caseriqQuranda məna axtarışı

Al-Anbiyaa surəsi الأنبياء

112 ayə · Məkkə · nazil olma sırası 73

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِى غَفْلَةٍ مُّعْرِضُونَ

Azerbaijani Translation - Ali Khan Musayevİnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində (imandan) üz çevirirlər.

Bu ayənin bütün tercümələrinə bax →

مَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا ٱسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbindən özlərinə bir yeni xəbərdarlıq gəldikdə, ona istehza edərək, qulaq asmazlar –

Bu ayənin bütün tercümələrinə bax →

لَاهِيَةً قُلُوبُهُمْ وَأَسَرُّوا۟ ٱلنَّجْوَى ٱلَّذِينَ ظَلَمُوا۟ هَلْ هَٰذَآ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ أَفَتَأْتُونَ ٱلسِّحْرَ وَأَنتُمْ تُبْصِرُونَ

Azerbaijani Translation - Ali Khan Musayevqəlbləri qəflət içində qaldığı halda. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: “Məgər bu sizin kimi bir insan deyilmi? Gözünüz görə-görə sehrəmi inanacaqsınız?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ رَبِّى يَعْلَمُ ٱلْقَوْلَ فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

Azerbaijani Translation - Ali Khan Musayev(Peyğəmbər) dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, Eşidəndir, Biləndir!”

Bu ayənin bütün tercümələrinə bax →

بَلْ قَالُوٓا۟ أَضْغَٰثُ أَحْلَٰمٍۭ بَلِ ٱفْتَرَىٰهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِـَٔايَةٍ كَمَآ أُرْسِلَ ٱلْأَوَّلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “(Bunlar) qarmaqarışıq yuxulardır! Xeyr, o bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əvvəlki elçilərə göndərilən ayətlər kimi bizə də bir ayət gətirsin”.

Bu ayənin bütün tercümələrinə bax →

مَآ ءَامَنَتْ قَبْلَهُم مِّن قَرْيَةٍ أَهْلَكْنَٰهَآ أَفَهُمْ يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlardan əvvəl məhv etdiyimiz məmləkətlərdən heç biri iman gətirməmişdi. İndi bunlarmı iman gətirəcəklər?

Bu ayənin bütün tercümələrinə bax →

وَمَآ أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًا نُّوحِىٓ إِلَيْهِمْ فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz səndən əvvəl də özlərinə vəhy nazil etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا جَعَلْنَٰهُمْ جَسَدًا لَّا يَأْكُلُونَ ٱلطَّعَامَ وَمَا كَانُوا۟ خَٰلِدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onları yemək yeməyən bir vücud etmədik. Onlar əbədi də deyildilər.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ صَدَقْنَٰهُمُ ٱلْوَعْدَ فَأَنجَيْنَٰهُمْ وَمَن نَّشَآءُ وَأَهْلَكْنَا ٱلْمُسْرِفِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSonra isə, onlara verdiyimiz vədi yerinə yetirdik. Biz həm onları, həm də istədiyimiz kəsləri xilas edib, həddi aşanları məhvə uğratdıq.

Bu ayənin bütün tercümələrinə bax →

لَقَدْ أَنزَلْنَآ إِلَيْكُمْ كِتَٰبًا فِيهِ ذِكْرُكُمْ أَفَلَا تَعْقِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSizə, içində şərəfiniz olan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?

Bu ayənin bütün tercümələrinə bax →

وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍ كَانَتْ ظَالِمَةً وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا ءَاخَرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz zalım olan neçə-neçə məmləkəti məhv edib, onlardan sonra başqa qövmlər yaratdıq.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّآ أَحَسُّوا۟ بَأْسَنَآ إِذَا هُم مِّنْهَا يَرْكُضُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar əzabımızı hiss edincə dərhal oradan qaçmağa başladılar.

Bu ayənin bütün tercümələrinə bax →

لَا تَرْكُضُوا۟ وَٱرْجِعُوٓا۟ إِلَىٰ مَآ أُتْرِفْتُمْ فِيهِ وَمَسَٰكِنِكُمْ لَعَلَّكُمْ تُسْـَٔلُونَ

Azerbaijani Translation - Ali Khan Musayev“Qaçmayın! İçində olduğunuz xoş güzərana və yurdlarınıza qayıdın. Ola bilsin ki, soruşulasınız.”

