caseriqQuranda məna axtarışı

Al-A'raaf surəsi الأعراف

206 ayə · Məkkə · nazil olma sırası 39

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓصٓ

Azerbaijani Translation - Ali Khan MusayevƏlif. Ləm. Mim. Sad.

Bu ayənin bütün tercümələrinə bax →

كِتَٰبٌ أُنزِلَ إِلَيْكَ فَلَا يَكُن فِى صَدْرِكَ حَرَجٌ مِّنْهُ لِتُنذِرَ بِهِۦ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBu, (insanları) qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən bir Kitabdır. Bundan ötrü qəlbində heç bir sıxıntı olmasın.

Bu ayənin bütün tercümələrinə bax →

ٱتَّبِعُوا۟ مَآ أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ وَلَا تَتَّبِعُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ قَلِيلًا مَّا تَذَكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostların ardınca getməyin. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَم مِّن قَرْيَةٍ أَهْلَكْنَٰهَا فَجَآءَهَا بَأْسُنَا بَيَٰتًا أَوْ هُمْ قَآئِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz neçə-neçə məmləkətləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya günorta çağı yatıb istirahət etdikləri vaxt gəldi.

Bu ayənin bütün tercümələrinə bax →

فَمَا كَانَ دَعْوَىٰهُمْ إِذْ جَآءَهُم بَأْسُنَآ إِلَّآ أَن قَالُوٓا۟ إِنَّا كُنَّا ظَٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevƏzabımız onları haqladığı zaman onların çağırışları: “Həqiqətən, biz zalım olmuşuq!”– deməkdən başqa bir şey olmadı.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَنَسْـَٔلَنَّ ٱلَّذِينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْـَٔلَنَّ ٱلْمُرْسَلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz, özlərinə elçi göndərilmiş ümmətləri də, (onlara) göndərilmiş elçiləri də mütləq sorğu-sual edəcəyik.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَنَقُصَّنَّ عَلَيْهِم بِعِلْمٍ وَمَا كُنَّا غَآئِبِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlara (etdikləri əməllərini) Öz elmimizlə mütləq bildirəcəyik. Biz qaib deyildik.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلْوَزْنُ يَوْمَئِذٍ ٱلْحَقُّ فَمَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO gün çəki (əməllərin tərəzidə çəkilməsi) bir həqiqətdir. Tərəziləri ağır gələnlər – məhz onlar nicat tapanlardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُم بِمَا كَانُوا۟ بِـَٔايَٰتِنَا يَظْلِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevTərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ مَكَّنَّٰكُمْ فِى ٱلْأَرْضِ وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَٰيِشَ قَلِيلًا مَّا تَشْكُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ خَلَقْنَٰكُمْ ثُمَّ صَوَّرْنَٰكُمْ ثُمَّ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِـَٔادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ لَمْ يَكُن مِّنَ ٱلسَّٰجِدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– dedik. İblisdən başqa (hamısı dərhal) səcdə etdi. O, səcdə edənlərdən olmadı.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ قَالَ أَنَا۠ خَيْرٌ مِّنْهُ خَلَقْتَنِى مِن نَّارٍ وَخَلَقْتَهُۥ مِن طِينٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha üstünəm. (Çünki) Sən məni oddan, onu isə palçıqdan yaratdın!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ فَٱهْبِطْ مِنْهَا فَمَا يَكُونُ لَكَ أَن تَتَكَبَّرَ فِيهَا فَٱخْرُجْ إِنَّكَ مِنَ ٱلصَّٰغِرِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) buyurdu: “Elə isə oradan (Cənnətdən) aşağı en! Orada təkəbbürlük göstərmək sənə yaraşmaz. Çıx get, çünki sən alçaldılmışlardansan.”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ أَنظِرْنِىٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(İblis) dedi: “Onların dirildiləcəyi günə qədər mənə möhlət ver”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ إِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) buyurdu: “Şübhəsiz ki, sən möhlət verilənlərdənsən”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ فَبِمَآ أَغْوَيْتَنِى لَأَقْعُدَنَّ لَهُمْ صِرَٰطَكَ ٱلْمُسْتَقِيمَ

Azerbaijani Translation - Ali Khan Musayev(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə, mən də (onları azdırmaq üçün) Sənin düz yolunun üstündə oturacağam.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ لَـَٔاتِيَنَّهُم مِّنۢ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَٰنِهِمْ وَعَن شَمَآئِلِهِمْ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَٰكِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSonra onlara, önlərindən və arxalarından, sağlarından və sollarından gələcəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ ٱخْرُجْ مِنْهَا مَذْءُومًا مَّدْحُورًا لَّمَن تَبِعَكَ مِنْهُمْ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكُمْ أَجْمَعِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) buyurdu: “Oradan (Cənnətdən) qınanılmış və qovulmuş halda çıx! Onlardan (insanlardan) kim sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَٰٓـَٔادَمُ ٱسْكُنْ أَنتَ وَزَوْجُكَ ٱلْجَنَّةَ فَكُلَا مِنْ حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevEy Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. İstədiyiniz yerdən yeyin, yalnız bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olarsınız”.

Bu ayənin bütün tercümələrinə bax →

فَوَسْوَسَ لَهُمَا ٱلشَّيْطَٰنُ لِيُبْدِىَ لَهُمَا مَا وُۥرِىَ عَنْهُمَا مِن سَوْءَٰتِهِمَا وَقَالَ مَا نَهَىٰكُمَا رَبُّكُمَا عَنْ هَٰذِهِ ٱلشَّجَرَةِ إِلَّآ أَن تَكُونَا مَلَكَيْنِ أَوْ تَكُونَا مِنَ ٱلْخَٰلِدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevŞeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara vəsvəsə verib (belə) dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”

Bu ayənin bütün tercümələrinə bax →

وَقَاسَمَهُمَآ إِنِّى لَكُمَا لَمِنَ ٱلنَّٰصِحِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Üstəlik) onlara: “Şübhəsiz ki, mən sizə nəsihət edənlərdənəm”– deyə and içdi.

Bu ayənin bütün tercümələrinə bax →

فَدَلَّىٰهُمَا بِغُرُورٍ فَلَمَّا ذَاقَا ٱلشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْءَٰتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ ٱلْجَنَّةِ وَنَادَىٰهُمَا رَبُّهُمَآ أَلَمْ أَنْهَكُمَا عَن تِلْكُمَا ٱلشَّجَرَةِ وَأَقُل لَّكُمَآ إِنَّ ٱلشَّيْطَٰنَ لَكُمَا عَدُوٌّ مُّبِينٌ

Azerbaijani Translation - Ali Khan MusayevBeləliklə, (şeytan) hiylə gələrək onları aldatdı. Hər ikisi ağacdan daddıqda, ayıb yerləri özlərinə göründü və onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərini örtməyə başladılar. Rəbbi onlara (belə) müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَا رَبَّنَا ظَلَمْنَآ أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ ٱلْخَٰسِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevHər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ ٱهْبِطُوا۟ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ وَلَكُمْ فِى ٱلْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَٰعٌ إِلَىٰ حِينٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) buyurdu: “Bir-birinizə düşmən kəsilərək (Cənnətdən yerə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər qərar tutacağınız məskən və faydalanmaq üçün istifadə edəcəyiniz şeylər vardır”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ فِيهَا تَحْيَوْنَ وَفِيهَا تَمُوتُونَ وَمِنْهَا تُخْرَجُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) dedi: “Siz orada yaşayacaq, orada öləcək və oradan (dirildilib) çıxarılacaqsınız”.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰبَنِىٓ ءَادَمَ قَدْ أَنزَلْنَا عَلَيْكُمْ لِبَاسًا يُوَٰرِى سَوْءَٰتِكُمْ وَرِيشًا وَلِبَاسُ ٱلتَّقْوَىٰ ذَٰلِكَ خَيْرٌ ذَٰلِكَ مِنْ ءَايَٰتِ ٱللَّهِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevEy Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək geyim və zinət libası nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu (geyimin nazil edilməsi və təqva libasının bəyanı), Allahın ayələrindəndir. Bəlkə düşünüb (onlardan) ibrət alasınız.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰبَنِىٓ ءَادَمَ لَا يَفْتِنَنَّكُمُ ٱلشَّيْطَٰنُ كَمَآ أَخْرَجَ أَبَوَيْكُم مِّنَ ٱلْجَنَّةِ يَنزِعُ عَنْهُمَا لِبَاسَهُمَا لِيُرِيَهُمَا سَوْءَٰتِهِمَآ إِنَّهُۥ يَرَىٰكُمْ هُوَ وَقَبِيلُهُۥ مِنْ حَيْثُ لَا تَرَوْنَهُمْ إِنَّا جَعَلْنَا ٱلشَّيَٰطِينَ أَوْلِيَآءَ لِلَّذِينَ لَا يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevEy Adəm oğulları! Şeytan, ata-ananızın (Adəm və Həvvanın) ayıb yerlərini özlərinə göstərmək məqsədilə (aldadaraq) libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli, sizin onları görə bilmədiyiniz yerlərdən sizi görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا فَعَلُوا۟ فَٰحِشَةً قَالُوا۟ وَجَدْنَا عَلَيْهَآ ءَابَآءَنَا وَٱللَّهُ أَمَرَنَا بِهَا قُلْ إِنَّ ٱللَّهَ لَا يَأْمُرُ بِٱلْفَحْشَآءِ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar pis əməl (Kəbəni çılpaq təvaf) etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. (Ey Muhamməd!) De: “Allah pis əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ أَمَرَ رَبِّى بِٱلْقِسْطِ وَأَقِيمُوا۟ وُجُوهَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ وَٱدْعُوهُ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ كَمَا بَدَأَكُمْ تَعُودُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə xəlq etdiyi kimi (yenidən öz xilqətinizə) qayıdacaqsınız”.

Bu ayənin bütün tercümələrinə bax →

فَرِيقًا هَدَىٰ وَفَرِيقًا حَقَّ عَلَيْهِمُ ٱلضَّلَٰلَةُ إِنَّهُمُ ٱتَّخَذُوا۟ ٱلشَّيَٰطِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱللَّهِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah Öz qullarından) bir qismini doğru yola yönəltdi, digərlərinə isə (haqq yoldan) azmağı layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və (bununla da) özlərinin doğru yolda olduqlarını güman edirlər.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰبَنِىٓ ءَادَمَ خُذُوا۟ زِينَتَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ وَكُلُوا۟ وَٱشْرَبُوا۟ وَلَا تُسْرِفُوٓا۟ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْرِفِينَ

Azerbaijani Translation - Ali Khan MusayevEy Adəm oğulları! Məscidlərə gedərkən (və ya ibadət vaxtı) gözəl libaslarınızı geyinin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevməz.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ مَنْ حَرَّمَ زِينَةَ ٱللَّهِ ٱلَّتِىٓ أَخْرَجَ لِعِبَادِهِۦ وَٱلطَّيِّبَٰتِ مِنَ ٱلرِّزْقِ قُلْ هِىَ لِلَّذِينَ ءَامَنُوا۟ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا خَالِصَةً يَوْمَ ٱلْقِيَٰمَةِ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْـَٔايَٰتِ لِقَوْمٍ يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Allahın Öz qulları üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında, (xüsusilə də) Qiyamət günü yalnız möminlərə məxsusdur”. Biz dərk edən qövm üçün ayələri belə izah edirik.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ إِنَّمَا حَرَّمَ رَبِّىَ ٱلْفَوَٰحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَٱلْإِثْمَ وَٱلْبَغْىَ بِغَيْرِ ٱلْحَقِّ وَأَن تُشْرِكُوا۟ بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَٰنًا وَأَن تَقُولُوا۟ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Rəbbim həm aşkar, həm də gizli (edilən) pis əməlləri, (hər cür) günahı, haqsı yerə zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və Allah qarşı bilmədiyiniz şeyləri söyləməyinizi haram buyurmuşdur”.

