caseriqQuranda məna axtarışı

Fussilat surəsi فصلت

54 ayə · Məkkə · nazil olma sırası 61

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ

Azerbaijani Translation - Ali Khan MusayevHə. Mim.

Bu ayənin bütün tercümələrinə bax →

تَنزِيلٌ مِّنَ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

Azerbaijani Translation - Ali Khan Musayev(Bu Quran) Mərhəmətli və Rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir.

Bu ayənin bütün tercümələrinə bax →

كِتَٰبٌ فُصِّلَتْ ءَايَٰتُهُۥ قُرْءَانًا عَرَبِيًّا لِّقَوْمٍ يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Bu) bilən bir qövm üçün ərəbcə Quran olaraq ayələri müfəssəl izah edilmiş bir kitabdır.

Bu ayənin bütün tercümələrinə bax →

بَشِيرًا وَنَذِيرًا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(O) müjdə verən və qorxudan olaraq (göndərilmişdir). Lakin onların əksəriyyəti (haqqı) eşitməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالُوا۟ قُلُوبُنَا فِىٓ أَكِنَّةٍ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ وَفِىٓ ءَاذَانِنَا وَقْرٌ وَمِنۢ بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ فَٱعْمَلْ إِنَّنَا عَٰمِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar deyirlər: “Bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda karlıq və bizimlə sənin aranda bir örtük vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik!”

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ إِنَّمَآ أَنَا۠ بَشَرٌ مِّثْلُكُمْ يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَٰهُكُمْ إِلَٰهٌ وَٰحِدٌ فَٱسْتَقِيمُوٓا۟ إِلَيْهِ وَٱسْتَغْفِرُوهُ وَوَيْلٌ لِّلْمُشْرِكِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) De: “Mən də sizin kimi bir insanam. Mənə ilahınızın yalnız tək bir ilah olduğu vəhy olunur. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ لَا يُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ كَٰفِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO kəslər ki, zəkat vermir və axirəti inkar edirlər.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ

Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib saleh əməllər edənlər üçün tükənməz nemətlər vardır”.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِٱلَّذِى خَلَقَ ٱلْأَرْضَ فِى يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُۥٓ أَندَادًا ذَٰلِكَ رَبُّ ٱلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) De: “Doğrudanmı siz yeri iki (bazar və birinci) gündə yaradana küfr edir və Ona şəriklər qoşursunuz?! O, aləmlərin Rəbbidir.

Bu ayənin bütün tercümələrinə bax →

وَجَعَلَ فِيهَا رَوَٰسِىَ مِن فَوْقِهَا وَبَٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقْوَٰتَهَا فِىٓ أَرْبَعَةِ أَيَّامٍ سَوَآءً لِّلسَّآئِلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevO, dörd gün ərzində (bazar, birinci, ikinci və üçüncü günlərdə) yerin üzərində möhkəm duran dağlar yerləşdirdi, yeri bərəkətli etdi və (ruzi) istəyənlər üçün orada (yer əhlinin) ruzisini təqdir etdi. (Yaxud bütün bunların hamısının neçə gündə yaradıldığını soruşanların bilməsi üçün Allah onları dörd gün ərzində xəlq etdi).

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə buyurdu: “Könüllü surətdə və ya məcburi olaraq gəlin (əmrimə boyun əyin)!” Onlar: “Könüllü olaraq gəldik!”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

فَقَضَىٰهُنَّ سَبْعَ سَمَٰوَاتٍ فِى يَوْمَيْنِ وَأَوْحَىٰ فِى كُلِّ سَمَآءٍ أَمْرَهَا وَزَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَٰبِيحَ وَحِفْظًا ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ

Azerbaijani Translation - Ali Khan MusayevO, iki (dördüncü və beşinci) gündə onları yeddi göy olaraq yaratdı və hər göyə onun özünə aid iş tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və (onu) hifz etdik. Bu, Qüdrətli və Bilən Allahın təqdiridir.

Bu ayənin bütün tercümələrinə bax →

فَإِنْ أَعْرَضُوا۟ فَقُلْ أَنذَرْتُكُمْ صَٰعِقَةً مِّثْلَ صَٰعِقَةِ عَادٍ وَثَمُودَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər üz döndərsələr, de: “Mən sizi Ad və Səmud ildırımına bənzər bir ildırım barədə xəbərdar edirəm”.

