caseriqQuranda məna axtarışı

Muhammad surəsi محمد

38 ayə · Mədinə · nazil olma sırası 95

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعْمَٰلَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevKafirlərin və (insanları) Allahın yolundan azdıranların əməllərini (Allah) puça çıxarmışdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَءَامَنُوا۟ بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍ وَهُوَ ٱلْحَقُّ مِن رَّبِّهِمْ كَفَّرَ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ

Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib saleh əməllər edənlərin və Rəbbindən haqq olaraq Muhammədə nazil edilənə inananların Allah günahlarını örtmüş və (din və dünya) işlərini islah etmişdir.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ بِأَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ ٱتَّبَعُوا۟ ٱلْبَٰطِلَ وَأَنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّبَعُوا۟ ٱلْحَقَّ مِن رَّبِّهِمْ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ لِلنَّاسِ أَمْثَٰلَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevBu ona görədir ki, kafirlər batilə tabe olmuş, iman gətirənlər isə Rəbbindən gələn haqqa tabe olmuşlar. Allah, insanlara özlərinə aid misalları belə çəkər.

Bu ayənin bütün tercümələrinə bax →

فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُوا۟ فَضَرْبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثْخَنتُمُوهُمْ فَشُدُّوا۟ ٱلْوَثَاقَ فَإِمَّا مَنًّۢا بَعْدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلْحَرْبُ أَوْزَارَهَا ذَٰلِكَ وَلَوْ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنْهُمْ وَلَٰكِن لِّيَبْلُوَا۟ بَعْضَكُم بِبَعْضٍ وَٱلَّذِينَ قُتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعْمَٰلَهُمْ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey möminlər!) Kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları məğlub etdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Müharibə bitdikdə isə onları ya fidyəsiz, ya da fidyə alıb azad edin. Bu (Allahın hökmüdür). Əgər Allah istəsəydi, onlardan (döyüşsüz də) intiqam alardı. Lakin O, sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Onun yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz.

Bu ayənin bütün tercümələrinə bax →

سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) onları doğru yola yönəldəcək, onların (din və dünya) işlərini islah edəcək

Bu ayənin bütün tercümələrinə bax →

وَيُدْخِلُهُمُ ٱلْجَنَّةَ عَرَّفَهَا لَهُمْ

Azerbaijani Translation - Ali Khan Musayevvə onları (dünyada) özlərinə tanıtdığı Cənnətə daxil edəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تَنصُرُوا۟ ٱللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ

Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək etsəniz, O da sizə kömək edər və qədəmlərinizi (döyüşdə və ya sirat körpüsündə) sabit edər.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ كَفَرُوا۟ فَتَعْسًا لَّهُمْ وَأَضَلَّ أَعْمَٰلَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevMəhv olsun kafirlər! Allah onların əməllərini puça çıxardar.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ بِأَنَّهُمْ كَرِهُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحْبَطَ أَعْمَٰلَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevBu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət etdilər, O da onların əməllərini puça çıxartdı.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ دَمَّرَ ٱللَّهُ عَلَيْهِمْ وَلِلْكَٰفِرِينَ أَمْثَٰلُهَا

Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Allah onları yerlə yeksan etmişdir. Kafirləri də buna bənzərləri gözləyir.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ مَوْلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَأَنَّ ٱلْكَٰفِرِينَ لَا مَوْلَىٰ لَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevBu ona görədir ki, Allah möminlərin Dostudur. Kafirlərin isə dostu yoxdur.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ وَٱلَّذِينَ كَفَرُوا۟ يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ ٱلْأَنْعَٰمُ وَٱلنَّارُ مَثْوًى لَّهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevAllah iman gətirib saleh əməllər edənləri (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edər. Kafirlər isə (dünya həyatından) zövq alıb, heyvan kimi yeyib-içərlər. Onların yeri Oddur!

Bu ayənin bütün tercümələrinə bax →

وَكَأَيِّن مِّن قَرْيَةٍ هِىَ أَشَدُّ قُوَّةً مِّن قَرْيَتِكَ ٱلَّتِىٓ أَخْرَجَتْكَ أَهْلَكْنَٰهُمْ فَلَا نَاصِرَ لَهُمْ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Səni qovub çıxaran məmləkətindən daha qüvvətli neçə-neçə məmləkət var idi ki, Biz onları məhv etdik və onlara kömək edən də tapılmadı.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّهِۦ كَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُم

Azerbaijani Translation - Ali Khan MusayevMəgər Rəbbindən bir dəlilə istinad edən kimsə, pis əməli özünə gözəl göstərilən və istəklərinə uyan kimsələr kimi ola bilərmi?!