Bu ayənin bütün tercümələrinə bax →

وَلِكُلِّ أُمَّةٍ أَجَلٌ فَإِذَا جَآءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً وَلَا يَسْتَقْدِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHər ümmətin (bəlli) bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰبَنِىٓ ءَادَمَ إِمَّا يَأْتِيَنَّكُمْ رُسُلٌ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ ءَايَٰتِى فَمَنِ ٱتَّقَىٰ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevEy Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən (Məndən) qorxub öz əməllərini islah edən kimsələrin (Qiyamət günü) heç bir qorxusu olmaz və onlar kədərlənməyəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَٱسْتَكْبَرُوا۟ عَنْهَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ هُمْ فِيهَا خَٰلِدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAyələrimizi yalan sayıb, təkəbbürlüklə onlardan üz çevirənlər isə Cəhənnəm sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓ أُو۟لَٰٓئِكَ يَنَالُهُمْ نَصِيبُهُم مِّنَ ٱلْكِتَٰبِ حَتَّىٰٓ إِذَا جَآءَتْهُمْ رُسُلُنَا يَتَوَفَّوْنَهُمْ قَالُوٓا۟ أَيْنَ مَا كُنتُمْ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ قَالُوا۟ ضَلُّوا۟ عَنَّا وَشَهِدُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ أَنَّهُمْ كَانُوا۟ كَٰفِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevAllaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda (Lövhi-məhfuzda) olan qismətləri onlara nəsib olacaqdır. Nəhayət, elçilərimiz onların canını almaq üçün gəldikdə: “Allahdan savayı tapındıqlarınız haradadır?”– deyəcəklər. Onlar: “Bizi tərk etdilər!”– deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ ٱدْخُلُوا۟ فِىٓ أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِكُم مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ فِى ٱلنَّارِ كُلَّمَا دَخَلَتْ أُمَّةٌ لَّعَنَتْ أُخْتَهَا حَتَّىٰٓ إِذَا ٱدَّارَكُوا۟ فِيهَا جَمِيعًا قَالَتْ أُخْرَىٰهُمْ لِأُولَىٰهُمْ رَبَّنَا هَٰٓؤُلَآءِ أَضَلُّونَا فَـَٔاتِهِمْ عَذَابًا ضِعْفًا مِّنَ ٱلنَّارِ قَالَ لِكُلٍّ ضِعْفٌ وَلَٰكِن لَّا تَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah deyəcək: “Sizdən əvvəl gəlib-getmiş (günahkar) cin və insan tayfaları ilə birlikdə Oda girin!” Hər bir ümmət (Oda) girdikcə digərini lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bunlardır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!” (Allah) deyəcək: “(Əzab) hər kəs üçün ikiqatdır, lakin siz (bunu) bilmirsiniz!”

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالَتْ أُولَىٰهُمْ لِأُخْرَىٰهُمْ فَمَا كَانَ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْسِبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏvvəlkilər sonrakılara deyəcəklər: “Sizin bizim üzərimizdə heç bir üstünlüyünüz yoxdur. Elə isə qazandıqlarınıza görə dadın əzabı!”

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَٱسْتَكْبَرُوا۟ عَنْهَا لَا تُفَتَّحُ لَهُمْ أَبْوَٰبُ ٱلسَّمَآءِ وَلَا يَدْخُلُونَ ٱلْجَنَّةَ حَتَّىٰ يَلِجَ ٱلْجَمَلُ فِى سَمِّ ٱلْخِيَاطِ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُجْرِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, ayələrimizi yalan sayanlara və təkəbbürlüklə onlardan üz çevirənlərə göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincəyə qədər onlar Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq.

Bu ayənin bütün tercümələrinə bax →

لَهُم مِّن جَهَنَّمَ مِهَادٌ وَمِن فَوْقِهِمْ غَوَاشٍ وَكَذَٰلِكَ نَجْزِى ٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnların Cəhənnəm odundan döşəyi, üstlərini örtməyə də (odundan) yorğanları olacaqdır. Biz zalımları belə cəzalandırırıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ هُمْ فِيهَا خَٰلِدُونَ

Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik.

Bu ayənin bütün tercümələrinə bax →

وَنَزَعْنَا مَا فِى صُدُورِهِم مِّنْ غِلٍّ تَجْرِى مِن تَحْتِهِمُ ٱلْأَنْهَٰرُ وَقَالُوا۟ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى هَدَىٰنَا لِهَٰذَا وَمَا كُنَّا لِنَهْتَدِىَ لَوْلَآ أَنْ هَدَىٰنَا ٱللَّهُ لَقَدْ جَآءَتْ رُسُلُ رَبِّنَا بِٱلْحَقِّ وَنُودُوٓا۟ أَن تِلْكُمُ ٱلْجَنَّةُ أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onların qəlblərindəki kin-küdurəti çıxaracağıq. Onların (ağacları və qəsrləri) altından çaylar axacaqdır. Onlar deyəcəklər: “Bizi (Öz hidayəti ilə) buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizi hidayətyə qovuşdurmasaydı, biz özümüz doğru yola yönələ bilməzdik. Həqiqətən də, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara (belə) xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!”

Bu ayənin bütün tercümələrinə bax →

وَنَادَىٰٓ أَصْحَٰبُ ٱلْجَنَّةِ أَصْحَٰبَ ٱلنَّارِ أَن قَدْ وَجَدْنَا مَا وَعَدَنَا رَبُّنَا حَقًّا فَهَلْ وَجَدتُّم مَّا وَعَدَ رَبُّكُمْ حَقًّا قَالُوا۟ نَعَمْ فَأَذَّنَ مُؤَذِّنٌۢ بَيْنَهُمْ أَن لَّعْنَةُ ٱللَّهِ عَلَى ٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevCənnət əhli Cəhənnəm sakinlərinə səslənib deyəcəklər: “Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbinizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?” Onlar: “Bəli!”– deyəcəklər. Bu zaman onların arasında bir carçı səslənib (belə) deyəcəkdir: “Allahın lənəti olsun zalımlara!

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُم بِٱلْـَٔاخِرَةِ كَٰفِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO kəslərə ki, insanları Allah yolundan azdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər”.

Bu ayənin bütün tercümələrinə bax →

وَبَيْنَهُمَا حِجَابٌ وَعَلَى ٱلْأَعْرَافِ رِجَالٌ يَعْرِفُونَ كُلًّۢا بِسِيمَىٰهُمْ وَنَادَوْا۟ أَصْحَٰبَ ٱلْجَنَّةِ أَن سَلَٰمٌ عَلَيْكُمْ لَمْ يَدْخُلُوهَا وَهُمْ يَطْمَعُونَ

Azerbaijani Translation - Ali Khan Musayevİki tərəfin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında pərdə, səddin üzərində də hər kəsi simasından tanıyan (savabları və günahları bərabər olan) insanlar olacaqdır ki, onlar Cənnət əhlinə səslənib: “Sizə salam olsun!”– deyəcəklər. Onlar çox istəmələrinə baxmayaraq hələ ora (Cənnətə) daxil olmayan kimsələrdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا صُرِفَتْ أَبْصَٰرُهُمْ تِلْقَآءَ أَصْحَٰبِ ٱلنَّارِ قَالُوا۟ رَبَّنَا لَا تَجْعَلْنَا مَعَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnların gözləri Cəhənnəm sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalım qövmlə tay tutma!”

Bu ayənin bütün tercümələrinə bax →

وَنَادَىٰٓ أَصْحَٰبُ ٱلْأَعْرَافِ رِجَالًا يَعْرِفُونَهُم بِسِيمَىٰهُمْ قَالُوا۟ مَآ أَغْنَىٰ عَنكُمْ جَمْعُكُمْ وَمَا كُنتُمْ تَسْتَكْبِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSədd əhli əlamətlərindən tanıdıqları adamlara səslənib deyəcəklər: “Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi”.

Bu ayənin bütün tercümələrinə bax →

أَهَٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقْسَمْتُمْ لَا يَنَالُهُمُ ٱللَّهُ بِرَحْمَةٍ ٱدْخُلُوا۟ ٱلْجَنَّةَ لَا خَوْفٌ عَلَيْكُمْ وَلَآ أَنتُمْ تَحْزَنُونَ

Azerbaijani Translation - Ali Khan Musayev“Allah onlara mərhəmət nəsib etməyəcək”– deyə (barələrində) and içdiyiniz kəslər bunlardırmı?” (Sədd əhlinə deyiləcəkdir:) “Cənnətə daxil olun! Sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz”

Bu ayənin bütün tercümələrinə bax →

وَنَادَىٰٓ أَصْحَٰبُ ٱلنَّارِ أَصْحَٰبَ ٱلْجَنَّةِ أَنْ أَفِيضُوا۟ عَلَيْنَا مِنَ ٱلْمَآءِ أَوْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ حَرَّمَهُمَا عَلَى ٱلْكَٰفِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevCəhənnəm sakinləri Cənnət əhlinə səslənib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ ٱتَّخَذُوا۟ دِينَهُمْ لَهْوًا وَلَعِبًا وَغَرَّتْهُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا فَٱلْيَوْمَ نَنسَىٰهُمْ كَمَا نَسُوا۟ لِقَآءَ يَوْمِهِمْ هَٰذَا وَمَا كَانُوا۟ بِـَٔايَٰتِنَا يَجْحَدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ جِئْنَٰهُم بِكِتَٰبٍ فَصَّلْنَٰهُ عَلَىٰ عِلْمٍ هُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onlara elmlə müfəssəl izah etdiyimiz, iman gətirən qövm üçün hidayət və mərhəmət olan bir Kitab (Quran) göndərdik.

Bu ayənin bütün tercümələrinə bax →

هَلْ يَنظُرُونَ إِلَّا تَأْوِيلَهُۥ يَوْمَ يَأْتِى تَأْوِيلُهُۥ يَقُولُ ٱلَّذِينَ نَسُوهُ مِن قَبْلُ قَدْ جَآءَتْ رُسُلُ رَبِّنَا بِٱلْحَقِّ فَهَل لَّنَا مِن شُفَعَآءَ فَيَشْفَعُوا۟ لَنَآ أَوْ نُرَدُّ فَنَعْمَلَ غَيْرَ ٱلَّذِى كُنَّا نَعْمَلُ قَدْ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa (kafirlər) yalnız (Quranda verilən xəbərlərin) aqibətini gözləyirlər? Onun aqibəti gəldiyi gün əvvəllər onu unudan kəslər deyəcəklər: “Həqiqətən də, Rəbbimizin elçiləri haqqı gətirmişdilər. İndi bizim tərəfimizi saxlayan şəfaətçilər varmı? Yaxud geri qaytarılacağıqmı ki, (əvvəllər) etdiyimiz əməllərdən qeyrisini edək?” Onlar özlərini ziyana uğratdılar. Tabe olduqları bütlər isə onlardan uzaqlaşıb qeyb olacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ يُغْشِى ٱلَّيْلَ ٱلنَّهَارَ يَطْلُبُهُۥ حَثِيثًا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ وَٱلنُّجُومَ مُسَخَّرَٰتٍۭ بِأَمْرِهِۦٓ أَلَا لَهُ ٱلْخَلْقُ وَٱلْأَمْرُ تَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDoğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşin üzərinə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Şübhəsiz ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah (ən əzəmətli), xeyiri və bərəkəti bol olandır.