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ يَٰوَيْلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Vay halımıza! Biz, doğrudan da zalım olmuşuq”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

فَمَا زَالَت تِّلْكَ دَعْوَىٰهُمْ حَتَّىٰ جَعَلْنَٰهُمْ حَصِيدًا خَٰمِدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onları yanmış küləşə döndərənəcən fəryad qoparırdılar.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا خَلَقْنَا ٱلسَّمَآءَ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَٰعِبِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq.

Bu ayənin bütün tercümələrinə bax →

لَوْ أَرَدْنَآ أَن نَّتَّخِذَ لَهْوًا لَّٱتَّخَذْنَٰهُ مِن لَّدُنَّآ إِن كُنَّا فَٰعِلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər Biz (Özümüzə) əyləncə (arvad-uşaq) etmək istəsəydik, onu mütləq Öz yanımızda olanlardan edərdik. Lakin Biz (bunu) etmədik.

Bu ayənin bütün tercümələrinə bax →

بَلْ نَقْذِفُ بِٱلْحَقِّ عَلَى ٱلْبَٰطِلِ فَيَدْمَغُهُۥ فَإِذَا هُوَ زَاهِقٌ وَلَكُمُ ٱلْوَيْلُ مِمَّا تَصِفُونَ

Azerbaijani Translation - Ali Khan MusayevXeyr, Biz haqqı batilin üstünə atarıq və o da onu yox edər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَنْ عِندَهُۥ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِۦ وَلَا يَسْتَحْسِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevGöylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Onun yanında olanlar Ona ibadət etməyə təkəbbür göstərməz və (ibadət etməkdən) yorulmazlar.

Bu ayənin bütün tercümələrinə bax →

يُسَبِّحُونَ ٱلَّيْلَ وَٱلنَّهَارَ لَا يَفْتُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar gecə-gündüz, usanmadan (Onun şəninə) təriflər deyirlər.

Bu ayənin bütün tercümələrinə bax →

أَمِ ٱتَّخَذُوٓا۟ ءَالِهَةً مِّنَ ٱلْأَرْضِ هُمْ يُنشِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa (müşriklər) özlərinə yer üzündə ölüləri diriltməyə qadir olan tanrılarmı qəbul etdilər?

Bu ayənin bütün tercümələrinə bax →

لَوْ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَا فَسُبْحَٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər göylərdə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və (müşriklərin) Ona aid etdikləri sifətlərdən uzaqdır!

Bu ayənin bütün tercümələrinə bax →

لَا يُسْـَٔلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْـَٔلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO (Allah) etdiyi işlər barədə soruşulmaz, onlar isə soruşulacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ ءَالِهَةً قُلْ هَاتُوا۟ بُرْهَٰنَكُمْ هَٰذَا ذِكْرُ مَن مَّعِىَ وَذِكْرُ مَن قَبْلِى بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ٱلْحَقَّ فَهُم مُّعْرِضُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər (müşriklər) Ondan başqa məbudlaramı tapınmışlar? De: “Dəlilinizi gətirin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri”. Lakin onların əksəriyyəti əsl həqiqəti bilmir və (ondan) üz çevirirlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِىٓ إِلَيْهِ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدُونِ

Azerbaijani Translation - Ali Khan MusayevSəndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالُوا۟ ٱتَّخَذَ ٱلرَّحْمَٰنُ وَلَدًا سُبْحَٰنَهُۥ بَلْ عِبَادٌ مُّكْرَمُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Kafirlər:) “Rəhman (Özünə) övlad götürdü!”– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, (o mələklər) möhtərəm qullardır.

Bu ayənin bütün tercümələrinə bax →

لَا يَسْبِقُونَهُۥ بِٱلْقَوْلِ وَهُم بِأَمْرِهِۦ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Mələklər) Ondan qabaq danışmazlar, onlar ancaq Onun əmrini yerinə yetirərlər.