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ جَآءَتْهُمُ ٱلرُّسُلُ مِنۢ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ قَالُوا۟ لَوْ شَآءَ رَبُّنَا لَأَنزَلَ مَلَٰٓئِكَةً فَإِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَٰفِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevPeyğəmbərlər onlara önlərindən və arxalarından (bir-birinin ardınca) gələrək: “Allahdan başqasına ibadət etməyin”– dedikləri zaman: “Rəbbimiz istəsəydi əlbəttə mələklər endirərdi. Biz sizinlə göndərilənləri inkar edirik!”– demişdilər.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَمَّا عَادٌ فَٱسْتَكْبَرُوا۟ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَقَالُوا۟ مَنْ أَشَدُّ مِنَّا قُوَّةً أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةً وَكَانُوا۟ بِـَٔايَٰتِنَا يَجْحَدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAd (qövmünə) gəlincə, onlar yer üzündə haqsız yerə təkəbbür göstərib dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmədilərmi?! Onlar ayələrimizi inkar edirdilər.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِىٓ أَيَّامٍ نَّحِسَاتٍ لِّنُذِيقَهُمْ عَذَابَ ٱلْخِزْىِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَخْزَىٰ وَهُمْ لَا يُنصَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün uğursuz günlərdə üstlərinə vıyıltılı külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də edilməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَمَّا ثَمُودُ فَهَدَيْنَٰهُمْ فَٱسْتَحَبُّوا۟ ٱلْعَمَىٰ عَلَى ٱلْهُدَىٰ فَأَخَذَتْهُمْ صَٰعِقَةُ ٱلْعَذَابِ ٱلْهُونِ بِمَا كَانُوا۟ يَكْسِبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSəmud (qövmünə) gəldikdə isə, Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular. Odur ki, onları qazandıqları (günahlar) üzündən alçaldıcı əzab ildırımı yaxaladı.

Bu ayənin bütün tercümələrinə bax →

وَنَجَّيْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ

Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib (Allahdan) qorxanları isə xilas etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَوْمَ يُحْشَرُ أَعْدَآءُ ٱللَّهِ إِلَى ٱلنَّارِ فَهُمْ يُوزَعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllahın düşmənləri Cəhənnəmə toplanılacaqları gün onlar (axırdakıların əvvəldəkilərə gəlib çatması üçün bir yerdə) saxlanılacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

حَتَّىٰٓ إِذَا مَا جَآءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَٰرُهُمْ وَجُلُودُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevNəhayət, onlar oraya (Cəhənnəmə) gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالُوا۟ لِجُلُودِهِمْ لِمَ شَهِدتُّمْ عَلَيْنَا قَالُوٓا۟ أَنطَقَنَا ٱللَّهُ ٱلَّذِىٓ أَنطَقَ كُلَّ شَىْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. (Dəriləri) deyəcək: “Bizi hər şeyi danışdıran Allah danışdırdı”. Sizi ilk dəfə O yaratmışdır və siz Ona qaytarılacaqsınız.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا كُنتُمْ تَسْتَتِرُونَ أَن يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَآ أَبْصَٰرُكُمْ وَلَا جُلُودُكُمْ وَلَٰكِن ظَنَنتُمْ أَنَّ ٱللَّهَ لَا يَعْلَمُ كَثِيرًا مِّمَّا تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Əzaları onlara deyəcək:) Siz (günah işləyərkən) qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahidlik etməsindən çəkinmirdiniz. Lakin etdiyiniz əməllərin çoxunu Allahın bilmədiyini zənn edirdiniz.

Bu ayənin bütün tercümələrinə bax →

وَذَٰلِكُمْ ظَنُّكُمُ ٱلَّذِى ظَنَنتُم بِرَبِّكُمْ أَرْدَىٰكُمْ فَأَصْبَحْتُم مِّنَ ٱلْخَٰسِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbiniz barəsində olan bu zənniniz (Allahın etdiyiniz əməllərin çoxunu bilməməsi) sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz.