Bu ayənin bütün tercümələrinə bax →

ٱدْعُوا۟ رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُعْتَدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbinizə yalvararaq, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ بَعْدَ إِصْلَٰحِهَا وَٱدْعُوهُ خَوْفًا وَطَمَعًا إِنَّ رَحْمَتَ ٱللَّهِ قَرِيبٌ مِّنَ ٱلْمُحْسِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevYer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə dua edin. Həqiqətən, Allahın rəhməti yaxşılıq edənlərə yaxındır.

Bu ayənin bütün tercümələrinə bax →

وَهُوَ ٱلَّذِى يُرْسِلُ ٱلرِّيَٰحَ بُشْرًۢا بَيْنَ يَدَىْ رَحْمَتِهِۦ حَتَّىٰٓ إِذَآ أَقَلَّتْ سَحَابًا ثِقَالًا سُقْنَٰهُ لِبَلَدٍ مَّيِّتٍ فَأَنزَلْنَا بِهِ ٱلْمَآءَ فَأَخْرَجْنَا بِهِۦ مِن كُلِّ ٱلثَّمَرَٰتِ كَذَٰلِكَ نُخْرِجُ ٱلْمَوْتَىٰ لَعَلَّكُمْ تَذَكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevKüləkləri Öz rəhməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə (dirildib) çıxardacağıq. Bəlkə, düşünüb ibrət alasınız!

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلْبَلَدُ ٱلطَّيِّبُ يَخْرُجُ نَبَاتُهُۥ بِإِذْنِ رَبِّهِۦ وَٱلَّذِى خَبُثَ لَا يَخْرُجُ إِلَّا نَكِدًا كَذَٰلِكَ نُصَرِّفُ ٱلْـَٔايَٰتِ لِقَوْمٍ يَشْكُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevTorpağı münbit məmləkətin bitkiləri, Rəbbinin izni ilə bol-bol məhsul verər. Torpağı pis olan məmləkədən isə faydasız bitkilərdən başqa bir şey çıxmaz. Biz ayələri şükür edən bir qövmə beləcə müfəssəl izah edirik.

Bu ayənin bütün tercümələrinə bax →

لَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَقَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Nuhu öz qövmünə (elçi) göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (heç bir) ilahınız yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ ٱلْمَلَأُ مِن قَوْمِهِۦٓ إِنَّا لَنَرَىٰكَ فِى ضَلَٰلٍ مُّبِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevQövmünün zadəganları dedilər: “Həqiqətən də, biz səni açıq-aydın azğınlıq içində olduğunu görürük!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ يَٰقَوْمِ لَيْسَ بِى ضَلَٰلَةٌ وَلَٰكِنِّى رَسُولٌ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Nuh) dedi: “Ey qövmüm! Mən heç də azmamışam. Lakin mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm.

Bu ayənin bütün tercümələrinə bax →

أُبَلِّغُكُمْ رِسَٰلَٰتِ رَبِّى وَأَنصَحُ لَكُمْ وَأَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMən, Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm.

Bu ayənin bütün tercümələrinə bax →

أَوَعَجِبْتُمْ أَن جَآءَكُمْ ذِكْرٌ مِّن رَّبِّكُمْ عَلَىٰ رَجُلٍ مِّنكُمْ لِيُنذِرَكُمْ وَلِتَتَّقُوا۟ وَلَعَلَّكُمْ تُرْحَمُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Allahdan) qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə təəccübmü edirsiniz?”

Bu ayənin bütün tercümələrinə bax →

فَكَذَّبُوهُ فَأَنجَيْنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ فِى ٱلْفُلْكِ وَأَغْرَقْنَا ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا عَمِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Kafirlər) onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Həqiqətən də, onlar kor bir qövm idilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًا قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ أَفَلَا تَتَّقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAd qövmünə də qardaşları Hudu (elçi göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (heç bir) ilahınız yoxdur. Məgər (Allahın qəzəbindən, əzabından) qorxmursunuz?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦٓ إِنَّا لَنَرَىٰكَ فِى سَفَاهَةٍ وَإِنَّا لَنَظُنُّكَ مِنَ ٱلْكَٰذِبِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Hud) qövmünün kafir zadəganları dedilər: “Biz səni səfeh sayırıq və həqiqətən də, səni yalançılardan hesab edirik!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ يَٰقَوْمِ لَيْسَ بِى سَفَاهَةٌ وَلَٰكِنِّى رَسُولٌ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevO dedi: “Ey qövmüm! Mən heç də səfeh deyiləm. Lakin mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm.

Bu ayənin bütün tercümələrinə bax →

أُبَلِّغُكُمْ رِسَٰلَٰتِ رَبِّى وَأَنَا۠ لَكُمْ نَاصِحٌ أَمِينٌ

Azerbaijani Translation - Ali Khan MusayevMən, Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edirəm. Mən sizin etibarlı nəsihətçinizəm.

Bu ayənin bütün tercümələrinə bax →

أَوَعَجِبْتُمْ أَن جَآءَكُمْ ذِكْرٌ مِّن رَّبِّكُمْ عَلَىٰ رَجُلٍ مِّنكُمْ لِيُنذِرَكُمْ وَٱذْكُرُوٓا۟ إِذْ جَعَلَكُمْ خُلَفَآءَ مِنۢ بَعْدِ قَوْمِ نُوحٍ وَزَادَكُمْ فِى ٱلْخَلْقِ بَصْۜطَةً فَٱذْكُرُوٓا۟ ءَالَآءَ ٱللَّهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə təəccübmü edirsiniz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi və sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوٓا۟ أَجِئْتَنَا لِنَعْبُدَ ٱللَّهَ وَحْدَهُۥ وَنَذَرَ مَا كَانَ يَعْبُدُ ءَابَآؤُنَا فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Sən bizə tək Allaha ibadət etməyimiz və atalarımızın ibadət etdiklərini tərk etməyimiz üçün gəldin? Əgər doğru danışanlardansansa, (elə isə) bizə vəd etdiyin əzabı gətir”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ قَدْ وَقَعَ عَلَيْكُم مِّن رَّبِّكُمْ رِجْسٌ وَغَضَبٌ أَتُجَٰدِلُونَنِى فِىٓ أَسْمَآءٍ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّا نَزَّلَ ٱللَّهُ بِهَا مِن سُلْطَٰنٍ فَٱنتَظِرُوٓا۟ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Hud) dedi: “Artıq Rəbbinizdən sizə əzab və qəzəb yetişdi. Siz özünüzün və atalarınızın uydurduqları adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar (onlara ibadət edilməsi) barəsində heç bir dəlil nazil etməmişdir. Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَنجَيْنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ بِرَحْمَةٍ مِّنَّا وَقَطَعْنَا دَابِرَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَمَا كَانُوا۟ مُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə (əzabdan) xilas etdik. Ayələrimizi yalan hesab edənlərin isə kökünü kəsdik. Onlar iman gətirən deyildilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَٰلِحًا قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ قَدْ جَآءَتْكُم بَيِّنَةٌ مِّن رَّبِّكُمْ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمْ ءَايَةً فَذَرُوهَا تَأْكُلْ فِىٓ أَرْضِ ٱللَّهِ وَلَا تَمَسُّوهَا بِسُوٓءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ أَلِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevSəmud qövmünə də qardaşları Salehi (elçi göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa (heç bir) ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın (qayadan çıxartdığı) bu dişi dəvəsi sizin üçün bir dəlildir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱذْكُرُوٓا۟ إِذْ جَعَلَكُمْ خُلَفَآءَ مِنۢ بَعْدِ عَادٍ وَبَوَّأَكُمْ فِى ٱلْأَرْضِ تَتَّخِذُونَ مِن سُهُولِهَا قُصُورًا وَتَنْحِتُونَ ٱلْجِبَالَ بُيُوتًا فَٱذْكُرُوٓا۟ ءَالَآءَ ٱللَّهِ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevXatırlayın ki, (Allah) sizi Ad qövmündən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzənliklərində qəsrlər tikir, dağlarda evlər yonursunuz. Elə isə Allahın nemətlərini yada salın və yer üzündə fitnə-fəsad yayaraq pis işlər görməyin”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ ٱسْتَكْبَرُوا۟ مِن قَوْمِهِۦ لِلَّذِينَ ٱسْتُضْعِفُوا۟ لِمَنْ ءَامَنَ مِنْهُمْ أَتَعْلَمُونَ أَنَّ صَٰلِحًا مُّرْسَلٌ مِّن رَّبِّهِۦ قَالُوٓا۟ إِنَّا بِمَآ أُرْسِلَ بِهِۦ مُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnun qövmünün təkəbbürlü zadəganları öz aralarından iman gətirən zəiflərə dedilər: “Siz Salehin öz Rəbbi tərəfindən göndərildiyini (yəqin) bilirsinizmi?” Onlar dedilər: “Həqiqətən, biz onunla göndərilənlərə inanırıq”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ ٱلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا بِٱلَّذِىٓ ءَامَنتُم بِهِۦ كَٰفِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevTəkəbbür göstərənlər: “Həqiqətən, biz sizin inandığınızı inkar edirik”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

فَعَقَرُوا۟ ٱلنَّاقَةَ وَعَتَوْا۟ عَنْ أَمْرِ رَبِّهِمْ وَقَالُوا۟ يَٰصَٰلِحُ ٱئْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلْمُرْسَلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dişi dəvənin diz vətərini kəsdilər və beləliklə də Rəbbinin əmrinə qarşı çıxıb: “Ey Saleh! Əgər sən (həqiqətən də göndərilən) elçilərdənsənsə, (elə isə) bizə vəd etdiyin əzabı gətir”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَخَذَتْهُمُ ٱلرَّجْفَةُ فَأَصْبَحُوا۟ فِى دَارِهِمْ جَٰثِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevElə bu üzdən onları dəhşətli bir sarsıntı yaxaladı və onlar öz evlərində diz üstə çöküb qaldılar (həlak oldular).

Bu ayənin bütün tercümələrinə bax →

فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَٰقَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَالَةَ رَبِّى وَنَصَحْتُ لَكُمْ وَلَٰكِن لَّا تُحِبُّونَ ٱلنَّٰصِحِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Saleh) onlardan üz çevirib dedi: “Ey qövmüm! Artıq mən Rəbbimin mənə vəhy etdiyi hökmünü sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz”.

Bu ayənin bütün tercümələrinə bax →

وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَتَأْتُونَ ٱلْفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنْ أَحَدٍ مِّنَ ٱلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevLutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Siz özünüzdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməlimi edirsiniz?