Bu ayənin bütün tercümələrinə bax →

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ٱرْتَضَىٰ وَهُم مِّنْ خَشْيَتِهِۦ مُشْفِقُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَن يَقُلْ مِنْهُمْ إِنِّىٓ إِلَٰهٌ مِّن دُونِهِۦ فَذَٰلِكَ نَجْزِيهِ جَهَنَّمَ كَذَٰلِكَ نَجْزِى ٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlardan (Mələklərdən) kimsə: “Mən Ondan başqa bir məbudam!”– desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq.

Bu ayənin bütün tercümələrinə bax →

أَوَلَمْ يَرَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَٰهُمَا وَجَعَلْنَا مِنَ ٱلْمَآءِ كُلَّ شَىْءٍ حَىٍّ أَفَلَا يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?

Bu ayənin bütün tercümələrinə bax →

وَجَعَلْنَا فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًا سُبُلًا لَّعَلَّهُمْ يَهْتَدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar (istədikləri yerə) gedə bilsinlər deyə, orada geniş yollar saldıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَجَعَلْنَا ٱلسَّمَآءَ سَقْفًا مَّحْفُوظًا وَهُمْ عَنْ ءَايَٰتِهَا مُعْرِضُونَ

Azerbaijani Translation - Ali Khan MusayevGöyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلَّيْلَ وَٱلنَّهَارَ وَٱلشَّمْسَ وَٱلْقَمَرَ كُلٌّ فِى فَلَكٍ يَسْبَحُونَ

Azerbaijani Translation - Ali Khan MusayevGecəni, gündüzü, günəşi və ayı yaradan Odur. Onların hər biri öz yolu ilə hərəkət edər.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا جَعَلْنَا لِبَشَرٍ مِّن قَبْلِكَ ٱلْخُلْدَ أَفَإِي۟ن مِّتَّ فَهُمُ ٱلْخَٰلِدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz, səndən əvvəl də heç bir bəşərə əbədi həyat nəsib etmədik. Məgər sən öləcəksən, onlar dirimi qalacaqlar?!

Bu ayənin bütün tercümələrinə bax →

كُلُّ نَفْسٍ ذَآئِقَةُ ٱلْمَوْتِ وَنَبْلُوكُم بِٱلشَّرِّ وَٱلْخَيْرِ فِتْنَةً وَإِلَيْنَا تُرْجَعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا رَءَاكَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِى يَذْكُرُ ءَالِهَتَكُمْ وَهُم بِذِكْرِ ٱلرَّحْمَٰنِ هُمْ كَٰفِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevKafirlər səni gördükləri zaman sənə ancaq istehza edərək (bir-birinə): “Sizin tanrılarınıza tənə vuran budurmu?”– deyirlər. Məhz onlar Rəhmanın öyüd-nəsihətini inkar edirlər.

Bu ayənin bütün tercümələrinə bax →

خُلِقَ ٱلْإِنسَٰنُ مِنْ عَجَلٍ سَأُو۟رِيكُمْ ءَايَٰتِى فَلَا تَسْتَعْجِلُونِ

Azerbaijani Translation - Ali Khan Musayevİnsan tələskən yaradılmışdır. Mən ayələrimi sizə göstərəcəyəm. Tələsməyin.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər.

Bu ayənin bütün tercümələrinə bax →

لَوْ يَعْلَمُ ٱلَّذِينَ كَفَرُوا۟ حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ ٱلنَّارَ وَلَا عَن ظُهُورِهِمْ وَلَا هُمْ يُنصَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevKaş ki, kafirlər üzlərindən və kürəklərindən onları saracaq alovdan qaça bilməyəcəkləri və onlara heç bir köməyin edilməyəcəyi vaxtın gələcəyini biləydilər!

Bu ayənin bütün tercümələrinə bax →

بَلْ تَأْتِيهِم بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنظَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏksinə, (Qiyamət) onlara gözləmədikləri bir halda gələcək və onları heyrətə salacaqdır. Onlar onun qarşısını ala bilməyəcəklər və onlara heç aman da verilməyəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُوا۟ مِنْهُم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSəndən əvvəlki elçilər də istehza edilmişdi. Onlara rişxənd edənləri (həmin o) istehza etdikləri şey məhv etdi.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ مَن يَكْلَؤُكُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ مِنَ ٱلرَّحْمَٰنِ بَلْ هُمْ عَن ذِكْرِ رَبِّهِم مُّعْرِضُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Gecə də, gündüz də sizi Rəhmandan (Onun əzabından) kim qoruya bilər?” Lakin onlar öz Rəbbinin nəsihətlərindən üz döndərdilər.