Bu ayənin bütün tercümələrinə bax →

مَّثَلُ ٱلْجَنَّةِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ فِيهَآ أَنْهَٰرٌ مِّن مَّآءٍ غَيْرِ ءَاسِنٍ وَأَنْهَٰرٌ مِّن لَّبَنٍ لَّمْ يَتَغَيَّرْ طَعْمُهُۥ وَأَنْهَٰرٌ مِّنْ خَمْرٍ لَّذَّةٍ لِّلشَّٰرِبِينَ وَأَنْهَٰرٌ مِّنْ عَسَلٍ مُّصَفًّى وَلَهُمْ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَمَغْفِرَةٌ مِّن رَّبِّهِمْ كَمَنْ هُوَ خَٰلِدٌ فِى ٱلنَّارِ وَسُقُوا۟ مَآءً حَمِيمًا فَقَطَّعَ أَمْعَآءَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevMüttəqilərə vəd olunan Cənnətin vəsfi belədir: orada tamı dəyişməyən sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvələr və Rəbbi tərəfindən bağışlanma vardır. Məgər o, od içində əbədi qalacaq və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?!

Bu ayənin bütün tercümələrinə bax →

وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ حَتَّىٰٓ إِذَا خَرَجُوا۟ مِنْ عِندِكَ قَالُوا۟ لِلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ مَاذَا قَالَ ءَانِفًا أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Onların (münafiqlərin) arasında səni dinləyənlər də var. Nəhayət, onlar sənin yanından çıxdıqda, özlərinə elm verilmiş kimsələrə (istehza ilə) deyərlər: “O, bayaq nə deyirdi?” Onlar, Allahın, qəlblərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ ٱهْتَدَوْا۟ زَادَهُمْ هُدًى وَءَاتَىٰهُمْ تَقْوَىٰهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevDoğru yola yönələnlərə gəldikdə isə Allah onların hidayətini artırar və onları təqvaya (saleh əməllərə) müvəffəq edər.

Bu ayənin bütün tercümələrinə bax →

فَهَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً فَقَدْ جَآءَ أَشْرَاطُهَا فَأَنَّىٰ لَهُمْ إِذَا جَآءَتْهُمْ ذِكْرَىٰهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa (kafirlər) Qiyamət saatının qəfildən onlara gəlməsinimi gözləyirlər?! Artıq onun (Muhammədin Peyğəmbər olaraq göndərilməsi və ayın iki yerə yarılması kimi) əlamətləri gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almalarının nə faydası?!

Bu ayənin bütün tercümələrinə bax →

فَٱعْلَمْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ وَٱللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَىٰكُمْ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Bil ki, Allahdan başqa (ibadətə layiq olan heç bir) ilah yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə və mömin qadınların bağışlanmasını dilə. Allah (gündüzlər) gəzib-dolaşdığınız yeri də, (gecələr) gecələyəcəyiniz məskəni də bilir.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوا۟ لَوْلَا نُزِّلَتْ سُورَةٌ فَإِذَآ أُنزِلَتْ سُورَةٌ مُّحْكَمَةٌ وَذُكِرَ فِيهَا ٱلْقِتَالُ رَأَيْتَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ يَنظُرُونَ إِلَيْكَ نَظَرَ ٱلْمَغْشِىِّ عَلَيْهِ مِنَ ٱلْمَوْتِ فَأَوْلَىٰ لَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevMöminlər: “Kaş (cihada dair) bir surə nazil olaydı!”- deyirlər. Hökmü bəlli bir surə nazil olub orada döyüş zikir edildikdə qəlbində xəstəlik olanların sənə, ölüm ayağında bayılan kimsənin baxışı ilə baxdıqlarını görərsən. Onlar üçün daha yaxşı olardı ki,

Bu ayənin bütün tercümələrinə bax →

طَاعَةٌ وَقَوْلٌ مَّعْرُوفٌ فَإِذَا عَزَمَ ٱلْأَمْرُ فَلَوْ صَدَقُوا۟ ٱللَّهَ لَكَانَ خَيْرًا لَّهُمْ

Azerbaijani Translation - Ali Khan Musayevitaət etsinlər və xoş söz söyləsinlər. (Cihada) qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı.

Bu ayənin bütün tercümələrinə bax →

فَهَلْ عَسَيْتُمْ إِن تَوَلَّيْتُمْ أَن تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ وَتُقَطِّعُوٓا۟ أَرْحَامَكُمْ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər (haqdan) üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz.

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَىٰٓ أَبْصَٰرَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar Allahın lənətlədiyi, qulaqlarını kar, gözlərini də kor etdiyi kimsələrdir.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَآ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar Quranı düşünmürlərmi?! Yoxsa qəlbləri qıfıllıdır?!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ ٱرْتَدُّوا۟ عَلَىٰٓ أَدْبَٰرِهِم مِّنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَى ٱلشَّيْطَٰنُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevÖzlərinə hidayət yolu bəlli olduqdan sonra (haqdan dönüb) geriyə üz tutan kimsələrə şeytan (günah işləri) gözəl göstərmiş və onlara uzun ömür vəd etmişdir.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لِلَّذِينَ كَرِهُوا۟ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمْ فِى بَعْضِ ٱلْأَمْرِ وَٱللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevBu onların (münafiqlərin) Allahın nazil etdiyinə nifrət edənlərə (müşriklərə): “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dediklərinə görədir. Allah onların sirlərini bilir.