Bu ayənin bütün tercümələrinə bax →

فَإِن يَصْبِرُوا۟ فَٱلنَّارُ مَثْوًى لَّهُمْ وَإِن يَسْتَعْتِبُوا۟ فَمَا هُم مِّنَ ٱلْمُعْتَبِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Əzaba) dözsələr də, onların yeri oddur. Onlar mərhəmət diləsələr də, onlara mərhəmət göstərilməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَيَّضْنَا لَهُمْ قُرَنَآءَ فَزَيَّنُوا۟ لَهُم مَّا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ فِىٓ أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ إِنَّهُمْ كَانُوا۟ خَٰسِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onlara (fasiq) dostlar qoşduq və (bu dostlar) onlara öndəkilərini və arxadakılarını gözəl göstərdilər (dünyanı sevdirib, axirəti unutdurdular). Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki Söz onlar barəsində də gerçək oldu. Həqiqətən də, onlar ziyana uğradılar.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَا تَسْمَعُوا۟ لِهَٰذَا ٱلْقُرْءَانِ وَٱلْغَوْا۟ فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevKafirlər: “Bu Qurana qulaq asmayın, (o oxunarkən) hay-küy salın. Bəlkə, (Muhammədə) qalib gələsiniz”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَنُذِيقَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ عَذَابًا شَدِيدًا وَلَنَجْزِيَنَّهُمْ أَسْوَأَ ٱلَّذِى كَانُوا۟ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz kafirlərə mütləq şiddətli bir əzab daddıracaq və onları etdikləri əməllərin ən pisi ilə cəzalandıracağıq.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ جَزَآءُ أَعْدَآءِ ٱللَّهِ ٱلنَّارُ لَهُمْ فِيهَا دَارُ ٱلْخُلْدِ جَزَآءًۢ بِمَا كَانُوا۟ بِـَٔايَٰتِنَا يَجْحَدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBudur Allahın düşmənlərinin cəzası – Od! Ayələrimizi inkar etmələrinin cəzası olaraq orada onlar üçün əbədi yurd vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ رَبَّنَآ أَرِنَا ٱلَّذَيْنِ أَضَلَّانَا مِنَ ٱلْجِنِّ وَٱلْإِنسِ نَجْعَلْهُمَا تَحْتَ أَقْدَامِنَا لِيَكُونَا مِنَ ٱلْأَسْفَلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevKafirlər deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, biz onları ayaqlarımız altına salaq, beləcə onlar zəlillərdən (yaxud Cəhənnəmin ən aşağı təbəqəsinə düşənlərdən) olsunlar”.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ قَالُوا۟ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسْتَقَٰمُوا۟ تَتَنَزَّلُ عَلَيْهِمُ ٱلْمَلَٰٓئِكَةُ أَلَّا تَخَافُوا۟ وَلَا تَحْزَنُوا۟ وَأَبْشِرُوا۟ بِٱلْجَنَّةِ ٱلَّتِى كُنتُمْ تُوعَدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə (ölüm anında) mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!

Bu ayənin bütün tercümələrinə bax →

نَحْنُ أَوْلِيَآؤُكُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْـَٔاخِرَةِ وَلَكُمْ فِيهَا مَا تَشْتَهِىٓ أَنفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkdiyi və istədiyiniz hər şey vardır.

Bu ayənin bütün tercümələrinə bax →

نُزُلًا مِّنْ غَفُورٍ رَّحِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevBağışlayan və Rəhmli (Allah) tərəfindən bir ziyafət olaraq”.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَنْ أَحْسَنُ قَوْلًا مِّمَّن دَعَآ إِلَى ٱللَّهِ وَعَمِلَ صَٰلِحًا وَقَالَ إِنَّنِى مِنَ ٱلْمُسْلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevAllaha tərəf çağıran, saleh əməl edən və: “Mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz söyləyən kim ola bilər?!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَسْتَوِى ٱلْحَسَنَةُ وَلَا ٱلسَّيِّئَةُ ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ فَإِذَا ٱلَّذِى بَيْنَكَ وَبَيْنَهُۥ عَدَٰوَةٌ كَأَنَّهُۥ وَلِىٌّ حَمِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevYaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا يُلَقَّىٰهَآ إِلَّا ٱلَّذِينَ صَبَرُوا۟ وَمَا يُلَقَّىٰهَآ إِلَّا ذُو حَظٍّ عَظِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevBu ancaq səbir edənlərə verilər və ancaq böyük qismət sahiblərinə nəsib olar.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيْطَٰنِ نَزْغٌ فَٱسْتَعِذْ بِٱللَّهِ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

وَمِنْ ءَايَٰتِهِ ٱلَّيْلُ وَٱلنَّهَارُ وَٱلشَّمْسُ وَٱلْقَمَرُ لَا تَسْجُدُوا۟ لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَٱسْجُدُوا۟ لِلَّهِ ٱلَّذِى خَلَقَهُنَّ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevGecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə dəlalət edən) dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin.