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ لَهُمْ ءَالِهَةٌ تَمْنَعُهُم مِّن دُونِنَا لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنفُسِهِمْ وَلَا هُم مِّنَّا يُصْحَبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onları Bizdən qoruya biləcək məbudlarımı vardır? Onlar heç özlərinə kömək etməyə qadir deyillər. Bizdən də qoruna bilməzlər.

Bu ayənin bütün tercümələrinə bax →

بَلْ مَتَّعْنَا هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ ٱلْعُمُرُ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَآ أَفَهُمُ ٱلْغَٰلِبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBəli, Biz onlara və atalarına ömürləri boyunca xoş güzəran verdik. Məgər onlar Bizim, yer üzünə gəlib onu (bəzi) tərəflərindən əksiltdiyimizi (müsəlmanların fəthi və İslamın yayılması ilə kafirlərin torpaqlarını müsəlmanların ixtiyarına verdiyimizi) görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər?!

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ إِنَّمَآ أُنذِرُكُم بِٱلْوَحْىِ وَلَا يَسْمَعُ ٱلصُّمُّ ٱلدُّعَآءَ إِذَا مَا يُنذَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Mən sizi ancaq vəhy ilə (qabaqcadan) xəbərdar edirəm”. Karlar xəbərdar edilsələr də, çağırışı eşitməzlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَئِن مَّسَّتْهُمْ نَفْحَةٌ مِّنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَٰوَيْلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlara Rəbbinin əzabından bir yel belə toxunsa, onlar mütləq: “Vay halımıza! Biz, həqiqətən də, zalımlardan olmuşuq”– deyərlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَنَضَعُ ٱلْمَوَٰزِينَ ٱلْقِسْطَ لِيَوْمِ ٱلْقِيَٰمَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْـًٔا وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا وَكَفَىٰ بِنَا حَٰسِبِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə zülm edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz hesab çəkməyə bəs edərik.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ وَهَٰرُونَ ٱلْفُرْقَانَ وَضِيَآءً وَذِكْرًا لِّلْمُتَّقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Furqanı Musaya və Haruna müttəqilərdən ötrü bir nur və öyüd-nəsihət olaraq verdik.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ وَهُم مِّنَ ٱلسَّاعَةِ مُشْفِقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO müttəqilər ki, öz Rəbbindən Onu görmədikləri halda qorxur və Qiyamət saatından lərzəyə gəlirlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَهَٰذَا ذِكْرٌ مُّبَارَكٌ أَنزَلْنَٰهُ أَفَأَنتُمْ لَهُۥ مُنكِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBu, nazil etdiyimiz mübarək bir Zikrdir. Siz onu inkarmı edirsiniz?

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ ءَاتَيْنَآ إِبْرَٰهِيمَ رُشْدَهُۥ مِن قَبْلُ وَكُنَّا بِهِۦ عَٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz daha öncə İbrahimə də doğru bir yol bəxş etmişdik. Biz onu tanıyırdıq.

Bu ayənin bütün tercümələrinə bax →

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَا هَٰذِهِ ٱلتَّمَاثِيلُ ٱلَّتِىٓ أَنتُمْ لَهَا عَٰكِفُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman o öz atasına və qövmünə: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?”– demişdi.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ وَجَدْنَآ ءَابَآءَنَا لَهَا عَٰبِدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük!”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ لَقَدْ كُنتُمْ أَنتُمْ وَءَابَآؤُكُمْ فِى ضَلَٰلٍ مُّبِينٍ

Azerbaijani Translation - Ali Khan Musayev(İbrahim) dedi: “Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوٓا۟ أَجِئْتَنَا بِٱلْحَقِّ أَمْ أَنتَ مِنَ ٱللَّٰعِبِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ بَل رَّبُّكُمْ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ٱلَّذِى فَطَرَهُنَّ وَأَنَا۠ عَلَىٰ ذَٰلِكُم مِّنَ ٱلشَّٰهِدِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(İbrahim) dedi: “Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm.