Bu ayənin bütün tercümələrinə bax →

فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ ٱلْمَلَٰٓئِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَٰرَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevBəs mələklər onların üzlərinə və arxalarına vuraraq canlarını alanda onların halı necə olacaqdır?!

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ بِأَنَّهُمُ ٱتَّبَعُوا۟ مَآ أَسْخَطَ ٱللَّهَ وَكَرِهُوا۟ رِضْوَٰنَهُۥ فَأَحْبَطَ أَعْمَٰلَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevBu onların Allahı qəzəbləndirən şeylərə uyduqlarına və Onun razı qaldığı şeylərə nifrət etdiklərinə görədir. Buna görə də Allah onların əməllərini boşa çıxartdı.

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ حَسِبَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخْرِجَ ٱللَّهُ أَضْغَٰنَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa qəlblərində xəstəlik olanlar, Allah onların (qəlblərindəki) kin-küdurətini üzə çıxarmayacağını hesab edirdilər?!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ نَشَآءُ لَأَرَيْنَٰكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَٰهُمْ وَلَتَعْرِفَنَّهُمْ فِى لَحْنِ ٱلْقَوْلِ وَٱللَّهُ يَعْلَمُ أَعْمَٰلَكُمْ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَنَبْلُوَنَّكُمْ حَتَّىٰ نَعْلَمَ ٱلْمُجَٰهِدِينَ مِنكُمْ وَٱلصَّٰبِرِينَ وَنَبْلُوَا۟ أَخْبَارَكُمْ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey möminlər!) Biz aranızdakı mücahidləri və səbir edənləri ayırd edib üzə çıxardanadək sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də (Allahın əmrinə tabe olub cihad edənləri və tənbəllik edib cihaddan geridə qalanları da) yoxlayacağıq.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ وَشَآقُّوا۟ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَىٰ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًٔا وَسَيُحْبِطُ أَعْمَٰلَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevSözsüz ki, kafir olanlar, (insanları) Allah yolundan azdıranlar və hidayət yolu özlərinə bəlli olduqdan sonra Peyğəmbərə düşmənçilik edənlər Allaha heç bir zərər verə bilməzlər. Allah onların əməllərini puça çıxaracaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَلَا تُبْطِلُوٓا۟ أَعْمَٰلَكُمْ

Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ثُمَّ مَاتُوا۟ وَهُمْ كُفَّارٌ فَلَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, kafir olanları, (insanları) Allah yolundan azdıranları, sonra da kafir olaraq ölənləri, Allah bağışlamayacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَا تَهِنُوا۟ وَتَدْعُوٓا۟ إِلَى ٱلسَّلْمِ وَأَنتُمُ ٱلْأَعْلَوْنَ وَٱللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَٰلَكُمْ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Möminlər!) Zəiflik göstərməyin və üstün olduğunuz halda (kafirləri) sülhə çağırmayın! Allah sizinlədir. O sizin əməllərinizi (əməllərinizin savabını) əskiltməz.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَإِن تُؤْمِنُوا۟ وَتَتَّقُوا۟ يُؤْتِكُمْ أُجُورَكُمْ وَلَا يَسْـَٔلْكُمْ أَمْوَٰلَكُمْ

Azerbaijani Translation - Ali Khan MusayevDünya həyatı sadəcə oyun və əyləncədən ibarətdir. Əgər iman gətirib (Allahdan) qorxsanız, O sizə mükafatlarınızı verər və sizdən mal-dövlətinizi istəməz.

Bu ayənin bütün tercümələrinə bax →

إِن يَسْـَٔلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُوا۟ وَيُخْرِجْ أَضْغَٰنَكُمْ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər (Allah) sizdən bunu istəsə və sizdən təkidlə tələb etsə, siz xəsislik göstərsəniz, O, kin-küdurətinizi üzə çıxardar.

Bu ayənin bütün tercümələrinə bax →

هَٰٓأَنتُمْ هَٰٓؤُلَآءِ تُدْعَوْنَ لِتُنفِقُوا۟ فِى سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبْخَلُ وَمَن يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَن نَّفْسِهِۦ وَٱللَّهُ ٱلْغَنِىُّ وَأَنتُمُ ٱلْفُقَرَآءُ وَإِن تَتَوَلَّوْا۟ يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوٓا۟ أَمْثَٰلَكُم

Azerbaijani Translation - Ali Khan MusayevBudur, siz Allah yolunda (malınızdan) xərcləməyə çağırılırsınız. Aranızda isə xəsislik edənlər də vardır. Kim xəsislik etsə, ancaq öz əleyhinə xəsislik etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə başqa bir qövm gətirər sonra onlar sizin kimi olmazlar.

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70