Bu ayənin bütün tercümələrinə bax →

فَإِنِ ٱسْتَكْبَرُوا۟ فَٱلَّذِينَ عِندَ رَبِّكَ يُسَبِّحُونَ لَهُۥ بِٱلَّيْلِ وَٱلنَّهَارِ وَهُمْ لَا يَسْـَٔمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlar (Allaha səcdə etməkdən) təkəbbürlük göstərsələr (bilsinlər ki), Rəbbinin yanında olanlar (mələklər) gecə-gündüz usanmadan Onun şəninə təriflər deyərlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَمِنْ ءَايَٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلْأَرْضَ خَٰشِعَةً فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْ إِنَّ ٱلَّذِىٓ أَحْيَاهَا لَمُحْىِ ٱلْمَوْتَىٰٓ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevYer üzünü qupquru görməyin də Onun (vəhdaniyyətinə dəlalət edən) dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır (müxtəlif növ bitkilər yetişdirər). Şübhəsiz ki, onu canlandıran (Allah), ölüləri də mütləq dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ يُلْحِدُونَ فِىٓ ءَايَٰتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَآ أَفَمَن يُلْقَىٰ فِى ٱلنَّارِ خَيْرٌ أَم مَّن يَأْتِىٓ ءَامِنًا يَوْمَ ٱلْقِيَٰمَةِ ٱعْمَلُوا۟ مَا شِئْتُمْ إِنَّهُۥ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevSözsüz ki, ayələrimizdən üz döndərənlər Bizdən gizli qalmazlar. Oda atılan kimsə yaxşıdır, yoxsa Qiyamət günü əmin-amanlıq içində gələn kimsə?! İstədiyinizi edin! Həqiqətən O, nə etdiklərinizi görür.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِٱلذِّكْرِ لَمَّا جَآءَهُمْ وَإِنَّهُۥ لَكِتَٰبٌ عَزِيزٌ

Azerbaijani Translation - Ali Khan MusayevÖzlərinə Zikr (Quran) gəldiyi zaman ona küfür edənlər (cəzalandırılacaqlar). Həqiqətən, bu, əziz (eyibdən uzaq) bir Kitabdır.

Bu ayənin bütün tercümələrinə bax →

لَّا يَأْتِيهِ ٱلْبَٰطِلُ مِنۢ بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِۦ تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ

Azerbaijani Translation - Ali Khan MusayevBatil ona nə önündən, nə də arxasından gələ bilməz. O, hikmət sahibi, tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir.

Bu ayənin bütün tercümələrinə bax →

مَّا يُقَالُ لَكَ إِلَّا مَا قَدْ قِيلَ لِلرُّسُلِ مِن قَبْلِكَ إِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ وَذُو عِقَابٍ أَلِيمٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Sənə deyilənlər, səndən əvvəlki elçilərə deyilənlərdən (sehribaz, yalançı, məcnun və s. bu kimi sözlərdən) başqa bir şey deyildir. Həqiqətən, sənin Rəbbin bağışlayandır, şiddətli cəza verəndir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ جَعَلْنَٰهُ قُرْءَانًا أَعْجَمِيًّا لَّقَالُوا۟ لَوْلَا فُصِّلَتْ ءَايَٰتُهُۥٓ ءَا۬عْجَمِىٌّ وَعَرَبِىٌّ قُلْ هُوَ لِلَّذِينَ ءَامَنُوا۟ هُدًى وَشِفَآءٌ وَٱلَّذِينَ لَا يُؤْمِنُونَ فِىٓ ءَاذَانِهِمْ وَقْرٌ وَهُوَ عَلَيْهِمْ عَمًى أُو۟لَٰٓئِكَ يُنَادَوْنَ مِن مَّكَانٍۭ بَعِيدٍ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? (Kitab) başqa dildə, (Peyğəmbər isə) ərəbmidir?!” De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ فَٱخْتُلِفَ فِيهِ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ وَإِنَّهُمْ لَفِى شَكٍّ مِّنْهُ مُرِيبٍ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Musaya da Kitab verdik, lakin onun barəsində ixtilaf düşdü. Əgər Rəbbinin (cəzanın müəyyən bir vaxtadək təxirə salınması barəsindəki) öncədən buyurduğu Söz olmasaydı, onların arasında hökm verilmiş olardı. Həqiqətən, (kafirlər) onun (Quran) barəsində anlaşılmaz bir şübhə içindədirlər.