Bu ayənin bütün tercümələrinə bax →

وَتَٱللَّهِ لَأَكِيدَنَّ أَصْنَٰمَكُم بَعْدَ أَن تُوَلُّوا۟ مُدْبِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevAllaha and olsun ki, siz dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!”

Bu ayənin bütün tercümələrinə bax →

فَجَعَلَهُمْ جُذَٰذًا إِلَّا كَبِيرًا لَّهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Nəhayət İbrahim) bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ مَن فَعَلَ هَٰذَا بِـَٔالِهَتِنَآ إِنَّهُۥ لَمِنَ ٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “İlahlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ سَمِعْنَا فَتًى يَذْكُرُهُمْ يُقَالُ لَهُۥٓ إِبْرَٰهِيمُ

Azerbaijani Translation - Ali Khan Musayev(Bəziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ فَأْتُوا۟ بِهِۦ عَلَىٰٓ أَعْيُنِ ٱلنَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Digərləri də:) “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوٓا۟ ءَأَنتَ فَعَلْتَ هَٰذَا بِـَٔالِهَتِنَا يَٰٓإِبْرَٰهِيمُ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “İlahlarımızı sənmi bu kökə saldın, ey İbrahim?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ بَلْ فَعَلَهُۥ كَبِيرُهُمْ هَٰذَا فَسْـَٔلُوهُمْ إِن كَانُوا۟ يَنطِقُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(İbrahim) dedi: “Xeyr, bunu onların bu böyüyü etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun”.

Bu ayənin bütün tercümələrinə bax →

فَرَجَعُوٓا۟ إِلَىٰٓ أَنفُسِهِمْ فَقَالُوٓا۟ إِنَّكُمْ أَنتُمُ ٱلظَّٰلِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımsınız”– dedilər.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ نُكِسُوا۟ عَلَىٰ رُءُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَٰٓؤُلَآءِ يَنطِقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSonra yenə öz bildikləri (batil əqidələrinə) qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ أَفَتَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكُمْ شَيْـًٔا وَلَا يَضُرُّكُمْ

Azerbaijani Translation - Ali Khan Musayev(İbrahim) dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız?

Bu ayənin bütün tercümələrinə bax →

أُفٍّ لَّكُمْ وَلِمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ أَفَلَا تَعْقِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYazıqlar olsun sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğrudanmı, siz dərk etmirsiniz?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ حَرِّقُوهُ وَٱنصُرُوٓا۟ ءَالِهَتَكُمْ إِن كُنتُمْ فَٰعِلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Əgər (bir şey) edəcəksinizsə, onu yandırın, ilahlarınıza kömək edin”.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْنَا يَٰنَارُ كُونِى بَرْدًا وَسَلَٰمًا عَلَىٰٓ إِبْرَٰهِيمَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz: “Ey od! İbrahim üçün sərin və salamat ol!”– dedik.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَرَادُوا۟ بِهِۦ كَيْدًا فَجَعَلْنَٰهُمُ ٱلْأَخْسَرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar İbrahimə bir hiylə qurmaq istədilər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq.

Bu ayənin bütün tercümələrinə bax →

وَنَجَّيْنَٰهُ وَلُوطًا إِلَى ٱلْأَرْضِ ٱلَّتِى بَٰرَكْنَا فِيهَا لِلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onu da (İbrahimi də, qardaşı oğlu) Lutu da (zalımlardan) xilas edib aləmlər üçün bərəkət verdiyimiz yerə (Şam torpağına) gətirdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَوَهَبْنَا لَهُۥٓ إِسْحَٰقَ وَيَعْقُوبَ نَافِلَةً وَكُلًّا جَعَلْنَا صَٰلِحِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz ona (İbrahimə) İshaqı və bir də Yəqubu bəxş edib və hər birini əməlisalehlərdən etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَجَعَلْنَٰهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَآ إِلَيْهِمْ فِعْلَ ٱلْخَيْرَٰتِ وَإِقَامَ ٱلصَّلَوٰةِ وَإِيتَآءَ ٱلزَّكَوٰةِ وَكَانُوا۟ لَنَا عَٰبِدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız bizə ibadət edən kimsələr idi.