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّكُمْ لَتَأْتُونَ ٱلرِّجَالَ شَهْوَةً مِّن دُونِ ٱلنِّسَآءِ بَلْ أَنتُمْ قَوْمٌ مُّسْرِفُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSiz, qadınları qoyub şəhvətlə kişilərə yaxınlaşırsınız. Həqiqətən də, siz, həddi aşmış bir qövmsünüz”.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوٓا۟ أَخْرِجُوهُم مِّن قَرْيَتِكُمْ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnun qövmünün cavabı: “Onları (Lutu və ona iman gətirənləri) yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَنجَيْنَٰهُ وَأَهْلَهُۥٓ إِلَّا ٱمْرَأَتَهُۥ كَانَتْ مِنَ ٱلْغَٰبِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onu (Lutu) və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan (əzaba düçar olanlardan) oldu.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُجْرِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onun qövmünün üstünə (daşlardan) yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ قَدْ جَآءَتْكُم بَيِّنَةٌ مِّن رَّبِّكُمْ فَأَوْفُوا۟ ٱلْكَيْلَ وَٱلْمِيزَانَ وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ بَعْدَ إِصْلَٰحِهَا ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevMədyən qövmünə də qardaşları Şueybi (elçi göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü (peyğəmbərlərin sayəsində) islah olunduqdan sonra orada fitnə-fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَقْعُدُوا۟ بِكُلِّ صِرَٰطٍ تُوعِدُونَ وَتَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنْ ءَامَنَ بِهِۦ وَتَبْغُونَهَا عِوَجًا وَٱذْكُرُوٓا۟ إِذْ كُنتُمْ قَلِيلًا فَكَثَّرَكُمْ وَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُفْسِدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevHər yolun başında oturub Allaha iman gətirənləri hədələyib Onun yolundan azdırmayın və onu (Allah yolunu) əyri göstərməyə çalışmayın. Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin aqibəti necə oldu.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن كَانَ طَآئِفَةٌ مِّنكُمْ ءَامَنُوا۟ بِٱلَّذِىٓ أُرْسِلْتُ بِهِۦ وَطَآئِفَةٌ لَّمْ يُؤْمِنُوا۟ فَٱصْبِرُوا۟ حَتَّىٰ يَحْكُمَ ٱللَّهُ بَيْنَنَا وَهُوَ خَيْرُ ٱلْحَٰكِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər aranızdan olan bir dəstəniz mənimlə göndərilənə inanmış, bir dəstəniz isə inanmamışsa, (Elə isə) Allah aramızda hökm verənədək səbir edin. O, hökm verənlərin ən yaxşısıdır”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ ٱسْتَكْبَرُوا۟ مِن قَوْمِهِۦ لَنُخْرِجَنَّكَ يَٰشُعَيْبُ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَكَ مِن قَرْيَتِنَآ أَوْ لَتَعُودُنَّ فِى مِلَّتِنَا قَالَ أَوَلَوْ كُنَّا كَٰرِهِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnun qövmünün təkəbbürlü zadəganları dedilər: “Ey Şueyb! Ya biz mütləq səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracaq, ya da siz bizim dinimizə dönəcəksiniz”. (Şueyb) dedi: “Hətta (dininizi və ya yurdumuzdan cıxarılmağımızı) istəməsək belə?

Bu ayənin bütün tercümələrinə bax →

قَدِ ٱفْتَرَيْنَا عَلَى ٱللَّهِ كَذِبًا إِنْ عُدْنَا فِى مِلَّتِكُم بَعْدَ إِذْ نَجَّىٰنَا ٱللَّهُ مِنْهَا وَمَا يَكُونُ لَنَآ أَن نَّعُودَ فِيهَآ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّنَا وَسِعَ رَبُّنَا كُلَّ شَىْءٍ عِلْمًا عَلَى ٱللَّهِ تَوَكَّلْنَا رَبَّنَا ٱفْتَحْ بَيْنَنَا وَبَيْنَ قَوْمِنَا بِٱلْحَقِّ وَأَنتَ خَيْرُ ٱلْفَٰتِحِينَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah bizi, sizin dininizdən xilas etdikdən sonra biz yenə də sizin dininizə qayıtsaq, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allah istəməyincə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimizin elmi hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında ədalətlə hökm ver. Sən hökm verənlərin ən yaxşısısan”.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ لَئِنِ ٱتَّبَعْتُمْ شُعَيْبًا إِنَّكُمْ إِذًا لَّخَٰسِرُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Şueyb) qövmünün kafir zadəganları dedilər: “Əgər Şueybin ardınca getsəniz, siz mütləq ziyana uğrayanlardan olarsınız”.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَخَذَتْهُمُ ٱلرَّجْفَةُ فَأَصْبَحُوا۟ فِى دَارِهِمْ جَٰثِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevElə bu üzdən onları dəhşətli bir sarsıntı yaxaladı və onlar öz evlərində diz üstə çöküb qaldılar (həlak oldular).

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ كَذَّبُوا۟ شُعَيْبًا كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَا ٱلَّذِينَ كَذَّبُوا۟ شُعَيْبًا كَانُوا۟ هُمُ ٱلْخَٰسِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevŞueybi yalançı sayanlar, sanki orada (o diyarda) yaşamamışdılar. Şueybi yalançı sayanların özləri ziyana uğrayanlardan oldular.

Bu ayənin bütün tercümələrinə bax →

فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَٰقَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَٰلَٰتِ رَبِّى وَنَصَحْتُ لَكُمْ فَكَيْفَ ءَاسَىٰ عَلَىٰ قَوْمٍ كَٰفِرِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Şueyb) onlardan üz çevirib dedi: “Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmlərini sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Kafir bir qövmdən ötrü mən necə heyifsilənə bilərəm?”

Bu ayənin bütün tercümələrinə bax →

وَمَآ أَرْسَلْنَا فِى قَرْيَةٍ مِّن نَّبِىٍّ إِلَّآ أَخَذْنَآ أَهْلَهَا بِٱلْبَأْسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمْ يَضَّرَّعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ بَدَّلْنَا مَكَانَ ٱلسَّيِّئَةِ ٱلْحَسَنَةَ حَتَّىٰ عَفَوا۟ وَّقَالُوا۟ قَدْ مَسَّ ءَابَآءَنَا ٱلضَّرَّآءُ وَٱلسَّرَّآءُ فَأَخَذْنَٰهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSonra sıxıntını rahatlıqla əvəz etdik. Nəhayət onlar firavanlıq içində yaşayarkən: “Atalarımıza da belə qıtlıq və bolluq üz vermişdi”– dedilər. Biz də onları heç özləri də hiss etmədən qəflətən (əzabla) yaxaladıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ أَنَّ أَهْلَ ٱلْقُرَىٰٓ ءَامَنُوا۟ وَٱتَّقَوْا۟ لَفَتَحْنَا عَلَيْهِم بَرَكَٰتٍ مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ وَلَٰكِن كَذَّبُوا۟ فَأَخَذْنَٰهُم بِمَا كَانُوا۟ يَكْسِبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər o məmləkətlərin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə (əzabla) yaxaladıq.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَأَمِنَ أَهْلُ ٱلْقُرَىٰٓ أَن يَأْتِيَهُم بَأْسُنَا بَيَٰتًا وَهُمْ نَآئِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə vaxtı, onlar yuxuda ikən gəlməyəcəyindən əmin idilərmi?

Bu ayənin bütün tercümələrinə bax →

أَوَأَمِنَ أَهْلُ ٱلْقُرَىٰٓ أَن يَأْتِيَهُم بَأْسُنَا ضُحًى وَهُمْ يَلْعَبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYa da o məmləkətlərin əhalisi əzabımızın onlara səhər çağı, onlar əylənərkən gəlməyəcəyindən əmin idilərmi?

Bu ayənin bütün tercümələrinə bax →

أَفَأَمِنُوا۟ مَكْرَ ٱللَّهِ فَلَا يَأْمَنُ مَكْرَ ٱللَّهِ إِلَّا ٱلْقَوْمُ ٱلْخَٰسِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onlar Allahın hiyləsindən (qəfildən onlara əzab göndərməyəcəyindən) əmin idilərmi? Ziyana uğrayan qövmdən başqa kimsə Allahın hiyləsindən əmin ola bilməz.

Bu ayənin bütün tercümələrinə bax →

أَوَلَمْ يَهْدِ لِلَّذِينَ يَرِثُونَ ٱلْأَرْضَ مِنۢ بَعْدِ أَهْلِهَآ أَن لَّوْ نَشَآءُ أَصَبْنَٰهُم بِذُنُوبِهِمْ وَنَطْبَعُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَسْمَعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər yer üzünün (keçmiş) sakinlərindən sonra yer üzünə varis olanlara (onların yerinə gələnlərə) bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardıq və onlar da eşitməzdilər?

Bu ayənin bütün tercümələrinə bax →

تِلْكَ ٱلْقُرَىٰ نَقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآئِهَا وَلَقَدْ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَمَا كَانُوا۟ لِيُؤْمِنُوا۟ بِمَا كَذَّبُوا۟ مِن قَبْلُ كَذَٰلِكَ يَطْبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلْكَٰفِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBu, o məmləkəkdir ki, onların əhvalatlarından bəzisini sənə söyləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə iman gətirmədilər. Allah kafirlərin qəlblərini belə möhürləyir.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا وَجَدْنَا لِأَكْثَرِهِم مِّنْ عَهْدٍ وَإِن وَجَدْنَآ أَكْثَرَهُمْ لَفَٰسِقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnların əksəriyyətində əhdə vəfa görmədik. (Əksinə) onların əksəriyyətini fasiq kimsələr gördük.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ بَعَثْنَا مِنۢ بَعْدِهِم مُّوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَظَلَمُوا۟ بِهَا فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُفْسِدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlardan sonra Musanı ayələrimizlə Firon və onun əyanlarına elçi göndərdik. Onlar isə (Musanın gətirdiyi) ayələri inkar etdilər. Bir gör fəsad törədənlərin aqibəti necə oldu.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالَ مُوسَىٰ يَٰفِرْعَوْنُ إِنِّى رَسُولٌ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevMusa dedi: “Ey Firon! Həqiqətən, mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm.

Bu ayənin bütün tercümələrinə bax →

حَقِيقٌ عَلَىٰٓ أَن لَّآ أَقُولَ عَلَى ٱللَّهِ إِلَّا ٱلْحَقَّ قَدْ جِئْتُكُم بِبَيِّنَةٍ مِّن رَّبِّكُمْ فَأَرْسِلْ مَعِىَ بَنِىٓ إِسْرَٰٓءِيلَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah barəsində həqiqəti söyləmək mənim borcumdur. Mən Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirdim. Elə isə (kölə etdiyin) İsrail oğullarını mənimlə birgə (vətənləri Şama) göndər”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ إِن كُنتَ جِئْتَ بِـَٔايَةٍ فَأْتِ بِهَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Firon) dedi: “Əgər möcüzə gətirmisənsə və doğru danışanlardansansa, (elə isə) onu göstər (görək)!”

Bu ayənin bütün tercümələrinə bax →

فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِىَ ثُعْبَانٌ مُّبِينٌ

Azerbaijani Translation - Ali Khan MusayevMusa əsasını (yerə) atdı və o, dərhal aşkar görünən (böyük) bir ilan oldu.

Bu ayənin bütün tercümələrinə bax →

وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِىَ بَيْضَآءُ لِلنَّٰظِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevƏlini qoynundan (qoltuğunun altından, yaxud köynəyinin yaxasından) çıxartdı və o, baxanlar üçün ağappaq (parlaq bir əl) oldu.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ ٱلْمَلَأُ مِن قَوْمِ فِرْعَوْنَ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevFiron qövmünün əyanları dedilər: “Həqiqətən, bu, (çox) bilikli bir sehrbazdır.

Bu ayənin bütün tercümələrinə bax →

يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُمْ فَمَاذَا تَأْمُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO sizi yurdunuzdan (Misirdən) çıxartmaq istəyir. Elə isə təklifiniz nədir?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوٓا۟ أَرْجِهْ وَأَخَاهُ وَأَرْسِلْ فِى ٱلْمَدَآئِنِ حَٰشِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Onu (Musanı) və qardaşını (Harunu) gözlət və şəhərlərə (sehrbazları) toplayan adamlar göndər ki,

Bu ayənin bütün tercümələrinə bax →

يَأْتُوكَ بِكُلِّ سَٰحِرٍ عَلِيمٍ

Azerbaijani Translation - Ali Khan Musayevbütün bilikli sehrbazların (hamısını toplayıb) sənin yanına gətirsinlər”.