Bu ayənin bütün tercümələrinə bax →

مَّنْ عَمِلَ صَٰلِحًا فَلِنَفْسِهِۦ وَمَنْ أَسَآءَ فَعَلَيْهَا وَمَا رَبُّكَ بِظَلَّٰمٍ لِّلْعَبِيدِ

Azerbaijani Translation - Ali Khan MusayevKim saleh bir əməl etsə, xeyri özünə, kim də pislik etsə, zərəri əleyhinə olar. Rəbbin qullara zülm edən deyildir.

Bu ayənin bütün tercümələrinə bax →

إِلَيْهِ يُرَدُّ عِلْمُ ٱلسَّاعَةِ وَمَا تَخْرُجُ مِن ثَمَرَٰتٍ مِّنْ أَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِۦ وَيَوْمَ يُنَادِيهِمْ أَيْنَ شُرَكَآءِى قَالُوٓا۟ ءَاذَنَّٰكَ مَا مِنَّا مِن شَهِيدٍ

Azerbaijani Translation - Ali Khan MusayevQiyamət saatının elmi yalnız Ona məxsusdur. O bilmədən heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə qalmaz və bətnində daşıdığı yükü yerə qoymaz. O gün (Allah) onlara (müşriklərə) nida edib: “Şəriklərim haradadır?”– deyəcək. Onlar da: “Biz Sənə bildirdik ki, aramızda (Sənin şərikin olduğuna şəhadət verəcək) heç bir şahid yoxdur!”– deyəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَدْعُونَ مِن قَبْلُ وَظَنُّوا۟ مَا لَهُم مِّن مَّحِيصٍ

Azerbaijani Translation - Ali Khan MusayevƏvvəllər tapındıqları (bütlər) onları qoyub gedəcək və onlar özləri üçün bir qurtuluş yeri olmadığını yəqin biləcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

لَّا يَسْـَٔمُ ٱلْإِنسَٰنُ مِن دُعَآءِ ٱلْخَيْرِ وَإِن مَّسَّهُ ٱلشَّرُّ فَيَـُٔوسٌ قَنُوطٌ

Azerbaijani Translation - Ali Khan Musayevİnsan özünə (mal-dövlət, sağlamlıq, oğul-uşaq və s. bu kimi) xeyir diləməkdən usanmaz. Əgər ona bir pislik toxunsa, məyus olub ümidsizliyə qapanar.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَئِنْ أَذَقْنَٰهُ رَحْمَةً مِّنَّا مِنۢ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ هَٰذَا لِى وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةً وَلَئِن رُّجِعْتُ إِلَىٰ رَبِّىٓ إِنَّ لِى عِندَهُۥ لَلْحُسْنَىٰ فَلَنُنَبِّئَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِمَا عَمِلُوا۟ وَلَنُذِيقَنَّهُم مِّنْ عَذَابٍ غَلِيظٍ

Azerbaijani Translation - Ali Khan MusayevBaşına gələn zərərdən sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq: “Bu mənim haqqımdır. Qiyamətin qopacağını güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət vardır!”– deyər. Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara mütləq ağır bir əzab daddıracağıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَآ أَنْعَمْنَا عَلَى ٱلْإِنسَٰنِ أَعْرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ فَذُو دُعَآءٍ عَرِيضٍ

Azerbaijani Translation - Ali Khan Musayevİnsana nemət verdiyimiz zaman üz çevirib (haqdan) uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı dua edər.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ أَرَءَيْتُمْ إِن كَانَ مِنْ عِندِ ٱللَّهِ ثُمَّ كَفَرْتُم بِهِۦ مَنْ أَضَلُّ مِمَّنْ هُوَ فِى شِقَاقٍۭ بَعِيدٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər! Quranı yalan sayan o müşriklərə) de: “Bir deyin görək, əgər (Quran) Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, o zaman haqdan uzaq bir ayrılıq içində olan kimsədən daha çox azmış kim ola bilər?!”

Bu ayənin bütün tercümələrinə bax →

سَنُرِيهِمْ ءَايَٰتِنَا فِى ٱلْـَٔافَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ

Azerbaijani Translation - Ali Khan MusayevOnun (Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm üfüqlərdə (kainatda), həm də öz nəfslərində göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!

Bu ayənin bütün tercümələrinə bax →

أَلَآ إِنَّهُمْ فِى مِرْيَةٍ مِّن لِّقَآءِ رَبِّهِمْ أَلَآ إِنَّهُۥ بِكُلِّ شَىْءٍ مُّحِيطٌۢ

Azerbaijani Translation - Ali Khan MusayevBilin ki, onlar (müşriklər) Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Bilin ki, O, (elmi ilə) hər şeyi əhatə edəndir.

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70