Bu ayənin bütün tercümələrinə bax →

وَلُوطًا ءَاتَيْنَٰهُ حُكْمًا وَعِلْمًا وَنَجَّيْنَٰهُ مِنَ ٱلْقَرْيَةِ ٱلَّتِى كَانَت تَّعْمَلُ ٱلْخَبَٰٓئِثَ إِنَّهُمْ كَانُوا۟ قَوْمَ سَوْءٍ فَٰسِقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Luta da hökmranlıq və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir qövm idilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَدْخَلْنَٰهُ فِى رَحْمَتِنَآ إِنَّهُۥ مِنَ ٱلصَّٰلِحِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onu Öz mərhəmətimizə qovuşdurduq. Həqiqətən o, əməlisalehlərdən idi.

Bu ayənin bütün tercümələrinə bax →

وَنُوحًا إِذْ نَادَىٰ مِن قَبْلُ فَٱسْتَجَبْنَا لَهُۥ فَنَجَّيْنَٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ

Azerbaijani Translation - Ali Khan MusayevNuhu da (yada sal)! Daha öncə o dua etmişdi. Biz onun duasını qəbul edib, onu və onun ailəsini böyük qəm-qüssədən qurtardıq!

Bu ayənin bütün tercümələrinə bax →

وَنَصَرْنَٰهُ مِنَ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ إِنَّهُمْ كَانُوا۟ قَوْمَ سَوْءٍ فَأَغْرَقْنَٰهُمْ أَجْمَعِينَ

Azerbaijani Translation - Ali Khan MusayevAyələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım etdik. Doğrudan da onlar pis bir qövm idi. Odur ki, Biz onların hamısını suda boğduq.

Bu ayənin bütün tercümələrinə bax →

وَدَاوُۥدَ وَسُلَيْمَٰنَ إِذْ يَحْكُمَانِ فِى ٱلْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ ٱلْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَٰهِدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDavudu və Süleymanı da (yada sal)! Bir zaman onlar bir qövmün qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hökm vermişdilər. Biz onların hökmünə şahid idik.

Bu ayənin bütün tercümələrinə bax →

فَفَهَّمْنَٰهَا سُلَيْمَٰنَ وَكُلًّا ءَاتَيْنَا حُكْمًا وَعِلْمًا وَسَخَّرْنَا مَعَ دَاوُۥدَ ٱلْجِبَالَ يُسَبِّحْنَ وَٱلطَّيْرَ وَكُنَّا فَٰعِلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) təsbih etmələri üçün ona ram etdik. Bunları Biz etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَعَلَّمْنَٰهُ صَنْعَةَ لَبُوسٍ لَّكُمْ لِتُحْصِنَكُم مِّنۢ بَأْسِكُمْ فَهَلْ أَنتُمْ شَٰكِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz ona (Davuda) sizi (döyüşdə) qorumaq üçün zirehli geyim düzəltməyi öyrətdik. Heç siz şükür edirsinizmi?

Bu ayənin bütün tercümələrinə bax →

وَلِسُلَيْمَٰنَ ٱلرِّيحَ عَاصِفَةً تَجْرِى بِأَمْرِهِۦٓ إِلَى ٱلْأَرْضِ ٱلَّتِى بَٰرَكْنَا فِيهَا وَكُنَّا بِكُلِّ شَىْءٍ عَٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSüleymana da güclü əsən küləyi ram etdik. Küləklər onun əmri ilə bərəkət verdiyimiz yerə (Şama) tərəf əsərdi. Biz hər şeyi bilirik.