Bu ayənin bütün tercümələrinə bax →

وَجَآءَ ٱلسَّحَرَةُ فِرْعَوْنَ قَالُوٓا۟ إِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ ٱلْغَٰلِبِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSehrbazlar Fironun yanına gəlib dedilər: “Əgər (Musaya) qalib gəlsək, bizim üçün bir mükafat olacaqmı?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ نَعَمْ وَإِنَّكُمْ لَمِنَ ٱلْمُقَرَّبِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Firon) dedi: “Bəli, siz (mənə) ən yaxın adamlardan olacaqsınız”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلْقِىَ وَإِمَّآ أَن نَّكُونَ نَحْنُ ٱلْمُلْقِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əsanı birinci yerə) at, ya da biz (əlimizdəkiləri) ataq!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ أَلْقُوا۟ فَلَمَّآ أَلْقَوْا۟ سَحَرُوٓا۟ أَعْيُنَ ٱلنَّاسِ وَٱسْتَرْهَبُوهُمْ وَجَآءُو بِسِحْرٍ عَظِيمٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “(Əvvəl) siz atın!” Onlar (əllərindəkiləri yerə) atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَلْقِ عَصَاكَ فَإِذَا هِىَ تَلْقَفُ مَا يَأْفِكُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Musaya: “Əsanı (yerə) at!”– deyə vəhy etdik. Elə bu an (əsa ilana çevrilib) onların düzəltdikləri şeyləri uddu.

Bu ayənin bütün tercümələrinə bax →

فَوَقَعَ ٱلْحَقُّ وَبَطَلَ مَا كَانُوا۟ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBeləliklə haqq üzə çıxdı, onların etdikləri isə batil oldu.

Bu ayənin bütün tercümələrinə bax →

فَغُلِبُوا۟ هُنَالِكَ وَٱنقَلَبُوا۟ صَٰغِرِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Sehrbazlar) orada məğlub oldular və rüsvay olaraq geri döndülər.

Bu ayənin bütün tercümələrinə bax →

وَأُلْقِىَ ٱلسَّحَرَةُ سَٰجِدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSehrbazlar (dərhal) səcdəyə qapandılar.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوٓا۟ ءَامَنَّا بِرَبِّ ٱلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Biz Aləmlərin Rəbbinə iman gətirdik –

Bu ayənin bütün tercümələrinə bax →

رَبِّ مُوسَىٰ وَهَٰرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMusanın və Harunun Rəbbinə!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ فِرْعَوْنُ ءَامَنتُم بِهِۦ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ إِنَّ هَٰذَا لَمَكْرٌ مَّكَرْتُمُوهُ فِى ٱلْمَدِينَةِ لِتُخْرِجُوا۟ مِنْهَآ أَهْلَهَا فَسَوْفَ تَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevFiron dedi: “Mən sizə izin vermədən öncə siz ona iman gətirdiniz? Şübhəsiz ki, bu, xalqı oradan çıxartmanız üçün şəhərdə qurduğunuz bir hiylədir. Tezliklə biləcəksiniz.

Bu ayənin bütün tercümələrinə bax →

لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَٰفٍ ثُمَّ لَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ

Azerbaijani Translation - Ali Khan MusayevMütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوٓا۟ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Şübhəsiz ki, biz Rəbbimizə dönəcəyik!

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا تَنقِمُ مِنَّآ إِلَّآ أَنْ ءَامَنَّا بِـَٔايَٰتِ رَبِّنَا لَمَّا جَآءَتْنَا رَبَّنَآ أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَتَوَفَّنَا مُسْلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSən yalnız, Rəbbimizin dəlilləri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə (bol-bol) səbir əta et və canımızı müsəlman olaraq al”.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالَ ٱلْمَلَأُ مِن قَوْمِ فِرْعَوْنَ أَتَذَرُ مُوسَىٰ وَقَوْمَهُۥ لِيُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ وَيَذَرَكَ وَءَالِهَتَكَ قَالَ سَنُقَتِّلُ أَبْنَآءَهُمْ وَنَسْتَحْىِۦ نِسَآءَهُمْ وَإِنَّا فَوْقَهُمْ قَٰهِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevFiron xalqının əyanları dedilər: “Sən Musanı və onun qövmünü yer üzündə fitnə-fəsad törətsinlər, həm səni, həm də sənin ilahlarını bir kənara atsınlar deyəmi buraxırsan?”. (Firon) dedi: “Biz mütləq onların oğlan uşaqlarını öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) sağ buraxacağıq. Şübhəsiz ki, biz onlar üzərində sarsılmaz bir gücə sahibik”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ مُوسَىٰ لِقَوْمِهِ ٱسْتَعِينُوا۟ بِٱللَّهِ وَٱصْبِرُوٓا۟ إِنَّ ٱلْأَرْضَ لِلَّهِ يُورِثُهَا مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَٱلْعَٰقِبَةُ لِلْمُتَّقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevMusa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından istədiyini yer üzünün varisləri təyin edir. (Dünyada və axirətdə) gözəl sonluq müttəqilər üçündür”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوٓا۟ أُوذِينَا مِن قَبْلِ أَن تَأْتِيَنَا وَمِنۢ بَعْدِ مَا جِئْتَنَا قَالَ عَسَىٰ رَبُّكُمْ أَن يُهْلِكَ عَدُوَّكُمْ وَيَسْتَخْلِفَكُمْ فِى ٱلْأَرْضِ فَيَنظُرَ كَيْفَ تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Sən bizə (peyğəmbər) gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da bizə əziyyət verildi”. (Musa) dedi: “Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri təyin etsin, sonra da hansı əməl edəcəyinizə baxsın”.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ أَخَذْنَآ ءَالَ فِرْعَوْنَ بِٱلسِّنِينَ وَنَقْصٍ مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar.

Bu ayənin bütün tercümələrinə bax →

فَإِذَا جَآءَتْهُمُ ٱلْحَسَنَةُ قَالُوا۟ لَنَا هَٰذِهِۦ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَطَّيَّرُوا۟ بِمُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَلَآ إِنَّمَا طَٰٓئِرُهُمْ عِندَ ٱللَّهِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlara bir yaxşılıq üz verdikdə: “Bu, bizim üçündür (Biz buna layiqik)!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların başına gələn uğursuzluq Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالُوا۟ مَهْمَا تَأْتِنَا بِهِۦ مِنْ ءَايَةٍ لِّتَسْحَرَنَا بِهَا فَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Kafirlər) dedilər: “Sən bizi sehrləmək üçün nə qədər dəlil gətirsən də, yenə də biz sənə iman gətirən deyilik!”

Bu ayənin bütün tercümələrinə bax →

فَأَرْسَلْنَا عَلَيْهِمُ ٱلطُّوفَانَ وَٱلْجَرَادَ وَٱلْقُمَّلَ وَٱلضَّفَادِعَ وَٱلدَّمَ ءَايَٰتٍ مُّفَصَّلَٰتٍ فَٱسْتَكْبَرُوا۟ وَكَانُوا۟ قَوْمًا مُّجْرِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz də müxtəlif (növ) dəllilər onlaraq onların üstünə tufan, çəyirtkələr, bitlər, qurbağalar və (çeşmələrinə) qan göndərdik. Onlar isə təkəbbürlük göstərdilər və günahkar bir tayfa oldular.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَمَّا وَقَعَ عَلَيْهِمُ ٱلرِّجْزُ قَالُوا۟ يَٰمُوسَى ٱدْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ لَئِن كَشَفْتَ عَنَّا ٱلرِّجْزَ لَنُؤْمِنَنَّ لَكَ وَلَنُرْسِلَنَّ مَعَكَ بَنِىٓ إِسْرَٰٓءِيلَ

Azerbaijani Translation - Ali Khan MusayevƏzab onları bürüdükdə dedilər: “Ey Musa! Bizim üçün Rəbbinə sənə verdiyi əhd ilə dua et! Əgər əzabı bizdən sovuşdursan, biz hökmən sənə iman gətirəcək və İsrail oğullarını mütləq səninlə birgə göndərəcəyik”.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا كَشَفْنَا عَنْهُمُ ٱلرِّجْزَ إِلَىٰٓ أَجَلٍ هُم بَٰلِغُوهُ إِذَا هُمْ يَنكُثُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz, yetişəcəkləri müəyyən vaxta qədər (dənizdə qərq ediləcəkləri günə dəqər) əzabı onlardan sovuşdurduqda isə, onlar dərhal (əhdi) pozdular.

Bu ayənin bütün tercümələrinə bax →

فَٱنتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَٰهُمْ فِى ٱلْيَمِّ بِأَنَّهُمْ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَكَانُوا۟ عَنْهَا غَٰفِلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevAyələrimizi inkar edib onlardan qafil olduqlarına görə Biz (Firon əhlindən) intiqam alaraq onları dənizdə qərq etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَوْرَثْنَا ٱلْقَوْمَ ٱلَّذِينَ كَانُوا۟ يُسْتَضْعَفُونَ مَشَٰرِقَ ٱلْأَرْضِ وَمَغَٰرِبَهَا ٱلَّتِى بَٰرَكْنَا فِيهَا وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ ٱلْحُسْنَىٰ عَلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ بِمَا صَبَرُوا۟ وَدَمَّرْنَا مَا كَانَ يَصْنَعُ فِرْعَوْنُ وَقَوْمُهُۥ وَمَا كَانُوا۟ يَعْرِشُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Musa ilə olan) zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə (Şam diyarına) varislər təyin etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını isə viran qoyduq.

Bu ayənin bütün tercümələrinə bax →

وَجَٰوَزْنَا بِبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْبَحْرَ فَأَتَوْا۟ عَلَىٰ قَوْمٍ يَعْكُفُونَ عَلَىٰٓ أَصْنَامٍ لَّهُمْ قَالُوا۟ يَٰمُوسَى ٱجْعَل لَّنَآ إِلَٰهًا كَمَا لَهُمْ ءَالِهَةٌ قَالَ إِنَّكُمْ قَوْمٌ تَجْهَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar: “Ey Musa! Onların ilahları (bütləri) olduğu kimi, bizim üçün də bir ilah düzəlt”– dedilər. (Musa) dedi: “Həqiqətən, siz cahil bir qövmsünüz.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ هَٰٓؤُلَآءِ مُتَبَّرٌ مَّا هُمْ فِيهِ وَبَٰطِلٌ مَّا كَانُوا۟ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, gördükləri əməllər isə batildir”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ أَغَيْرَ ٱللَّهِ أَبْغِيكُمْ إِلَٰهًا وَهُوَ فَضَّلَكُمْ عَلَى ٱلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Allah sizi aləmlərdən üstün etdiyi bir halda, mən sizin üçün Allahdan başqa ilahmı axtaracağam?”

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ أَنجَيْنَٰكُم مِّنْ ءَالِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوٓءَ ٱلْعَذَابِ يُقَتِّلُونَ أَبْنَآءَكُمْ وَيَسْتَحْيُونَ نِسَآءَكُمْ وَفِى ذَٰلِكُم بَلَآءٌ مِّن رَّبِّكُمْ عَظِيمٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey İsrail oğulları!) Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) sağ buraxırdılar. Bunda sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq var idi.

Bu ayənin bütün tercümələrinə bax →

وَوَٰعَدْنَا مُوسَىٰ ثَلَٰثِينَ لَيْلَةً وَأَتْمَمْنَٰهَا بِعَشْرٍ فَتَمَّ مِيقَٰتُ رَبِّهِۦٓ أَرْبَعِينَ لَيْلَةً وَقَالَ مُوسَىٰ لِأَخِيهِ هَٰرُونَ ٱخْلُفْنِى فِى قَوْمِى وَأَصْلِحْ وَلَا تَتَّبِعْ سَبِيلَ ٱلْمُفْسِدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Musaya otuz gecəlik vədə verdik və buna on gecə də əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Qövmümün içərisində mənim xəlifəm ol, (onları) islah et və fəsad törədənlərin yoluna uyma!”

