ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevƏldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّمَن فِىٓ أَيْدِيكُم مِّنَ ٱلْأَسْرَىٰٓ إِن يَعْلَمِ ٱللَّهُ فِى قُلُوبِكُمْ خَيْرًا يُؤْتِكُمْ خَيْرًا مِّمَّآ أُخِذَ مِنكُمْ وَيَغْفِرْ لَكُمْ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevEy Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah qəlbinizdə bir xeyir olduğunu bilsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن يُرِيدُوا۟ خِيَانَتَكَ فَقَدْ خَانُوا۟ ٱللَّهَ مِن قَبْلُ فَأَمْكَنَ مِنْهُمْ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər (əsirlər) sənə xəyanət etmək istəsələr, (bilin ki,) onlar bundan (Bədr döyüşündən) əvvəl də Allaha xəyanət etmişdilər. Allah (möminlərə) onların öhdəsindən gəlməyə imkan vermişdi. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَوا۟ وَّنَصَرُوٓا۟ أُو۟لَٰٓئِكَ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَلَمْ يُهَاجِرُوا۟ مَا لَكُم مِّن وَلَٰيَتِهِم مِّن شَىْءٍ حَتَّىٰ يُهَاجِرُوا۟ وَإِنِ ٱسْتَنصَرُوكُمْ فِى ٱلدِّينِ فَعَلَيْكُمُ ٱلنَّصْرُ إِلَّا عَلَىٰ قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَٰقٌ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən (mühacirlər) və sığınacaq verib köməklik göstərən (ənsar) – məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir qövm əleyhinə (yardım) istisna olmaqla, kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi görür.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ كَفَرُوا۟ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ إِلَّا تَفْعَلُوهُ تَكُن فِتْنَةٌ فِى ٱلْأَرْضِ وَفَسَادٌ كَبِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevKafirlər də bir-birinin dostudurlar. Əgər siz bir-birinizə yardımçı olmasanız, yer üzündə fitnə və böyük bir fəsad baş verər.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ فِى سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَوا۟ وَّنَصَرُوٓا۟ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُؤْمِنُونَ حَقًّا لَّهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib, hicrət edən və Allah yolunda cihad edənlər və (mühacirlərə) sığınacaq verib (onlara) köməklik göstərənlər (ənsarlar) – məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və bol-bol ruzi vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ ءَامَنُوا۟ مِنۢ بَعْدُ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ مَعَكُمْ فَأُو۟لَٰٓئِكَ مِنكُمْ وَأُو۟لُوا۟ ٱلْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِى كِتَٰبِ ٱللَّهِ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ

Azerbaijani Translation - Ali Khan MusayevSonradan iman gətirənlər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumlar Allahın Kitabına görə bir-birinə (varis olmağa) daha yaxındırlar. Həqiqətən, Allah hər şeyi biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70