وَٱذْكُرُوٓا۟ إِذْ أَنتُمْ قَلِيلٌ مُّسْتَضْعَفُونَ فِى ٱلْأَرْضِ تَخَافُونَ أَن يَتَخَطَّفَكُمُ ٱلنَّاسُ فَـَٔاوَىٰكُمْ وَأَيَّدَكُم بِنَصْرِهِۦ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ لَعَلَّكُمْ تَشْكُرُونَ
Azerbaijani Translation - Ali Khan MusayevYadınıza salın ki, bir zaman siz, yer üzündə (Məkkədə) sayınız az, özünüz isə zəif idiniz. Kafirlərin də sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə (Mədinədə) sığınacaq verdi, sizi Öz köməyi ilə qüvvətləndirdi və sizə pak ruzilərdən (halal qənimətlərdən) verdi ki, bəlkə şükür edəsiniz.