Bu ayənin bütün tercümələrinə bax →

وَلَمَّا جَآءَ مُوسَىٰ لِمِيقَٰتِنَا وَكَلَّمَهُۥ رَبُّهُۥ قَالَ رَبِّ أَرِنِىٓ أَنظُرْ إِلَيْكَ قَالَ لَن تَرَىٰنِى وَلَٰكِنِ ٱنظُرْ إِلَى ٱلْجَبَلِ فَإِنِ ٱسْتَقَرَّ مَكَانَهُۥ فَسَوْفَ تَرَىٰنِى فَلَمَّا تَجَلَّىٰ رَبُّهُۥ لِلْجَبَلِ جَعَلَهُۥ دَكًّا وَخَرَّ مُوسَىٰ صَعِقًا فَلَمَّآ أَفَاقَ قَالَ سُبْحَٰنَكَ تُبْتُ إِلَيْكَ وَأَنَا۠ أَوَّلُ ٱلْمُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevMusa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa) dedi: “Ey Rəbbim! (Özünü) mənə göstər, Sənə baxım”. (Allah) dedi: “Sən məni görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən.” Rəbbi dağa təcəlli etdikdə onu parça-parça etdi. Musa da bayılaraq yerə yıxıldı. O özünə gəldikdə isə: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!”– dedi

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ يَٰمُوسَىٰٓ إِنِّى ٱصْطَفَيْتُكَ عَلَى ٱلنَّاسِ بِرِسَٰلَٰتِى وَبِكَلَٰمِى فَخُذْ مَآ ءَاتَيْتُكَ وَكُن مِّنَ ٱلشَّٰكِرِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlərimlə və (səninlə heç bir vasitə olmadan) danışmağımla səni seçib insanlardan üstün etdim. Elə isə sənə verdiyimi götür və şükür edənlərdən ol!”

Bu ayənin bütün tercümələrinə bax →

وَكَتَبْنَا لَهُۥ فِى ٱلْأَلْوَاحِ مِن كُلِّ شَىْءٍ مَّوْعِظَةً وَتَفْصِيلًا لِّكُلِّ شَىْءٍ فَخُذْهَا بِقُوَّةٍ وَأْمُرْ قَوْمَكَ يَأْخُذُوا۟ بِأَحْسَنِهَا سَأُو۟رِيكُمْ دَارَ ٱلْفَٰسِقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onun üçün lövhələrdə hər şeydən öyüd-nəsihət və hər şeyin təfsilatını yazdıq və dedik: “Bunları möhkəm tut və qövmünə da onun ən yaxşısından tutmağı əmr et! Mən sizə fasiqlərin yurdunu göstərəcəyəm.

Bu ayənin bütün tercümələrinə bax →

سَأَصْرِفُ عَنْ ءَايَٰتِىَ ٱلَّذِينَ يَتَكَبَّرُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَإِن يَرَوْا۟ كُلَّ ءَايَةٍ لَّا يُؤْمِنُوا۟ بِهَا وَإِن يَرَوْا۟ سَبِيلَ ٱلرُّشْدِ لَا يَتَّخِذُوهُ سَبِيلًا وَإِن يَرَوْا۟ سَبِيلَ ٱلْغَىِّ يَتَّخِذُوهُ سَبِيلًا ذَٰلِكَ بِأَنَّهُمْ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَكَانُوا۟ عَنْهَا غَٰفِلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevHaqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən (ayələrimizi anlamaqdan və ya onlara iman gətirməkdən) uzaqlaşdıracağam. Onlar bütün ayələri görsələr (yenə) də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu, onların, ayələrimizi yalan saydıqlarına və onlardan qafil olduqlarına görədir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَلِقَآءِ ٱلْـَٔاخِرَةِ حَبِطَتْ أَعْمَٰلُهُمْ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا۟ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAyələrimizi və axirətə qovuşmağı yalan sayanların əməlləri puç oldu. Məgər onlar etdiklərindən başqa bir şeylə cəzalandırılacaqlarmı?

Bu ayənin bütün tercümələrinə bax →

وَٱتَّخَذَ قَوْمُ مُوسَىٰ مِنۢ بَعْدِهِۦ مِنْ حُلِيِّهِمْ عِجْلًا جَسَدًا لَّهُۥ خُوَارٌ أَلَمْ يَرَوْا۟ أَنَّهُۥ لَا يُكَلِّمُهُمْ وَلَا يَهْدِيهِمْ سَبِيلًا ٱتَّخَذُوهُ وَكَانُوا۟ ظَٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevMusanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdi. Məgər (bu heykəlin) onlarla danışmadığını və onlara düz yol göstərmədiyini görmürdülərmi? (Bununla belə) onu özlərinə ilah qəbul etdilər və (beləliklə də) zalımlardan oldular.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَمَّا سُقِطَ فِىٓ أَيْدِيهِمْ وَرَأَوْا۟ أَنَّهُمْ قَدْ ضَلُّوا۟ قَالُوا۟ لَئِن لَّمْ يَرْحَمْنَا رَبُّنَا وَيَغْفِرْ لَنَا لَنَكُونَنَّ مِنَ ٱلْخَٰسِرِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(İsrail oğulları) etdikləri əməldən peşman olduqda və özlərinin haqq yoldan azdıqlarını gördükdə: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq, ziyana uğrayanlardan olarıq”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَمَّا رَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوْمِهِۦ غَضْبَٰنَ أَسِفًا قَالَ بِئْسَمَا خَلَفْتُمُونِى مِنۢ بَعْدِىٓ أَعَجِلْتُمْ أَمْرَ رَبِّكُمْ وَأَلْقَى ٱلْأَلْوَاحَ وَأَخَذَ بِرَأْسِ أَخِيهِ يَجُرُّهُۥٓ إِلَيْهِ قَالَ ٱبْنَ أُمَّ إِنَّ ٱلْقَوْمَ ٱسْتَضْعَفُونِى وَكَادُوا۟ يَقْتُلُونَنِى فَلَا تُشْمِتْ بِىَ ٱلْأَعْدَآءَ وَلَا تَجْعَلْنِى مَعَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevMusa qəzəbli və kədərli halda öz qövmünün yanına qayıtdıqda (onlara) dedi: “Məndən sonra necə də pis işlər görmüsünüz! Rəbbinizin əmrini (mənə qırx gecəlik etdiyi vədəsini və ya Rəbinizin əzabını) qabaqlamaqmı istədiniz?” (Musa əlindəki) lövhələri yerə atdı və qardaşının başından tutaraq özünə tərəf çəkdi. (Qardaşı) dedi: “Ey anamın oğlu! Həqiqətən, camaat məni zəif bilib az qala öldürəcəkdi. Məni rüsvay etməklə düşmənləri sevindirmə. Məni zalımlara tay tutma”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ رَبِّ ٱغْفِرْ لِى وَلِأَخِى وَأَدْخِلْنَا فِى رَحْمَتِكَ وَأَنتَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Musa) dedi: “Ey Rəbbim! Məni və qardaşımı bağışla, bizi Öz mərhəmətinə qovuşdur. Sən rəhm edənlərin ən rəhmlisisən!”

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ ٱلْعِجْلَ سَيَنَالُهُمْ غَضَبٌ مِّن رَّبِّهِمْ وَذِلَّةٌ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُفْتَرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, buzovu (ilah) qəbul edənlərə öz Rəbbindən bir qəzəb və dünya həyatında zillət üz verəcəkdir. Biz (Allaha) iftira yaxanları belə cəzalandırırıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ عَمِلُوا۟ ٱلسَّيِّـَٔاتِ ثُمَّ تَابُوا۟ مِنۢ بَعْدِهَا وَءَامَنُوٓا۟ إِنَّ رَبَّكَ مِنۢ بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevPis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan (etdikləri tövbədən) sonra Bağışlayandır, Rəhmlidir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَمَّا سَكَتَ عَن مُّوسَى ٱلْغَضَبُ أَخَذَ ٱلْأَلْوَاحَ وَفِى نُسْخَتِهَا هُدًى وَرَحْمَةٌ لِّلَّذِينَ هُمْ لِرَبِّهِمْ يَرْهَبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMusanın qəzəbi sakitləşdikdə (yerə atdığı) lövhələri götürdü. Oradakı yazılarda Rəbbindən qorxanlar üçün hidayət və mərhəmət var idi.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱخْتَارَ مُوسَىٰ قَوْمَهُۥ سَبْعِينَ رَجُلًا لِّمِيقَٰتِنَا فَلَمَّآ أَخَذَتْهُمُ ٱلرَّجْفَةُ قَالَ رَبِّ لَوْ شِئْتَ أَهْلَكْتَهُم مِّن قَبْلُ وَإِيَّٰىَ أَتُهْلِكُنَا بِمَا فَعَلَ ٱلسُّفَهَآءُ مِنَّآ إِنْ هِىَ إِلَّا فِتْنَتُكَ تُضِلُّ بِهَا مَن تَشَآءُ وَتَهْدِى مَن تَشَآءُ أَنتَ وَلِيُّنَا فَٱغْفِرْ لَنَا وَٱرْحَمْنَا وَأَنتَ خَيْرُ ٱلْغَٰفِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevMusa Bizim təyin etdiyimiz vaxt üçün qövmündən yetmiş kişi seçdi. Onları sarsıntı yaxaladıqda (həlak oldular). Musa dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan əvvəl onları da, məni də məhv edərdin. Özümüzdən olan səfehlərin etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, yalnız Sənin sınağındır. Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən. Sən bizim Himayəçimizsən! Bizi bağışla və bizə rəhm et! Sən bağışlayanların ən yaxşısısan.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱكْتُبْ لَنَا فِى هَٰذِهِ ٱلدُّنْيَا حَسَنَةً وَفِى ٱلْـَٔاخِرَةِ إِنَّا هُدْنَآ إِلَيْكَ قَالَ عَذَابِىٓ أُصِيبُ بِهِۦ مَنْ أَشَآءُ وَرَحْمَتِى وَسِعَتْ كُلَّ شَىْءٍ فَسَأَكْتُبُهَا لِلَّذِينَ يَتَّقُونَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِنَا يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!” (Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə etmişdir. Mən onu Allahdan qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلرَّسُولَ ٱلنَّبِىَّ ٱلْأُمِّىَّ ٱلَّذِى يَجِدُونَهُۥ مَكْتُوبًا عِندَهُمْ فِى ٱلتَّوْرَىٰةِ وَٱلْإِنجِيلِ يَأْمُرُهُم بِٱلْمَعْرُوفِ وَيَنْهَىٰهُمْ عَنِ ٱلْمُنكَرِ وَيُحِلُّ لَهُمُ ٱلطَّيِّبَٰتِ وَيُحَرِّمُ عَلَيْهِمُ ٱلْخَبَٰٓئِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَٱلْأَغْلَٰلَ ٱلَّتِى كَانَتْ عَلَيْهِمْ فَٱلَّذِينَ ءَامَنُوا۟ بِهِۦ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَٱتَّبَعُوا۟ ٱلنُّورَ ٱلَّذِىٓ أُنزِلَ مَعَهُۥٓ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO kəslər ki, əllərindəki Tövrat və İncildə (vəsfləri) barəsində yazılmış gördükləri ummi (yazıb-oxumaq bilməyən) peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan (məşəqqətlərdən) xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır”.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنِّى رَسُولُ ٱللَّهِ إِلَيْكُمْ جَمِيعًا ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحْىِۦ وَيُمِيتُ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِ ٱلنَّبِىِّ ٱلْأُمِّىِّ ٱلَّذِى يُؤْمِنُ بِٱللَّهِ وَكَلِمَٰتِهِۦ وَٱتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınıza göndərilmiş Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun ummi (yazıb-oxumaq bilməyən) Elçisinə, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz”.