Bu ayənin bütün tercümələrinə bax →

وَمِنَ ٱلشَّيَٰطِينِ مَن يَغُوصُونَ لَهُۥ وَيَعْمَلُونَ عَمَلًا دُونَ ذَٰلِكَ وَكُنَّا لَهُمْ حَٰفِظِينَ

Azerbaijani Translation - Ali Khan MusayevŞeytanlar arasından onun üçün (dəniz sularına dalıb) dalğıclıq edən və bundan başqa digər işlər görənlər də var idi. Biz onları nəzarətimiz altında saxlayırdıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُۥٓ أَنِّى مَسَّنِىَ ٱلضُّرُّ وَأَنتَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevƏyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə nida edərək demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”

Bu ayənin bütün tercümələrinə bax →

فَٱسْتَجَبْنَا لَهُۥ فَكَشَفْنَا مَا بِهِۦ مِن ضُرٍّ وَءَاتَيْنَٰهُ أَهْلَهُۥ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنْ عِندِنَا وَذِكْرَىٰ لِلْعَٰبِدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِسْمَٰعِيلَ وَإِدْرِيسَ وَذَا ٱلْكِفْلِ كُلٌّ مِّنَ ٱلصَّٰبِرِينَ

Azerbaijani Translation - Ali Khan Musayevİsmaili, İdrisi və Zülkifli də (yada sal)! Hamısı səbir edənlərdən idilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَدْخَلْنَٰهُمْ فِى رَحْمَتِنَآ إِنَّهُم مِّنَ ٱلصَّٰلِحِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onları mərhəmətimizə qovuşdurduq. Onlar, həqiqətən, əməlisalehlərdən idilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَذَا ٱلنُّونِ إِذ ذَّهَبَ مُغَٰضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَىٰ فِى ٱلظُّلُمَٰتِ أَن لَّآ إِلَٰهَ إِلَّآ أَنتَ سُبْحَٰنَكَ إِنِّى كُنتُ مِنَ ٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevZün-Nunu (Yunusu) da (yada sal)! Bir zaman o qəzəbli halda (qövmündən ayrılıb) getmiş və onu sıxıntıya salmayacağımızı güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!”

Bu ayənin bütün tercümələrinə bax →

فَٱسْتَجَبْنَا لَهُۥ وَنَجَّيْنَٰهُ مِنَ ٱلْغَمِّ وَكَذَٰلِكَ نُـۨجِى ٱلْمُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!

Bu ayənin bütün tercümələrinə bax →

وَزَكَرِيَّآ إِذْ نَادَىٰ رَبَّهُۥ رَبِّ لَا تَذَرْنِى فَرْدًا وَأَنتَ خَيْرُ ٱلْوَٰرِثِينَ

Azerbaijani Translation - Ali Khan MusayevZəkəriyyanı da (yada sal)! Bir zaman o yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən xeyirlisisən!”

Bu ayənin bütün tercümələrinə bax →

فَٱسْتَجَبْنَا لَهُۥ وَوَهَبْنَا لَهُۥ يَحْيَىٰ وَأَصْلَحْنَا لَهُۥ زَوْجَهُۥٓ إِنَّهُمْ كَانُوا۟ يُسَٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا وَكَانُوا۟ لَنَا خَٰشِعِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini onun üçün islah etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّتِىٓ أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلْنَٰهَا وَٱبْنَهَآ ءَايَةً لِّلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan Musayevİsmətini qoruyan (Məryəmi də yada sal)! Biz ona Öz ruhumuzdan (Cəbrail vasitəsilə) üfürdük, onu və onun oğlunu aləmlərə bir ayət etdik.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمْ أُمَّةً وَٰحِدَةً وَأَنَا۠ رَبُّكُمْ فَٱعْبُدُونِ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin!

Bu ayənin bütün tercümələrinə bax →

وَتَقَطَّعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ كُلٌّ إِلَيْنَا رَٰجِعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevLakin onlar dini öz aralarında parçalayıb (muvahid, müşrik, kafir və mömin olmaqla) dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

فَمَن يَعْمَلْ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِۦ وَإِنَّا لَهُۥ كَٰتِبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevKim mömin olaraq saleh əməllər edərsə, onun zəhməti inkar olunmaz. Şübhəsiz ki, Biz onun üçün (əməllərini) yazırıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَحَرَٰمٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَٰهَآ أَنَّهُمْ لَا يَرْجِعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMəhv etdiyimiz bir məmləkət əhlinin (tövbə etməsi üçün yenidən dünyaya qayıtması) haram edilmişdir. Onlar (bir daha bu dünyaya) qayıtmayacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

حَتَّىٰٓ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٍ يَنسِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevNəhayət, Yəcuc və Məcuc (səddi) açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman;

Bu ayənin bütün tercümələrinə bax →

وَٱقْتَرَبَ ٱلْوَعْدُ ٱلْحَقُّ فَإِذَا هِىَ شَٰخِصَةٌ أَبْصَٰرُ ٱلَّذِينَ كَفَرُوا۟ يَٰوَيْلَنَا قَدْ كُنَّا فِى غَفْلَةٍ مِّنْ هَٰذَا بَلْ كُنَّا ظَٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan Musayevhaqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. (Onlar deyəcəklər:) “Vay halımıza! Biz bundan qafil idik. Xeyir, biz zalımlardan olmuşduq!”