Bu ayənin bütün tercümələrinə bax →

وَمِن قَوْمِ مُوسَىٰٓ أُمَّةٌ يَهْدُونَ بِٱلْحَقِّ وَبِهِۦ يَعْدِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMusanın qövmündən (insanları) haqq ilə doğru yola yönəldən və onun sayəsində ədalətlə hökm verən bir camaat vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَطَّعْنَٰهُمُ ٱثْنَتَىْ عَشْرَةَ أَسْبَاطًا أُمَمًا وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ إِذِ ٱسْتَسْقَىٰهُ قَوْمُهُۥٓ أَنِ ٱضْرِب بِّعَصَاكَ ٱلْحَجَرَ فَٱنۢبَجَسَتْ مِنْهُ ٱثْنَتَا عَشْرَةَ عَيْنًا قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَّشْرَبَهُمْ وَظَلَّلْنَا عَلَيْهِمُ ٱلْغَمَٰمَ وَأَنزَلْنَا عَلَيْهِمُ ٱلْمَنَّ وَٱلسَّلْوَىٰ كُلُوا۟ مِن طَيِّبَٰتِ مَا رَزَقْنَٰكُمْ وَمَا ظَلَمُونَا وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onları (İsrail oğullarını) on iki qəbilə halında ümmətlərə böldük. Qövmü (Tih səhrasında) Musadan (içməyə) su istədikdə, Biz ona: “Əsanla daşa vur!”– deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz onların üstünə buludla kölgə saldıq, onlara manna və bildirçin endirdik, (özlərinə də:) “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!”– dedik. Onlar Bizə zülm etmədilər, lakin özləri özlərinə zülm etdilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ قِيلَ لَهُمُ ٱسْكُنُوا۟ هَٰذِهِ ٱلْقَرْيَةَ وَكُلُوا۟ مِنْهَا حَيْثُ شِئْتُمْ وَقُولُوا۟ حِطَّةٌ وَٱدْخُلُوا۟ ٱلْبَابَ سُجَّدًا نَّغْفِرْ لَكُمْ خَطِيٓـَٰٔتِكُمْ سَنَزِيدُ ٱلْمُحْسِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman onlara deyilmişdi: “Bu şəhərdə (Beytülməqdisdə) sakin olun və orada (olan nemətlərdən) istədiyiniz yerdə yeyin. “Bizi bağışla!”– deyin və qapıdan (Beytülməqdisin qapısından, Allaha) səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatlarını artıracağıq”.

Bu ayənin bütün tercümələrinə bax →

فَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُوا۟ مِنْهُمْ قَوْلًا غَيْرَ ٱلَّذِى قِيلَ لَهُمْ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِجْزًا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُوا۟ يَظْلِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlardan nəfslərinə zülm edənlər özlərinə deyilən (həmin) sözü başqa bir söz ilə dəyişdilər. Biz də etdikləri zülmə görə onlara göydən əzab göndərdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَسْـَٔلْهُمْ عَنِ ٱلْقَرْيَةِ ٱلَّتِى كَانَتْ حَاضِرَةَ ٱلْبَحْرِ إِذْ يَعْدُونَ فِى ٱلسَّبْتِ إِذْ تَأْتِيهِمْ حِيتَانُهُمْ يَوْمَ سَبْتِهِمْ شُرَّعًا وَيَوْمَ لَا يَسْبِتُونَ لَا تَأْتِيهِمْ كَذَٰلِكَ نَبْلُوهُم بِمَا كَانُوا۟ يَفْسُقُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Muhamməd!) Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü (üçün qoyulmuş qadağanı) pozurdular. Şənbə günü balıqlar üzə çıxaraq (dəstə-dəstə) onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları belə sınağa çəkirdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ قَالَتْ أُمَّةٌ مِّنْهُمْ لِمَ تَعِظُونَ قَوْمًا ٱللَّهُ مُهْلِكُهُمْ أَوْ مُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا قَالُوا۟ مَعْذِرَةً إِلَىٰ رَبِّكُمْ وَلَعَلَّهُمْ يَتَّقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir qövmə nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “(Bu,) Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (pis əməllərdən) çəkinələr!”

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا نَسُوا۟ مَا ذُكِّرُوا۟ بِهِۦٓ أَنجَيْنَا ٱلَّذِينَ يَنْهَوْنَ عَنِ ٱلسُّوٓءِ وَأَخَذْنَا ٱلَّذِينَ ظَلَمُوا۟ بِعَذَابٍۭ بَـِٔيسٍۭ بِمَا كَانُوا۟ يَفْسُقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməllərdən çəkindirən kimsələri xilas etdik, zülm edənləri isə itaətdən çıxdıqlarına görə dəhşətli bir əzabla yaxaladıq.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا عَتَوْا۟ عَن مَّا نُهُوا۟ عَنْهُ قُلْنَا لَهُمْ كُونُوا۟ قِرَدَةً خَٰسِـِٔينَ

Azerbaijani Translation - Ali Khan MusayevÖzlərinə qoyulan qadağanı pozduqları zaman Biz onlara: “Mənfur meymunlar olun!”– dedik.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ تَأَذَّنَ رَبُّكَ لَيَبْعَثَنَّ عَلَيْهِمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ مَن يَسُومُهُمْ سُوٓءَ ٱلْعَذَابِ إِنَّ رَبَّكَ لَسَرِيعُ ٱلْعِقَابِ وَإِنَّهُۥ لَغَفُورٌ رَّحِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevO zaman Rəbbin onlara Qiyamət gününədək ağır əzab verəcək kimsələr göndərəcəyini bildirdi. Həqiqətən, sənin Rəbbin tez cəza verəndir. Həqiqətən də, O, Bağışlayandır, Rəhmlidir.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَطَّعْنَٰهُمْ فِى ٱلْأَرْضِ أُمَمًا مِّنْهُمُ ٱلصَّٰلِحُونَ وَمِنْهُمْ دُونَ ذَٰلِكَ وَبَلَوْنَٰهُم بِٱلْحَسَنَٰتِ وَٱلسَّيِّـَٔاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onları yer üzündə ümmətlərə böldük. İçərilərində əməlisaleh olanlar da var, elə olmayanlar da. Biz onları yaxşılıq və pisliklə sınağa çəkdik ki, bəlkə doğru yola dönsünlər.

Bu ayənin bütün tercümələrinə bax →

فَخَلَفَ مِنۢ بَعْدِهِمْ خَلْفٌ وَرِثُوا۟ ٱلْكِتَٰبَ يَأْخُذُونَ عَرَضَ هَٰذَا ٱلْأَدْنَىٰ وَيَقُولُونَ سَيُغْفَرُ لَنَا وَإِن يَأْتِهِمْ عَرَضٌ مِّثْلُهُۥ يَأْخُذُوهُ أَلَمْ يُؤْخَذْ عَلَيْهِم مِّيثَٰقُ ٱلْكِتَٰبِ أَن لَّا يَقُولُوا۟ عَلَى ٱللَّهِ إِلَّا ٱلْحَقَّ وَدَرَسُوا۟ مَا فِيهِ وَٱلدَّارُ ٱلْـَٔاخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَ أَفَلَا تَعْقِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlardan sonra Kitaba (Tövrata) varis olan (pis) bir nəsil gəldi. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!”– deyirdilər. Onlara buna bənzər mənfəətlər (yenə də) gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar Kitabda olanları oxuyub öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız?

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ يُمَسِّكُونَ بِٱلْكِتَٰبِ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ إِنَّا لَا نُضِيعُ أَجْرَ ٱلْمُصْلِحِينَ

Azerbaijani Translation - Ali Khan MusayevKitabdan möhkəm yapışanlara və namazı (doğru-dürüst) qılanlara gəlincə, Biz islah edənlərin mükafatını puç etmərik.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ نَتَقْنَا ٱلْجَبَلَ فَوْقَهُمْ كَأَنَّهُۥ ظُلَّةٌ وَظَنُّوٓا۟ أَنَّهُۥ وَاقِعٌۢ بِهِمْ خُذُوا۟ مَآ ءَاتَيْنَٰكُم بِقُوَّةٍ وَٱذْكُرُوا۟ مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman dağı (Tur dağını) yerindən qoparıb onların başı üstünə bulud kimi qaldırmışdıq və onlar da dağın onların üstünə düşəcəyini zənn etmişdilər. (Biz onlara:) “Sizə verdiyimizdən (Tövratdan) yapışın və içindəkiləri xatırlayın ki, bəlkə, qorxasınız!”– demişdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ أَخَذَ رَبُّكَ مِنۢ بَنِىٓ ءَادَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَىٰٓ أَنفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ قَالُوا۟ بَلَىٰ شَهِدْنَآ أَن تَقُولُوا۟ يَوْمَ ٱلْقِيَٰمَةِ إِنَّا كُنَّا عَنْ هَٰذَا غَٰفِلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman Rəbbin Adəm oğullarının bellərindən onların zürriyyətlərini çıxararaq və: “Mən sizin Rəbbiniz deyiləmmi?”– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər. Bu, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməməniz üçündür.

Bu ayənin bütün tercümələrinə bax →

أَوْ تَقُولُوٓا۟ إِنَّمَآ أَشْرَكَ ءَابَآؤُنَا مِن قَبْلُ وَكُنَّا ذُرِّيَّةً مِّنۢ بَعْدِهِمْ أَفَتُهْلِكُنَا بِمَا فَعَلَ ٱلْمُبْطِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYaxud: “Atalarımız bizdən əvvəl (Allaha) şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görəmi məhv edəcəksən?”– deməməniz üçündür.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَذَٰلِكَ نُفَصِّلُ ٱلْـَٔايَٰتِ وَلَعَلَّهُمْ يَرْجِعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz, onların haqq yola dönmələri üçün ayələri belə izah edirik.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ ٱلَّذِىٓ ءَاتَيْنَٰهُ ءَايَٰتِنَا فَٱنسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ ٱلشَّيْطَٰنُ فَكَانَ مِنَ ٱلْغَاوِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlara (İsrail oğullarına), ayələrimizi verdiyimiz halda, onlardan kənara çıxıb, şeytanın təqibinə məruz qalaraq, bu yüzdən də azğınlığa düşmüş kimsənin əhvalatını anlat.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ شِئْنَا لَرَفَعْنَٰهُ بِهَا وَلَٰكِنَّهُۥٓ أَخْلَدَ إِلَى ٱلْأَرْضِ وَٱتَّبَعَ هَوَىٰهُ فَمَثَلُهُۥ كَمَثَلِ ٱلْكَلْبِ إِن تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَتْرُكْهُ يَلْهَث ذَّٰلِكَ مَثَلُ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا فَٱقْصُصِ ٱلْقَصَصَ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz istəsəydik, bu ayələrlə onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və nəfsinin istəyinə tabe oldu. Onun məsəli, qovsan da qovmasan da dilini çıxardıb ləhləyən itin məsəlinə bənzəyir. Ayələrimizi yalan sayan qövmün məsəli də belədir. Bu əhvalatları (İsrail oğullarına) danış ki, bəlkə düşünsünlər.

Bu ayənin bütün tercümələrinə bax →

سَآءَ مَثَلًا ٱلْقَوْمُ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَأَنفُسَهُمْ كَانُوا۟ يَظْلِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAyələrimizi yalan sayıb özlərinə zülm edən qövm barəsində çəkilən məsəl necə də pis bir məsəldir!

Bu ayənin bütün tercümələrinə bax →

مَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِى وَمَن يُضْلِلْ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah kimə hidayət bəxş edərsə, doğru yolda olan odur. Kimləri də azdırırsa, ziyana uğrayanlar da elə məhz onlardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ لَهُمْ قُلُوبٌ لَّا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَّا يُبْصِرُونَ بِهَا وَلَهُمْ ءَاذَانٌ لَّا يَسْمَعُونَ بِهَآ أُو۟لَٰٓئِكَ كَٱلْأَنْعَٰمِ بَلْ هُمْ أَضَلُّ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْغَٰفِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar. Onların gözləri var, onunla görməzlər. Onların qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta (heyvandan da) daha çox azğınlıqdadırlar. Qafil olanlar da elə məhz onlardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَلِلَّهِ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ فَٱدْعُوهُ بِهَا وَذَرُوا۟ ٱلَّذِينَ يُلْحِدُونَ فِىٓ أَسْمَٰٓئِهِۦ سَيُجْزَوْنَ مَا كَانُوا۟ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllahın ən gözəl adlarları vardır. Ona bu adlarla dua edin və Onun adları barəsində haqdan azanları (Allahın adlarını və ya bu adların mənalarını təhrif edənləri) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَمِمَّنْ خَلَقْنَآ أُمَّةٌ يَهْدُونَ بِٱلْحَقِّ وَبِهِۦ يَعْدِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYaratdıqlarımız içərisində (insanları) haqq yola yönəldən və (insanlar arasında) ədalətlə hökm verən bir ümmət də vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAyələrimizi yalan sayanlara gəldikdə isə, Biz onları, heç özlərinin də bilmədikləri bir yerdən tədricən məhvə sürükləyəcəyik.

Bu ayənin bütün tercümələrinə bax →

وَأُمْلِى لَهُمْ إِنَّ كَيْدِى مَتِينٌ

Azerbaijani Translation - Ali Khan MusayevMən onlara möhlət verəcəyəm. Lakin Mənim hiyləm çox ağırdır.

Bu ayənin bütün tercümələrinə bax →

أَوَلَمْ يَتَفَكَّرُوا۟ مَا بِصَاحِبِهِم مِّن جِنَّةٍ إِنْ هُوَ إِلَّا نَذِيرٌ مُّبِينٌ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər onların yoldaşında (Muhamməddə) heç bir dəlilik olmadığını düşünmürlərmi? O yalnız qorxudan və açıq-aydın xəbər verəndir.

Bu ayənin bütün tercümələrinə bax →

أَوَلَمْ يَنظُرُوا۟ فِى مَلَكُوتِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا خَلَقَ ٱللَّهُ مِن شَىْءٍ وَأَنْ عَسَىٰٓ أَن يَكُونَ قَدِ ٱقْتَرَبَ أَجَلُهُمْ فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَهُۥ يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar göylərin və yerin mülkünə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar?

Bu ayənin bütün tercümələrinə bax →

مَن يُضْلِلِ ٱللَّهُ فَلَا هَادِىَ لَهُۥ وَيَذَرُهُمْ فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah kimi azdırarsa, onu doğru yola yönəldən olmaz. Allah onları öz azğınlıqları içərisində çaşqın bir halda tərk edər.

Bu ayənin bütün tercümələrinə bax →

يَسْـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ رَبِّى لَا يُجَلِّيهَا لِوَقْتِهَآ إِلَّا هُوَ ثَقُلَتْ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ لَا تَأْتِيكُمْ إِلَّا بَغْتَةً يَسْـَٔلُونَكَ كَأَنَّكَ حَفِىٌّ عَنْهَا قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ ٱللَّهِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSəndən Qiyamət saatının nə zaman qopacağı barəsində soruşurlar. De: “Bu haqda bilgi yalnız Rəbbimə aiddir. (Qiyamətin) qopacağı vaxtı yalnız O, aşkara çıxara bilər. (Bu bilgi) göylərə və yerə ağır gəlimişdir. O sizə qəflətən gələcəkdir”. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: “Bu haqda bilgi yalnız Allaha aiddir. Lakin insanların əksəriyyəti (bunu) bilməz”.

Bu ayənin bütün tercümələrinə bax →

قُل لَّآ أَمْلِكُ لِنَفْسِى نَفْعًا وَلَا ضَرًّا إِلَّا مَا شَآءَ ٱللَّهُ وَلَوْ كُنتُ أَعْلَمُ ٱلْغَيْبَ لَٱسْتَكْثَرْتُ مِنَ ٱلْخَيْرِ وَمَا مَسَّنِىَ ٱلسُّوٓءُ إِنْ أَنَا۠ إِلَّا نَذِيرٌ وَبَشِيرٌ لِّقَوْمٍ يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadirəm. Əgər qeybi bilsəydim, əlbəttə ki, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm”.

Bu ayənin bütün tercümələrinə bax →

هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن نَّفْسٍ وَٰحِدَةٍ وَجَعَلَ مِنْهَا زَوْجَهَا لِيَسْكُنَ إِلَيْهَا فَلَمَّا تَغَشَّىٰهَا حَمَلَتْ حَمْلًا خَفِيفًا فَمَرَّتْ بِهِۦ فَلَمَّآ أَثْقَلَت دَّعَوَا ٱللَّهَ رَبَّهُمَا لَئِنْ ءَاتَيْتَنَا صَٰلِحًا لَّنَكُونَنَّ مِنَ ٱلشَّٰكِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSizi tək bir nəfsdən (Adəmdən) xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan (Adəmdən) onun zövcəsini yaradan Odur. (Adəm) zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi (hamilə qaldı) və (bir müddət) onu (bətnində) daşıdı. (Həvva) ağırlaşdığı zaman hər ikisi də Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad versən, əlbəttə, şükür edənlərdən olarıq”– (deyə) dua etdilər.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّآ ءَاتَىٰهُمَا صَٰلِحًا جَعَلَا لَهُۥ شُرَكَآءَ فِيمَآ ءَاتَىٰهُمَا فَتَعَٰلَى ٱللَّهُ عَمَّا يُشْرِكُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah onlara sağlam bir övlad verdikdə isə özlərinə verdiyi şeydə Allaha şərik qoşdular. Allah isə onların qoşduqları şəriklərdən ucadır.

Bu ayənin bütün tercümələrinə bax →

أَيُشْرِكُونَ مَا لَا يَخْلُقُ شَيْـًٔا وَهُمْ يُخْلَقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onlar heç bir şey yaratmağa qadir olmayan, özləri yaradılmış olan bütləri Allaha şərik qoşurlar?

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا يَسْتَطِيعُونَ لَهُمْ نَصْرًا وَلَآ أَنفُسَهُمْ يَنصُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHalbuki (Allahdan qeyri ibadət etdikləri bütlər) nə onlara, nə də özlərinə bir yardım edə bilərlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن تَدْعُوهُمْ إِلَى ٱلْهُدَىٰ لَا يَتَّبِعُوكُمْ سَوَآءٌ عَلَيْكُمْ أَدَعَوْتُمُوهُمْ أَمْ أَنتُمْ صَٰمِتُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSiz onları (bütləri) doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da sizin üçün eynidir.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ عِبَادٌ أَمْثَالُكُمْ فَٱدْعُوهُمْ فَلْيَسْتَجِيبُوا۟ لَكُمْ إِن كُنتُمْ صَٰدِقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevAllahdan qeyri dua etdikləriniz də sizin kimi qullardır. Əgər (iddianızda) doğrusunuzsa, haydı onları çağırın, (qoy onlar da) sizə cavab versinlər.

Bu ayənin bütün tercümələrinə bax →

أَلَهُمْ أَرْجُلٌ يَمْشُونَ بِهَآ أَمْ لَهُمْ أَيْدٍ يَبْطِشُونَ بِهَآ أَمْ لَهُمْ أَعْيُنٌ يُبْصِرُونَ بِهَآ أَمْ لَهُمْ ءَاذَانٌ يَسْمَعُونَ بِهَا قُلِ ٱدْعُوا۟ شُرَكَآءَكُمْ ثُمَّ كِيدُونِ فَلَا تُنظِرُونِ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər onların (Allahdan qeyri dua etdiyiniz bütlərin) yeriyən ayaqlarımı var? Yaxud onların tutan əllərimi var? Yoxsa onların görən gözlərimi var? Və ya onların eşidən qulaqlarımı var? De: “Haydı, çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ وَلِـِّۧىَ ٱللَّهُ ٱلَّذِى نَزَّلَ ٱلْكِتَٰبَ وَهُوَ يَتَوَلَّى ٱلصَّٰلِحِينَ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ تَدْعُونَ مِن دُونِهِۦ لَا يَسْتَطِيعُونَ نَصْرَكُمْ وَلَآ أَنفُسَهُمْ يَنصُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllahdan qeyri dua etdikləriniz nə sizə, nə də özlərinə bir yardım edə bilərlər”.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن تَدْعُوهُمْ إِلَى ٱلْهُدَىٰ لَا يَسْمَعُوا۟ وَتَرَىٰهُمْ يَنظُرُونَ إِلَيْكَ وَهُمْ لَا يُبْصِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnları doğru yola çağırsanız, sizi eşitməzlər. Onları sənə baxan görürsən, halbuki onlar görmürlər.

Bu ayənin bütün tercümələrinə bax →

خُذِ ٱلْعَفْوَ وَأْمُرْ بِٱلْعُرْفِ وَأَعْرِضْ عَنِ ٱلْجَٰهِلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSən bağışlama yolunu tut, yaxşı işləri əmr et və cahillərdən üz döndər!

Bu ayənin bütün tercümələrinə bax →

وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيْطَٰنِ نَزْغٌ فَٱسْتَعِذْ بِٱللَّهِ إِنَّهُۥ سَمِيعٌ عَلِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, eşidəndir, biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ ٱتَّقَوْا۟ إِذَا مَسَّهُمْ طَٰٓئِفٌ مِّنَ ٱلشَّيْطَٰنِ تَذَكَّرُوا۟ فَإِذَا هُم مُّبْصِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman dərhal Allahı xatırlayar və (bunun şeytandan olduğunu) bilərlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِخْوَٰنُهُمْ يَمُدُّونَهُمْ فِى ٱلْغَىِّ ثُمَّ لَا يُقْصِرُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər, sonra da onlardan əl çəkməzlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا لَمْ تَأْتِهِم بِـَٔايَةٍ قَالُوا۟ لَوْلَا ٱجْتَبَيْتَهَا قُلْ إِنَّمَآ أَتَّبِعُ مَا يُوحَىٰٓ إِلَىَّ مِن رَّبِّى هَٰذَا بَصَآئِرُ مِن رَّبِّكُمْ وَهُدًى وَرَحْمَةٌ لِّقَوْمٍ يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Muhamməd!) Onlara bir ayə gətirmədiyin zaman: “Nə olardı ki, onu da (özündən) uyduraydın?”– deyərlər. De: “Mən yalnız Rəbbimdən mənə vəhy olunanlara tabe oluram. Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir qövm üçün doğru yolu göstərən rəhbər və mərhəmətdir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا قُرِئَ ٱلْقُرْءَانُ فَٱسْتَمِعُوا۟ لَهُۥ وَأَنصِتُوا۟ لَعَلَّكُمْ تُرْحَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevQuran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱذْكُر رَّبَّكَ فِى نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً وَدُونَ ٱلْجَهْرِ مِنَ ٱلْقَوْلِ بِٱلْغُدُوِّ وَٱلْـَٔاصَالِ وَلَا تَكُن مِّنَ ٱلْغَٰفِلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSəhər-axşam nəfsində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ عِندَ رَبِّكَ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِۦ وَيُسَبِّحُونَهُۥ وَلَهُۥ يَسْجُدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbinin hüzurunda olan mələklər Ona ibadət etməkdə təkəbbürlük göstərməz, Onun şəninə təriflər deyər və yalnız Ona səcdə edirlər.

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70