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَٰرِدُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey kafirlər!) Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz (mütləq) ora girəcəksiniz.

Bu ayənin bütün tercümələrinə bax →

لَوْ كَانَ هَٰٓؤُلَآءِ ءَالِهَةً مَّا وَرَدُوهَا وَكُلٌّ فِيهَا خَٰلِدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər bunlar məbud olsaydılar, ora girməzdilər. Halbuki hamısı orada əbədi qalacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

لَهُمْ فِيهَا زَفِيرٌ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar orada inildəyəcək və heç nə eşitməyəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا ٱلْحُسْنَىٰٓ أُو۟لَٰٓئِكَ عَنْهَا مُبْعَدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏzəldən özlərinə ən gözəl aqibət yazılmış kimsələrə gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

لَا يَسْمَعُونَ حَسِيسَهَا وَهُمْ فِى مَا ٱشْتَهَتْ أَنفُسُهُمْ خَٰلِدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar onun (Cəhənnəmin) xışıltısını belə eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi şeylər arasında əbədi qalacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

لَا يَحْزُنُهُمُ ٱلْفَزَعُ ٱلْأَكْبَرُ وَتَتَلَقَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ هَٰذَا يَوْمُكُمُ ٱلَّذِى كُنتُمْ تُوعَدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏn böyük dəhşət onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!”– deyəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ نَطْوِى ٱلسَّمَآءَ كَطَىِّ ٱلسِّجِلِّ لِلْكُتُبِ كَمَا بَدَأْنَآ أَوَّلَ خَلْقٍ نُّعِيدُهُۥ وَعْدًا عَلَيْنَآ إِنَّا كُنَّا فَٰعِلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevO gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. (Məxluqatı) ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ كَتَبْنَا فِى ٱلزَّبُورِ مِنۢ بَعْدِ ٱلذِّكْرِ أَنَّ ٱلْأَرْضَ يَرِثُهَا عِبَادِىَ ٱلصَّٰلِحُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) Zəburda da yer üzünə Mənim əməlisaleh qullarımın varis olacaqlarını yazmışdıq.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ فِى هَٰذَا لَبَلَٰغًا لِّقَوْمٍ عَٰبِدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, bunda ibadət edən bir qövm üçün bir bildiriş vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَآ أَرْسَلْنَٰكَ إِلَّا رَحْمَةً لِّلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ إِنَّمَا يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَٰهُكُمْ إِلَٰهٌ وَٰحِدٌ فَهَلْ أَنتُم مُّسْلِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Mənə, ilahınızın yalnız tək bir İlah olduğu vəhy olunur. Siz müsəlman olacaqsınızmı?”

Bu ayənin bütün tercümələrinə bax →

فَإِن تَوَلَّوْا۟ فَقُلْ ءَاذَنتُكُمْ عَلَىٰ سَوَآءٍ وَإِنْ أَدْرِىٓ أَقَرِيبٌ أَم بَعِيدٌ مَّا تُوعَدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlar üz döndərsələr, de: “(Mən bu dini) sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ مِنَ ٱلْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِنْ أَدْرِى لَعَلَّهُۥ فِتْنَةٌ لَّكُمْ وَمَتَٰعٌ إِلَىٰ حِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevBilmirəm, bəlkə də, bu sizi sınaqdan keçirtmək və müəyyən vaxta qədər (bu dünyada) faydalanmağınız üçündür”.

Bu ayənin bütün tercümələrinə bax →

قَٰلَ رَبِّ ٱحْكُم بِٱلْحَقِّ وَرَبُّنَا ٱلرَّحْمَٰنُ ٱلْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə kafirlər arasında) ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”.

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70